Məhkəmə qərarları › İş №2-2(103)-858/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-858/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-858/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh MMC və Zamin qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-712/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “Natural-T" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 4278,03 manat, faiz üzrə 1516 manat, cərimə üzrə 918,27 manat olmaqla, ümumilikdə 6712,30 manat məbləğində vəsaitin və 88 manat məbləğində ödənilmiş dövlət rüsumunun “NaturalT" MMC və Zamin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh “Natural-T" MMC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə aralarında olan kredit müqaviləsi 12 aylıq müddətə bağlanmış və xx.xx.2023-cü ildə müqavilənin müddəti bitmişdir. Tərəflər arasında əlavə bir razılaşma olmadığından və cavabdehin iddiaçı qarşısında müqavilə üzrə öhdəliyi xx.xx.2023-cü il tarixində başa çatdığından iddiaçı AR Mülki Məcəlləsinin 745.4-cü maddəsinə görə bir il ərzində iddia müddəti ərzində cavabdehə qarşı öz tələblərini irəli sürə bilər. İddiaçı iddia müddəti üzrə tələblərini xx.xx.2024-cü il tarixinə qədər irəli sürə bilərdi. AR Mülki Məcəlləsinin 745.4-cü maddəsinə görə borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bütün bunlara əsasən iddiaçının iddia müddətini keçirməsi əsası ilə mübahisə tərəfi olaraq məhkəmədən iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir.

3. Digər cavabdeh Zamin iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə 12 ay müddətinə 5000 manat kredit verilmiş və həmin kreditin təminatı kimi xx.xx.2022-ci il tarixində onunla zaminlik müqaviləsi bağlanılmış, xx.xx.2023cü il tarixində kredit müqaviləsinin müddəti bitmiş və xx.xx.2024- cü il tarixində iddiaçı tərəfindən ona və borc alana qarşı iddia verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin (zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.) müddəalarını rəhbər tutaraq üzrə zaminlik müqaviləsinı ətraflı baxılması və araşdırılmasını xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-712/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən 3821,56 manat əsas borc, 677,69 manat faiz borcu, 191 manat cərimə borcu olmaqla cəmi 4690 (dörd min altı yüz doxsan) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 67 (altmış yeddi) manatının əvəzinin cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manat məbləğində hissəsinin Cavabdeh MMC-dən, 30 (otuz) manat məbləğində hissəsinin isə iddiaçı "xxxx" BOKT ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.

5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

361.2-ci maddənin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 74.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Məhkəmənin mövqeyi

8. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən şikayətin geri qaytarılması əsaslarından biri şikayətin imzalanmaması və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmasıdır.

10. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş şikayətdən görünür ki, iddiaçı tərəfindən verilmiş şikayət prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdır.

11. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini elektron qaydada X1 imzalamış, lakin şikayətə iddiaçının adından həmin şəxsin adına verilmiş etibarnamə əlavə edilməmişdir.

12. Qeyd edilən hala əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

13. Beləliklə məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-712/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

14. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq,

QƏRARAALDİ:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-712/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar