Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-87/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və X1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli, e-2- 2(113)-218/2021 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC və X1 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC arasında bağlanmış 07 sentyabr 2016-cı il tarixli 60176-1/KM nömrəli kredit müqaviləsinin ləğv edilməsi, ondan məcburi qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə əsas borc üzrə ******* ABŞ dolları, 31 avqust 2020-ci il tarixə faiz borcu üzrə 1115073,49 ABŞ dolları, 31 avqust 2020ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 293466,86 ABŞ dolları, cəmi 4908540,35 ABŞ dolları kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı), ümumilikdə 4908540,35 ABŞ dollarının və 60 manatın tutulması; Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCyə olan 4908540,35 ABŞ dolları və 60 manat məbləğində borcun ödənilməsi; Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-2(113)-218/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 3.500.000 ABŞ dolları məbləğində əsas, 1.115.072,44 ABŞ dolları məbləğində faiz, 2934,66 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4.618.007,1 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh1 MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinə tutma yönəldilməsi, əmlakın likvid dəyəri 209000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, Cavabdeh1 MMC-dən 200 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Cavabdeh1 MMC-dən 400 manat qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli, e-2-2(113)-218/2021 saylı qətnaməsinin qismən, ipoteka predmeti olan əmlakın likvid dəyərinin və dəbbə pulunun müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsniin 15.09.2021-ci il tarixli, e-2-2(113)-218/2021 saylı qətnaməsi ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi və dəbbə pulunun tutulması hissəsində əsassızdır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m. olan 4 otaqlı yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, sözügedən yaşayış sahəsinin ilkin satış qiyməti düzgün qiymətləndirilməmiş, dəbbə pulunun məbləği yüksək hesablanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Əmlakın ilkin satış qiyməti bazar qiyməti nəzərə alınmaqla onun likvid qiymətidir. Yəni, ilkin satış qiymətinin müəyyən edilməsi üçün yalnız likvid qiyməti əsas götürülə bilməz. Lakin işə baxan birinci instansiya məhkəməsi Cavabdeh2 məxsus yaşayış evinin bazar dəyərini nəzərə almadan likvid qiyməti əsasında ilkin satış qiymətini müəyyən etmişdir. Bundan başqa, "xxxx"ASC (ipotekasaxlayan) ilə Tağı-zadə X6 (ipoteka qoyan) arasında bağlanan 31.05.2017-ci il tarixli 60176-1/İPM nömrəli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən "Likvid dəyəri" -184 000 AZN məbləğində müəyyən edilmişdir. Lakin həmin qiymətləndirmə aktının tərtib edilməsindən 3 ildən artıq müddət keçdikdən sonra məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası əsasında "xxxx" MMC tərəfindən verilmiş 31.03.2021-ci il tarixli, QXM376M nömrəli qiymətləndirmə rəyində isə mənzilin bazar dəyəri 228.000 manat, likvid dəyəri 209.000 manat göstərilmişdir. Bu müddət ərzində daşınmaz əmlakların dəyərində qiymət artımı müşahidə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qətnaməsi ilə cavabdehdən yüksək məbləğdə dəbbə pulu tutulmuşdur. İşə apellyasiya qaydasında baxılması 15.12.2021-ci il tarixə təyin edilmiş, cavabdehlərin iştirakının təmin edilməsi üçün 12.01.2021-ci il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı barədə cavabdehlər lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 MMC-nin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli e-2-2(113)-218/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iş üzrə qəbul edilmiş qətnamə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti və dəbbə pulu borcu tutulması hissəsində mübahisələndirildiyindən məhkəmə qətnaməni mübahisələndirilən hissələrdə yoxlayaraq hesab edir ki, qətnamənin həmin hissələrdə ləğv edilməsi üçün əsaslar mövcud deyil. İş materiallarına əlavə edilmiş sübutlar əsasında "xxxx" ASC ilə X2” MMC arasında 07 sentyabr 2016-cı il tarixli 60176- 1/KMİ saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditor borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 8% hesablanmaq şərti ilə 3.500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Borc alan bu müqaviləyə əsasən, krediti qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin "xxxx" ASC ilə (ipoteka saxlayan) ilə Tağı-zadə X6 (ipoteka qoyan) arasında bağlanan 31.05.2017-ci il tarixli 60176-1/İPM nömrəli ipoteka müqaviləsi bağlanmış və 07 sentyabr 2016-cı il tarixli 60176-1/KM saylı kredit müqaviləsi üzrə göstərilən öhdəliklərin təminatı olaraq DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən Tağı-zadə X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv. m., yaşayış sahəsi 66,0 kv. m., yardımçı sahə 29,0 kv.m. olan 4 otaqlı yaşayış evi "xxxx" ASCnin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin likvid dəyəri 184 000,00 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdən də iddiaçı 31.08.2020-ci il tarixli maliyyə arayışına əsasən 07 sentyabr 2016-cı il tarixli 60176-1/KM saylı kredit müqaviləsi üzrə ******* ABŞ dolları əsas borcun, 1115073,49 ABŞ dolları faiz borcunun, 293466,86 ABŞ dolları dəbbə pulunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış 07.09.2016-cı il tarixli kredit müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş kredit borcunun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bənddə göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri hesablanır. Cavabdeh1 MMC əsas kredit borcu üzrə hər hansı ödəniş etmədiyindən iddiaçı tərəfindən müqavilənin qeyd edilən şərtinə əsasən 293466,86 ABŞ dolları cərimə faizi hesablanmış, məhkəmə MPM-nin 467-ci maddəsinə əsasən həmin məbləği azaldaraq cəriməyə görə faizi 2934,66 ABŞ dolları müəyyən etmişdir. Məhkəmə kollegiyası məhkəmə tərəfindən tutulmuş cərimə məbləğinin tələb edilən cərimə məbləğinin 1 %-i məbləğində müəyyən olunduğunu nəzərə alaraq hesab edir ki, həmin məbləğin 3.500.000 ABŞ dolları məbləğində əsas borca nisbətdə tənasübsüz şəkildə yüksək olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır. İpoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən bazar qiymətinin əsas götürülməli olduğuna dair də apellyasiya şikayətinin dəlilləri əsassızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsi ipoteka predmeti olan mənzilin likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, "xxxx" MMC-nin 31.03.2021-ci il tarixli QXM-376M nömrəli rəyindən görünür ki, Tağı-zadə X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv. m., yaşayış sahəsi 66,0 kv. m., yardımçı sahə 29,0 kv.m. olan 4 otaqlı yaşayış evinin likvid dəyəri 209000 manat müəyyən olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20.07.2020-ci il tarixli 01 saylı qərardadının 13-cü bəndinə əsasən ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. Cavabdeh1 MMC tərəfindən ipoteka predmetinin likvid dəyərinin məhkəmə tərərfindən müəyyən edilmiş məbləğdən artıq olduğuna dair hər hansı sübut təqdim edilmədiyindən məhkəmə apellyasiya şikayətini bu hissədə də əsassız hesab edir. Cavabdeh Cavabdeh1 MMC işə apellyasiya qaydasında baxılarkən iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilməsi barədə vəsatət versə də, təkrar qiymətləndirmənin təyin edilməsi üçün əsas olmadığından məhkəmə tərəfindən bu barədə vəsatət təmin edilməmişdir. Cavabdeh1 MMC eyni zamanda qpellyasiya instansiyası məhkəməsinə tərəflərindən 07.09.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırıldığından iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim etmişdir. Vəsatətə əlavə edilmiş iddia ərizəsinin surətinə əsasən müəyyən olunmuşdur ki, kredit müqaviləsi MM-nin 337.1-ci maddəsinə əsasən mübahisələndirilir. Qeyd edilən normaya əsasən mübahisələndirilən əqdin əhəmiyyətsiz əqd olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə məhkəmələr bunu nəzərə almalıdır. Cavabdeh apellyasiya şikayətində 07.09.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız (əhəmiyyətsiz) əqd olduğuna dair hər hansı dəlil irəli sürməsə də, məhkəmə kredit müqaviləsinin şərtlərinin mülki qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, müqavilə şərtlərində qanuna zidd hər hansı müddəa olmadığından əqdin məhkəmə tərəfindən əhəmiyyətsiz hesab edilməsi üçün qanuni əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 MMC-nin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli e-2-2(113)-218/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli e-2-2(113)-218/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi gündən) 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-87/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-87/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver