Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-847/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “qaz sərfiyyatının ləğvi və s.” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-22(113)-5488/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh İB-yə qarşı “qaz sərfiyyatının ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən tərtib olunmuş akt əsasında Cəmiyyətin adına əsassız şəkildə hesablanmış 41062 m³ qaz sərfiyyatının silinməsi və qazın verilişinin əsaslandırılmadan dayandırılmasının qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-5488/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı MMC-yə geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı MMC apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iş üzrə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə iddiaçı tərəfin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC tərəfin şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: İddiaçı MMC-nin nümayəndəsi vəkili tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-847/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-847/2025
22.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver