Məhkəmə qərarları › İş №2-2(103)-836/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-836/2023

01.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-836/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsızlığı tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-2060/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi blankı əsasında Cavabdeh ASC ilə bağlanılmış sığorta müqaviləsi bağlandığı andan etibarsız hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ASC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin ilkin iddia tələbinin rədd edilməsi, cavabdeh "xxxx" ASC-dən 96255 manat pulun, 500 manat hüquqi yardımın, 381 manat dövlət rüsumunun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadı ilə Cavabdeh ASC tərəfindən verilən qarşılıqlı iddia ərizəsi, həmçinin ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzlə ödənilmiş 381 manat məbləğində qəbz geri qaytarılmışdır. Cavabdeh ASC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardaddan tərəfimizdən xx.xx.2023-cü il tarixində şikayət verilmişdir. Lakin qanunvericiliklə şikayət ərizəsi üçün verilən məzmun tələbinə riayət edilmədiyi üçün xx.xx.2023-cü il tarixli qərardadla şikayət ərizəsi geri qaytarılmışdır. Göründüyü kimi xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadddan şikayət verərkən prosessual müddət ötürülməmişdir. Lakin geri qaytarılmasından sonra şikayət verilməsi üçün nəzərdə tutulan müddət bitmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2060/2023 nömrəli qərardadından Cavabdeh ASC tərəfindən verilən buraxılmış müddətin bərpasına dair ərizə təmin edilmişdir. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadının ləğv edilməsini, Cavabdeh ASC-nin apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı ərizənin təmin edilməməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ərizədə müddətin bərpası üçün üzürlü səbəblər qeyd etmədiyindən müddət bərpa edilə bilməzdi. Belə ki, cavabdehin vəkili olmuş, hüquq təhsilli və Vəkillər Kollegiyasının üzvü olan şəxs tərəfindən MM-nin 361.1-ci maddəsinin tələbi pozularaq qərardaddan şikayət yazılmış və bu şikayət haqlı olaraq geri qaytarılmışdır. Bu hal müddətin bərpası üçün üzürlü səbəb sayıla bilməz. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadı ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərardadı rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə iddiaçının şikayət ərizəsində qeyd edilənlərlə razılaşır ki, şikayət qanunda nəzərdə tutulmuş 2 saylı Formaya uyğun təqdim edilmədiyi halda 10 günlük şikayət vermə müddəti bitdikdən sonra qüsur aradan qaldırılarsa müddəti bərpa etməyə əsas vermir. Belə ki, şikayətin vaxtında verilməməsinə əsas olmuş üzürlü səbəblər dedikdə tərəfin və ya nümayəndəsinin özündən asılı olmayaraq baş verən hallar nəzərdə tutulur. Şikayət ərizəsinin qanunun tələblərinə uyğun təqdim edilməməsi əvvəlcədən qarşısı alına bilməz hallara aid olmadığından MPM-nin 133-cü maddəsinin tələbləri baxımından buraxılmış müddətin bərpası üçün də əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadı ləğv edilərək, Cavabdeh ASC-nin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 01. xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsin. Qərardaddan elektron kabinetə yerləşdirildiyi gündən 10 gün ərzində elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar