Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-858/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1158/2023 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1158/2023 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilmişdir. Cavabdeh X5 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Cavabdeh isə apellyasiya şikayətindəki tələbləri tam göstərməmişdir (qətnamə ləğv edilsin və müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilsin). Məhkəmə iclasında cavabdeh tərəfə apellyasiya şikayətindəki tələblərini dəqiqləşdirməsi üçün vaxt verilmiş və cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək, apellyasiya şikayətində tələbin aşağıdakı qaydada qəbul edilməsini xahiş etmişdir: “Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1158/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi əsas, faiz və ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində iddia tələbi rədd edilsin”. Göründüyü kimi cavabdeh apellyasiya şikayətindəki tələbini qismən (ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində) dəqiqləşdirsə də, digər hissələrdə (əsas və faiz borcunun tutulması) tələblər qeyri-müəyyən olaraq qalır. Belə ki, həmin hissədə yeni qətnamə qəbul edilməsi göstərilmiş, lakin mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblər dəqiq göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmçinin, Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Cavabdehin apellyasiya şikayətində tələblərini tam göstərmədiyini nəzərə alaraq və həmin Məcəllənin 363.1.1-1, 366.2, 384.0.6-cı maddələrini rəhbər tutaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 384.0, 384.0.6 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-858/2023 saylı qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1158/2023 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-858/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-858/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver