Məhkəmə qərarları › İş №2-2(103)-874/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-874/2021

28.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-874/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1005/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 855999,67 manat borcun "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.04.2021-ci il tarixli e-2-2(113)-1005/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC-dən 08.09.2011-ci il tarixə olan icarə haqqının tutulması hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı Bakı şəhər Vergilər Departamenti cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 620730 manat borcun cavabdehdən tutulub, dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli 2iqt(81)- 31/2012 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Bakı şəhər Vergilər Departamenti həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 08 may 2014-cü il tarixli 2-2(103)-194/2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli 2iqt(81)-31/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı şəhər Vergilər Departamenti həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli 2- 2(102)-194/2014 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08 may 2014-cü il tarixli 2-2(103)-194/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamələrlə tanış olduqda müəyyən olundu ki, həmin iddianın əsası və predmeti ilə hazırkı iddianın əsası və predmeti eynidir. Belə ki, həmin işdə də iddiaçı cavabdehdən 08.09.2011-ci il tarixə olan icarə haqqının tutulması tələbini irəli sürmüş və məhkəmə tərəfindən iddia rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.2-ci maddələrində isə təsbit olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunan prosessual hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə 08.09.2011-ci il tarixə olan icarə haqqının tutulması hissəsində kommersiya mübahisəsi üzrə icraata xitam verilməli, eyni zamanda həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC-dən 08.09.2011-ci il tarixə olan icarə haqqının tutulması hissəsində iş üzrə icraata xitam verilsin. Həmin hissədə Bakı Kommersiya Məhkəməsinin 13.04.2021-ci il tarixli e-2-2(113)- 1005/2021 saylı qətnaməsi ləğv edilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar