Məhkəmə qərarları › İş №2-2(103)-87/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-87/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-87/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh-yə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2-2(82)-355/2017 nömrəli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" (Azərbaycan) ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 aprel 2016-cı il tarixində bağlanmış 2016-2264 422085 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödəməli olduğu 31045,7 manat pulun, 30 manat dövlət rüsumunun və 5411,9 manat cərimə, cəmi 36487.5 manat borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 10 may 2017-ci il tarixli 2-2(82)- 355/2017 saylı qiyabi qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh-dən 31045.7 manat əsas borc, 5411,9 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 36487,6 manat tutularaq İddiaçı-nin hesabına ödənilməsi qət edilmişdir Cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2-2(82)-355/2017 nömrəli qiyabi qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişini və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim etmişdir. İddiaçı və cavabdehin nümayəndələrinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında nümayəndələrnin iştirakını təmin etməmişdirlər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2-2(82)-355/2017 nömrəli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2-2(82)-355/2017 nömrəli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2-2(82)-355/2017 nömrəli qiyabi qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin: - İddiaçı cavabdehin 31.045 manat borcundan 10.000 manat güzəşt edir və cavabdehin əsas borcu 21.045 manat müəyyən edilir. - Cavabdeh 21.045 manat borcunu xx.xx.2024-cü il tarixinədək tam olaraq iddiaçıya ödəyir. - Cavabdeh tərəfindən ödəniş bu barışıq sazişində müəyyən edilmiş qaydada və vaxtadək icra edilməzsə iddiaçı əsas borcun ödənilməmiş hissəsinin və ödənilməmiş borcun 10 % məbləğində cərimənin ödənilməsi barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar