Məhkəmə qərarları › İş №2-2(103)-849/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-849/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-849/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005L**********89 saylı uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kreditalana 10 000 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 10 oktyabr 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur (1.3).

2. xx.xx.2018-ci il tarixli 005L**********89 saylı “uzunmüddətli kredit müqaviləsi” üzrə kredit verən ilə kredit alan arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bank məbləği 100 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5833% olmaqla 24 ay müddətinə kredit alana verir.

3. xx.xx.2018-ci il tarixli 005L**********89 saylı “uzunmüddətli kredit müqaviləsi” üzrə kredit verən ilə kredit alan arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bank məbləği 100 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5% olmaqla 24 ay müddətinə kredit alana verir.

4. xx.xx.2018-ci il tarixli 005L**********89 saylı “uzunmüddətli kredit müqaviləsi” üzrə kredit verən ilə kredit alan arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bank məbləği 40 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5% olmaqla 24 ay müddətinə kredit alana verir.

5. xx.xx.2018-ci il tarixli 005L**********89 saylı “uzunmüddətli kredit müqaviləsi” və həmin uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə kredit verən ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005S**********03 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarından irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evi Cavabdeh2 adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsri tərəfindən 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 235.2 m2 sahədən ibarət bağ evinin kreditverənin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evi Cavabdeh2 adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsri tərəfindən 1 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 147.2 m2 sahədən ibarət bağ evinin kredit verənin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

8. İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 (borc alan) arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 005M**********01 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, ipoteka saxlayan ilə borc alan arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005L**********89 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

9. İpoteka saxlayan ilə ipoteka qoyan və borc alan arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 005M**********02 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, ipoteka saxlayan ilə borc alan arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005L**********89 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

10. Borc alanın notariat orqanına ünvanladığı müvafiq ərizəyə görə, **********33- 11301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evini ipoteka saxlayanın qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Borc alanın notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, **********32-11301 reyestr nömrəli çxıarışa əsasən Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evini ipoteka saxlayanın qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

11. İpoteka saxlayan tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə borc alanın xx.xx.2020-ci il tarixə banka əsas borc üzrə 50 588,42 manat, faiz borcu üzrə 5423,89 manat, cərimə borcu üzrə 16 185,86 manat olmaqla, cəmi 72 198,17 manat borcu vardır.

12. İpoteka saxlayan tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə borc alanın xx.xx.2020-ci il tarixə banka əsas borc üzrə 54 569,81 manat, faiz borcu üzrə 5454,12 manat, cərimə borcu üzrə 17 241,29 manat olmaqla, cəmi 77 265,22 manat borcu vardır.

13. İpoteka saxlayan tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə borc alanın xx.xx.2020-ci il tarixə banka əsas borc üzrə 28 283,92 manat, faiz borcu üzrə 3416,65 manat, cərimə borcu üzrə 9301,02 manat olmaqla, cəmi 41 001,59 manat borcu vardır.

14. “ABAK-X3” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, 05/QHM/05-21 saylı qiymətləndirmə rəyindən görünür ki, ipoteka qoyana məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 147.2 kv.m sahədən ibarət bağ evinin bazar dəyəri 166 748 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-147/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, ipoteka qoyana məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 147.2 kv.m sahədən ibarət bağ evinin likvid dəyəri 105 000 manat, bazar dəyəri 118 000 manat təşkil edir.

15. “ABAK-X3” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, 06/QHM/05-21 saylı qiymətləndirmə rəyindən görünür ki, ipoteka qoyana məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 235.2 kv.m sahədən ibarət bağ evinin bazar dəyəri 207 427 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-156/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, ipoteka qoyana məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 235.2 kv.m sahədən ibarət bağ evinin likvid dəyəri 168 000 manat, bazar dəyəri 188 000 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 50 588,42 manat kredit borcu, 5423,89 manat faiz borcu və 16 185,86 manat cərimə borcu olmaqla, cəmi 72 198,17 manat, 005R********** saylı kredit razılaşması üzrə 54 569,81 manat kredit borcu, 5454,12 manat faiz borcu və 17 241,29 manat cərimə borcu olmaqla, cəmi 77 265,22 manat, 005R********** saylı kredit razılaşması üzrə 28 283,92 manat kredit borcu, 3416,65 manat faiz borcu və 9301,02 manat cərimə borcu olmaqla, cəmi 41 001,59 manat 3 kredit razılaşması üzrə ümumilikdə cəmi 190 464,98 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 190 464,98 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır:

- Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 005L**********89 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 10 000 000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. - Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100 000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 49 411,58 manat ödəmiş, onun 50 588,42 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 320 gün üçün hesablanmış faiz borcu 5423,89 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 320 gün üçün hesablanmış cərimə 16 185,86 manat təşkil edir. - Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 100 000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 45 430,19 manat ödəmiş, onun 54 569,81 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 316 gün üçün hesablanmış faiz borcu 5454,29 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 316 gün üçün hesablanmış cərimə 17 241,29 manat təşkil edir. - Həmçinin uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40 000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11 716,08 manat ödəmiş, onun 28 283,92 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 329 gün üçün hesablanmış faiz borcu 3416,65 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 329 gün üçün hesablanmış cərimə 9301,02 manat təşkil edir. - Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. - Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.01507 ha torpaq sahəsinndə yerləşən 2 mətrtəbəli 3 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. - Eyni zamanda, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 005M**********02 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Novxanı kəndi bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir.

18. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək ərizəsini aşağıdakı kimi əsaslandırmışdır:

- Cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 29 088,42 manat kredit borcu, 5423,89 manat faiz borcu və 16 185,86 manat cərimə olmaqla, cəmi 50 698,20 manat, 005R********** saylı kredit razılaşması üzrə 51 569,81 manat kredit borcu, 5454,12 manat faiz borcu və 17 241,29 manat cərimə olmaqla, cəmi 74 265,22 manat, 005R********** saylı kredit razılaşması üzrə 28 283,92 manat kredit borcu, 3416,65 manat faiz borcu və 9301,02 manat cərimə olmaqla, cəmi 41 001,59 manat, 3 kredit razılaşması üzrə ümumilikdə cəmi 165 965,10 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 165 965,10 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixl ekspert rəyindən görünür ki, borc alanın banka ödənilmiş pul vəsaitlərinə dair kredit statusu vərəqəsi məlumatları, xx.xx.2018-ci il tarixli, 005R********** nömrəli kredit razılaşmasının şərtləri nəzərə alınmaqla borc alanın xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 59 098,78 manat məbləğində və xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (ekspertiza tədqiqatının aparıldığı tarix) banka olan faiz borcu tam ödənilmiş və əsas borcu 37 597,74 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2020-ci il tarixə əsas borc üzrə 50 332,53 manat, faiz borcu üzrə 8766,25 manat; xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə: əsas borc üzrə 37 597,74 manat, faiz borcu üzrə 0,00 manat. İpoteka saxlayan ilə borc alan arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005R********** nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə müəyyən edilmədi. İkinci sual üzrə: Borc alanın banka ödənilmiş pul vəsaitlərinə dair kredit statusu vərəqəsi məlumatları, xx.xx.2018-ci il tarixli, 005R********** nömrəli kredit razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 63 975,47 manat məbləğində və xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (ekspertiza tədqiqatının aparıldığı tarix) banka olan əsas və faiz borcu 60 975,47 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2020-ci il tarixə əsas borc üzrə 54 262,48 manat, faiz borcu üzrə 9712,98 manat; xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə: əsas borc üzrə 54 262,48 manat, faiz borcu üzrə 6712,98 manat. İpoteka saxlayan ilə borc alan arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005R********** nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə müəyyən edilmədi. Üçüncü sual üzrə: Borc alanın banka ödənilmiş pul vəsaitlərinə dair kredit statusu vərəqəsi məlumatları, xx.xx.2019-cu il tarixli, 005R********** nömrəli kredit razılaşmasının şərtləri nəzərə alınmaqla borc alanın xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 33 118,95 manat məbləğində, xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 33 189,54 manat məbləğində, xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 34 883,72 manat məbləğində, xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (ekspertiza tədqiqatının aparıldığı tarix) banka olan əsas və faiz borcu 34 883,72 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2020-ci il tarixə əsas borc üzrə 28 236,31 manat, faiz borcu üzrə 4882,64 manat; xx.xx.2020-ci il tarixə əsas borc üzrə 28 236,31 manat, faiz borcu üzrə 4953,23 manat; xx.xx.2021-ci il tarixə əsas borc üzrə 28 236,31 manat, faiz borcu üzrə 6647,41 manat; xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə əsas borc üzrə 28 236,31 manat, faiz borcu üzrə 6647,41 manat. İpoteka saxlayan ilə borc alan arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005R********** nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə müəyyən edilmədi.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, birinci və ikinci suallar üzrə: borc alanın iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair kredit statusu vərəqəsi məlumatları, xx.xx.2018-ci il tarixli, 005R********** nömrəli kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla borc alanın sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2020-ci il tarixə əsas borc üzrə 50 332,53 manat, faiz borcu üzrə 8766,25 manat; xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə əsas borc üzrə 28 831,49 manat, faiz borcu üzrə 8766,25 manat. Üçüncü və dördüncü suallar üzrə: borc alanın iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair kredit statusu vərəqəsi məlumatları, xx.xx.2018-ci il tarixli 005R********** nömrəli kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla borc alanın sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2020-ci il tarixə əsas borc üzrə 54 262,48 manat, faiz borcu üzrə 9712,98 manat. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə əsas borc üzrə 51 262,48 manat, faiz borcu üzrə 9712,98 manat. Beşinci sual üzrə: borc alanın iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair kredit statusu vərəqəsi məlumatları, xx.xx.2019-cu il tarixli, 005R********** nömrəli kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla borc alanın sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2020-ci il tarixə: əsas borc üzrə 28 236,31 manat, faiz borcu üzrə 4882,64 manat; xx.xx.2020-ci il tarixə əsas borc üzrə 28 236,31 manat, faiz borcu üzrə 4953,23 manat; xx.xx.2021-ci il tarixə əsas borc üzrə 28 236,31 manat, faiz borcu üzrə 6647,41 manat; xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə əsas borc üzrə 28 236,31 manat, faiz borcu üzrə 6647,41 manat. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit razılaşmaları üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün borc hesablanılan tarixlərə borc alana cərimə borcu hesablanmadı.

21. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025ci il tarixli qiymətləndirmə rəyinə görə, ipoteka qoyana məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evinin likvid dəyəri 115 000 manat, bazar dəyəri 128 800 manat; ipoteka qoyana məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evinin likvid dəyəri 185 400 manat, bazar dəyəri 206 000 manat təşkil edir.

22. Birinci instansiya məhkəməsinin 14 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdehlərdən müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə 28 831,40 manat kredit borcu, 5423,89 manat faiz borcu və 1500 manat cərimə olmaqla, cəmi 35 755,29 manat; 005R********** saylı kredit razılaşması üzrə 51 262,48 manat kredit borcu, 5454,12 manat faiz borcu və 2600 manat cərimə olmaqla, cəmi 59 316,6 manat; 005R********** saylı kredit razılaşması üzrə 28 236,31 manat kredit borcu, 3416,65 manat faiz borcu və 1500 manat cərimə olmaqla, cəmi 33 152,96 manat; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı kəndi Bağlar massivində 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 92.3 m2 yaşayış və 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu, Novxanı kəndi Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 93.6 m2 yaşayış və 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan, Abşeron rayonu, Novxanı kəndi bağlar massivində 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 92.3 m2 yaşayış və 54.9 m2 köməkçi sahədən ibarət bağ evinin ilkin satış qiymətinin 115 000 manat, Abşeron rayonu, Novxanı kəndi Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 93.6 m2 yaşayış və 141.6 m2 köməkçi sahədən ibarət bağ evinin ilkin satış qiymətinin 185400 manat müəyyən edilməsi, Abşeron rayonu Novxanı kəndi bağlar massivində 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu, Novxanı kəndi Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 93.6 m2 yaşayış və 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

- Qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, ekspert rəylərini nəzərə alaraq əsas və faiz borcuna münasibətdə əsas borcun tutulmasına dair iddia tələbi hər üç müqavilə üzrə qismən (ekspert rəyinə uyğun) təmin edilməli, faiz borcunun tutulması hissəsində iddia isə tam təmin edilməlidir. - Cərimə məbləğində münasibətdə isə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbəti, eləcə də tərəflərin əsaslı mənafeləri nəzərə alınaraq cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləğinin azaldılması müəyyən edilmişdir. - Tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, hər üç müqavilə üzrə tutma Cavabdeh2 məxsus olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış, 54. 9 m2 köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. - İpoteka predmetlərinin likvid dəyərləri ilə əlaqədar "xxxx" MMC tərəfindən keçirilən sonuncu qiymətləndirmə rəyinə uyğun olaraq Abşeron rayonu, Novxanı kəndi bağlar massivində 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 92.3 m2 yaşayış və 54.9 m2 köməkçi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 115 000 manat, Abşeron rayonu, Novxanı kəndi Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 93.6 kv.m yaşayış və 141.6 m2 köməkçi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 185 400 manat müəyyən edilməlidir. - İpoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasına münasibətdə isə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasının təmin olunması məqsədi ilə bankla Cavabdeh2 arasında ipoteka müqavilələri xx.xx.2018-ci il tarixdə, yəni 2018-ci il 28 dekabr tarixinədək bağlandığından, ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə və o satıldıqda cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsinə dair” iddia tələbi təmin edilməlidir.

24. Cavabdehlərin nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən kredit müqavilələri üzrə borc rəqəmləri şişirdilmiş, Cavabdeh1 tərəfindən həmin müqavilələr üzrə edilmiş ödənişlər təhrif edilərək az göstərilmiş, faizlər və cərimələr düzgün hesablanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli ekspert rəylərinə əsasən də əsas borc, faiz və dəbbə pulu da cavabdehlər tərəfindən edilmiş ödənişlər və o cümlədən müqavilənin qüvvədə olması müddəti nəzərə alınmadan rəy verilmiş və məhkəmə də, ümumiyyətlə, bu halların heç birinə düzgün hüquqi qiymət verməmiş və əsassız olaraq mübahisələndirilən qətnaməni çıxarmışdır. Həmçinin, şübhəli olsa da, məhkəmə Uniprice” MMC-nin rəyindəki likvid qiymətləri qəbul edərək mülkiyyətçilərin, yəni cavabdehlərin hüquqlarının kobud surətdə pozmuşdur. Çünki əmlakları həqiqi dəyərindən (likvid və ya bazar) dəfələrlə aşağı qiymətə hərracda satılması ilə nəticələnəcəkdir və onlar məhkəmənin qətnaməsi ilə mülkiyyətlərindən məhrum ola bilərlər.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

25. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

26. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

28. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

29. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

34. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

36. Maddə 472. Borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

37. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə 1.0.6. İpoteka hüququ - ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur (2018-ci il 28 dekabr tarixinədək olan redaksiya).

39. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (2018-ci il 28 dekabr tarixinədək olan redaksiya).

40. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

41. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

42. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini tam hissədə mübahisələndirdiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

52. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

53. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasındakı xx.xx.2018-ci il tarixli, 005L**********89 saylı uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında xx.xx.2018-ci il tarixli, 005R********** saylı, xx.xx.2018-ci il tarixli, 005R********** saylı və xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşmaları bağlanmışdır. Bu kredit razılaşmaları əsasında tərəflər arasında kredit müqaviləsindən ortaya çıxan öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.

54. Həmin öhdəliyə əsasən, borc verən qismində iddiaçı borc alan qismində Cavabdeh1 kredit müqavilələrində nəzərdə tutulan məbləğdə borc verməyi, Cavabdeh1 isə həmin əsas borc və ona hesablanmış faiz borclarını müqavilələrdə qeyd olunan müddətlərdə iddiaçıya geri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 kredit müqavilələri üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin tələblərini pozmuşdur.

55. İş materiallarından göründüyü kimi, Cavabdeh1 iddiaçıya 005R********** saylı kredit razılaşması üzrə 28 831,40 manat kredit borcu, 5423,89 manat faiz borcu, 005R********** saylı kredit razılaşması üzrə 51 262,48 manat kredit borcu, 5454,12 manat faiz borcu və 005R********** saylı kredit razılaşması üzrə 28 236,31 manat kredit borcu, 3416,65 manat faiz borcu yaranmışdır. Mülki Məcəllənin tələblərinə uyğun olaraq Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərinin icra edilməməsinə görə cavabdeh hesab olunmalıdır.

56. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, kredit müqavilələri üzrə yaranmış borc və cərimə müştərək qaydada hər iki cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 005S**********03 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.

57. Əsas və faiz borclarından əlavə iddiaçı kredit müqavilələri üzrə cərimənin də ödənilməsini tələb etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit müqavilələrinin müvafiq bəndlərinə uyğun olaraq iddiaçı cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə görə, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. Qeyd olunan müqavilə bəndlərindən göründüyü kimi, tərəflər borc alan tərəfindən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda kredit qalığı üzrə hesablanmış müəyyən faiz məbləğində cəriməni ödəməlidir.

58. Mülki Məcəllənin tələblərinə əsasən, tərəflər öhdəliklərin icra edilməməsi və lazımınca icra edilməməsinə görə dəbbə pulunun ödənilməsini müqavilədə müəyyən edə bilərlər. Lakin tənasübsüz surətdə yüksək dəbbə pulunun müəyyənləşdirilməsinə yol verilmir. Məcəllənin 467-ci maddəsinə uyğun olaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün miqdarda cərimə məbləğini müəyyən etmişdir. Cərimə məbləği azaldılaraq 005R********** saylı kredit razılaşması üzrə 1500 manat, 005R********** saylı kredit razılaşması üzrə 2600 manat, 005R********** saylı kredit razılaşması üzrə 1500 manat məbləğində müəyyən edilməlidir.

59. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyatorların bu arqumentlərinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişlər.

60. Zaminlik müqaviləsi aksessor öhdəlik olmaqla əsas öhdəliyin icrasının təmini məqsədilə bağlanılır. Həmin müqavilənin mahiyyəti ondan ibarətdir ki, borclu şəxs əsas müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə zamin durmuş şəxs həmin əsas öhdəliyin icrasına zamin durur. Əsas müqavilə hesab olunan uzunmüddətli kredit müqaviləsindən meydana çıxan öhdəliklər Cavabdeh1 tərəfindən lazımı qaydada icra edilməmişdir. Nəticədə zaminlik müqaviləsi üzrə zamin durmuş şəxs qismində Cavabdeh2 həmin müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq Cavabdeh1 ilə birgə məsuliyyət daşımalı və uzunmüddətli kredit müqaviləsindən yaranmış borc və cərimələri ödəməlidir.

61. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka predmetlərinə yönəldilməsi ilə əlaqədar da düzgün nəticəyə gəlmişdir. Belə ki, zaminlik müqaviləsi kimi ipoteka müqaviləsi də aksessor müqavilə olmaqla əsas müqavilənin icrasını təmin etmək məqsədilə bağlanılır. İpoteka müqavilələrinin mahiyyətinə görə, borclu şəxs əsas öhdəlik üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin müqavilədən yaranan borclara tələb ipoteka müqaviləsi üzrə ipotekaya qoyulan predmetlərə yönəldilir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2018ci il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi 0.01507 ha torpaq sahəsinndə yerləşən 2 mətrtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli, 005M**********02 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Novxanı kəndi bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış, 141.6 kv.m köməkçi sahədən ibarət bağ evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetləri qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyata alınmışdır. İpoteka müqaviləsinin və qeydiyyatın etibarlılığı ilə əlaqədar hər hansı çatışmazlıq olmadığından ipoteka müqaviləsi etibarlı sayılmalı və kredit müqavilələrindən meydana çıxan əsas, faiz borcları və cərimə məbləğləri yuxarıda qeyd olunan ipoteka predmetləri hesabına təmin edilməlidir.

62. Bundan əlavə, birinci instansiya məhkəməsi əmlakın qiymətləndirilməsi barədə təqdim olunan sonuncu rəyi qəbul etməkdə haqlıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, digər rəylərlə müqayisədə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, UNİ/M 01-079/2025 saylı rəyi tarixinə görə ən gec təqdim olunduğundan ipoteka predmetlərinin bazar və likvid dəyərlərini daha dəqiq təsvir edir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ipoteka predmetlərinin likvid dəyərinə uyğun olaraq Abşeron rayonu, Novxanı kəndi bağlar massivində 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 92.3 m2 yaşayış və 54.9 m2 köməkçi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 115 000 manat, Abşeron rayonu, Novxanı kəndi Bağlar massivində 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 93.6 m2 yaşayış və 141.6 m2 köməkçi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 185 400 manat müəyyən edilməlidir.

63. Kollegiya apellyatorların şikayətinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini də əsassız hesab edir; belə ki, müvafiq qiymətlər birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuşdur və apellyatorlar əmlakların dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyləri təqdim etməmişlər.

64. Cavabdehlərin ipoteka predmeti olan bağ evlərindən çıxarılması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə uyğun olaraq bağ evləri ipoteka müqavilələri üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan və cavabdehlər əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəkləri barədə notariat kontorunda öhdəlik götürdüklərindən bağ evlərini satıldığı tarixdən ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyasına (Qanun 28 dekabr 2018-ci il tarixində qəbul edilmiş və 30 dekabr 2018-ci il tarixində qüvvəyə minmişdir) görə, ipoteka predmeti satıldıqdan bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bu normaya uyğun olaraq birinci instansiya məhkəməsi cavabdehlərin ipoteka predmeti olan bağ evlərindən çıxarılmaları və əmlaklarının boşaldılmaları barədə düzgün nəticəyə gəlmişdir.

65. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-42/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar