Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-852/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı kommersiya işi üzrə Açar söz: kredit müqaviləsi, ipoteka Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh3 MMC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-63/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 MMC bankdan "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 6358443/KM/1 nömrəli və xx.xx.2019-cu il tarixli, 6358443/KXM nömrəli kredit müqavilələri üzrə ssuda öhdəliklərinin bağlanılması məqsədilə 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit götürmüşdür.
2. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır.
3. Eyni zamanda kredit öhdəliyinin təminatı olaraq iki ipoteka müqaviləsi bağlanmışdır: Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 8 saylı evin 5 saylı mənzili xx.xx.2021-ci il tarixli, 6358443/SİPM3 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 142 saylı evin 33 saylı mənzili xx.xx.2021-ci il tarixli, 6358443/SİPM2 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Hər iki ipoteka müqaviləsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən tərəfindən qeydə alınmışdır.
5. "xxxx" ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə 188616,78 manat əsas borc, 22420,31 manat faiz borcu və cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin pretenziya cavabdehlərə xx.xx.2022-ci il tarixdə çatmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizələr verərək (sonuncu dəfə xx.xx.2023-cü il tarixdə) cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 188616,78 manat, müqavilənin bitmə tarixinə faiz borcu üzrə 50242,48 manat, müqavilə bitdikdən sonra illik 5 faizlə hesablanan faiz borcu üzrə 3955,71 manat, cərimə borcu üzrə 31573,34 manat olmaqla, ümumilikdə 274388,32 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 92,90 manat dövlət rüsumu və xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 564,39 manat dövlət rüsumu və bank xidmət haqqının, 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh4 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 8 nömrəli binanın 3-cu mərtəbəsində 73.90 kv.m ümumi, 54.70 kv.m yaşayış, 19.20 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzilə və Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 142 nömrəli binanın 104.73 kv.m ümumi, 56.74 kv.m yaşayış, 47.99 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzilə yönəldilməsi, mənzillərin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə, açıq hərracda satılması, ipoteka predmeti olan mənzillərin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipotekaya qoyulmuş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 8 nömrəli binanın 3-cü mərtəbəsində 73.90 kv.m ümumi, 54.70 kv.m yaşayış, 19.20 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh5 və Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 142 nömrəli binanın 104.73 kv.m ümumi, 56.74 kv.m yaşayış, 47.99 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh4 Cavabdeh1, yetkinlik yaşına çatmayan X2, yetkinlik yaşına çatmayan X1 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması və həmin mənzillərin cavabdehlər tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 6358443/KM/1 nömrəli və xx.xx.2019-cu il tarixli, 6358443/KXM nömrəli kredit müqavilələri üzrə ssuda öhdəliklərinin bağlanılması məqsədilə borcalana 24 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq bankla; - Cavabdeh4 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv/m olan mənzilin (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2012) ipotekaya qoyulması barədə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi; - Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 142, mənzil 33 ünvanında yerləşən, ümumi sahəsi 104.73 kv/m olan mənzilin (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2011) ipotekaya qoyulması barədə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bununla yanaşı, sözügedən kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 və Cavabdeh1 arasında 06 yanvar 2021-ci il tarixli, 6358443/ZM3 və 6358443/ZM4 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.3.1-ci və 2.3.2-ci maddələrinə əsasən zaminlər borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirilməsinə görə borc alanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüş, zaminlik müqavilələrindən, o cümlədən kredit müqaviləsindən irəli gələn tələblər üzrə pul vəsaitlərini zaminlərin bankdakı hesablarından akseptsiz qaydada silmək hüququnu banka vermişlər. Bununla yanaşı, cavabdehlər tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətdə gecikdirmiş, nəticədə bankın kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehlərə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarına əsasən cavabdehlərin 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə banka əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 25720,17 manat, cərimə borcu üzrə 1569,44 manat, ümumilikdə 215906,39 manat borcu yaranmışdır. Cavabdehlərə kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-63/2023 nömrəli qərardadı ilə iş üzrə icraata ipotekaya qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 8 nömrəli binanın 3-cü mərtəbəsində 73.90 kv.m ümumi, 54.70 kv.m yaşayış, 19.20 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh5 və Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 142 nömrəli binanın 104.73 kv.m ümumi, 56.74 kv.m yaşayış, 47.99 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh4 Cavabdeh1 Allahverdı oğlunun, yetkinlik yaşına çatmayan X2, yetkinlik yaşına çatmayan X1 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması və həmin mənzillərin cavabdehlər tərəfindən boşaldılması hissəsində xitam verilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-63/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 188616,78 manat (yüz səksən səkkiz min altı yüz on altı manat yetmiş səkkiz qəpik) əsas borc, 22420,31 manat (iyirmi iki min dörd yüz iyirmi manat otuz bir qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 3955,71 manat (üç min doqquz yüz əlli beş manat yetmiş bir qəpik), 10000 (on min) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 92,90 manat (doxsan iki manat doxsan qəpik) dövlət rüsumu və xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 462,80 manat (dörd yüz altmış iki manat səksən qəpik) olmaqla, cəmi 225748,50 manat (iki yüz iyirmi beş min yeddi yüz qırx səkkiz manat əlli qəpik) məbləğində pulun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma Cavabdeh4 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 8 nömrəli binanın 3-cü mərtəbəsində 73,90 m2 ümumi, 54,70 m2 yaşayış, 19,20 m2 yardımçı sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzilə və Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən 142 nömrəli binanın 104,73 m2 ümumi, 56,74 m2 yaşayış, 47,99 m2 yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh4 və Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 8 nömrəli binanın 3-cü mərtəbəsində 73,90 m2 ümumi, 54,70 m2 yaşayış, 19,20 m2 yardımçı sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzilin ilkin satış qiyməti 103000 (yüz üç min) manat, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən 142 nömrəli binanın 104,73 m2 ümumi, 56,74 m2 yaşayış, 47,99 m2 yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzilin ilkin satış qiymətinin 161000 (yüz altmış bir min) manat müəyyən edilməsi qət edilmişdir.
10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları tərtib edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli, 9/4387 saylı ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 24003,79 manat olmaqla, cəmi 212620,57 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 26937,83 manat olmaqla, cəmi 215554,61 manat məbləğində müəyyən olunur. Rəydə qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixədək kredir müqaviləsi üzrə banka cəmi 20827,47 manat vəsait ödənilmişdir.
12. Qeyd edilən rəy məhkəməyə daxil olduqdan sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə xx.xx.2022-ci il tarixli ərizə təqdim verdiyindən məhkəmə tərəfindən yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 9/113 saylı ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 46470,15 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 50321,07 manat məbləğində borcun olduğu müəyyən olunur.
14. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/N 08-743/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 8 saylı evin 5 saylı mənzilin likvid dəyəri 103000 manat, bazar dəyəri 108000 manat, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 142 saylı evin 33 saylı mənzilin likvid dəyəri 161000 manat, bazar dəyəri 169000 manat təşkil edir.
15. Məhkəmə iddia tələbinin əsas borc və faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını əsasən cavabdehlərə göndərilən xx.xx.2022-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə 188616,78 manat əsas borc, 22420,31 manat faiz borcu və cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
16. Məhkəmə cərimə borcunun tutulması hissəsinə münasibətdə dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini qeyd etmişdir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 10000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
17. Məhkəmə pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 3955,71 manat məbləğin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehlərdən 3955,71 manat (üç min doqquz yüz əlli beş manat yetmiş bir qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı müqavilə ləğv edildiyi vaxtdan etibarən icranı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından, həmin hissə ilə bağlı hazırkı qənaətə gəlinmişdir.
18. Məhkəmə iddianın borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2021-ci il tarixli, 6358443/SİPM3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış, Reyestr **********75-05101- 093010, Qeydiyyat nömrəsi **********, seriya RX № ******* olan çıxarışa əsasən) Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 8 saylı evin 5 saylı mənzilinə və xx.xx.2021-ci il tarixli, 6358443/SİPM2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Reyestr **********12-05301-093007, Qeydiyyat nömrəsi **********, seriya MA № ******* olan çıxarışa əsasən) Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 142 saylı evin 33 saylı mənzilinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh4 və Cavabdeh1 qaytarılmalıdır.
19. Məhkəmə qiymətləndirici rəyə əsasən qeyd etmişdir ki, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 8 saylı evin 5 saylı mənzilinin ilkin satış qiyməti 103000 manat və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 142 saylı evin 33 saylı mənzilin ilkin satış qiyməti 161000 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-63/2023 nömrəli qətnaməsinin faiz və rüsum hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gedişatı üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin məhkəmə həmin ekspert rəylərini və iddiaçı tərəfindən təqdim edilmiş tələbin dəqiqləşdirilməsi barədə ərizələri nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə tərəfindən faizin ödənilməsi hissəsində düzgün qərar qəbul edilməmişdir. Hesab edirik ki, qətnamə faiz hissəsində ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Qeyd edildiyi kimi xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 16 faiz hesablanmaqla verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini vaxtlı-vaxtında deyil, gecikmə ilə icra etmişdir. Belə ki, müqavilə üçün sonuncu icra müddəti xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin cavabdeh iş üzrə təqdim edilmiş sübut vasitələrindən olan hesabdan çıxarış və maliyyə arayışından da aydın görünür ki, cavabdehin sonuncu ödənişi xx.xx.2021-ci il tarixinə təsadüf edir. Cavabdeh öhdəliyi onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Bundan əlavə cavadehlərə təqdim edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəlik icra edilməmişdir. Nəticədə, sonuncu günə kimi xx.xx.2023-cü il tarixinə kimi müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanaraq, cavabdehlərdən 50 242.48 manat pulun tutulması məhkəmədən xahiş edilmişdir. Bundan əlavə məhkəmə rüsum hissəsində borcun ödənilməsini qismən təmin edərək, rüsumun digər hissəsinə münasibət bildirməmişdir.
22. Qətnamədən eyni zamanda Cavabdeh3 MMC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-63/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh3 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dəfələrlə məhkəmə prosesi keçirilmiş və bu müddət ərzində iddiaçı iddia tələbinin həcmini faiz (46.470,15 manat) və cərimə (17.152,20 manat) borcu hissəsində artırmışdır. Cavabdeh3 MMC tərəfindən bu hal xoş qarşılanmamış və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi vəsatəti ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin 15 dekabr 2022-ci il tarixli e-2-2(113)-1777/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək rəy alınmışdır. Lakin elektron məhkəmə portalı vasitəsi ilə yenidən məlum olmuşdur ki, 05 iyun 2023-cü il tarixdə iddiaçı yenidən iddia tələbinin həcmini faiz (50 242.48 manat) və (31 573.34 manat) borc hissədə artırmış, eyni zamanda guya 3955.71 manat olan 5 faizlə hesablanan faiz borcunu da əlavə etmişdir. Cavabdeh3 MMC tələbdə göstərilən rəqəmlərlə razı olmadığını, iddiaçının öz otağında uydurma rəqəmlər vasitəsi ilə məhkəməni aldatmasını qəbul etməmiş və bu səbəbdən yenidən məhkəmə mühasibatlıq ekspertizasının təyinini xahiş etmişdir. Bundan başqa 15 dekabr 2022-ci il tarixli e-2- 2(113)-1777/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası da təyin edilmişdir ki, həmin qərar əsasında da rəy alınmamışdır. Çünki hazırda ipoteka qoyulmuş əmlakların qiyməti çox artıb. Lakin məhkəmə rəyi gözləmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İş materiallarında olan Legal Prime MMC-nin rəyi məhkəmənin də qətnamədə qeyd etdiyi kimi mütəxəssis rəyidir və mülki prosessual qanunvericilikdə qeyd olunmamışdır. Həmin rəyin ekspertiza rəyi adlandırılması üçün müvafiq şəhadətnaməyə məxsus ekspert tərəfindən rəy verilməlidir. 15 dekabr 2022-ci il tarixli e-2-2(113)- 1777/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası da təyin edilmişdir ki, həmin qərar əsasında da rəy alınmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
25. Cavabdeh3 MMC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişlər.
26. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
27. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcələsi 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti-bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka pedmetinin satış (likvid) qiymətidir. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
421.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddə- tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddə-müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
28. Qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh3 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-63/2023 qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilərək cavabdehlərdən iddiaçının xeyrinə müqavilə üzrə 21.908,04 manat faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
30. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür kİ, "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 MMC digər kredit müqavilələri üzrə ssuda öhdəliklərinin bağlanılması məqsədilə 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmış və həmin zaminlik müqavilələrinə əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh3 MMC arasında 06 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh1 və Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. "xxxx" ASC ilə Cavabdeh4 və Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 8 saylı evin 5 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 142 saylı evin 33 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər (borcalan və zaminlər) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, banka olan borcu tam ödəməmişlər.
31. Məhkəmə tərəfindən müqavilə üzrə faiz borcunun tutulması hissəsində qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehlərə göndərdiyi xx.xx.2022-ci il tarixli pretenziya məktubunda borcun tam ödənilməsini tələb etdiyindən müqavilə həmin tarixdən ləğv edilmiş sayılmalı və müqavilə üzrə faiz borcu bankın pretenziya məktubunda qeyd edildiyi məbləğdə- 22420,31 manat olmaqla cavabdehlərdən tutulmalıdır.
32. Məhkəmə kollegiyası birinci instansiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, müqavilə üzrə faiz borcunun bankın birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edildiyi (müqavilədən birtərəfli imtina edildiyi) tarixədək tutulması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Həmin qərarda qeyd edilmişdir ki, “kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”
33. Lakin məhkəmə hesab edir ki, kredit müqaviləsinin ləğv edildiyi tarixədək faiz borcunun məbləği müəyyənləşdirilərkən ekspert rəyləri nəzərə alınmadan, banın cavabdehlərə göndərdiyi xx.xx.2022-ci il tarixli pretenziya məktubunda qeyd edilmiş faiz məbləği əsas götürülə bilməz. Məktubun məzmunundan görünür ki, 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə 188616,78 manat əsas borc, 22420,31 manat faiz borcu və cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, xəbərdarlıq məktubu cavabdehlərə xx.xx.2022-ci il tarixdə çatmış, borcun ödənilməsi üçün bank tərəfindən müəyyən edilmiş 5 günlük müddət xx.xx.2022-ci il tarixdə bitmişdir. Belə olan halda müqavilənin birtərəfli qaydada ləğv edilmə tarixi kimi həmin tarix götürülməlidir. İşdəki Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixədək hesablanmış qalıq faiz borcu 24.003,79 manat və bir günə düşən faiz məbləği 83,83 manat müəyyən edilmişdir. Belə olan halda 25 gün əvvələ - xx.xx.2022-ci il tarixə faiz borcunun 21.908,09 manat təşkil etdiyi müəyyən olunur (25 x 83,83=2.095,75 ; 24.003,79-2.095,75=21.908,04) Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə faiz borcu hissəsində dəyişdirilərək faiz borcu 21.908,04 manat müəyyən edilməli, faiz borcunun xx.xx.2023-cü il tarixinə kimi tutulması barədə iddiaçının apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməlidir.
34. Cavabdehin apellyasiya şikayətində iddianın tam rədd olunması xahiş olunsa da nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən əsas borcla bağlı hissədə qətnamə ilə razı olduqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən məhkəməyə iddiaçının xeyrinə tutulmuş illik 5 faizlə faiz borcunun və cərimə borcunun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, 188616,78 manat əsas borc məbləğinə xx.xx.2023-cü il tarixdən (öhdəliyin icra müddəti bitdikdən sonra) iddia tələbinin artırılması barədə sonuncu ərizə verildiyi xx.xx.2023-cü il tarixədək beş ay bir gün üçün MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faizin hesablanması xüsusi bilik tələb edən məsələ olmadığından (188616,78/5%=9430,8/12 ay x 5 ay 1 gün) o cümlədən iddiaçı tərəfindən kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən 31573,34 manat (hər gecikdirilmiş gün üçün əsas borc məbləğinə illik 2 faiz) cərimə borcu tələb edildiyi halda məhkəmə həmin hissədə tələbi MM-nin 467-ci maddəsinə əsasən azaldaraq cəmi 10.000 manat məbləğində müəyyən etdiyindən cavabdehlərdən tutulmuş illik 5 faiz və cərimə məbləğlərinin hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət yoxdur.
35. Cavabdehlərin ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin məhkəmə tərəfindən düzgün müəyyən edilməməsi və bununla əlaqədar təkrar əmtəəşünaslıq təyin edilməsi barədə vəsatətləri məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Əvvəla qeyd edilməlidir ki, tutma yönəldilmiş daşınmaz əmlakların ilkin satış qiymətinin az göstərildiyi hazırda ipotekaqoyanlar tərəfindən deyil, borcalan tərəfindən mübahisələndirilir. İşdən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 8 saylı evin 5 saylı mənzili ilə bağlı xx.xx.2021-ci il tarixli, 6358443/SİPM3 nömrəli sonrakı ipoteka müqaviləsində mənzilin likvid dəyəri 93.000, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 142 saylı evin 33 saylı mənzillə bağlı xx.xx.2021-ci il tarixli, 6358443/SİPM2 nömrəli sonrakı ipoteka müqaviləsində mənzilin likvid dəyəri 152.000 manat göstərilmişdir.
36. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi qiymətləndirmə şirkəti olan "xxxx" MMC-yə həvalə edilmiş, həmin şirkət tərəfindən ipoteka müqaviləsi bağlandıqdan bir il sonra verilmiş rəydə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 8 saylı evin 5 saylı mənzilin likvid dəyəri 103000 manat, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 142 saylı evin 33 saylı mənzilin likvid dəyəri 161000 manat, yəni ipoteka müqaviləsində qeyd edilən qiymətlərdən daha artıq qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bir il ərzində mənzillərin qiymətində təxminən 9000-10000 manat artım olması ağlabatandır. Həmin mənzillərin likvid dəyərinin bir il ərzində bundan daha artıq artdığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
37. Bundan əlavə işdən görünür ki, birinci instansiya məhkəməsi cavabdehin vəsatəti əsasında təkrar əmtəəşünaslıq ekspertizası təyin edərək ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş, tərəflər tədqiqat obyektinə baxış keçirilməsi üçün təyin olunan vaxtda iştirak etmədiklərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi qərardadı icrasız geri qaytarmışdır. Məhkəmə kollegiyası MPM-nin 102-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iş üztə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi üçün əsaslar mövcud deyil.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bankın iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunduğu üçün ödənilmiş dövlət rüsumunun və xərclərin qismən cavabdehdən tutulması hissəsində məhkəmənin mövqeyi qanuni və əsaslı, həmin xərclərin tam tutulmalı olduğuna dair iddiaçının apellyasiya şikayəti əsassız hesab edilir.
39. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh3 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-63/2023 qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilərək cavabdehlərdən iddiaçının xeyrinə müqavilə üzrə 21.908,04 manat faiz borcu tutulmalıdır.
40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-63/2023 nömrəli qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 tərəfindən iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə müqavilə üzrə 21.908,04 manat faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.