Məhkəmə qərarları › İş №2-2(103)-864/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-864/2023

22.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-864/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı kommersiya işi Açar söz: inventarların təhvil verilməsi və pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 Mirhüseyn oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı inventarların təhvil verilməsi və pul tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1811/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 23 oktyabr 2019-cu il tarixli "xxxx" firması (hazılda adı Cavabdeh2 MMC) ilə Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Cavabdeh2 MMC ünvan 1 ünvanında yerləşən icarə obyektinin tam sahəsini icarəyə verir.

2. İşdəki ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

3. Bakı şəhəri 44 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X4 birinci növbədə vərəsəsi İddiaçıdır.

4. 13 aprel 2022-ci il tarixli e-MTT(009)-44/2022 nömrəli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərardadından görünür ki, müvəqqəti təminat tədbirinə dair ərizə qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyevküçəsi, 24 ünvanında cavabdeh "xxxx" firmasına məxsus “Bakı Gecələri” restoranında yerləşən İddiaçı məxsus olan aşağıdakı inventarların: Kondisioner şkaf -2 ədəd; Uşaq oyun aparatı -3 ədəd; Zum uşaq-1 ədəd; Uşaq sürüşkəni-1 ədəd; Royal piano - 2 ədəd; Dekor tunba Royal -2 ədəd; Reception mebeli - 1 ədəd; Oirmizi Divan (koja) -31 ədəd; Dekor (Banbuk) -4 ədəd; Dekor Çapar -5 ədəd; Divan (qirmizi parça) -3 ədəd; Giriş qapı üçün qapı feni - 1 ədəd; Kreslo (qırmızı koja Rubin zal -31 ədəd; Dekor dipçək gül - 5 ədəd; Parça stul (ağ mirvari) - 273 ədəd; Arka Gül - 2 ədəd; Fontan motoru - 2 ədəd; Stol süfrəsi - 85 ədəd; Skayner (səhnədə)- 25 ədəd; Skayner Robot - 2 ədəd; Lazer aparatı - 2 ədəd; Dörd nəfərlik stol - 123 ədəd; Qaz peçi (4 göz) - 2 ədəd; Duxovka - 1 ədəd; Fritor aparatı - 2 ədəd; Mətbəx stolu - 2 ədəd; Soyuducu şkaf- 2 ədəd; Mikrodalğalı soba - 1 ədəd; Kolbasa kəsən - 1 ədəd; Mikser - 1 ədəd; Lülə şişi -100 ədəd; Tikə şişi - 100 ədəd; Pitiminutka - 2 ədəd; Sac qabı - 40 ədəd; Buz Aparatı - 1 ədəd; Çay aparatı - 2 ədəd; Çəngəl - 300 ədəd; Bıçaq - 300 ədəd; Salfetka qabı -20 ədəd; Duz istiot qabı - 15 ədəd dəst; Su çəni - 1 ədəd; Zibil qutusu - 2 ədəd; Qızıl stoyka (giris uçun) - 4 ədəd; Qırmızı daroşka (xalça) - 1 ədəd; Paltaryuyan - 1 ədəd; Ət maşını - 1 ədəd; Sredni qabı - 178 ədəd; Salat qabı - 400 ədəd; Cörək qabı - 30 ədəd; Padnos - 20 ədəd; Seyf -1 ədəd; Divan (parça koricneviy) - 4 ədəd; Kassa nömrəsi - 150 ədəd; Kserekopıya aparatı - 1 ədəd; Korolevskiy stol - 2 ədəd; Kofe aparatı -1 ədəd; Kassa stolu - ədəd; Stul koja - 163 ədəd; Stul üçün çexol - 160 ədəd; Reklam Oazis - 4 ədəd; Kreslo - 1 ədəd; Printer aparati - 1 ədəd; Kompüter - 2 ədəd; Royal stulu - 2 ədəd; Show zalın qabaq stolu - 25 ədəd; Qaz peçi - 2 ədəd; Viterok - 1 ədəd; Soyuducu - 2 ədəd; Stellaj - 1 ədəd; Moyka - 1 ədəd; Kamera havalandırma - 2 ədəd; Şadlıq səhnə herj turbası - 1 ədəd; Su motoru (yekə) - 1 ədəd; Qidrofor - 3 ədəd; Ariston - 2 ədəd; Palma ağacı - 7 ədəd; Oturacaq slul - 240 ədəd; Buz qabı - 1 kulok; Rəngli süfrə - 59 ədəd; Milli süfrə - 33 ədəd; Qırmızı divan - 25 ədəd üzərinə həbs qoyulmaqla, həmin inventarlardan istifadə cavabdehlər "xxxx" Firmasına, Cavabdeh1 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır.

5. xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş protokoldan görünür ki, Cavabdeh2 MMC-yə məxsus əşyalar siyahıya alınaraq iddiaçıya təhvil verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi və xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, inventarların (Reception mebeli - 1 ədəd; qırmızı kreslo (koja Rubin zal) -9 ədəd; dekor dipçək gül-5 ədəd; parça stul (ağ mirvari) - 211 ədəd; arka gül - 2 ədəd; fontan motoru - 1 ədəd; Stol süfrə (ağ)-85 ədəd; skayner (səhnədə) -21 ədəd; Lazer aparatı - 2 ədəd; Sari işıq (asılan)- 40 ədəd; dörd nəfərlik stol - 60 ədəd; Qaz peçi (4göz) - 1 ədəd; Mətbəx stolu (dəmir) - 2 ədəd; Soyuducu şkaf- 2 ədəd mikser – 1 ədəd, Lülə şişi (uzun)-100 ədəd; Tikə şişi (uzun)- 100 ədəd; Sac qabı (qara rəngdə)- 40 ədəd Buz aparatı (böyük)- 1 ədəd; çay aparati - 2 ədəd; çəngəl (Güral Porselen) - 300 ədəd; bıçaq (Gürc Porselen) -300 ədəd; salfetka qabı (Güral Porselen) • 20 ədəd; Duz istiot qabı (Güral Porselen) -15 ədəd, dəst, Su çəni - İ ədəd; Zibil qutusu - 2 ədəd; Qizil stoyka (giriş üçün) - 4 ədəd; Qirmizi daroşka (xalça) - ədəd; Et maçını - 1 ədəd; Sredni qabı (Güral Porselen) -178 ədəd; Salat qabı (Güral Porselen)- 40 ədəd; Corek qabı (taxta)-30 ədəd; Padnos (dəmir)-20 ədəd; Divan (parça koricneviy) - 1 ədəd; Kassa nomresi (qırmızı) - 150 ədəd; Kserekopiya aparatı (HP)- İ odəd; Kofe aparatı (böyük)- 1 ədəd; Kassa stolu (qırmızı) - İ ədəd ; Stul üçün çexol - 160 ədəd; Kreslo- 1 ədəd; Printer aparatı (HP)- 1 ədəd Kompüter (qara HP) - 2 ədəd; Show zalin qabaq stolu (6-8 neferlik)- 25 ədəd; Qaz peçı-2 ədəd; viterok-ədəd; Soyuducu-1 ədəd; Stellaj-1 ədəd; Moyka-1 ədəd; Kamera havalandirma-2 ədəd; Şadlıq səhnəsi, turbası- 1 ədəd; Su motoru (yeka)-1 ədəd; qidrofor-1 ədəd; Palma agaci-7 ədəd, oturacaq stul – 240 ədəd Buz qabı(metallik)-50 ədəd (30 böyük 20 balaca); rəngli süfrə (qırmızı, ağ, mavi və sarı)-59 ədəd, mil süfrə-33 ədəd; arakəsmə açilis lenti-8 ədəd) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 alınıb iddiaçıya verilməsini, 30000 manat istifadə haqqının, ödənilmiş dövlət rüsumuna görə 180 manatın eləcə də, hüquqi yardıma görə ödənilən 1010 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X7 mülkiyyətində olan “Oazis” restoranının fəaliyyətinə xitam verdikdən sonra həmin restoranın inventarlarını 01 oktyabr 2019-cu ildən qarşılıqlı razılıq əsasında cavabdehlər Cavabdeh2 MMC və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs Cavabdeh1 istifadələrinə aylıq istifadə haqqı 5 min manat olmaqla vermişdir. 12 noyabr 2021-ci il tarixdə Mirtalib Əmişov vəfat etmişdir. Vəfat etdiyi günə qədər cavabdehlər tərəfindən inventarlardan istifadəyə görə haqq ödənilmişdir. Lakin həmin vaxtdan hal-hazıra kimi inventarlar cavabdehlər tərəfindən ünvan 4 ünvanda fəaliyyət göstərən Cavabdeh2 MMC-nin “Bakı Gecələri” restoranında istifadə olunmasına və gəlir əldə edilməsinə baxmayaraq istifadə haqqı olaraq razılaşdırılmış 5 min manat ödənilmir. Qeyd olunanlarla bağlı inventarların yararlı vəziyyətdə qaytarılmasını və 6 ay üçün 30 min manat istifadə haqqının ödənilməsini özündə ehtiva edən pretenziyalar cavabdehlərə göndərilmişdir, lakin hal-hazıradək nə inventarlar, nə də ki istifadə haqqı iddiaçıya təhvil verilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-1811/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mərhum yoldaşı X5 məxsus əşyaları cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tələb etsə də, həmin əşyaların ona məxsus olması, bununla yanaşı iddiaçının mərhum yoldaşı X4 Cavabdeh1 tələb olunan əşyaların təhvil verilməsi və istifadəsi ilə bağlı aylıq 5000 manat ödəmək şərti ilə icarə münasibətlərin olmasını təsdiq edən heç bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

10. Eyni zamanda iddiaçının nümayəndəsi vəkili Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-MTT(009)-44/2022 nömrəli qərardadla tələb olunan bir sıra üzərinə həbs (Səbail rayon icra şöbəsinin icra məmuru 25 aprel 2022-ci il tarixli protokoluna əsasən) qoyulmuş əmlakların məhkəmə gedişatında xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə geri qaytarıldığına istinad etsə də, məhkəmə qeyd etmişdir ki, tələb olunan bəzi əşyaların qaytarılmasının səbəbi, həmin əşyaların iddiaçıya məxsus olması ilə bağlı deyil, sadəcə olaraq cavabdehlərə məxsus olmaması olmuşdur.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-1811/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tam təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Yalnız subyektiv mülahizə əsasında, qərəzli şəkildə cavabdehin etirazında göstərdiklərini qətnaməyə köçürmüşdür. Bununla da, qətnamə sanki cavabdeh tərəfindən yazılmış kimi görünür. İş Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olarkən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-MTT(009)-44/2022 nömrəli qərardadla tələb olunan bir sıra üzərinə həbs (Səbail rayon icra şöbəsinin icra məmuru 25 aprel 2022-ci il tarixli protokoluna əsasən) qoyulmuş əmlaklar məhkəmə gedişatında xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə geri qaytarılmışdır. Bundan sonra iddia tələbinin həcmi azaldılmışdır. Kommersiya Məhkəməsindəki icraat zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edən 25 aprel 2022-ci il tarixli akta düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, həmin aktda yalnız olmayan əşyalar göstərilmiş və qeyd olunmuşdur ki, digər tələb olunan əmlaklar yerindədir. Qeyd olunan aktla artıq tələb olunan əmlakların faktiki olaraq restoranda olması öz təsdiqini tapıb. İddiaçının fərziyyələr əsasında həmin əmlakların sayına, rənginə və ya müxtəlif keyfiyyətlərinə dair məlumatlarının olması qənaətinə gəlməsinin qeyri-mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmayıb. Yəni iddiaçı heç vaxt özbaşına qurduğu xəyallar və fərziyyələr əsasında ona mərhum ərindən qalmış əmlaklar barədə məlumatı ola bilməzdi. Hətta rayon məhkəməsində icraat aparılan zaman əmlakların qaytarılması faktı da sübut edir ki, geridə qalan, hazırda iddia tələbində göstərilən əmlaklar iddiaçıya məxsusdur. Çünki cavabdehlər təhvil-təslim aktlarında qeyd etməyiblər ki, hazırki əmlakların qaytarılmamasının səbəbi onların iddiaçıya məxsus olmamasıdır. Eyni zamanda icra məmuru tərəfindən 25 aprel 2022-ci il tarixli akt tərtib olunan zamanda cavabdehlər qeyd edə bilərdilər ki, əmlaklar cavabdehlərə məxsusdur, lakin bu da öz əksini tapmayıb. Məhkəmə özgənin qanunsuz sahibliyini vurğulayıb iddianı əmlakların qaytarılması hissəsində təmin etsə də, nəzərə almayıb ki, bütün vaxt ərzində cavabdehlərin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsi də təmin edilməli idi.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 14 Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 Mirhüseyn oğlu məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 700.1-ci maddə-icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə-icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1151.1-ci maddə-mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-1811/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşdən görünür ki, iddiaya ilk dəfə Səbail rayon Məhkəməsi tərəfindən baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın qismən təmin edilməsi barədə Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılaraq mübahisənin kommersiya mübahisəsi olduğu qeyd edilmişdir.

19. İddia ərizəsinin məzmununda qeyd edilənlərə əsasən, iddiaçının mərhum həyat yoldaşı fərdi sahibkar olmuş M.Əmişovla cavabdehlər arasında xx.xx.2019-cu ildə şifahi müqavilə bağlanmaqla cavabdehlərdən tələb edilən, əvvəllər “Oazis” restoranında istifadə edilmiş daşınar əşyalar ayda 5000 manat müqabilində icarəyə verilmiş, həyat yoldaşı vəfat etdiyi xx.xx.2021-ci il tarixədək hər ay bu məbləğ ödənilsə də, sonradan ödənilməmişdir. Buna görə də iddiaçı mərhum ərinin vərəsəsi olaraq ərinin vəfat etdiyi tarixdən 6 aylıq icarə haqqının ödənilməsi və əşyaların geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

20. Cavabdehlərdən Cavabdeh1 Səbail rayon Məhkəməsində işə baxılarkən izahatında bildirmişdir ki, 2004-cü ildən 2019-cu ilə kimi fasilələrlə həm adminstrator, həm də mühafizəçi kimi işləmiş, 2019-cu ildə “Oazis” restoranı söküldükdən sonra direktoru “Bakı gecələri” restoranını icarəyə götürmüşdür. Əşyaların “Bakı gecələri” restoranına gətirilməsi barədə məlumatı olmadığını bildirmişdir.

21. Cavabdehlər məhkəmə iclaslarında iddiaçının mərhum həyat yoldaşı ilə aralarında belə bir razılaşma olduğunu və daşınar əmlaklara görə icarə haqqı ödədiklərini qəbul etmədiklərindən sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda iddiaçı iddia edilən razılaşmanın mövcudluğu və icarə haqqı ödənişləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

22. İşdən görünür ki, məhkəmədə iddia qaldırıldıqdan sonra iddiaçının tələb etdiyi əmlaklardan bir hissəsi cavabdehlər tərəfindən könüllü olaraq ona təhvil verilmiş, bu barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Cavabdehlərin nümayəndəsi məhkəmə iclaslarında izahatlarında bildirmişdir ki, təhvil verilmiş əmlakların iddiaçıya məxsus olub-olmadığı onlara məlum deyil. Həmin əmlaklar cavabdehlərə məxsus olmadığı üçün təhvil verilmişdir.

23. Səbail rayon Məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş Şahid, X8, X9, X3 həqiqətən “Oazis” restoranında işləmələri barədə sübutlar olmadığından onların ifadələri əsaslı şübhədən kənar sübut meyarına cavab vermədiyindən digər sübutlarla təsdiq edilmədən iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şahidlərdən Şahid ifadə verərkən “Oazis” restoranından “Bakı gecələri” restoranına əmlakların daşınması zamanı iştirak etdiyini, həmin əmlakların bir qisminin qaytarıldığını, bir qisminin isə qaytarılmadığını göstərmişdir. Şahid cavabdehlər tərəfindən iddiaçıya əmlakların bir hissəsinin təhvil verilməsi prosesində iştirak etmədiyindən verilmiş və verilməmiş əmlakları bilavasitə özü görmədiyi üçün iddiaçı tərəfindən ona verilmiş məlumata əsasən ifadə verdiyi ehtimal edilir. Digər şahid “Oazis” restoranının mühasibi işləmiş X8 əmlakların “Bakı gecələri” restoranına aparılmasında bilavasitə iştirak etmədiyindən iddiaçıya qaytarılmamış əmlaklar olduğuna dair ifadəsi mötəbər hesab edilə bilməz. Əmlakların istifadəsi ilə bağlı ayda 5000 manat ödənişlə bağlı razılaşmanın mövcudluğu şahidlərin ifadələri ilə təsdiq edilməmişdir.

24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd edir ki, iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)- 1811/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-1811/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar