Məhkəmə qərarları › İş №2-2(103)-841/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-841/2025

10.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-841/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1719/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurduğu 31718,25 manat maddi ziyan, 60 manat mediasiya xərci, 4000 manat audit xərci, 190 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 35978,25 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 5947/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1719/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh 20982 (iyirmi min doqquz yüz səksən iki) manat maddi ziyan, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 115,80 manat (yüz on beş manat səksən qəpik) olmaqla, ümumilikdə 21097,80 manat (iyirmi bir min doxsan yeddi manat səksən qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi əvvəla Binəqədi Rayon Məhkəməsinə müraciət etdiklərini, məhkəmədə etiraz etmələrinə baxmayaraq işin Bakı Kommersiya Məhkəməsinə göndərildiyini bildirdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında vediyi izahatda bildiridi ki, işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan şikayət vermə müddətini ötürdüklərinə görə işə kommersiya mübahisəsi kimi qiymət verilib. Cavabdeh heç bir vaxt iddiaçı şirkətin qanuni təmsilçisi olmamış, əmək müqaviləsi əsasında işləyən işçi olmuşdur. Hesab edir ki, işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1719/2025 saylı qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı qaldırılmış iddia tələbi cavabdehin iddiaçı şirkətin icraçı direktoru işlədiyi dövrdə vəzifələrini lazımi şəkildə icra etməməsi nəticəsində iddiaçıya vurduğu maddi ziyanın əvəzinin ödənilməsindən ibarətdir. İddiaçı bu tələbi əsaslandırarkən tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 186, 202 və 203-cü maddələrinə və Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə istinad etmişdir. - İddiaçı MMC (işəgötürən) ilə Cavabdeh (işçi) arasında 01 avqust 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixdə işəgötürənin 55 saylı əmri ilə həmin əmək müqaviləsinə xitam verilmişdir. - Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlardakı dəyişikliklərin tarixçəsindən görünür ki, İddiaçı MMC-nin qanuni təmsilçisilik funksiyasına malik direktoru vəzifəsini xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Nümayəndə2, xx.xx.2022-ci il tarixdən hal-hazıradək isə Qanuni nümayəndə icra etmişdir. -“X3” MMC-nin nizamnaməsinin 5.1-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. - “EMİS”dən çıxarışdan görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Binəqədi rayonunda yerləşir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının: 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 18-ci bəndinə əsasən məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. 26-cı bəndinə əsasən nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən Qərarına əsasən predmetinə görə kommersiya məhkəmələrinə aid edilən mübahisə növlərindən biri də kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ mübahisələrdir. Qərara görə korporativ mübahisələrə təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər aid edilir. Göründüyü kimi korporativ mübahisələrin subyekti qismində korporativ təşkilatın özü, onun iştirakçıları (təsisçiləri və s.) və idarə etmə orqanlarının nümayəndələri çıxış edə bilər, digər tərəfdən həmin mübahisələr predmetinə görə hüquqi şəxslərin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından irəli gəlməlidir. Hazırkı halda isə kommersiya hüquqi şəxsi olan İddiaçı MMC-nin nizamnaməsinə əsasən həmin hüquqi şəxsin təkbaşına icra orqanı qanuni təmsilçilik funksiyasına malik direktorudur. Cavabdeh isə şirkətin icraçı direktoru vəzifəsində işləmiş, yəni nizamnaməyə əsasən qanuni təmsilçilik hüququna malik olan şəxs, eləcə də təkbaşına icra orqanı, kollegial icra orqanının və ya digər idarə etmə orqanının üzvü olmamışdır. Belə olan halda isə tərəflər arasında mübahisəyə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinin fidusiar (maraqlara sadiq, vicdanlı davranış) vəzifələrini yerinə yetirməməsi hallarına şamil edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3 və 49.4-cü maddələrinin tətbiq edilməsi istisna olunur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı halda mübahisənin hüquqi şəxslə onun idarəetmə orqanının nümayəndəsi arasında yaranmış kommersiya hüquqi şəxsin idarə edilməsindən irəli gələn korporativ mübahisə kimi nəzərdən keçirilməsi üçün əsas yoxdur. Əksinə hazırkı mübahisə işəgötürən qismində İddiaçı MMC ilə işçi qismində Cavabdeh arasında yaranmış əmək münasibətlərindən irəli gələn mübahisə olmaqla predmetinə görə müstəsna qaydada ümumi məhkəmələrinə aid edilir. Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1719/2025 saylı qətnaməsi ləğv edilməklə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1719/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar