Məhkəmə qərarları › İş №2-2(103)-841/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-841/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-841/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştrakı ilə müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və əmlakın geri qaytarılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-243/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış “Avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” QSZİ 37/0318 nömrəli 05.03.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, müqavilə üzrə cavabdehin istifadəsinə verilmiş 1 ədəd tırtıllı Mobil Drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 m. gücü 80 t; 1 ədəd dəmir konteyner 12 m; 1 ədəd Prefabrik Ofis (sökülüb yığılan) 64 kv.m; 1 ədəd otaq daşla tikili (300x200 sm); 1 ədəd bunker – qum xammalı üçün; 1 ədəd ələk – qum xammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor oksigen; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak – Rusiya (komplekt); 1 ədəd propan balonu (boş balon); 48 kv.m. alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; Qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qum-çınqıl 5x15–dən ibarət olan əmlakın və ya onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi, cavabdeh ilə arasında bağlanmış QSZİ 37/0318 nömrəli 05.03.2018-ci il tarixli Avadanlığın və əsas vəsaitin icarə müqaviləsi üzrə hesablanmış 70.800 manat məbləğdə icarə haqqının cavabdehdən tutularaq ona ödənilməsi, onun İdarə Heyəti sədrinin “Əsas vəsaitlərin təhviltəslim edilməsi barədə” 100 K nömrəli 10 iyul 2018-ci il tarixli əmri ilə cavabdehə verilmiş 1 ədəd X6-9 kondisioner; 1 ədəd daşqıran Sex Erdem (Türkiyə istehsalı); 1 ədəd motorlu qumyuyan qurğu; 1 ədəd klassifikator; 1 ədəd qaynaq makinası 450 RKM; 1 ədəd transformator - 630 Kvt; 1 ədəd nasos FHE 40-125/22 - elektrik mühərrik ilə; 1 ədəd Nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd Nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd Tərəzi Gas/NT/Vvbk25/80t avtomobil; 1 ədəd gedik Gkm500-2 W qaynaq aparatı (Welding); 1 ədəd Mon HP 2011 X Led Backlit LCD; 1 ədəd CSE HP Pro 3500 X7 500Gb Ram4Gb İ5; 1 ədəd Adsl Modem; 1 ədəd Samovar Elektrik-Qaz 40 l; 1 ədəd Soyuducu Ulvi “Aliyev&Co”Az(100*200*80 sm); 1 ədəd stol ofis üçün; 1 ədəd stol ofis üçün; 1 ədəd stol ofis üçün; 1 ədəd masa l-vari (nabor); 1 ədəd çarpayı - 1 nəfərlik; 1 ədəd dəmir konteyner 12x2.4 metr; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 2 ədəd B.İ.S dəmir vaqon (3*6.2.8); 1 ədəd qaynaq aparatı 380 VT; 1 ədəd bunker 3500 x 3500 mm; 3 ədəd kondisioner; 12 ədəd sarı əlcək; 1 ədəd qaynaqçı maskası; 13 ədəd bolt-qayka-şayba m 24x120; 1 ədəd A.S.Z. qarmaq (müxtəlif ölçüdə); 1 ədəd yanğın tupu CO 2-5 kq; 1 dəst açar - altıkünc 1.5-10; 6 ədəd filter hava 1R2162/2R2162; 1 ədəd filter hava AF25129; 1 ədəd filter hava AF25130; 1 ədəd filter karobka 714-07-28712; 1 ədəd filter yanacaq FF202; 1 ədəd filter yanacaq P557440; 1 ədəd filter 4F2045; 1 ədəd filter hava 1R2102/2R2102; 3 ədəd filter hava 1R2137/2R2137; 2 ədəd filter hava 1R2203/2R2203; 1 ədəd filter hava AF7623372; 1 ədəd filter hidravlik; 1 ədəd filter hidravlık; 3 ədəd filter korobka; 7 ədəd filter su; 2 ədəd filter yağ 3l1080; 2 ədəd filter yağ P559000; 1 ədəd filter yanacaq P553500; 2 ədəd filter yanacaq AD2422 (Türkiyə istehsalı); 1 ədəd filter yanacaq AD2246 (Türkiyə istehsalı); 3 ədəd filter yanacaq FS1000; 2 ədəd filter yanacaq FS19599/(3S4007); 7 ədəd remen 17x4267; 4 ədəd satalitin şestirnası; 5 ədəd podşibnik yatağı 512 (komplekt); 2 ədəd podşibnik yatağı SN534 SKF; 2 ədəd PST-1 yatağı (23136 podşibnik üçün); 1 ədəd tank su ton (Çən); 2 ədəd GSB 1600 RE Drel Bosch (Almaniya istehsalı); 2 ədəd B.İ.S. dəmir seyf 1700x900x500; 1 ədəd B.İ.S. şkaf seyf; 1 ədəd çalışma masası; 2 ədəd ofis stul dönən; 11 ədəd şkaf paltar tək qapı; 2 ədəd tumboçka; 1 ədəd qaz plitəsi(4 gözlü); 1 ədəd Tərəzi elektron 30 kq; 1 ədəd yanğın söndürmə balonu; 3 ədəd oksigen balonu (boş); 2 ədəd propan balonu (boş); 22,06 kq B.S.S. setka (asinkovu məftildən) 2.5 mm; 1 ədəd elektrik qızdırıcı (ekvator 3 kw); 2 ədəd radiator qızdırıcı seksiyası; 1 ədəd su qızdırıcı sopen 40 lt; 1400 ədəd satış qaiməsi; 3 ədəd elektrik setkası 6 mm 1.95x2.1; 1 ədəd su nasosu 150/100; 1 ədəd elektrik setkası 16 mm 1.95x2.1; 3 ədəd elektrik setkası 25 mm 1.95x2.1; 1 ədəd baraban F 326 mm; 1 ədəd elektrik setkası 25 mm 1.5x4.35; 1 ədəd elektrik setkası – 6 mm 1.5x4.35; 2 ədəd elektrik setkası – 5 mm 1.16x2.10-dan ibarət olan əmlakın (avadanlıqların) və ya onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” QSZİ 37/0318 nömrəli 05.03.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, müqaviləyə əsasən cavabdehin istifadəsinə verilmiş 1 ədəd tırtıllı Mobil Drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 m gücü 80 t; 1 ədəd dəmir konteyner 12 m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 kv.m; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker - qum xammalı üçün; 1 ədəd ələk - qum xammalı üçün; 1 ədəd podşibnik -211; 1 ədəd reduktor oksigen; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak - Rusiya (komplekt); 1 ədəd propan balonu (boş balon); 48 kv.m. alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 1 ədəd generator 2,5 kva; 1 ədəd motor 5.5 kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 ton qum-çınqıl 5x15 (onlar olmadıqda dəyərləri) cavabdehdən alınaraq iddiaçıya verilməsi, icarə müqaviləsi üzrə ƏDV daxil 19.509 manat məbləğində icarə haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, iddianın təmin olunmayan hissəsində ləğv edərək, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, a) maddi hüquq normalarının pozulması ilə bağlı: İcarə haqqı tələbi üzrə; Məhkəmə iddianı icarə haqqı tələbi ilə bağlı digər hissədə rədd edərkən, cavabdeh tərəfindən məhkəməyə verilmiş QSZİ 37/0318 nömrəli 05.03.2018-ci il tarixli “avadanlığın və əsas vəsaitin icarə müqaviləsi”nə edilmiş 02 avqust 2018-ci il tarixli 3 nömrəli əlavəyə istinad etmiş və belə nəticəyə gəlmişdir ki, sözügedən əlavə üzrə icarə haqqının məbləği tərəflərin qarşılıqlı razılığı ilə sonradan 2000 manatdan 200 manata endirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, 3 nömrəli əlavənin imzalandığı tarixdə olan digər müqavilələrdən aydın olur ki, mübahisəli əlavədə olan möhür nümunəsi iddiaçının digər sənədlərində, o cümlədən nizamnaməsində əks olunmuş möhürlə eynilik təşkil etmir. Başqa sözlə, iddiaçı tərəfindən həmin sənədin üzərinə möhür vurulmamışdır. Buna görə də 3 nömrəli əlavənin hər hansı qüvvəsi olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış QSZİ 37/0318 nömrəli 05.03.2018-ci il tarixli “avadanlığın və əsas vəsaitin icarə müqaviləsi”nin 10.2-ci bəndinə görə həmin müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda və tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndikdə qüvvəyə minir. Göründüyü kimi, 3 nömrəli əlavənin üzərində iddiaçının möhürünün olmaması, həmin əlavənin qüvvəyə minmədiyini, başqa sözlə əqdin tərəflərin razılaşması ilə müəyyən olunmuş formasına riayət edilmədiyini ifadə edir. İddiaçı 2.000 manat (ƏDV xaric) məbləğdə icarə haqqının ödənilməsi ilə bağlı hər ay cavabdehə elekton qaimə təqdim etmişdir ki, cavabdeh həmin e-qaimələrə heç zaman etiraz etməmişdir. Bu baxımdan cavabdeh icarə haqqının məhz 2.000 manat olması ilə razılaşmış, nəticədə cavabdehin hər ay üzrə iddiaçıya 2.000 manat icarə haqqı ödəmək öhdəliyi yaranmışdır. 1.967.230,18 ton ballast çay daşının geri qaytarılması üzrə; məhkəmə bu hissədə də iddianı rədd edərkən öz mövqeyini 3 nömrəli əlavə ilə əsaslandırmışdır. 3 nömrəli əlavənin hüquqi qüvvəyə minmədiyi, ümumiyyətlə mötəbər sübut kimi nəzərə alınmalı olmaması yuxarıdakı dəlillərlə əsaslandırılmışdır. 04 avqust 2018-ci il tarixli aktla verilmiş 88 növdə olan avadanlıqların geri qaytarılması üzrə; iddiaçıya məxsus 88 növdə olan avadanlıqların geri qaytarılması hissəsində iddia tələbinin rədd olunması iddiaçının həmin əmlaklara dair mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə əmlakların əvəzsiz olaraq cavabdehə təhvil verilməsi ilə bağlı nəticəyə gəlsə də, iddiaçı tərəfindən ona məxsus mal-materialın məhz əvəzsiz olaraq cavabdehə verilməsi məntiqsizdir. Cavabdehin məhkəməyə təqdim etdiyi 02 avqust 2018-ci il tarixli razılaşmaya gəldikdə isə, iddiaçıda belə bir razılaşma aşkar olunmamışdır. Həmin razılaşmada olan möhür isə iddiaçıya məxsus deyil. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məlum olur ki, məhkəmə iddiaçının tələbini digər hissələrdə rədd edərkən tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. b) Prosessual hüquq normalarının pozulması ilə bağlı: İş materialları (tərəflər arasında bağlanmış icarə müqaviləsi, elektron qaimələr, malmateriallın təhvil-təslim aktı) ilə iddiaçının cavabdehə qarşı iddia tələbi tam şəkildə sübuta yetirilsə də, məhkəmə nədənsə həmin sübutları nəzərə almamış, iddia tələbini qismən təmin etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia rədd edilən hissədə qismən ləğv edilərək, iddianın qalan hissədə də təmin olunması xahiş edilsə də, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan (iddia təmin olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu üçün, həmin hissəyə toxunulmamalıdır. Bu baxımdan, hazırkı apellyasiya araşdırmasının predmetini iddianın rədd edilən hissəsi təşkil edir. Bu kontekstdə, işdən müəyyən edilir ki, iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında 05 mart 2018-ci il tarixdə QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, icarəyə verən ona məxsus olan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən tərkibdə Ağstafa rayonu Poylu qum çınqıl karxanası ərazisində yerləşən avadanlıq və əsas vəsaitləri icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə görə, icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən hər ay ƏDV xaric 2000 manat müəyyən olunur; 2.2-ci bəndinə əsasən, ödəniş hər ay üçün bank köçürmə yolu ilə icarəçi tərəfindən icarəyə verənə ödənilir; 6.1-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir, 1 il müddətində qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. QSZİ 37/0318 nömrəli 05.03.2018-ci il tarixli QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 1 nömrəli əlavə ilə tərəflər qeyd olunan icarə müqaviləsi üzrə icarəçi tərəfindən icarəyə götürülən avadanlıq və əsas vəsaitlərin siyahısını təsdiq etmişlər. Həmin siyahıda aşağıdakı əmlaklar göstərilmişdir. 1 ədəd tırtıllı mobil drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 mgücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker – qum xammalı üçün; 1 ədəd ələk – qum xammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor kislorod; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak – Rusiya (komplekt);1 ədəd propan balonu (boş balon);48 kv.m. Alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd Şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd Motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qum-çınqıl 5x15. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. QSZİ 37/0318 nömrəli 05.03.2018-ci il tarixli QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 2 nömrəli əlavə (avadanlığın və əsas vəsaitin təhviltəslim aktı) bağlanmışdır, həmin əlavəyə əsasən tərəflər qeyd olunan icarə müqaviləsi üzrə icarəyə verən cədvəldə göstərilən avadanlıq və əsas vəsaitləri icarəyə götürənə təhvil vermiş, icarəçi isə qəbul etmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 02.08.2018-ci il tarixdə QSZİ 37/0318 nömrəli 05.03.2018-ci il tarixli QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 3 nömrəli əlavə bağlanmışdır. Əlavənin: 1-ci bəndinə görə, tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin 2.1-ci bəndində göstərilmiş aylıq icarə haqqı məbləği ƏDV xaric 200 (iki yüz) manat müəyyən edilmişdir; 2-ci bəndinə əsasən, tərəflər Ağstafa rayonu Poylu qum çınqıl karxanası ərazisində 2006-2012-ci illərdə "xxxx" ASC tərəfindən istehsal olunmuş və daha sonra törəmə şirkəti olan "xxxx" MMC-yə təhvil verilərək sonuncunun balansında mal qalığı kimi qalmış 1.967.230,18 ton ballast çay daşı təmənnasız (əvəzsiz) olaraq “X5” MMC-yə təhvil verilməsi barədə razılığa gəlmişlər; 3-cü bəndinə görə, tərəflər qeyd edilən ballast çay daşından emal nəticəsində əldə edilmiş 0-5, 5-15, 15-25 fraksiyalı materiallar hər kub metri üçün 2 (iki) manat emal xidmət haqqı xərci ödənilmək şərti ilə "xxxx" ASC-yə və İddiaçı MMC-yə təhvil verilməsi barədə razılığa gəlmişlər; 4-cü bəndinə əsasən, təhviltəslim işlərinin aparılması faktiki olaraq mümkün olmadığından “X5” MMC hər il üçün emal etdiyi həcmə uyğun olaraq "xxxx" ASC-yə və İddiaçı MMC-yə məlumat təqdim etməlidir; 5ci bəndinə görə, “X5” MMC emal etdiyi 0-5, 5-15, 15-25 fraksiyalı materialların satışını digər müştərilərə göstərərsə bu halda "xxxx" ASC-yə hər satılmış ton üçün 1 manat ödəniş etməlidir; 6-cı bəndinə əsasən, bu müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılır; 7-ci bəndinə görə, bu əlavə 02.08.2018-ci il tarixdən qüvvəyə minir və 05.03.2018ci il tarixli QSZİ 37/0318 nömrəli müqavilənin ayrılmaz hissəsidir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC-nin 10.07.2018-ci il tarixli 100 K nömrəli əmri ilə "xxxx" MMC-nin Qazax (Dəmirçilər) Qum-çınqıl sahəsində yerləşən avadanlıqların sökülərək Poylu Qumçınqıl sahəsinə quraşdırılması üçün əsas vəsaitlərin təhvil-təslim edilməsi məqsədilə komissiya yaradılmışdır. İddiaçı MMC-nin 02.08.2018-ci il tarixli 004-18 nömrəli Müşahidə Şurası İclasının protokoluna əsasən Quba rayonu Qudyalçay ərazisi kənarında yerləşən qum-çınqıl yatağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün sənədləşmə işləri (razılıqlar, ekoloji pasport və digər) əldə edilməyincə fəaliyyət dayandırılması qərara alınmışdır. İddiaçı MMC ilə “X5” MMC arasında İddiaçı MMC-nin Müşahidə Şurası İclasının 004-18 nömrəli, 02 avqust 2018-ci il tarixli protokoluna istinadən razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən İddiaçı MMC Qazax rayonu Dəmirçilər qəsəbəsindən sökülərək “X4” MMC-nin Poylu qəsəbəsindəki sahəsinə daşınacaq istismara yararsız 88 adda olan avadanlıq-aqreqat və digər materiallar əvəzsiz olaraq (dəyəri tələb olunmadan) “X4” MMC-yə təhvil verilməsi, “X4” MMC öz növbəsində öz vəsaiti hesabına bütün daşınmanı və köçürmə işlərini həyata keçirərək buna dair İddiaçıMMC-yə hər hansı bir hesab təqdim etməməyi öz üzərinə götürmüşdür. Həmin razılaşmanın şərtlərinə əsasən tərəflər: 1.Qazax rayonu, Dəmirçilər qəsəbəsindən demontaj edilmiş istismara yararsız olan siyahıda göstərilən 88 adda inventar əvəzsiz olaraq “X5” MMC-yə təhvil verilməsi; 2.Qazax rayonu, Dəmirçilər kəndində demontaj olunan avadanlıq və qurğuların sökülməsi, daşınması, ərazinin təmizlənməsi, çay axının bərpa edilməsi ilə bağlı “X5” MMC tərəfindən görüləcək işlərə dair məsrəflər “X5” MMCnin öz xərci hesab edilərək İddiaçı MMC-yə hər hansı bir hesab təqdim edilməsi; 3. 05.03.2018-ci il tarixli. QSZİ 37/0318 nömrəli müqavilə üzrə icarəyə verilmiş inventarların yararsız olan hissələri müəyyən edilərək silginin aparılması üçün İddiaçı MMC-yə təqdim edilməsi barədə razılığa gəlmişlər. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 04.08.2018-ci il tarixli mal-materialların təhvil-təslim aktlarına əsasən cəmi 88 adda mal-material İddiaçı MMC-nin tərəfindən “X4” MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-nin 19.04.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsi ilə müəyyən edilir ki, 30.12.2013-cü il tarixdə yaradılmış İddiaçı MMC-nin adı 27.09.2016cı il tarixdə dəyişdirilərək "xxxx" MMC olmuş və sonradan adı yenidən dəyişdirilərək İddiaçı MMC adlandırılmışdır. Cavabdeh MMC-nin 13.11.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsi ilə müəyyən edilir ki, həmin nizamnamə AR Vergilər Nazirliyinin 14 nömrəli ərazi vergilər İdarəsi tərəfindən 23.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “X4” MMC-nin, 13.11.2018-ci il tarixdə adının dəyişməsi nəticəsində Cavabdeh MMC adlandırılmış, hazırda CPS Construction” MMC-nin yeni redaksiyada nizamnaməsidir. Şahid2 birinci instansiya məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayında İddiaçı MMC-nin İdarə heyətinin üzvü, iyun ayından isə sədr vəzifəsində işləmişdir. MMC-nin Qubada, Qazaxda karxanaları fəaliyyət göstərmişdir. Həmin vaxtlar yoxlamalar başlamış, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba rayonunda yerləşən Qudyalçay karxanasına 28.000 manat cərimə yazmışdır. Zavodun nüfuzuna xələl gəlməməsi üçün müşahidə şurasının iclası keçirilmiş və qərar qəbul olunmuşdur ki, mallar demontaj olunaraq Cavabdeh MMC-yə əvəzsiz verilsin. Zavod ölkədə fəaliyyət göstərən 5 sement zavodundan biridir. Həmin vaxt səyyar vergi yoxlaması başlamışdır. Əlavələrin bağlanması bu hadisələrlə əlaqədardır. Həmçinin, 3 nömrəli əlavə və razılaşma onun tərəfindən imzalamışdır. İmzaladıqdan sonra həmin əlavəni möhürlənməyə vermiş və həmin əlavəyə möhür vurulmuşdur. Zavodda 3 möhür var idi, biri zavodda qalırdı, biri Bakı şəhərində saxlanılırdı, biri isə özündə olurdu. Buna görə həmin əlavəyə hansı möhürün vurulduğunu xatırlamır və nəyə görə möhürlərin bir-birindən fərqlənməsi barədə suala cavab verə bilmir. Ola bilər ki, sənədlərin bir hissəsini Bakıda, bir hissəsini isə Qazaxda olanda imzalamışdır. Möhürlərin 2-ni təhvil vermiş, 1-i isə zavodda qalmışdır. Əmrə əsasən mallar Cavabdeh MMC-nin mülkiyyətinə keçmişdir. Mallar tam yararsız vəziyyətdə deyildi, lakin Cavabdeh MMC sökülmə və daşınma xərclərini öz üzərinə götürmüşdür. Habelə, idarə heyəti kollegial icra orqanı olmuş, idarə heyətinin üzvündə də möhür var idi. Məhkəmə kollegiyası qeyd edir ki, iddia 4 tələbdən ibarətdir: 1. icarə müqaviləsinin ləğv edilməsi, 2. icarə obyekti olan əmlakların qaytarılması, 3. icarə haqqının ödənilməsi və 4. iddiaçının 10.07.2018-ci il tarixli 100 K nömrəli əmrinə əsasən cavabdehə təhvil verilmiş əmlakların geri qaytarılması. İddiaçı qismən edilən 2-ci və 3-cü, təmin edilməyən 4-cü tələblə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iddianın icarə haqqı tələbinin təmin edilməyən hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, 05.03.2018-ci il tarixli QSZİ 37/0318 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı tələbi ilə bağlı tərəflər arasında mübahisəli hal icarə haqqının məbləğidir. İddiaçı hər ay üçün ƏDV xaric 2.000 manat məbləğdə icarə haqqı olmaqla ƏDV daxil 82.600 manat məbləğdə icarə haqqı borcunun ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh isə mübahisəli icarə müqaviləsinə 02.08.2018-ci il tarixdə bağlanmış 3 nömrəli əlavə ilə aylıq icarə haqqının 200 manat (ƏDV xaric) məbləğdə müəyyən olunduğunu irəli sürərək buna etiraz edir. İddiaçı öz növbəsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqaviləsinə 3 nömrəli əlavəyə vurulmuş möhürün onun möhürü olmadığını, eləcə də tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə görə həmin müqaviləyə əlavə və dəyişiklərin tərəflərin imzası və möhürü ilə təsdiq edilməli olduğunu əsas göstərərək, həmin əlavənin hüquqi qüvvəsinin olmadığını bildirir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş icarə müqaviləsinə 3 nömrəli əlavənin hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilməsi işin mübahisəsiz halıdır. Çünki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən və həmin dövrdə iddiaçının idarə heyətinin sədri olmuş Şahid2 mübahisəli 3 nömrəli əlavəni imzaladığını və möhür vurulması üçün müvafiq şəxsə təqdim etdiyini bildirmişdir. İddiaçı Şahid2 sözügedən vaxtda onun idarə heyətinin sədri olmasını, səlahiyyətini və imzasını mübahisə etmir. AR Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hər iki tərəf mübahisəli 3 nömrəli əlavəni imzalamaqla həmin əlavədə əks olunan mühüm şərtlər barədə razılığa gəldiklərini təsdiq etmiş və əlavənin bağlanmasına dair iradələrini ifadə etmişlər. 3 nömrəli əlavəyə vurulmuş möhürlə iddiaçının möhürü arasında fərqlərin mövcud olması ilə bağlı məsələyə gəldikdə isə, birincisi, mübahisəli dövrdə iddiaçının idarə heyətinin sədri vəzifəsində işləmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində MMC-nin 3 ədəd möhürünün olmasını, iddiaçının nümayəndələri isə verdikləri izahatlarında MMC-nin hazırda 2 ədəd möhürünün olduğunu təsdiq etmişlər. Aydındır ki, şirkətin bir neçə möhürü olduğu hazırkı halda müxtəlif sənədlərdə şirkətin adından vurulan möhür izlərinin fərqlənməsi istisna edilmir və bu halda möhür izlərində fərqlərin mövcudluğu sənədə vurulmuş möhürün şirkətə məxsus olmaması barədə nəticəyə gəlməyə əsas vermir. İkincisi, Şahid2 ifadəsindən məlum olur ki, iddiaçı şirkətin idarə heyətinin sədri işlədiyi dövrdə MMC-nin möhürlərindən ikisi onun birbaşa nəzarətində olmuş və vəzifədən azad edildikdən sonra həmin möhürlər onun tərəfindən zavoda təhvil verilmişdir. Belə olan halda isə möhürün saxlanmasına görə məsuliyyət daşıyan şəxsin imzaladığı sənədə MMC-nin möhürünün deyil, saxta möhürün vurulması barədə iddiaçının dəlilləri ağlabatan və inandırıcı deyil. Digər tərəfdən, Mülki Məcəllənin 425.1-cü maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırkı halda müqavilənin tərəfi (cavabdeh) kontragentin (iddiaçının) qanuni təmsilçisi tərəfindən imzalanmış sənədə (hazırkı halda müqaviləyə əlavəyə) vurulmuş möhürün həqiqiliyini və sənədin mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqqı olmuşdur. Belə olan halda isə, hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədin üzərinə vurulmuş möhürün həmin hüquqi şəxsə məxsus olmaması əsası ilə hüquqi qüvvəyə minməməsini iddia etməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından, vicdanlılıq prinsipinin tələblərinə cavab vermir. Bu baxımdan, iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmış müqaviləyə əlavəyə vurulmuş möhürün MMC-nin möhürləri ilə eynilik təşkil etməməsi müəyyən edilsə belə, göstərilən hal əlavənin bağlanmamış (qüvvəyə minməmiş) sayılması üçün əsas hesab edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi icarə haqqı tələbinə dair hissədə iddianı qismən təmin edərək, icarə müqaviləsinə 3 nömrəli əlavə ilə icarə haqqı məbləğinə edilmiş dəyişiklik nəzərə alınmaqla 05.03.2018-ci ildən 02.08.2018ci il tarixədək olan dövr üçün aylıq ƏDV daxil 2.360 (2.000+18%) manat, 02.08.2018-ci il tarixdən qətnamənin çıxarıldığı günədək olan dövr üçün isə aylıq ƏDV daxil 236 (200+18%) manat olmaqla, cavabdehdən 19.509 manat (2.360 x 5 ay + 236 x 31 ay 20 gün) məbləğdə icarə haqqı borcunu tutması qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın icarə obyekti olan avadanlıq və əsas vəsaitlərin geri qaytarılması tələbinin təmin edilməyən hissəsi ilə bağlı da apellyasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, Mülki Məcəllənin: 700.3-ci maddəsinə görə, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edildiyindən, iddiaçı icarə obyekti olan avadanlıq və əsas vəsaitlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Digər tərəfdən, iddiaçının qaytarılmasını tələb etdiyi 1.967.230,18 ton ballast çay daşına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, icarə müqaviləsinə 3 nömrəli əlavəyə əsasən tərəflər həmin əmlakın təmənnasız (əvəzsiz) olaraq cavabdehə təhvil verilməsi barədə razılığa gəlmişlər. Razılaşmada, həmçinin, çay daşının cavabdeh tərəfindən emal edilməsi, gələcəkdə emal edilmiş materialın hər kub.m-i üçün iddiaçıya pul ödənilməsi və ya emal xərcləri ödənilməklə emal edilmiş materialın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İcarə müqaviləsinə 3 nömrəli əlavədən görünür ki, 1.967.230,18 ton ballast çay daşı cavabdehə icarə məqsədləri üçün deyil, emal edilməsi üçün təhvil edilmişdir. Belə olan halda iddiaçı emal edilməsi üçün təhvil verilmiş malı icarə obyekti kimi geri qaytarılmasını tələb etməkdə haqlı deyil və 1.967.230,18 ton ballast çay daşının geri qaytarılmasına dair hissədə iddia düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Apellyasiya şikayətinin iddianın 04.08.2018-ci il tarixli təhvil-təslim aktlarına əsasən cavabdehə təhvil verilmiş mal-materialın geri qaytarılması tələbinin təmin edilməməsi barədə dəlilləri də əsassızdır. Belə ki, iddiaçı tərəfindən 88 adda mal-materialın cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin mal-materialın qaytarılmaq şərti ilə cavabdehə təhvil verildiyini iddia edir və həmin mal-materialın geri qaytarılmasını tələb edir. Cavabdeh geri qaytarılması tələb edilən mal-materialın tərəflər arasında bağlanmış 02.08.2018-ci il tarixli razılaşmaya əsasən əvəzsiz olaraq ona verildiyini irəli sürür və mövqeyini əsaslandırmaq üçün iddiaçının müşahidə şurasının 02.04.2018-ci il tarixli qərarını və tərəflər arasında bağlanılmış 02.08.2018-ci il tarixli razılaşmanı təqdim edir. Göstərilən dəlillərə qarşı iddiaçı həmin sənədlərə vurulmuş möhürün onun möhürü olmadığını və belə olan halda sənədlərin saxta olduqlarını bildirir. İddiaçının müşahidə şurasının protokolunun saxta olması barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəf belə bir iclasın keçirilmədiyini iddia etsə də, göstərilən dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, işin yuxarıda müzakirə edilən hallarından da göründüyü kimi, müşahidə şurasının mübahisəli iclasının katibi olmuş və protokolu imzalamış şəxs olan Şahid2 verdiyi ifadəsində 02.04.2018-ci il tarixdə onun təşəbbüsü ilə iddiaçının müşahidə şurasının iclasının keçirildiyini və həmin iclasda mübahisəli protokolda göstərilən qərarların həqiqətən də qəbul edildiyini təsdiq etmişdir. Məhkəmə kollegiyası sözügedən müşahidə şurasının iclas protokoluna və razılaşmaya iddiaçının adından vurulmuş möhürlə bağlı iddiaçının dəlillərinə münasibətdə hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən imzalanmış sənədlərə vurulmuş möhürə dair gəldiyi nəticələri təkrarlamır. İstinad edilən 02.08.2018-ci il tarixli razılaşmadan isə görünür ki, həmin razılaşmaya əsasən Qazax rayonu Dəmirçilər kəndində demontaj olunan avadanlıq və qurğuların sökülməsi, daşınması, ərazinin təmizlənməsi, çay axının bərpa edilməsi ilə bağlı cavabdeh tərəfindən görüləcək işlərin müqabilində iddiaçı iddia ərizəsində göstərilmiş 88 adda mal-materialı əvəzsiz olaraq cavabdehə vermişdir. Həmin razılaşmada mal-materialın müəyyən müddətdən sonra və ya iddiaçının tələbi ilə geri qaytarılmalı olması barədə heç bir müddəa yer almamışdır. İddiaçı həmin hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edir. Həmin normaya görə, “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” Hazırkı halda iddiaçı 02.08.2018-ci il tarixli razılaşmaya əsasən mübahisəli mal-materialları cavabdehin mülkiyyətinə verdiyindən, həmin əmlakların mülkiyyətçisi deyil, cavabdeh isə əmlaklara qanuni əsaslarla sahiblik edən şəxsdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın yoxlanılan hissədə qismən edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunveiciliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı (MPM-in 384.0.1-ci maddəsi), şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-243/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar