Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-879/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndələri Qanuni nümayəndə2 ilə Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-384/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən tərəflər arasında olan 01.11.2016-cı il tarixli CPSX03/1116 saylı müqaviləyə və 04.01.2018-ci il CSSX122/65 saylı xidmət müqavilələrinə əsasən yaranmış 59510 manat məbləğində əsas borcun, 232000 manat məbləğində dəbbə pulunun, 10000 manat əldən çıxmış fayda haqqının, 7,75% məbləğində hesabanmaqla 4612 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış CPSX122/65 saylı, 04.01.2018-ci il tarixli xidmət müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən avans kimi ödənilmiş 41423,85 manat məbləğin və pandemiya dövründə əsassız məhkəmə iddiaları ilə İddiaçı MMC-in ona vurduğu maddi ziyanın 10000 manat dəyərində müəyyən edilərək İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli e-2-2(113)-1248/2021 saylı qərardadı ilə həmin kommersiya mübahisələrinə dair işlər bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli e-2-2(113)-384/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı pulun tutulması tələbi barədə iddianın qismən təmin edilməsi, 59510 manat məbləğində əsas borc, 2000 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 61510 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, İddiaçı iddiasının qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 6 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh İddiaçınə qarşı pulun tutulması tələbi barədə iddiasının rədd edilsin və həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməsi qət edilmişdir. Bundan İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmə tədbiri kimi bank və digər kredit təşkilatlarındakı Cavabdeh MMC-yə məxsus hesablarda olan pul vəsaitləri üzərinə iddia tələbi həcmində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.05.2021-ci il tarixli 2-2(113)-384/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 şikayəti müdafiə etdi, cavabdehin nümayəndələri Qanuni nümayəndə2 ilə Nümayəndə4 isə şikayətə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi Gəncə Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh MMC-nin "xxxx" ASC-də olan bank hesabında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2-2(115)-99/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək "xxxx" ASC-də yerləşən Cavabdeh MMC-nin bank hesabındakı 306122 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2-2(104)-55/2020 saylı qərardadına əsasən həmin qərardad ləğv edilmiş, yeni qərardad çıxarılaraq ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin "xxxx" ASC-də yerləşən bank hesabındakı 59510 manat həcmində pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Sadalanan məhkəmə aktlarından göründüyü kimi cavabdehə məxsus bank hesabı üzərinə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadı ilə artıq həbs qoyulmuşdur. Ərizədə cavabdehin göstərilən bank hesabında əməliyyatlar dondurulduğu, maliyyə dövriyyəsinin digər hesablar üzrə aparılması qeyd olunsa da, bu xüsusatları, həmçinin, cavabdehə məxsus digər bank hesablarının olması və həmin hesablar üzərindən maliyyə əməliyyatlarının aparılması dəlili ilə bağlı məhkəməyə hər hansı sənəd sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddianı təmin etmə tədbiri barədə ərizə təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 bildirdi ki, həqiqətən də cavabdehin "xxxx" ASC-də olan bank hesabında hər hansı vəsait mövcud deyil. Eyni zamanda cavabdehin digər banklarda bank hesabları mövcuddur. Göründüyü kimi hazırki işdə cavabdehin "xxxx" ASC-də olan bank hesabı üzərinə həbs qoyulmasından ibarət iddianın təmini tədbiri seçilsə də, həmin hesabda hər hansı pul vəsaiti mövcud deyil. Bu isə seçilmiş iddianın təmini tədbirinin faktiki olaraq əhəmiyyətsiz olması anlamına gəlir. Eyni zamanda hazırki iş üzrə artıq qətnamə qəbul edilmiş və cavabdehdən iddiaçının xeyrinə 61510 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin iddianın təmin edilməsi adlanan 13-cü fəslinə aid 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi Cavabdeh MMC-nin bank və kredit təşkilatlarında olan hesablarının üzərinə məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğdə, yəni 61510 manat həcmində həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, Cavabdeh MMC-dən tutulması qət edilmiş həmin məbləğ kifayət qədər yüksək məbləğdir və qətnamə qanuni qüvvəyə mindiyi təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındakı pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Eyni zamanda kollegiya hesab edir ki, həmin həbs cavabdehin işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 158.3-cü maddəsindən müəyyən olunur ki, əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC-nin əməkdaşlarına ödənilən əmək haqları və məcburi dövlət ödənişləri bilavasitə istehsalatda iştirak edən əmlak kimi qiymətləndirilməli və bank hesabı üzərinə qoyulmuş həbs həmin vəsaitlərin ödənilməsinin qarşısını almamalıdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə qismən təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-384/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Cavabdeh MMC-nin bank və kredit təşkilatlarında olan hesablarının üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan, 61510 manat məbləğində həbs qoyulsun. Qalan hissədə ərizə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-2(103)-879/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-879/2021
27.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver