Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-844/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-386/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsindən (hakim F.Qasımov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 11.02.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22.926,95 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 25.396,99 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 978,79 manat məbləğində borcunun ödənilməsnin təmin edilməsi məqsədi ilə 410.200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edərək (e-2-2(113)- 553/2021 saylı iş) cavabdehin 11.02.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 978,79 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 25396,99 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 978,79 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 410200 manat məbləğində siyahıya alınmış əmlakının, (e-2-2(113)-555/2021 saylı iş) cavabdehin 11.02.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22063,38 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 25396,99 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 978,79 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 410000 manat məbləğində siyahıya alınmış əmlakının, (e-2-2(113)-1173/2021 saylı iş) cavabdehin 18.09.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 851,71 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 31508,66 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 1325,81 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 86100 manat məbləğində siyahıya alınmış əmlakının və (e-2-2(113)-1190/2021 saylı iş) cavabdehin 18.09.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11994,35 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 31508,66 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 1325,81 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 86100 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-386/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı 24.06.2021-ci il tarixdə qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-386/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsi elektron imza ilə təsdiq edilərək iddiaçının nümayəndəsi Nümayəndə1 məxsus şəxsi elektron kabinetə 16.05.2021-ci il tarixdə yerləşdirilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti 24.06.2021-ci il tarixdə sistemə yerləşdirilmişdir. Göründüyü kimi, elektron məhkəmə informasiya sisteminə daxil edilmiş məlumatlardan da görünür ki, məhkəmənin 08.05.2021-ci il tarixli qətnaməsi 16 may 2021-ci il tarixdə elektron qaydada imzalanmaqla elektron məhkəmə-informasiya sisteminə daxil edilmiş və iddiaçı X2 tərəfindən yaradılmış elektron kabinetə istiqamətlənməklə həmin kabinetdə yerləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddənin tələbindən göründüyü kimi qanunvericilik məhkəmə sənədlərinin elektron kabinetə yerləşdirildiyi təqdirdə onların çatdırılmasını nəzərdə tutur. Bu isə onu deməyə əsas verir ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi 16 may 2021-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən apelyasiya şikayəti elektron məhkəmə informasiya sistemi vasitəsilə 24.06.2021-ci il tarixdə, yəni müddət ötürüldükdən sonra təqdim edildiyindən məhkəmə hesab edir ki, apelyasiya şikayəti mümkün sayılmamalıdır. Elektron informasiya sistemindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə prosessual müddətin bərpası barədə ərizə təqdim edilmişdir. Cavabdehin apelyasiya şikayəti mümkün sayılaraq işə baxılması 03.09.2021-ci il tarixə təyin edildiyindən məhkəmə hesab edir ki, iddiaçının ərizəsinə hüquqi qiymət verilməsi üçün iş apelyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2 (113)-386/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, iş iddiaçının elektron informasiya sisteminə yüklənmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi üçün baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-386/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş iddiaçının elektron informasiya sisteminə yüklənmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi üçün baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-844/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-844/2021
02.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver