Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-836/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçılar İddiaçı, X3, X2 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X7 Məmulatları Zavodu” ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-957/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən (hakim S.Nuriyeva) iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı, X3, X2 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X7 Məmulatları Zavodu” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7 Məmulatları Zavodu” Açıq Səhmdar Cəmiyyətinə dair sənədləri təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-957/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçılar 14.06.2021-ci il tarixdə qətnamədən birlikdə apellyasiya şikayəti vermişlər. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərəfindən iş materiallarının 116-cı vərəqinə əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-957/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi elektron imza ilə təsdiq edilərək İddiaçı məxsus şəxsi elektron kabinetə 01.05.2021-ci il tarixdə yerləşdirilmiş, iddiaçıların qətnamədən apelyasiya şikayəti verməsi üçün müddətin axımı 01.06.2021-ci il tarixdə bitmişdir. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçı tərəfindən apelyasiya şikayəti elektron məhkəmə informasiya sistemi vasitəsilə 14.06.2021-ci il tarixdə, yəni müddət ötürüldükdən sonra təqdim edilmiş, müddətin bərpası barədə vəsatət verilməmişdir. MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. http://frameworks.eqanun.az/46/f_46945.html Həmin Məcəllənin 366.2.-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-957/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-957/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-836/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-836/2021
02.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver