Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-839/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-30/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiyalarının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-dən və Cavabdeh2 onun xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1.822.544,69 manat əsas, 566.704,11 manat faiz, 267.385,93 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 52.147,15 manat məbləğdə əldən çıxmış fayda olmaqla, ümumilikdə 2.708.781,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzi Cavabdeh1 mülkiyyətindəki “Makina Sanayi ve Ticaret LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıqtəmizləyici qurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi ve Ticaret LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıqtəmizləyici qurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı 2006-cı il buraxılışlı “QAZ-322131-95” **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021” **-DH-*** dövlət qeydiyyat nişanlı 1996-cı il buraxılışlı “QAZ33021”, 4552 AQX dövlət qeydiyyat nişanlı 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərinə, Cavabdeh4 mülkiyyətindəki “X1 İTH. İHR. SAN. TİC. LTD.” ŞTİ tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici-xırdalayıcı maşına, elektrik və ya qeyri-elektrik isitmə ilə peçlərə, kameralara, məhsul qovuran cihaza yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.822.544,69 manat əsas, 566.704,11 manat faiz və 20.000 manat cərimə, habelə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 51.429,96 manat məbləğdə əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2.460.678,76 manat məbləğdə pul vəsaitinin müştərək qaydada Cavabdeh3 MMC və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, borcun ödənilməsi üçün tutmanın xx.xx.2015-ci il tarixli girov müqavilələrinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus “Makina Sanayi ve Ticaret LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıqtəmizləyici qurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi ve Ticaret LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıqtəmizləyici qurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı 2006-cı il buraxılışlı “QAZ-322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı 2001-ci il buraxılışlı “QAZ-33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı 1996-cı il buraxılışlı “QAZ-33021” 4552 Arx dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərə və Cavabdeh4 məxsus “X1 İTH. İHR. SAN. TİC. LTD.” ŞTİ tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici-xırdalayıcı maşına, elektrik və ya qeyri-elektrik isitmə ilə peçlərə, kameralara, məhsul qovuran cihaza yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına 2.460.678,76 manat məbləğdə borcun ödənilməsi, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin müştərək qaydada Cavabdeh3 MMC və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaitinin 45 manat məbləğdə hissəsinin müştərək qaydada Cavabdeh3 MMC-dən və Cavabdeh2, 5 manat məbləğdə hissəsinin İddiaçı ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdehlər Cavabdeh2 və Cavabdeh4 ondan apellyasiya şikayətləri verərək, Cavabdeh2 ləğv edilib, ona münasibətdə zaminliyə xitam verilməsini, Cavabdeh4 tutmanın ona məxsus əmlaklara yönəldilməsi hissəsində ləğv edilib, həmin hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyaların mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi, apellyasiya şikayəti verən şəxs şikayətini ilk öncə “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formaya uyğunlaşdırmalı, daha sonra həmin forma daxilində məzmun şərtlərinə əməl etməlidir. Bu baxımdan, MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə də tələb edilmişdir ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin Cavabdeh2 apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamış, şikayətdə “qətnamənin ləğv edilməsi, ona münasibətdə zaminliyə xitam verilməsi” məzmunda xahiş əks olunsa da, mübahisənin həlli (iddianın tam yaxud hansı hissədə qismən rədd edilməsi) ilə bağlı nə barədə qərarın qəbul olunmasına dair tələblər dəqiq ifadə edilməmişdir. İddiaçı cavabdehlərə qarşı zaminliyə xitam verilməsi tələbi ilə çıxış etmədiyindən, belə bir tələbin apellyasiya şikayətində cavabdeh tərəfindən əks etdirilməsi həm də anlaşılmazdır. Cavabdeh4 apellyasiya şikayətində isə MPM-in 361.1-ci maddəsi və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə nəzərdə tutulan tələblər yerinə yetirilməmiş, şikayət 2 saylı Əlavə ilə tələb olunan forma daxilində məzmun şərtlərinə uyğun tərtib edilməmişdir. Belə ki, Əlavənin 6-cı və 7-ci hissələrinə əsasən, həmin hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İşdən məlum olur ki, Cavabdeh4 apellyasiya şikayətinin 6-cı və 7-ci hissələrində qanunvericiliyin düzgün tətbiq edilmədiyi iddia edilən bir sıra normaları (Mülki Məcəllənin 329, 340, 337.1, MPM-in 1.5, 9.3, 82.3, 97, 233.3-cü maddələri) göstərilsə də, hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqe aydın şəkildə ifadə edilməmiş, buna dair heç bir izah verilməmiş, normaların mətnləri formal sadalanmaqla kifayətlənilmişdir. Halbuki, şikayət verən şəxs qeyd etdiyi hər bir normanın məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu, əslində necə tətbiq edilməsi gərəkdiyini göstərməli idi. Birinci instansiya məhkəməsi də qanunun müzakirə edilən məcburi tələblərini nəzərə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun tərtib edilməyən apellyasiya şikayətlərini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-30/2022 nömrəli iş üzrə 26 may 2022ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiyaları qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-839/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-839/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver