Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-867/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3126/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6695 nömrəli icarə müqaviləsi üzrə 16.608, 6696 nömrəli icarə müqaviləsi üzrə 6.141 manat, 6697 nömrəli icarə müqaviləsi üzrə 1.006 manat, 6698 nömrəli icarə müqaviləsi üzrə 11.066 manat və 6699 nömrəli icarə müqaviləsi üzrə 2.822 manat və mediasiya ilə bağlı ödənilmiş 200 (iki yüz) manat – cəmi 37.843 (otuz yeddi min səkkiz yüz qırx üç) manat məbləğində pul vəsaitiiin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X6 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, cavabdehdən 6696 nömrəli icarə müqaviləsi üzrə 10.210 (on min iki yüz on) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X1 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin xeyrinə tutularaq (VÖEN **********) Mərkəzin Azərbaycan Beynəlxalq Bankının “Sənaye” filialındakı AZ51 İBAZ******************** saylı hesabına (kod 805603, AZ03NABZ******************** VÖEN**********, S.W.İ.F.T. Bik İBAZAZ2X) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3126/2022 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında X2 iştirak edilməmə barədə arayışın xx.xx.2022-ci il tarixdə keçirilmiş sessiyanın nəticəsində verildiyini, bu tarixin isə həftənin şənbə gününə təsadüf etdiyini qeyd edərək iddianı baxılmamış saxlamışdır. Bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi mediatorun dəvət məktubuna əsasən xx.xx.2021-ci il tarixində X2 iştirak etmişdir, lakin cavabdeh tərəf iclasın vaxtı və saatı barədə məlumatı olduğu təqdirdə bilə-bilə iclasa gəlməmiş, iclasın təxirə salınmasını istəmiş, tərəfin istəyi əsasında X7 xx.xx.2021-ci ilə təxirə salınmışdır. Lakin bu dəfə də qarşı tərəf məlumatlandırıldığı halda X4 gəlməmiş, yenidən iclasın təxirə salınmasını istəmişdir. Mediator bir daha qarşı tərəfin istəyini nəzərə alaraq X5 xx.xx.2022-ci ilə təxirə salmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin həmin iclasda iştirak etməsinə baxmayaraq, qarşı tərəf yenə də iclasa gəlməmişdir. Məhkəmə həftənin şənbə günündə X2 iştirak edilməmə barədə arayışın tərtib edildiyini, bu halın isə mediasiyanın məqsədlərinə uyğun olmadığını və tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qanunda göstərilmiş bütün tədbirlərin görülmədiyini vurğulamışdır. Bildiririk ki, qanunvericilikdə X3 şənbə günündə keçirilməsini qadağan edən hal yoxdur. Məhkəmə X3 həftənin şənbə günündə keçirilməsini qanunsuz saysa da, bunu qadağan edən konkret maddi hüquq normasına əsaslanmamışdır. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsi mülki prosessual normalarını pozmaqla əsassız qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu və 21.9.1- ci maddələrinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, X7 tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və X3 keçirilmə tarixi, vaxtı və yerini əks etdirən X7 barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri X2 iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “X2 iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə X3 keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 24.7-cü maddəsinə əsasən Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. İş materiallarından müəyyən olunur ki, hazırki işdə qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilməmişdir. AR Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Biirinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş və kollegiyanın iclasında öz təsdiqini tapmış işin həqiqi hallarından müəyyən olunur ki, Cavabdeh qanuni nümayəndəsi Nümayəndə2 Məhəmmədli qızı X2 iştirakdan imtina etməmiş və sessiyanın xx.xx.2022-ci il tarixdən sonraya təxirə salınmasını xahiş etsə də, xx.xx.2021-ci il tarixdə X2 İştirak Edilməmə barədə arayış verilmişdir. Həmçinin Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X9, əvvəl X7 ilə bağlı iclaslarda iştirak etdiyini, ancaq xx.xx.2021-ci il tarixdə X2 iştirak etmədiyini bildirmişdir. Göründüyü kimi, Mediator tərəfindən xx.xx.2021-ci il tarixə təyin edilmiş X3 müddətini 30 gün müddətinə də uzatmaq imkanı olsa da, iclas təxirə salınmamışdır. Göründüyü kimi qeyd olunan hal mediasiyanın məqsədlərinə uyğun olmamış və tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qanunda göstərilmiş bütün tədbirlər görülməmişdir. Yuxarıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3126/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-2(103)-867/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-867/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver