Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-872/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-133/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" LTD MMC və cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" LTD MMC cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi, Cavabdeh4 və Mənuçehr X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.02.2015-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 500 manat icarə haqqı müqabilində verilmiş 52 ədəd avtomobilə görə 60 ay müddətində yaranmış icarə haqqının, yəni 500x52x60=1560000 (bir milyon beş yüz altmış min) manat icarə haqı və 280800 (iki yüz səksən min səkkiz yüz) manat ƏDV olmaqla, ümumilikdə ******* (bir milyon səkkiz yüz qirx min səkkiz yüz) manat pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, "xxxx" MMC-yə məxsus olmuş 35 ədəd “Volvo” markalı ** JA *** ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd edilən 35 ədəd avtomobilə dair verilmiş texniki şəhadətnamələrin ləğv edilməsi, həmin qeyd edilən 35 ədəd avtomobilin "xxxx" MMC-nin mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi və həmin yük avtomobillərinin mülkiyyətçi "xxxx" MMCyə qaytarılması, 2020-ci ilin aprel ayından noyabr ayınadək keçən 8 aylıq müddətdə mülkiyyətçi "xxxx" MMC-nin 35 ədəd yük avtomobilindən məhrum olması və nəticədə bu müddət ərzində icarə haqlarından əldə edəcəyi faydanın əldən çıxması nəticəsində ona dəymiş 5000x35x8=1400000 manat məbləğində ziyanın müştərək qaydada cavabdehlər Mənuçehr X5 və Cavabdeh4 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.04.2021-ci il tarixli e-2-2(113)-133/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2ndən ******* (bir milyon beş yüz altmış min) manat icarə haqqı və 280800 (iki yüz səksən min səkkiz yüz) manat ƏDV olmaqla, ümumilikdə ******* (bir milyon səkkiz yüz qirx min səkkiz yüz) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuş 35 ədəd «Volvo» markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1nə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında həmin nəqliyyat vasitələrinə verilmiş texniki şəhadətnamələrin ləğv edilməsi, 35 ədəd avtomobilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi, nəqliyyat vasitələrinin mülkiyyətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması nəzərə alınması, cavabdeh Mənuçehr X2 vurulmuş ziyana görə 70000 (yetmiş min) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı "xxxx" LTD MMC və cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 MMC ayrıayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsində digər iddia tələbləri ilə yanaşı, cavabdehlər Mənuçehr X5 və Cavabdeh4 əməlində cinayətin əlamətləri aşkar edildiyinə görə bu barədə prokurora məlumat verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxıb yekun qətnamə qəbul edərkən, qətnamədə digər tələblərə münasibət bildirdiyi halda, həmin hissəyə ümumiyyətlə münasibət bildirməmişdir. Bundan başqa məhkəmə qətnamənin əsaslandırıcı hissəsində yanlış qənaətə gələrək, nəqliyyat vasitələrinin orta aylıq icarə haqqını öz qiymətindən dəfələrlə ucuz qiymətləndirmişdir. Belə ki, iş materiallarında nəqliyyat vasitələrinin aylıq icarə haqqının 5000 manat müəyyən edilməsi barədə arayış təqdim edilməsinə baxmayaraq, məhkəmə yanlış olaraq həmin arayışı yetərli sübut hesab etməmişdir. Lakin, həmin sübutun nə üçün yetərli olmaması izah edilməmiş və bunun əvəzində məhkəmə 18.02.2015-ci il tarixli icarə müqavilələrinə istinad edərək, həmin müqavilələrdə sözügedən nəqliyyat vasitələrinin "xxxx" MMC tərəfindən aylıq icarə haqqı 500 manat olmaqla icarəyə verildiyini qeyd etmişdir. Lakin məhkəmə tərəfindən həmin icarə müqavilələrinə istinad edilməsi doğru deyil. Çünki, həmin icarə müqaviləsi 10 il müddətinə bağlanılmış, bu səbəbdən də nəqliyyat vasitələrinin icarə haqqı dəfələrlə az qeyd edilmişdir. Hazırda həmin nəqliyyat vasitələrinin orta aylıq icarə haqqı 5000-6000 manat civarındadır. Məhkəmə, müqavilədə qeyd edilən hazırki bazar qiymətindən dəfələrlə ucuz qiyməti əsas götürmək əvəzinə, işin ədalətli və düzgün araşdırılması naminə ən azından həmin nəqliyyat vasitələrinin bazar qiymətini öyrənmək üçün sorğu verməli, iş üzrə mütəxəssis rəyi almalı idi. Məhkəmənin gəldiyi daha bir yanlış qənaət isə bundan ibarətdir ki, məhkəmə həmin nəqliyyat vasitələri üzrə əldən çıxmış faydanı müəyyən edərkən əsassız olaraq həmin müddəti 4 ay hesablamışdır. Halbuki, qeyd edilən 35 ədəd nəqliyyat vasitəsi Xəzər RPİ-nin İstintaq Şöbəsində aparılan cinayət işi üzrə axtarış verildikdən sonra YPX tərəfindən aşkar edilərək, avqust ayında saxlanılmışdır. Həmin nəqliyyat vasitələri bu gün də, cərimə meydançasında saxlanılmaqdadır və iddiaçıya hələ də təhvil verilməmişdir. Bundan əlavə, qeyd edilən 35 ədəd nəqliyyat vasitəsi üzrə qanunsuz olaraq texniki şəhadətnamələr verilərək onlar Cavabdeh1 MMC-nin mülkiyyətinə keçirilmişdir. Məhz bu səbəbdən də, iddia ərizəsində tələblərdən biri həmin texniki şəhadətnamələrin ləğv edilərək, "xxxx" MMC-nin adına olan texniki şəhadətnamələrin bərpa edilməsi ilə bağlı olmuşdur. İşin hazırki gedişində sözügedən nəqliyyat vasitələri "xxxx" MMC-nə faktiki olaraq qaytarıldıqdan sonra belə "xxxx" MMC texniki şəhadətnamələr bərpa edilməyənədək həmin nəqliyyat vasitələrindən istifadə etməkdən məhrum olacaqdır. Çünki, nəqliyyat vasitəsinin istifadə edilə bilməsi üçün həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən müvafiq etibarnamə və yol vərəqəsi verilməlidir. Əks halda, həmin nəqliyyat vasitəsinin istifadəsi qanunsuzdur. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarə müqavilələri real müqavilə münasibətini əks etdirmir. Tərəflər arasında icarə müqavilələri bağlansa da, faktiki olaraq tərəflər arasında icarə münasibətləri mövcud olmamışdır. Həmçinin nəqliyyat vasitələrinin təhvil-təslim aktları da mövcud deyildir. Bundan başqa iddiaçı tərəf icarə müqavilələri üzrə icarə haqqının tutulma tarixini icarə müqavilələri bağlandığı tarixdən, yəni 18.02.2015-ci il tarixdən müqaviləyə birtərəfli xitam verildiyi tarixə (2020-ci ilin aprel ayı) qədər hesablamışdır. Əlavə olaraq iddiaçı icarə müqavilələri üzrə ödənilməli olan məbləği elektron qaimə formasında "xxxx" MMC-yə göndərməli olduğu halda bunu etməmişdir. Mövcud təcrübədə isə pul məbləğləri bir şirkətdən digər şirkətin hesabına elektron qaimə vasitəsilə köçürülür. Məhkəmə iclasında iddiaçı və cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMCnin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti isə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini və tələblərin bölünən olduğunu nəzərə alaraq kollegiya qeyd edir ki, maddi zərərin ödənilməsi barədə tələblərin təmin edilmiş hissəsi, habelə mübahisəli nəqliyyat vasitələrinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onlara dair verilmiş texniki şəhadətnamələrin ləğv edilməsi, iddiaçının adına olan texniki şəhadətnamələrin bərpa edilməsi və nəqliyyat vasitələrinin iddiaçıya qaytarılması ilə bağlı iddia tələbləri hazırki apellyasiya baxışının predmetinə daxil deyil. İş materiallarından müəyyən olunur ki, icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh2 MMC arasında 18.02.2015-ci il tarixli icarə müqavilələri imzalanmışdır. Həmin müqavilələrinin predmetini icarəyə verənin mülkiyyətində olan 52 ədəd nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulan şərtlərlə və müddətə icarəçiyə icarəyə verməsi, icarəçinin icarə obyektini müqavilədə nəzərdə tutulan şərtlərlə və müddətə icarəyə götürməsi və ona sahiblik etməsi təşkil edir. Müqavilənin qüvvədə olma müddəti 10 il, aylıq icarə haqqı isə 500 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bildirir ki, həmin müqavilələr üzrə Cavabdeh2 MMC-nin ******* manat icarə haqı və 280800 manat ƏDV olmaqla, ümumilikdə ******* manat məbləğində borcu yaranmışdır. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə borcun ödənilməsi, eləcə də icarə müqaviləsinə əsasən cavabdehin istifadəsində olan 52 ədəd “Volvo” markalı nəqliyyat vasitəsinin "xxxx" MMC-yə qaytarılması barədə 13.03.2020-ci il tarixdə müvafiq pretenziya məktubu göndərilmişdir. Cavabdeh pretenziya məktubunu 16 mart 2020-cı ildə qəbul etməsinə baxmayaraq, hər hansı bir tədbir görməmiş və "xxxx" MMC-yə olan icarə borcu ödənilməmiş və nəqliyyat vasitələri geri qaytarılmamışdır. Bu səbəbdən "xxxx" MMC 08.04.2020-ci il tarixli məktubla Cavabdeh2 MMC-yə yenidən məktubla müraciət edərək, tərəflər arasında bağlanmış 18 fevral 2015-ci il tarixli icarə müqavilələrinin 7.2-ci bəndinə əsasən məktub təqdim edildiyi tarixdən 10 gün sonra müqaviləyə birtərəfli xitam veriləcəyini bildirmişdir. Müqavilənin ləğv edilməsinə baxmayaraq, Cavabdeh2 MMC onun istifadəsinə verilmiş 34 ədəd «Volvo» markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini "xxxx" MMC-yə geri qaytarmamışdır. Bundan əlavə, avtomobillər 2020-ci ilin aprel ayından qeyri-qanuni yolla "xxxx"-nin mülkiyyətindən çıxarılmışdır. Bu səbəbdən faktiki olaraq 2020-ci ilin aprel ayından "xxxx" MMC həmin avtomobillərdən, eləcə də həmin avtomobillərin icarəyə verilməsi ilə əldə olunacaq gəlirlərdən məhrum olmuşdur. Qeyd edilən “VOLVO” markalı yük avtomobillərinin aylıq icarəsi 5000 manat təşkil edir. 2020-ci ilin aprel ayından noyabr ayınadək 8 aylıq müddətdə 35 ədəd “VOLVO” markalı yük avtomobilinin qanunsuz olaraq mülkiyyətindən çıxarılması nəzərə alındıqda 5000x35x8 = ******* manat məbləğində faydanın əldən çıxdığı müəyyən edilir. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin nümayəndəsi bildirir ki, müqavilələr real olmadığından və faktiki olaraq tərəflər arasında icarə münasibətləri mövcud olmadığından icarə haqqının tutulması hissəsində iddia tələbini qəbul etmir. Həmçinin nəqliyyat vasitələrinin təhvil-təslim aktları da mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, icarə müqavilələri əsasında yaranmış borcun tutulması barədə iddia rədd edilməlidir. Belə ki, icarə haqqının tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Lakin hazırki işdə cavabdehdən icarə haqqının tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında tərtib edilmiş və imzalanmış 18.02.2015-ci il tarixli icarə müqavilələrinin 4-cü bəndində müəyyən edilmişdir ki, müqavilənin qüvvəyə mindiyi gündən sonra 2 gün müddətində icarə obyekti icarəyə verən tərəfindən icarəçiyə təhvil verilir. İcarə obyekti təhvil verilərkən tərəflər arasında təhvilqəbul aktı tərtib edilməli və həmin aktda icarə obyektinin təsviri (təhvil verilən günə texniki vəziyyəti) əks edilməlidir. Müqavilələrin 6.1 və 6.1.1-ci bəndlərində isə göstərilmişdir ki, icarəyə verən müqavilənin 4.1-ci bəndində göstərilən müddətdə texniki cəhətdən saz vəziyyətdə icarə obyektini icarəçiyə təhvil verməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, üzərinə götürən öhdəliyi yerinə yetirmiş və icarə obyekti olan nəqliyyat vasitələrini cavabdehə təhvil vermişdir. Cavabdeh tərəf isə bildirir ki, müqavilələr imzalansa da, nəqliyyat vasitələri faktiki olaraq onlara təhvil verilməmiş və tərəflər arasında faktiki icarə hüquq münasibətləri yaranmamışdır. Belə olan halda həmin halları sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin o, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 3 ədəd elektron qaimə isə bunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, 06.02.2019-cu il tarixli 082173 nömrəli və 02.04.2019-cu il tarixli 400144 nömrəli elektron qaimələr icarə haqqı ilə əlaqədar deyil, göstərilmiş servis xidməti ilə əlaqədar göndərilmişdir. Yalnız 1 ədəd 02.03.2020-ci il tarixli 072021 nömrəli elektron qaimə 35400 manat məbləğində icarə haqqı ilə əlaqədar göndərilmişdir. Lakin həmin qaimənin görünüş üçün tərtib olunub göndərilməsi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Çünki həmin qaimə icarə müqavilələrin tərtib edildiyi tarixdən 5 il sonrakı tarixə aiddir və məhz iddiaçının pretenziya məktubu ilə cavabdehə və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən qısa müddət – 14 gün əvvəl tərtib edilmişdir. Bundan əlavə, tərəflərin tərtib edib imzaladığı icarə müqavilələrinin 5.2-ci bəndində göstərilmişdir ki, icarə haqqı növbəti ayın 15-ci günündən gec olmayaraq icarəyə verənə ödənilməlidir. Lakin həmin müqavilələrinin imzalanmasından 5 il müddət keçməsinə baxmayaraq, iddiaçı cavabdehdən icarə haqqının ödənilməsini tələb etməmiş, bu müddətdə pretenziya göndərməmiş və ya məhkəmədə iddia qaldırmamışdır. Bu hallar isə icarə müqavilələrindən irəli gələn münasibətlər üzrə işgüzar adətlərə ziddir. Bundan başqa, həmin icarə müqavilələrindən görünür ki, müqavilələri icarəyə verən "xxxx" MMC-nin adından Cavabdeh5 icarəçi Cavabdeh2 MMC-nin adından isə P.Cavabdeh5 imzalamışdır. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi bildirdi ki, onlar ata və oğuldur və icarə müqavilələri formal olaraq bağlamışlar. Həmçinin mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən 05.08.2020-ci il tarixli təhvil-təslim aktı ilə "xxxx" MMC-nin nümayəndəsinə təhvil verilməsi də mübahisənin həlinə təsir etmir. Çünki işin mübahisəsiz halları ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilən və hazırki apellyasiya baxışının predmetinə aid olmayan iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış və Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə rəsmiləşdirilmiş 19.03.2020-ci il və 08.04.2020-ci tarixli alqı-satqı müqavilələrinə əsasən mübahisəli nəqliyyat vasitələri həmin cavabdehin mülkiyyətinə keçmişdir. Ona görə də, mübahisəli nəqliyyat vasitələrinin həmin müqavilələr əsasında Cavabdeh1 MMC-nin rəhbəri olmuş Cavabdeh5 oğlunun sahibliyinə keçməsi istisna deyil. Bu baxımdan, habelə yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən mübahisəli nəqliyyat vasitələrinin cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyinə görə kollegiya hesab edir ki, mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən təhvil verilməsi icarə müqavilələrinin real icra olunması və həmin nəqliyyat vasitələrinin məhz icarə müqavilələri əsasında Cavabdeh1 MMC-nin sahibliyində olması anlamına gəlmir. Beləliklə, kollegiya hesab edir ki, icarə müqavilələrinin real olması və tərəflər arasında faktiki olaraq icarə hüquq münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddiaçı heç bir şərti icra olunmayan icarə müqavilələri üzrə icarə haqqının ödənilməsini tələb edə bilməz. Ona görə də, həmin iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və bu hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə tələblərin təmin edilməyən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Eyni zamanda iddiaçı nəqliyyat vasitələrinin icarə haqqının 5000 manat olduğunu bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi arayış isə onun özü tərəfindən tərtib edildiyi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının apelyasiya baxışı zamanı təqdim etdiyi nəqliyyat vasitələrinin orta aylıq icarə haqqı ilə bağlı ekspert rəyi və məlumat arayışı isə ümumiyyətlə sübut qismində qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanır. Bu baxımdan kollegiya hesab edir ki, həmin tələblərlə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Apellyasiya şikayətinin digər dəlilləri də əsassızdır. Belə ki, iddia ərizəsində xüsusi qərardadın çıxarılması iddia tələbi kimi göstərilsə də, bu iddia tələbi deyil və mahiyyəti üzrə vəsatətdir. Həmin vəsatətə dair isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Xəzər RPİ-nin istintaq şöbəsinin 16.03.2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə” qərarına əsasən Mənuçehr X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin atına xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh5 oğlu tərəfindən 05.08.2020-ci il tarixli təhvil-təslim aktı ilə 71 ədəd nəqliyyat vasitələri, qoşqu vasitələri və ağır texnikalar “Aztexnika LTD" MMC-nin nümayəndəsi qismində iştirak edən Nümayəndə1 təhvil verilmiş, ona görə də cinayət işinin icraatına xitam verilmişdir. Həmin cinayət işi üzrə “Aztexnika LTD" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırkı iş üzrə iddia ərizəsində göstərilənlərlə bağlı "xxxx" MMC-nin nümayəndəsinin ifadəsi alınmışdır. Eyni zamanda Cavabdeh4 həmin iş üzrə şahid qismində dindirilmiş və hazırkı işin halları ilə bağlı ifadə vermişdir. İstintaq zamanı BDYPİ-dən avtomobillərə aid rəsmiləşdirilmiş sənədlər götürülmüşdür. Qeyd olunmalıdır ki, hazırkı kommersiya mübahisəsi ilə əlaqədar nəqliyyat vasitələrinə dair alğı-satqı müqavilələri də sorğu verilərək, Xəzər RPİ-nın istintaq şöbəsindən əldə edilmişdir. Eyni zamanda vəsatət və təqdimat əsasında Xəzər Rayon Məhkəməsinin qərarı ilə hazırkı mübahisəli nəqliyyat vasitələrinin alqı-satqısına dair sənədlərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsindən götürülməsi, eyni zamanda həmin nəqliyyat vasitələrinin olduqları yerin müəyyən edilərək, “Aztexnika LTD" MMC-yə qaytarılmasından ötrü saxlanılaraq Xəzər RPİ-nin müvəqqəti avtomobil duracağına yerləşdirilməsi qərara alınmışdır. “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərarda qeyd olunur ki, avtomobillərə aid sənədlər, eləcə də avtomobillər və yük texnikaları götürülmüş və saxlanılması üçün 05.08.2020-ci il tarixli təhvil-təslim aktı ilə avtomobillər, eləcə də yük texnikaları “Aztexnika LTD" MMC-nin nümayəndəsi qismində Nümayəndə1 təhvil verilmişdir. İstintaq dövründə təhvil-təslim aktında qeyd olunmuş 71 ədəd nəqliyyat vasitələri, qoşqu vasitələri və ağır texnikalar “Aztexnika LTD" MMC-yə qaytarılmış və ona görə də cinayət işinin icraatına verilmişdir. Cinayət prosessual qanunvericilik zəzərçəkmiş şəxsə cinayət işinin icraatına xitam verilməsi barədə qəbul olunmuş qərardan şikayət vermək də daxil olmaqla, geniş əhatəli hüquqlar vermişdir. “Aztexnika LTD" MMC həmin qərardan şikayət vermək hüququna malik olmuşdur. Qeyd olunanlara əsasən xüsusi qərardadın qəbul edilməsi barədə iddiaçının vəsatəti təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən icarə haqqının tutulması hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməməli, qətnamənin digər mübahisələndirilən hissələri isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" LTD MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-133/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.04.2021-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh2 MMC-dən cəmi 1.840.800 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamənin digər mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-872/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-872/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver