Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-84/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1702/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n etdi: İ. X1 cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya hesablanmış 36 683,19 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Qaradag ,unoyar̆ Sanqaçal qəsəbəsində yerləşən daş karxanasında ötən illər ərzində istehlak olunan elektrik enerjisinə görə ödənişlərin miqdarı sayğac göstəriciləri üzrə aylıq 3000 manat civarında olmuşdur. 2020ci ilin may ayının əvvəllərində cavabdehin əməkdaşları iddiaçının işlətdiyi daş karxanasına gələrək sayğacın istehlak edilən elektrik enerjisini az yazdığını bildirərək, mövcud elektrik sayğacını sökərək həmin sayğacın yerinə yeni sayğac quraşdırmış, sökülmüş sayğacı isə laboaratoriyada yoxlamağa aparmışlar. Quraşdırılmış yeni sayğacın sərfiyyat gösəricisi 2020-ci ilin may ayı üzrə 2000 manat civarında, yəni əvvəlki dövrlərin müvafiq ayları üzrə müqayisədə 1000 manat daha az sərfiyyat göstəricisi qeydə alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan keçirilən laboratoriya analizlərinin nəticəsində guya ki, sökülmüş əvvəlki sayğacın içərisindən maqnit aşkarlandığı qeyd edilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"na istinadən itirilmiş elektrik enerjisinin əvəzi kimi iddiaçıya 36.683,19 manat həcmində olduqca böyük bir məbləğdə borc yazılmışdır. İddiaçı hesab edir ki, cavabdehin qeyd etdiyi pozuntuların aşkarlanmasına dair yoxlamaları və yüksək məbləğdə cərimə tətbiq etməsi tam qanunsuzdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qanunsuz və əsassızdır. Belə ki, işin fak1ki hallarına görə cavabdehin Nəzarət Departamen1nin əməkdaşları tərəfindən tər1b edilmiş xx.xx.2020-ci il tarixli NDQ seriyalı 007322 saylı akta əsasən iddiaçıya məxsus daş karxanasında (abunə kodu 02/3-5015) elektrik enerjisinin uçotu və “Elektrik Enejisindən İs1fadə Qaydaları”na riayət olunması vəziyyə1nin yoxlanılması zamanı sayğac uçot komplektinə baxış keçirilərkən, güc transformatorunun 0,4 kV-luq tərəfinin “A” fazasının gərginlik çubuğunun üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsinin açılması müəyyən edilmişdir. Aktda qoyulan tələbə əsasən sayğac xx.xx.2020-ci il tarixli 197152 saylı aktla yeni sayğacla əvəz edilərək laborator müayinəyə göndərilmişdir. “Sayğacların və cərəyan transformatorlarının yoxlanışı üzrə” xx.xx.2020-ci il tarixli 187813 saylı protokola əsasən sayğacın daxilində hesablanma blokunu qidalandıran naqilin kəsilərək xüsusi lentlə sarınması, nəticədə xüsusi qurğu vasitəsilə hesaba2 saxlamağın mümkünlüyü barədə rəy verilmişdir. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin Akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən istehlakçı ilə 327 gün müddətinə yenidən hesablaşma aparılaraq, i1rilmiş elektrik enerjisinə görə (198 kvt x (0,7) x 14 saat x 327 gün) – 226920 kvts = 407591 kvts əlavə sərfiyyat (36.683,19manat əlavə ödəniş) hesablanmışdır. Məhkəmə, akta əsasən hesablanmış borcun silinməsi qənaə6nə gələrkən mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Preziden6nin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasıvə aparılması qaydası haqqında” Əsasnamənin müddəalarını tətbiq etmişdir. Halbuki, iddiaçı sahibkarlıq subyek1 olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyə1nin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “Elektrik Enejisindən İs1fadə Qaydaları”nariayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, qeyd edilən normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. Mübahisələndirilən akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-nin 8.17-ci bəndinin tələblərinə əsaslanmışdır. Həmin bəndə əsasən, istehlakçının (məişət abonen1 is1sna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuşgücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonen1 is1sna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Məhkəmə mübahisəyə EEİQnin 8.17-ci bəndini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş və bununla maddı hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil isə cavabdeh tərəfindən iddiaçıya hesablanmış əlavə sərfiyyatın əsassız olduğunu vurğulayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarınını pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən olunan faktiki hallara əsasən cavabdehin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi daş karxanasında (abunə kodu 02/3-5015) elektrik enerjisinin uçotu və “X3 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılmış və bu zaman sayğac uçot komplektinə baxış keçirilməsi zamanı güc transformatorunun 0,4 kV-luq tərəfinin “A” fazasının gərginlik çubuğunun üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsinin açılması müəyyən edilərək bu barədə xx.xx.2020-ci il tarixli NDQ seriyalı 007322 saylı akt tərtib edilmişdir. Daha sonra, həmin sayğac xx.xx.2020-ci il tarixli 197152 saylı aktla yeni sayğacla əvəz edilərək laborator müayinəyə göndərilmiş və laborator müəayinənin nəticələrinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli 187813 saylı protokolla sayğacın daxilində hesablanma blokunu qidalandıran naqilin kəsilərək xüsusi lentlə sarınması, nəticədə xüsusi qurğu vasitəsilə hesabatı saxlamağın mümkünlüyü barədə rəy verilmişdir. Daha sonra isə qeyd edilən akt əsasında cavabdehin akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən itirilmiş elektrik enerjisinə görə istehlakçıya 327 gün üçün (198 kvt x (0,7) x 14 saat x 327 gün) – 226920 kvts = 407591 kvts əlavə sərfiyyat (36.683,19 manat əlavə ödəniş) hesablanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən məhkəmə onu əsas tutmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə aparılan «Elektrik Enerjisindən istifadə Qaydaları»ına («EEİQ») riayət olunması vəziyyəti yoxlanılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi qanuni və əsaslıdır. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın qüvvədə olan 8.34-cü bəndinə əsasən: -enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan, cavabdeh «xxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində EEİQ-na riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra yalnız həyata keçirmək hüququna malik ola bilərdi. Lakin, işin qeyd olunan hallarından göründüyü kimi, qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli akt və protokol və həmin sənədlər əsasında cavabdehin akt komissiyasının icra vərəqi ilə iddiaçıya 36 683,19 manat məbləğində hesablanmış əlavə sərfiyyatla nəticələnin yoxlamanın hüquqi qüvvəsi ola bilməz, etibarsızdır. Bu baxımdan,cavabdehin apellyasiya şikayətinin yoxlamanın Vahid məlumat reyestrində alınması üçün əsas olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətinin mübahisəlndirilən akta və protokola əsasəlanaraq iddiaçıya məxsus yoxlanılan sayğacın 0,4 kV-luq tərəfinin “A” fazasının gərginlik çubuğunun üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsinin açılması və sayğacın daxilində hesablanma blokunu qidalandıran naqilin kəsilərək xüsusi lentlə sarınması, nəticədə, xüsusi qurğu vasitəsilə hesabatı saxlamağın mümkünlüyü ilə bağlı dəlillərinə gəldikdə isə, birincisi, sayğac aşkar edilən həmin nöqsanların məhz iddiaçının təqsiri üzündən yaranması mötəbər sübutlarla öz təsdiqnini tapmır. İkincisi, iddiaçının Abunə haqqında məlumat vərəqinə əsasən müəyyən olunur ki, köhnə sayğac yenisi ilə əvəz olunduqdan sonra elektrik enerjisi sərfiyyatı daha da azalmışdır. Bütün bu faktlar isə iddiaçının hüquqazidd hərəkətlərini təkzib etməklə, cavabdeh tərəfindən ona hesablanmış əlavə sərfiyyatın əsassız olduğunu göstərir. Mülki Məcəllənin 1096.1-1096.2-ci maddələrinin tələblərindən də də məhz görünür ki, şəxsin üzərinə hüquqa zidd hərəkət və hərəktsizliyi, daha konkret ziyan vurulmasında təqsiri sübuta yetirilməyincə onda mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vaziyyətinin yoxlanılması - birincisi, hüquqa zidd həyata keçirilməsi, ikincisi isə sayğacda aşkar edilən nöqsanların yaranmasındda iddiaçının təqsirinin sübuta yetirilməməsi, bütün bunlar, onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddianın təmin olunması və itki kimi iddiaçıya hesablanmış əlavə sərfiyyatın silinməsinin cavabdehə həvalə edilməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1702/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsi ilə kommersiya mübahisələrinə dair işlər üzrə qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1702/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-84/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-84/2021
28.01.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver