Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-841/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh3 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-126/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC (Kreditverən) və Cavabdeh5 (Borcalan) arasında imzalanmış xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalan”a 500000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2028-ci il tarixinədək kredit limiti ayırmış və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürmüşdür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir.
2. İddiaçı ASC (Kreditverən) və Cavabdeh5 (Borcalan) arasında imzalanmış 12 dekabr 2018-ci il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşmaya əsasən, “Kreditverən” 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 22 faiz olmaqla, xx.xx.2020-ci il tarixinədək 0 ay güzəşt olmaqla 23000 manat məbləğdə borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir.
3. 1 nömrəli Razılaşmanın 7-ci bəndinə əsasən 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22 % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır.
4. İddiaçı ASC (Kreditverən) və Cavabdeh5 (Borcalan) arasında imzalanmış 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşmaya əsasən, “Kreditverən” 18009- S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 21 faiz olmaqla, xx.xx.2021-ci il tarixinədək 0 ay güzəşt olmaqla 25000 manat məbləğdə borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir. 2 nömrəli Razılaşmanın 9-cu bəndinə əsasən 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22 % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır.
5. 29 yanvar 2021-ci il tarixli 9290***-*******01R nömrəli Restrukturizasiya razılaşmasına (kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli Əlavə Razılaşmaya) əsasən: - -Tərəflər arasında bağlanmış 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 ay müddətinə illik 30% faizdən çox olmamaq şərtilə 500000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. -Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”ın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutadagötürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar; -“Kreditverən” 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 19.44 % faiz dərəcəsi ilə xx.xx.2023-ci il tarixinədək 0 ay güzəşt olmaqla 10987,54 manat məbləğdə borc pul vəsaitini "Boracalan”nın mülkiyyətinə verir. -Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit Cavabdeh5 18009- S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2018-cu il tarixli Əlavə Razılaşmaya əsasən verilmiş 23000 manat məbləğdə kredit üzrə 9817,37 manat əsas borcun qalığının və 1170,17 manat məbləğdə hesablanmış faizin restrukturizasiyası məqsədi ilə verilir. -Güzəşt müddəti ərzində "Borcalan” götürülmüş kreditə görə yalnız 18009 S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə "Borcalan” əsas borc, faiz və digər ödənişləri "Kreditverən”ə ödəyəcəkdir. -Faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə “Kreditverən”ə qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0 manat məbləğdə cərimə ödəyəcəkdir; -“Borcalan” bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Kreditverən"ə geecikdirilmiş borc məbləğinin 40% məbləğində cəriməni ödəməlidir. -“Borcalan” bu razılaşmanı imzalamaqla 18009-S035908/678148 saylı, xx.xx.2018ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində verilmiş bu razılaşmanın 2-ci bəndində qeyd edilən və “Borcalan”a məxsus bank hesabına köçürülmüş kredit məbləğinin Cavabdeh5 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində çərçivəsində xx.xx.2018-ci il tarixli Əlavə Razılaşmaya əsasən verilmiş 10987,54 manat məbləğdə kredit üzrə yaranmış borclarının ödənilməsi məqsədi ilə “Kreditverən" tərəfindən qeyd edilən hesabdan silinməsinə razılıq verir. -Bu razılaşma borc alan və kreditverən arasında imzalanmış 18009 S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsidir.
6. 29 yanvar 2021-ci il tarixli 9290***-*******01R nömrəli Restrukturizasiya razılaşmasına (kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli Əlavə Razılaşmaya) əsasən: - -Tərəflər arasında bağlanmış 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 ay müddətinə illik 30% faizdən çox olmamaq şərtilə 500000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. -Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”ın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutadagötürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar. -“Kreditverən” 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 17,94 % faiz dərəcəsi ilə xx.xx.2023-ci il tarixinədək 0 ay güzəşt olmaqla 25.819,09 manat məbləğdə borc pul vəsaitini "Boracalan”nın mülkiyyətinə verir. -Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit Cavabdeh5 18009- S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən verilmiş 25000 manat məbləğdə kredit üzrə 22413,8 manat əsas borcun qalığının və 3405,29 manat məbləğdə hesablanmış faizin restrukturizasiyası məqsədi ilə verilir. -Güzəşt müddəti ərzində borcalan götürülmüş kreditə görə yalnız 18009 S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə "Borcalan” əsas borc, faiz və digər ödənişləri "Kreditverən”ə ödəyəcəkdir. -Faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə “Kreditverən”ə qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0 manat məbləğdə cərimə ödəyəcəkdir; -“Borcalan” bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Kreditverən"ə geecikdirilmiş borc məbləğinin 40% məbləğində cəriməni ödəməlidir; -“Borcalan” bu razılaşmanı imzalamaqla 18009-S035908/678148 saylı, xx.xx.2018ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində verilmiş bu razılaşmanın 2-ci bəndində qeyd edilən və “Borcalan”a məxsus bank hesabına köçürülmüş kredit məbləğinin Cavabdeh5 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində çərçivəsində xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən verilmiş 25819,09 manat məbləğdə kredit üzrə yaranmış borclarının ödənilməsi məqsədi ilə “Kreditverən" tərəfindən qeyd edilən hesabdan silinməsinə razılıq verir; -Bu razılaşma borc alan və kreditverən arasında imzalanmış 18009 S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsidir.
7. İddiaçı ASC və Cavabdeh2 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM78354302 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh4 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM71290401 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh3 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM78354202 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh6 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM67815002 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM78354602 saylı zaminlik müqaviləsinin: - 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. -1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu kreditor və borlcu Cavabdeh5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi və nu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor borcluya 120 ay müddətinədək 500000 manat məbləğinədək illlik 30 %-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. -2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulmsı üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kredit qarşısında borclu ilə eyni həmcdə və birgə məsuliyyət daşıyır. -2.2 ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər.
8. İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşma üzrə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 23000 manat olan kreditə görə Cavabdeh5 15 yanvar 2019-cı iltarixdən 11 dekabr 2020-ci il tarixinə qədər hər ayın 12-i (və ya 13-ü) 1193,47 manat, sonuncu ay 1193,56 manat ödəməlidir.
9. İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşma üzrə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 25000 manat olan kreditə görə Cavabdeh5 06 yanvar 2020-ci il tarixdən 03 dekabr 2021-ci il tarixinə qədər hər ayın 5-i (və ya 6-sı) 1284,9 manat, sonuncu ay 1284,97 manat ödəməlidir.
10. İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 29 yanvar 2021-ci il tarixli 9290***-*******02R saylı restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 25819 manat olan kreditə görə Cavabdeh5 05 mart 2021-ci il tarixdən 03 fevral 2023-cü il tarixinə qədər hər ayın 5-i (və ya 6-sı) 775 manat, sonuncu ay 1910,26 manat ödəməlidir.
11. 25 may 2023-cü il tarixinə olan maliyyə arayışında İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 12 dekabr 2018-ci il tarixli 18009 S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşma üzrə Cavabdeh5 xx.xx.2023-cü il tarixə 10987,23 manat əsas borc, 796,32 manat faiz borcu, 886,69 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir.
12. 25 may 2023-cü il tarixinə olan maliyyə arayışında İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 05 dekabr 2019-cu il tarixli 18009 S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşma üzrə Cavabdeh5 xx.xx.2023-cü il tarixə 25893,09 manat əsas borc, 1723,22 manat faiz borcu, 2195,03 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir.
13. Məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 9/9686 saylı rəyi ekspert rəyi ilə cavabdehlərin İddiaçı ASC-yə 12 dekabr 2018-ci il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşması üzrə müqavilənin bitdiyi tarixə (xx.xx.2023-cü il) əsas borcu 10.987,54 manat, faiz borcu 4.295,69 manat, 05 dekabr 2019-cu il tarixli 18009 S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşması üzrə müqavilənin bitdiyi tarixə (xx.xx.2023-cü il) əsas borcunun 25.819,09 manat, faiz borcunun 10.094,23 manat olması müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Şöbəsinin xx.xx.2021-cü il tarixli məktubu ilə müəyyən edilir ki, şöbənin icraatında olan 5 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofsinin 8İ-22555 saylı xx.xx.2021 -ci il tarixli icra qeydinə əsasən ipoteka saxlayan "Bank Respublika' ASC-nin tələbi ilə ipoteka qoyan Cavabdeh5 məxsus "DONG FENG" markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı və “SHACMAN” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillərə 39326,17 manat borc üzrə tutma yonədilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliyə müvafiq qaydada icraya yönəldilmişdir. Borclu Cavabdeh5 ünvanına icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər poçt vasitəsi ilə göndərilmiş və Cavabdeh5 icra vərəqəsinin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Borclu Cavabdeh5 icra şöbəsinə gəlməkdən yayındığı üçün onun barəsində 08.09,2021-ci ill tarixdə axtarış qərarı tərtib olunub icra olunması üçün Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir və borclu barəsində axtarış işi açılmlşdır. Borclu hal hazırda axtarışdadır. Bundan əlavə borcluya məxsus “DONG FENG" markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı və “SHACMAN" markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillər tərəflərindən axtarışa verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
14. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada onun xeyrinə 36880,32 manat əsas borc, 2519,82 manat faiz borcu, 3081,72 manat cərimə, ödənilmiş 200 manat mediasiya xərcinin və 17,23 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2018 il tarixli kredit limiti müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2018-ci il il tarixli 1 №-li razılaşmaya əsasən borcalan Cavabdeh5 illik 22 % ödəmək və xx.xx.2020 ilədək qaytarmaq şərtilə 23000 manat, xx.xx.2019 il tarixli 2 №-li razılaşmaya əsasən illik 21 % ödəmək və xx.xx.2021 ilədək qaytarmaq şərtilə 25000 manat kredit verilib. 1 №-li razılaşmaya əsasən verilmiş 23000 manat kreditin xx.xx.2021 il tarixə ödənilməmiş 9817.37 manat əsas borc və 1170.17 manat faiz hissəsi həmin tarixdə restruktizasiya olunaraq illik faiz dərəcəsi 19.44%, kreditin qaytarılmasının son müddəti xx.xx.2023-cü il müəyyən olunub. 2 №-li razılaşmaya əsasən verilmiş 25000 manat kreditin xx.xx.2021 il tarixə ödənilməmiş 22413,80 manat əsas borc və 3405,29 manat faiz hissəsi həmin tarixdə restruktizasiya olunaraq illik faiz dərəcəsi 17,94 %, kreditin qaytarılmasının son müddəti xx.xx.2023-cü il müəyyən olunmuşdur. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Müqavilə müddətinin sonuna banka olan borcun məbləği əsas borc üzrə 36880,32 manat, faizlər üzrə 2519,82 manat, cərimə üzrə 3081,72 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi/vəkili Vəkil2 bildirmişdir ki, iddianın Cavabdeh3 aid olan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq qeyd etmişdir ki, müşavirə otağında olarkən icra qeydinə də hüquqi qiymət verilməsini məhkəmədən xahiş edir. 2018-ci ildə ilkin müqavilə bağlanılmış və 2019-cu ildə əsas borclu öz həyat yoldaşını aldadaraq həmin müqavilələri imzalatmışdır. Cavabdeh3 xanımın bunlardan xəbəri olmamışdır. Hazırda tərəflərin də nikah münasibətləri pozulmuşdur. Həmçinin qeyd olunan məbləğə görə bankın 6 nəfər zamin cəlb etməsi də artıq bankda şübhə yaradırmış ki, tərəf bunu ödəməyə bilər və belə olan halda bank özü o məbləği əsas borcluya verərkən səhvə yol vermişdir. Sonda o, Cavabdeh3 aid hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-126/2024 saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada 36880,32 manat əsas borc, 2519,82 manat faiz borcu, 1000 manat cərimə olmaqla 40400,14 manat məbləğində borc, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun 10 manatının əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə ekspertiza nəticəsində müəyyən edilmişdir ki, 12 dekabr 2018-ci il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşma üzrə və 05 dekabr 2019-cu il tarixli 18009- S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşma üzrə ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə müəyyən edilmiş əsas və faiz borcu məbləğləri iddia ərizəsində tələb edilən məbləğdən çoxdur. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcların məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcları həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun, 36880.32 manat əsas borc və 2519.82 manat faiz borcu məbləğində tutulmalıdır. İddia eyni zamanda cavabdehlərdən 3081,72 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1000 manat müəyyən edilməlidir.
18. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli e-2-2(113)-2227/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək Cavabdeh3 münasibətdə iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin hakimi qeyd edilən maddi hüquq normalrına istinad edərək iddianı təmin etsə də, əslində səhv və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, iş materialları ilə tanış olduqda müəyyən edilir ki, zamin Cavabdeh3 xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Qeyd edilən zaminlik müqaviləsi bağlanan zaman artıq ilkin borclu Cavabdeh5 Qasim oğlu ilə iddiaçı arasında kredit xətti müqaviləsi olmuşdur. Sonradan iddiaçı ilə Cavabdeh5 arasında bir sıra əlavə razılaşmalar bağlanmışdır. Lakin bu razılaşmalara barədə Cavabdeh3 Mirtsahar qızı məlumatlı olmamışdır. Belə olan halda iddiaçının Cavabdeh3 qarşı qaldırmış olduğu iddia tamamilə əsassızdır. Eyni zamanda məhkəmənin müəyyən etdiyi əlavə razılaşma kimi adlandırdığı, əslində isə yeni kredit müqaviləsi olan bu sənədlər barədə Cavabdeh3 heç bir məlumat verilməmişdir. Bundan başqa iş materiallarında müqavilələrin və məxaric orderinin əsilləri əlavə edilməmişdir. Məhkəmə özü qətnamədə surətlərin olmasını bildirmiş və və hüquqi qiymətləndirmə aparmışdır. Qeyd edilən mübahisənin araşdırılması zamanı məhkəmə tərəfindən hesab edirik ki, çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. Məhkəmə iclasında digər cavabdehlərin iştirakı təmin edilməmişdir. Əsas borclu şəxs məhkəməyə dəvət edilməmiş, onun mövqeyi müəyyən edilməmişdir. Məhkəmə işə əlavə edilmiş icra qeydi və Sabunçu rayon icra Şöbəsinin icra məmur tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərarına da hüquqi mövqe bildirməmişdir. Faktiki olaraq mübahisə barəsində artıq icra qeydi verilmiş və iş Sabunçu rayon icra şöbəsinə daxil olmuşdur. İcra məmuru tərəfindən isə müvafiq qərar qəbul edilmişdir. Bu barədə məhkəməyə məlumat verilsə də məhkəmə qeyd edilən hala müşavirə otağında qiymət verməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şiakyətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini və onuna münasibətdə iddianın rədd edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
24. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
25. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
26. AR Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
Apellyasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayətini verməmişdir, Cavabdeh3 isə verdiyi apellyasiya şikayətində qətnamənin ona aid hissədə tamamilə ləğv edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığını Cavabdeh3 qarşı olan iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 12 dekabr 2018-ci il tarixli 18009 S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşmaya əsasən “Kreditverən” 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 22 faiz olmaqla, xx.xx.2020-ci il tarixinədək 23000 manat məbləğində, 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşmaya əsasən, “Kreditverən” 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 21 faiz olmaqla, xx.xx.2021-ci il tarixinədək 25000 manat məbləğdə kredit verilmişdir. Daha sonra kredit limiti müqaviləsi çərçivəsində bağlanmış 29 yanvar 2021-ci il tarixli 9290***-*******01R nömrəli Restrukturizasiya razılaşmalarına əsasən əsas və faiz borcunun resktrukturizasiyası məqsədilə Cavabdeh5 xx.xx.2023-ci il tarixinədək müddətə kreditlər verilmişdir. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər.
32. İş materialları ilə kredit alan Cavabdeh5 kredit limiti müqaviləsi çərçivəsində bağlanmış restrukturizasiya razılaşmaları üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini, nəticədə kredit alan İddiaçı ASC-yə əsas və faiz borcunun yarandığını, belə olan halda İddiaçı ASC-nin Mülki Məcəllənin 739-cu maddəsinə əsasən həmin borcun ödənilməsini borc alandan, eləcə də Mülki Məcəllənin 472.2-ci maddəsinin tələblərinə əsasən zaminlərdən tələb etmək hüququnun yarandığını nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı ASC kredit razılaşmaları üzrə əsas və faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlı olmuşdur.
33. Kredit razılaşmaları üzrə tutulması qət edilmiş əsas və faiz borcu məbləğlərinə münasibətdə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, ekspert rəyində kredit razılaşmaları üzrə əsas və faiz borclarının məbləği iddia tələbinə nisbətdə daha çox göstərildiyindən həmin kredit razılaşmaları üzrə cavabdehlərdən tutulmalı olan əsas və faiz borcları MPM-in 218.3-cü maddəsinin tələblərinə əsasən iddia tələbinə uyğun müəyyənləşdirilməlidir.
34. Bununla yanaşı Cavabdeh5 kredit razılaşmaları üzrə öhdəliklərini lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığını, tərəflər arasında bağlanmış kredit razılaşmalarından kredit alan tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq kollegiya cavabdehlərdən iddiaçının xeyrinə 1000 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
35. Kredit limiti müqaviləsi çərçivəsində bağlanmış əlavə razılaşmalardan xəbərinin olmaması, həmin əlavə razılaşmalar üzrə Cavabdeh5 öhdəliklərinə zamin durmaması barədə Cavabdeh3 apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 iddiaçı ilə zaminlik müqaviləsi bağlamaqla mübahisəli kredit limiti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan razılaşmalar (o cümlədən mübahisəli restrukturizasiya barədə razılaşmalar üzrə) üzrə kredit alan Cavabdeh5 öhdəliklərinə zamin durmuşdur. Mübahisəli kredit limiti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Eyni zamanda həmin müqavilə çərçivəsində bağlanmış mübahisəli restrukturizasiya razılaşmalarında zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan müddəalar (kreditin ümumi məbləğinin artırılması, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və s.) nəzərdə tutulmamışdır. Odur ki, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən restrukturizasiya barədə razılaşmaların bağlanarkən zamin Cavabdeh3 razılığının alınması zəruri olmamışdır.
36. Müqavilələrin əslinin təqdim edilməməsi barədə cavabdehin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, MPM-in 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.
37. Hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh3 nümayəndəsi və vəkili əlavə razılaşmalarda və ödəniş cədvəllərində cavabdehin adından çəkilmiş imzaların həqiqiliyini mübahisələndirmiş və həmin sənədlərin əslinin təqdim edilməsini tələb etmişdir. Lakin sonradan cavabdehin nümayəndəsi və vəkili məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətini geri götürmüş və sözügedən sənədlərdəki imzanın cavabdehə məxsus olmasını, bununla da faktiki olaraq sənədlərin həqiqiliyini təsdiq etmişdir. Odur ki, sənədlərin əslinin təqdim edilməsinə zərurət aradan qalxmışdır.
38. İş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli icra qeydinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən icra qeydi mübahisəli kredit razılaşmaları üzrə kredit borcun tutulması ilə bağlı deyil, həmin borcla əlaqədar ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı aparılmışdır. Digər tərəfdən Bakı şəhəri Sabunçu rayonu İcra Şöbəsinin xx.xx.2021-cü il tarixli məktubundan da göründüyü kimi həmin icra qeydi hal-hazıradək icra edilməmişdir. Odur ki, icra qeydinin verilməsi üçün əsas olmuş tələbin predmeti (ipoteka müqaviləsinə əsaslanan ipoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ) ilə hazırkı iddianın predmeti (kredit və zaminlik müqavilələrinə əsaslanan borcun ödənilməsini tələb etmək hüququ) fərqli olduqlarından sözügedən icra qeydinin mövcudluğu hazırkı mübahisəyə məhkəmədə baxılmasını və kredit müqavilələri üzrə borcun borc alan və zaminlərdən müştərək qaydada tutulmasına mane olmur.
39. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
40. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-126/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh3 qarşı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh3 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov