Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-854/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı əmlakın geri qaytarılması tələbi barədə qarşılıqlı iddiaya dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-98/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə Cavabdeh arasında arasında ofis icarəsinə dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə və müqaviləyə 1 saylı Əlavəyə əsasən İddiaçı MMC ünvan 1 ünvanında yerləşən “Caspian Plaza İ”-in 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.metr olan ofis sahəsini xx.xx.2019-cu il tarixdən - xx.xx.2019cu il tarixədək Cavabdeh icarəyə verməyi, Cavabdeh isə 200 + 18% ƏDV olan aylıq icarə haqqını İddiaçı MMC-yə ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 8.2-ci bəndinə əsasən tərəflərdən bri, digərinə icarə müddətinin bitməsinə əz azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidir. əks halda müqavilənin müddəti 1 il daha uzadılmış hesab edilir. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış ofis icarəsi müqaviləsinin ləğv edilməsi, iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən ödənilməmiş icarə haqqı üzrə 14.479,83 manat məbləğində əsas, 2606,37 manat məbləğində ƏDV və 1.700 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 18.786,20 manat məbləğində pulun və 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Eyni zamanda iddiaçı Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh tərəfindən icarə obyektində saxlanılaraq mülkiyyət hüquqlarının məhdudlaşdırıldığı əmlak üzərindəki hüquqlarının bərpa edilməsi və Caspian Plaza İ-ın 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan icarə obyektində saxlanılmış əmlakın iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, cavabdeh tərəfindən 2020-ci ilin mart, aprel, sentyabr-dekabr ayları üçün, 2021-ci ilin fevral-dekabr ayları üçün, 2022-ci ilin yanvar-mart ayları üçün heç bir ödəniş edilməmişdir. Həmin aylar üzrə ümumilikdə 20 ay üçün ödənilməmiş 14.479,83 manat əsas borc, 2606,37 manat ƏDV borcu, cəmi 17086,20 manat icarə haqqı borcu mövcuddur. Əlavə olaraq, müqavilənin 5.1-ci bəndinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1% faizini ödəməlidir və icarə haqqı gecikdirildiyinə görə 1700 manat cərimə borcu hesablanmışdır. Müqavilənin 7.3-cü bəndinə əsasən icarəçi müqavilənin 4.2-ci bəndində göstərilən öhdəliklərini yerinə yetirməzsə, icarəyə verən, öhdəliyin icrası tələbiylə ona yazılı bildiriş göndərib öhdəliyin icrasını tələb edə bilər. İcarəçı yazılı bildiriş qəbul etdiyi tarixdən 10 (on) gün ərzində öhdəliyi icra etməzsə icarəyə verən müqaviləyə dərhal xitam verə bilər.
6. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, müqaviləyə əlavələr tamamilə saxtalaşdırılmışdır. Belə ki, iddianın əsası kimi göstərilən 2020-ci ilin may/avqust ayları üzrə icarə haqqına görə 100% güzəştin tətbiqini nəzərdə tutan 16 may 2020-ci il tarixli 3 saylı Əlavə, icarəçinin 50 kv.metr ofis sahəsinə köçdüyünə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək 900 AZN+ 18% ƏDV aylıq icarə haqqın ödənilməsi öhdəliyinin götürülməsinə dair 4 saylı Əlavə onun tərəfindən imzalanmamış və möhürlənməmişdir. Həmin sənədlər onun tərəfindən deyil, ona məlum olmayan səlahiyyəti olmayan şəxs və ya şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Bundan başqa, video və fotoşəkillərdən də göründüyü kimi sözügedən icarə obyekti 20 kv.m olmaqla tədris, praktik məşğələ, istirahət zonası kimi bir neçə guşəyə bölünmüşdür. Ona heç bir vaxt 50 kv.m sahə verilməmiş və verilməyən sahəyə görə ondan icarə haqqı tələb edə bilməz. Eyni zamanda ,İddiaçı MMC ilə aralarında bağlanan icarə müqaviləsində icarə haqqı 200 manat göstərilməsinə baxmayaraq, ondan hər ay 800 manat icarə haqqı tələb ediblər. Onun öz vəsaiti hesabına əldə etdiyi 27 ədəd stul, 5 ədəd stol, 1 ədəd məlumat qeydiyyat masası, 2 ədəd gözləmə zalı üçün nəzərdə tutulmuş stul və masa, 800 manat dəyərində şüşəli şkaf, 1 ədəd şkaf, 1 ədəd printer, 3 ədəd ütü masası, professional tikiş maşınları və ütü, toplam dəyəri 1000 manat olan 20 ədəd əl işi tac, 4 ədəd jaliiz pərdə, 5 ədəd lövhə, 4 ədəd saat, 1 ədəd telefon, ümumilikdə dəyəri 8000 manat olan bu əşyalar xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavənin 1,1 bəndinə əsasən icarəçi olaraq ona təqdim edilmiş Plaza İ-in 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan icarə obyektində saxlanılaraq İddiaçı MMC tərəfindən Cavabdeh məxsus əmlak üzərində məhdudlaşdırılmış mülkiyyət hüquqları bərpa edilməlidir. Çünki dəfələrlə şifahi şəkildə müraciət etməsinə baxmayaraq, bu günə qədər İddiaçı MMC tərəfindən heç bir müsbət cavab tədbiri görülməmiş, yuxarıda qeyd edilən əmlakı üzərinə qanunsuz olaraq həbs qoyulmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-98/2023 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsi müqaviləsinin ləğv edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, ödənilməmiş icarə haqqı üzrə 3979,83 manat məbləğində əsas, 716,37 manat məbləğində ƏDV, 230 manat məbləğində cərimə, cəmi 4926,2 manat məbləğində pul və mediasiya xərcinə görə 92,02 manat Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti və ona əlavələr onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh 20 kv.m-lik sahədə olan icarə obyektində öz vəsaiti hesabına aldığı əşyalar saxlanılaraq şəxsin mülkiyyət hüququ məhdudlaşdırılmışdır. İddiaçı MMC cavabdehin əşyalarına olan hüququnu məhdudlaşdırmış, onun iradəsi olmadan faktiki olaraq onun hüquqlarını pozmuşdur. Ümumvətəndaşlıq pasportunun notarial qaydada təsdiq olunmuş surətindən açıq-aşkar görünür ki, Cavabdeh ölkə ərazisində olmamış və əşyaya sahibliyi həyata keçirməyə qadir olmamışdır. İddiaçı tərəfindən 2020-ci ilin mart, aprel, sentyabr, oktyabr, noyabr və dekabr, 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral və mart ayları cavabdeh tərəfindən ödənilməyən aylar kimi qeyd edilmişdir. Həmin tarixlərə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, bütün dünyada baş vermiş CORONA virus pandemiyası mövcud olmuşdur. Belə ki, tərəflər arasında imzalanmış müqaviləyə nəzər yetirdikdə həmin müqavilənin 10-cu maddəsinə əsasən Fors-Major hallar ilə bağlı qeyd edilmişdir ki, müqavilənin məqsədləri üçün istifadə olunan “Fors- Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağılabatan nəzarətindən kənarda qalaraq öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması fors majorla əlaqədar olduqda buradakı öhdəliyin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Bu göstərilən müddəalardan da aydın olur ki, təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti kimi hallar baş verdikdə gecikmə və ya öhdəliyin pozulması fors majorla əlaqədar olduğu üçün heç bir tərəf məsuliyyət daşımır. Ona görə də, tərəflərin pandemiya dövrü səbəbilə öz öhdəliklərini yerinə yetirə bilməməsi məhkəmə tərəfindən nəzərə alınmalı olan haldır. Lakin tərəfindən bu barədə məhkəməyə məlumat verilməsinə baxmayaraq, bu kimi hallar nəzərə alınmamışdır. Tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Lakin birinci instansiya məhkəməsi fəaliyyətinin nədən ibarət olması və Azərbaycan Respublikasında karantin rejiminin tətbiqi zamanı fəaliyyətinin dayandırılıb-dayandırılmaması, belə rejiminin tətbiqi nəticəsində onun icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmək imkanında olub-olmamasını araşdırmamış və işin qeyd olunan hallarını Mülki Məcəllənin 448.4-cü maddəsinə uyğun əsaslandırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsində onun tərəfindən ətraflı izahat verilmişdir. Müqavilə və digər sübutlar təqdim edilmiş, həmçinin işlə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/11 saylı ekspert rəyi yuxarıda nəzərdə tutulan məbləği təsdiq etmişdir. Birinci instansiya məhkəməsində verilmiş izahatlarına əsasən apellyasiya şikyətinin tam rədd edilməsini və qarşı tərəfdən təqdim olunan "oxşar" iş üzrə təqdim etdiyi qətnamə bu işin hallarına uyğun gəlmir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehin Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi.
12. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir.
15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
17. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə (685.2.1); ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə (685.2.2).
18. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
19. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
20. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsaəsn hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini, o cümlədən ilk iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində ilk iddia əsaslıdır.
23. Belə ki, müqavilənin ləğv edilməsi və icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 685.2 və 700.1-ci maddələri təşkil edir.
24. Hazırki işdə də həmin maddələrin dispozisiya şərtləri mövcuddur.
25. Belə ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, 20 ay (2020-ci ilin mart, aprel, sentyabr, oktyabr, noyabr və dekabr, 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral və mart ayları) üzrə icarə haqqını iddiaçıya ödəməmişdir.
26. Bu halı Cavabdeh da mübahisələndirməmiş, lakin bildirmişdir ki, ödənişləri məhz bütün dünyada baş verən pandemiya ilə əlaqədar olaraq edə bilməmişdir.
27. Sonuncuya dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
28. Lakin cavabdeh pandemiya ilə əlaqədar yuxarıda qeyd olunan müddətlərdən də əlavə öz öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar iddiaçıya məlumat verməmişdir. Çünki bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
29. Bu mənada kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi həmin hal iddianın rədd edilməsi üçün əsas ola bilməz.
30. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən aylıq icarə haqqının məbləği 200 manat + 18% ƏDV = 200 manat + 36 manat (200 x 18%) = 236 manat təşkil edir.
31. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən 2021-ci ilin fevral ayı üzrə icarə haqqının məbləği 179,83 manat əsas, 32,37 manat ƏDV olmaqla 212,20 manat hesablanmışdır.
32. Belə olan halda icarə haqqının məbləği, icarə haqqı ödənilməmiş 20 ayın 19 ayı üzrə aylıq 236 manatla hesablanmaqla üzərinə 212,20 manat gəlinməlidir.
33. Bununla da Cavabdeh İddiaçı MMC-yə olan icarə haqqı borcu 4696,2 manat (4484 (19 ay x 236 manat) + 212,20 manat) müəyyən olunur.
34. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilənin ləğv edilməsi və ödənilməli olan, lakin ödənilməyən 4696,2 manat (3979,83 manat əsas + 716,37 manat ƏDV) məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
35. Cərimə borcunun tutulması tələblərinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
36. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1% faizini ödəməlidir.
37. İcarə müqavilələri üzrə ödənilməli olan məbləğlərlə hazırki iddianın verildiyi tarixi müqayisə edərək kollegiya hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi 230 manat məbləğində cərimə pulunu tələb etməkdə haqlıdır.
38. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir.
39. Belə ki, qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcud olması təsdiq olunmur.
42. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilən və ona məxsus olduğu qeyd olunan əşyaların İddiaçı MMC-nin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
43. Cavabdehin təqdim etdiyi video yazı və fotoşəkillər isə bu halı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Çünki həmin sübutlar əşyaların hal-hazırda cavabdehin sahibliyində olmasını təsdiq etmir.
44. Cavabdehin ölkə xaricində olması da birmənalı olaraq əşyaların onun tərəfindən götürülməməsi nəticəsinə gəlmək üçün yetərli deyil. Çünki cavabdeh həmin hərəkətləri nümayəndə vasitəsi ilə də həyata keçirmək imkanına malik olmuşdur.
45. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin iddia tələblərini rədd etmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-98/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilk iddianın qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn