Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-842/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-671/2023 nömrəli qərardadından cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən DC00300687- 01 saylı kredit müqaviləsinə əsasən cəmi 120489,01 manat borcun; DC00300687-02 saylı kredit müqaviləsinə əsasən cəmi 73.549 manat borcun; DC00300687-03 saylı kredit müqaviləsinə əsasən cəmi ******* manat borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 171 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 4700 manat cərimə borcu, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479.95 manat faiz borcu, 3000 manat cərimə borcu, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 13651.13 manat faiz borcu, 2942,28 manat cərimə borcu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 274286,73 (iki yüz yetmiş dörd min iki yüz səksən altı manat yetmiş üç qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)- 638/2023 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Cavabdeh Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, şikayətin təmin edilməsi, qərardadın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinə xx.xx.2023- cü il tarixli, e-2-2(113)-671/2023 saylı qətnaməsindən tərəflərindən vaxtında şikayət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş geri qaytarılmışdır. Qaytarılma səbəbi dövlət rüsumun 290 manat deyil 90 manat ödənilməsi olmuşdur. Texniki səhv kimi tərəflərindən rüsum az ödənilmişdir. Cavabdehin maddi imkanı çox zəif olduğu üçün 290 manatın yenidən ödənilməsi üçün çətinlik olmuşdur. Onların də məhz apellyasiya şikayəti verməyinin səbəbi elə maddi imkanı olmayan şəxs haqqında qətnamənin çıxması olmuşdur. Belə ki, kredit Qanuni nümayəndə sürücü işlədiyi MMC-nin rəhbəri həmin krediti götürmüşdür, lakin cavabdehin adına rəsmləşdirmişdir. Rüsumun ödənilməsində çətinliyin yaranması bir daha apellyasiya şikayətində göstərilən dəlilləri sübut edir. Rüsum ödənildikdən sonra yenidən apellyasiya şikayəti və müddətin bərpası haqqında ərizə verilmiş, lakin məhkəmə ərizədə ciddi səbəblər göstərilməsinə baxmayaraq onu təmin etməmişdir. Ərizənin təmin edilməməsinə səbəb kimi məhkəmə apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardad qəbul etməməsini göstərmişdir. Belə ki, iş apellyasiya məhkəməsi tərəfindən geri qaytarıldıqdan sonra məhkəmə icra vərəqəsi vermiş, amma şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul etməmişdir. İcra şöbələrində artıq icraata başlanılmasına baxmayaraq məhkəmənin qeyrimüəyyən müddətə şikayəti geri qaytarmaması hazırkı ərizənin verilməsinə səbəb olmuşdur. Bundan başqa məhkəmə tərəfindən prosessual normalar pozularaq qərardad çıxarılmışdır. Belə ki, məhkəmə iclası təyin olunan vaxt mən cavabdehin vəkili Nümayəndə rayonda olduğumdan məhkəmə iclasında iştirak edə bilməsəm də elektron məhkəmə portalı vasitəsilə müvafiq ərizə yerləşdirmişəm. Qanuni nümayəndə özü məhkəmədə olmuş və məhkəmə iclasının təyin olunduğu vaxtda məhkəmə zalına daxil olmuşdur. Lakin məlum olmuşdur ki, məhkəmə məhkəmə iclasının başlamasına 10 dəqiqə qalmış qərardad qəbul etmişdir. Bütün bunlar məhkəmə tərəfindən işə qərəzli, subyektiv yanaşdığını göstərir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-671/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2-2(113)-671/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)- 638/2023 saylı qərardadı ilə dövlət rüsumunun az ödənilməsi səbəbi ilə qeyri-mümkün hesab edilmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-638/2023 saylı qərardadı qəbul edildikdən 1 ay 19 gün sonra apellyasiya şikayəti verilməsi üçün xx.xx.2023-cü il tarixdə dövlət rüsumu ödəmiş, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2022- ci il tarixli, e-2-2(113)- 671/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, dövlət rüsumunun maddi imkanın yaxşı olmaması səbəbindən vaxtında ödənilməməsi buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh Qanuni nümayəndə şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-842/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-842/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver