Məhkəmə qərarları › İş №2-2(103)-853/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-853/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-853/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı kommersiya işi üzrə Açar söz: icarə haqqı və vurulmuş ziyanın ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh1 və Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “icarə haqqı və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-973/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 705 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır.

2. İddiaçı ilə Cavabdeh2 MMC arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 705 kv.m. olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə məxsus 510 kv.m hissəsi icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2028-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh2 MMC icarəyə verən İddiaçı aylıq 750 manat icarə haqqı ödəyir.

3. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-ci il tarixdə bağlanmış “Müqavilənin ləğvinə dair müqavilə”dən görünür ki, tərəflər arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmişlər.

4. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən X3 etibarnamə əsasında 15 iyul 2002-ci il tarixdə 4000 manat icarə ödənişini, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 15 avqust 2022-ci il tarixdə 4000 manat icarə ödənişini və xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən isə 15 sentyabr 2022-ci il tarixdə 4000 manat icarə ödənişini İddiaçı adından qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir.

5. Tibbi avadanlıqların balansa qəbulu barədə “Reo X7” MMC-nin təsisçisinin qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə 22 ünvanında yeləşən “Reo X7” MMC-nin 2013-2020-ci illər ərzində təsisçisi Cavabdeh1 hesabına müxtəlif adda və müxtəlif markalı avadanlıqlar alındığı və həmin tibbi avadanlıqların qorunması nəzarətdə saxlanılması uçotunun tənzimlənməsi zərurəti ilə əlaqədar olaraq MMC həmin tibbi avadanlıqların balansa qəbul edilməsini və balansa olan tibbi avadanlıqların qorunmasın mühafizə edilməsi və saxlanılması üzrə tədbirlərin görünməsini qərara alınmışdır.

6. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli (müvəqqəti təminat tədbiri barədə) icra vərəqəsinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gəlindiyi və qeyd olunan qeyri-yaşayış sahəsinin (müqavilədən kənar) 4 və 5-ci mərtəbələri, zirzəmi və 5.7 ha torpaq sahəsinin içindəki 650 kv.m tikili sahəyə Cavabdeh2 MMC-nin bütün işçilərinin və səlahiyyətli nümayəndələrinin qiriş-çıxışı və istifadəsi qadağan edilmişdir, oradakı şəxslər həmin sahədən çıxarılmışdır.

7. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus olan tibbi avadanlıqların və digər əşyaların Cavabdeh2 MMC tərəfindən İddiaçı geri təhvil verilməsinə dair xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən təhvil verən (Cavabdeh2 MMC-nin direktoru X1) təsdiq edir ki, bu aktda qeyd olunan bütün tibbi avadanlıqlar və digər əşyalar təhvil alana (İddiaçı) məxsusdur və təhvil alan bütün tibbi avadanlıqlar və digər əşyaların yeganə sahibi və mülkiyyətçisidir. Bu aktın imzalanmasına səbəb və əsas tərəflər arasında imzalanmış və notaial təsdiqli xx.xx.2023- cü il tarixli icarə müqaviləsinin ləğvinə dair müqavilədir. Həm təhvil verən həm də təhvil alan birgə bəyan edirlər ki, bu aktda qeyd olunan tibbi avadanlıqlar və digər əşyalar tərəflər arasında imzalanmış və notaril təsdiq edilmiş xx.xx.2028-ci il tarixli icarə müqaviləsinə əsasən müqavilənin imzalandığı gündən etibarən (xx.xx.2018-ci il) “ReoX7” MMC-yə istifadə edilmək üçün verilmiş və təhvil-təslim edilmə yeri ünvan 4-dir. Aktda qeyd olunan tibbi avadanlıqlar və digər əşyalara görə bütün məsuliyyət Cavabdeh2 MMC-nin və onun əvvəlki direktoru Cavabdeh1 üzərində olduğu və ya zərərə görə cvabdehlik Cavabdeh2 MMC və Cavabdeh1 üzərində olduğu qeyd olunmuş və 187 adda müxtəlif avadanlıqların adları göstərilmişdir.

8. "xxxx" MMC-nin ********* saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 3021 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəyişdirilməsi barədə bir neçə dəfə ərizə verərək cavabdehlər tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən icarəyə verilmiş qeyri-yaşayış sahəsinin faktiki tikili ərazisindən istifadəyə görə hər aylıq 4000 manat icarə haqqı üzrə bu günə (50 ay üçün) hesablanmış 200.000 manat borcun və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 40.000 manat borc məbləğinin, icarə obyektinin içində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların və digər əşyaların (xx.xx.2023-cü il tarixli X4 qeyd olunan) istifadəsinə görə icarə haqqı kimi aylıq 2000 manat olmaqla ümumilikdə bu günə (50 ay üçün) hesablanmış 100000 manat borc məbləği və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 20000 manat borc məbləğinin, icarə obyektinin 170 kv.m. tikili sahəsi hissəsinə vurulmuş maddi zərər və ziyana görə hesablanmış yalnız 76650 manat hissəsi, bu məbləğə daxildir: 21650 manat usta xidmətlərinin xərci (Döşəmənin sökülməsi və yenidən təmiri 12m*170kv.m.=2040m, tavanın sökülməsi və yenidən təmiri 15m*170kv.m.=2550m, divarların təmiri 12m*680kv.m.=8160m, qapı və pəncərələrin quraşdırılması 6 ədəd giriş qapısı*100m=600m və 12 ədəd müxtəlif ölçüdə pəncərələr*150m=1800m, bütün boyama işləri ümumilikdə 4000 manat məbləğinə razılaşdırılıb, tullantıların daşınması və təmizlik işlərinə görə 2500 m) və 170 kv.m. tikili sahənin tam yenidən təmiri üçün tələb olunan tikinti materiallarının cəmi dəyəri 55000 manat (tikinti bazarında materialların qiymətinin tez-tez dəyişməsini nəzərə alaraq bu məbləğ təqribi hesablanaraq göstərilib), tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə və "xxxx" MMC-nin ********* saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçının Cavabdeh1 verdiyi 3021 manat məbləğində vəsaitin cavabdehdən tutulub iddiaçıya geri qaytarılması, ümumilikdə iddia tələbi üzrə bu günə qalıq 427671 manat məbləğində borcun (240 000+120 000+76 650+3 021=439 671 və 439 671-12000=427 671), tərəflərindən ödənilmiş 721 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 428392 manat məbləğində borcun (427671+721=428 392) cavabdeh “REO X7” MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-973/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Reo X7” MMC-dən xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 25113 (iyirmi beş min yüz on üç) manat məbləğində icarə haqqı tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 "xxxx" MMC-nin ********* saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən ödənilmiş 3021 (üç min iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-973/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini Cavabdeh2 MMC-yə qarşı hissədə müdafiə edərək cavabdehdən 324650 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddianı 324650 manat hissədə qəbul etdiklərinə dair məhkəməyə yazılı ərizə təqdim etmişdir.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

52.2-ci maddə-cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 220.4-cü maddə-cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Əsaslandırıcı hissə

15. Cavabdeh2 MMC-nin işə apellyasiya qaydasında baxılarkən İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddianı 324.650 manat hissədə etiraf edərək qəbul etdiyindən məhkəmə hesab edir ki, iş üzrə qəbu edilmiş qətnamə dəyişdirilməli və iddia Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə 148.000 icarə haqqı borcunun, 100.000 manat tibbi avadanlıqlardan istifadəyə görə haqqın, 76650 manat dəymiş zərərin, ümumilikdə 324.650 manat pulun tutulması hissəsində təmin edilməlidir.

16. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(113)-973/2023 nömrəli qətnaməsi dəyişdirilərək Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə 324.650 manat pul tutulmalıdır.

17. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-973/2023 nömrəli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilərək Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə 148.000 icarə haqqı borcu, 100.000 manat tibbi avadanlıqlardan istifadəyə görə haqq, 76650 manat dəymiş zərər, ümumilikdə 324.650 manat pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar