Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-879/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov İkram Sabir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-1444/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" ASC-nin Binəqədi rayon Enerji Təchizat və Satışı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixi Bgn-23/407 saylı müraciətin araşdırılmasına dair məktubdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində cavabdehin Nəzarət Departamentinin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilən zaman alt qapaq möhürünün pozulması və sayğacın işləməməsi aşkar olunmuşdur. Buna görə də 012858 saylı akt tərtib olunmuş və itirilmiş elektrik enerjisinin miqdarı bərpa edilmişdir.
2. "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il atrixli 012858 nömrəli aktdan görünür ki, həmin tarixdə iddiaçıya məxsus binada yerləşən sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın göstərici tablosu sönüb və sayğac xətdən axan yükü qeyd etmir. Sayğac sxeminə baxış keçirən zaman məlum oldu ki, sayğacın qoşulma sxemi səhvdir, belə ki, gərginlik transformatorundan gələn “B” (100V) gərginlik fazası sayğacın “B” cərəyan sıxacına, cərəyan transformatorundan gələn “B” cərəyan fazası isə sayğacın “B” gərginlik sıxacına daxil olur. Bu halda sayğac xətdən axan yükü düzgün qeyd etmir. Belə ki, sayğac dövrəsindən axan cərəyan iq=0,5 A, ib=0,49 A, ic=0,5A. Sayğac sxeminin səhv olduğu halda 1 impuls=85 saniyə, səhv halda sayğacın göstəriciləri ua=59 V, iA=0,47A, cosq=0,66, ub=72V, ib=0,05A, cosq=0,13, uc=64V, uc=0,42 A, cosq=-0,89. Pfan=173, Psay=85kvt. AP= - 50 %
3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, iddiaçının ünvanında sayğaca baxış zaman məlum olmuşdur ki, elektrik sayğacının ekran tablosu sönüb, sayğac dövrədən axan yükü qeyd etmir. Bunun əsasında 17850 manat zərər hesablanmışdır. (Tarif (0,11 man) – 162280 kvts x 0,11 = 17850 manat).
4. İddiaçı MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 216018 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 249072,72 kvts və dəyəri 27398 manat təşkil edir.
5. Müqavilənin 9-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricisinə əsasən aparılır.
6. Müqavilənin 12-ci bəndinə əsasən hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin abonentin üzərinə düşür.
7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, NDQ012858EİQ nömrəli akta əsasən iddiaçıya 17850,80 manat borc hesablanmışdır.
8. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 3192,17 manat qalıq borcu var.
9. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 3043,37 manat qalıq borcu var.
10. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 1468,18 manat qalıq borcu var.
11. İddiaçı MTK tərəfindən verilmiş NDQ012858EİQ xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının 17580,80 manat akt əsasında borc hesablanmışdır.
12. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 8664,16 manat qalıq borcu var.
13. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 9677,18 manat qalıq borcu var.
14. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 9325,67 manat qalıq borcu var.
15. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 9526,63 manat qalıq borcu var.
16. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 10693,88 manat qalıq borcu var.
17. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə 12593,72 manat qalıq borcu var.
Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı Nur” MTK cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, 012858 saylı akt üzrə hesabladığı 17850 manat borcun iddiaçının abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 63 A ünvanında yerləşən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının qarşısında yerləşən "xxxx" ASC-yə məxsus qapalı məkanda yerləşdirilmiş elektrik sayğacı mövcuddur. Həmin elektrik sayğacı uzun illərdir ki, orada yerləşdirilmiş, "xxxx" ASC-yə məxsus qapalı məkanda olduğu üçün sayğaca nəzarəti həmişə "xxxx" ASC-nin əməkdaşları həyata keçirmişlər. Məkanın da açarları yalnız onlarda olmuş, istədikləri vaxt sayğaca baxış keçirmişlər. Onlardan istifadə olunmuş elektrik enerjisinə görə pul tələb edilərkən məlum olmuşdur ki, xx.xx.2022-ci ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın işləməməsi aşkar olunmuş, buna görə 012858 saylı akt tərtib edilərək onlara 6500 manat borc yazılmışdır. Bildirilir ki, elektrik sayğacı "xxxx" ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş və yalnız onların nəzarətində olan yerdə quraşdırılmışdır. Həmin sayğaca heç vaxt tərəflərindən hər hansı müdaxilə edilməmiş, onların nəzarətində olmayan yerdə olduğu üçün müdaxilənin də edilməsi mümkün deyildir. Digər tərəfdən də həmin əraziyə nəzarət edən "xxxx" ASC-nin əməkdaşları tərəfindən hər ay sayğaca baxış keçirilmişdir. Belə olan halda tərəflərindən sayğaca müdaxilə edilməsi ağlabatan hesab oluna bilməz. İstifadə olunan elektrik enerjisi üzrə mütəmadi olaraq ödənişlər həyata keçirmiş və sayğıcın nasaz vəziyyətdə olması barədə onlarda məlumat olmamışdır. Bu səbəbdən tərtib edilmiş aktı və akta əsasən hesablanmış cəriməni əsassız hesab edirlər. Aktın ləğv edilməsini, ona əsasən hesablanmış cərimənin, borcun silinməsi barədə cavabdehə rəsmi müraciət etmələrinə baxmaraq bunun nəticəsi olmamışdır. "xxxx" ASC-nin əməkdaşları dəfələrlə əsassız və qanunsuz yazılmış borca görə çoxmənzilli yaşayış binasına verilən elektriki dayandırmış, bu da binada yaşayan yüzlərlə ailənin işıqsız qalmasına, bina sakinlərinin liftdə qalmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın tələblərinə də ziddir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1444/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi təmin edilmişdir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə 012858 saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilərək iddiaçıya həmin akt əsasında 17850 manat borc hesablanmışdır. . İşin hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sayğacın nasazlığı səbəbindən sayğacın xətdən axan yükü qeydə almamasına istinad edilməklə hesablanmış borcdur.
22. Məhkəmə hesab etmişdir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, , cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən müəyyən edilir ki, sayğacda mövcud qüsur (sayğacın göstərici tablosunun sönməsi və axan yükü qeydə almaması) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.
24. Məhkəmə qeyd etmişdir ki, iş materiallarda olan abonent saldosundan, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturalardan, iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, sayğac göstəricilərinə əsasən sayğacın olmadığı müddətdə xx.xx.2022-ci il tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “X1 qaydalarının” 8.2- ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus sahədə quraşdırılmış və xx.xx.2022-ci il tarixdə çıxarılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “X1 qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.
26. Məhkəmə son olaraq onu da qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb, bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır. Cavabdeh həmin yoxlamanın Vahid məlumat reyestrində qeydə alındığını bildirsə də, nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 04 aprel 2023-cü il tarixli KY221751741 nömrəli çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i kimi ********** göstərilmişdir. Elektron məhkəmə iformasiya sistemindən çıxarışa əsasən həmin VÖEN iddiaçıya (iddiaçıya məxsus VÖEN – **********) deyil, fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmış F.Məhərrəmova məxsusdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
27. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1444/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsi xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, aparılmış yoxlama dövlət reyestrində qeydiyyata alınmışdır, baxmayaraq ki, orada qeyd edilmiş VÖEN başqa sahibkarlıq subyektinə məxsusdur. Sayğaca baxış keçirilərkən sayğacın sərf edilmiş elektrik enerjisini tam qeydə almaması müəyyən edilmiş, bu səbəbdən akt tərtib edilərək əlavə olaraq iddiaçıya sayğacın nasaz olduğu xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan dövr üzrə əlavə olaraq 6500 manat borc hesablanmış, bu barədə iddiaçıya hesab faktura təqdim edilmişdir. Sayğacda olan qüsur texniki qüsurdur, həmin qüsur iddiaçının təqsiri olmadan yaranmışdır.Sayğacın sxemi daha sonra bərpa edilmişdir. Bu səbəbdən borc əsaslıdır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektriken erjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
30. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
31. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “X1 qaydalarının” 8.2- ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
32. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1444/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd edir ki, "xxxx" ASC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması dövlət reyestrində qeydə aldırıb, bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablandığından və bunun əksi cavabdeh tərəfindən sübut olunmadığından "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 012858 saylı akt üzrə hesabladığı borc əsassızdır.
35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1444/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1444/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.