Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-88/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X12 oğlu və X4 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair» kommersiya işi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-964/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 47.787,27 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.000.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına vergi ödəyicisi Cavabdeh vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc yenə də büdcəyə ödənilməmiş, həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən onun əmlakının siyahıya alınması barədə xx.xx.2017-ci il tarixli qərar qəbul olunmuş və həmin qərar əsasında onun xx.xx.2017-ci il tarixə yaranan 54.918,27 manat borcuna görə 1.000.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli **********1 saylı protokol tərtib edilmiş və həmin protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncunun xx.xx.2017-ci il tarixinə olan 47.787,27 manat məbləğində borcu ödənilməmiş qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-964/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixə dövlət büdcəsinə olan 47.787,27 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə “Əmlakın siyahıya alınması haqqında” **********1 saylı, xx.xx.2019-cu il tarixli protokola əsasən siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə edilmiş məbləğdən 47.787,27 manat məbləğində vergi borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdehnə qaytarılması qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir. Maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün sübutlar qiymətləndirilməmişdir. Belə ki, vergi orqanının əmlakının siyahıya alınması barədə xx.xx.2017-ci il tarixli qərarı iddiaçı departamentin baş direktrorunun müavini tərəfindən qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 89.7 və 89.9-cu maddələrində göstərilmişdir ki, vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında müvafiq qərarları qəbul etmə səlahiyyəti yalnız vergi orqanının rəhbərinə məxsusdur. Cavabdehnə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının qiyməti cavabeh tərəfindən 1.000.000 manat dəyərində müəyyən edilmişdir. Qiymət təyin edilərkən mütəxəssis cəlb edilməyib, departamentin işçisinin şəxsi mülahizəsinə əsasən həll edilib. Binanın real qiymətinin müəyyən edilməsi üçün məhkəmə ekspertiza təyin etməmişddir. Məhkəmənin qətnamənin təsviri hissəsində cavabdehin nümayəndəsinin gəlmədiyini qeyd etmiş, halbuki, numayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.Məhkəmənin göstərdiyi bu mövqe qərəzli və birtərəfli yanaşmanın göstəricisidir (Azərbaycan Respublikası Konstitusiyasının 127, 385.1.1, 389-cu maddələrinə istinad olunur). Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi (vəkili) X2 ərizə ilə məhkəməyə müraciət edərək – «şikayəti üzrə əlavə izah və tələbi oldmadığı nəzərə alınaraq, icraat olan iş üzrə apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və onun iştirakı olmadan işə baxaraq yekun məhkəmə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir.» Məhkəmə kollegiyası ərizədə göstərilənləri və Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 376.2-ci maddəsini nəzərə alıb onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanun vericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, qanunverici vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl, vergi ödəyicisindən onun yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək kimi səlahiyyətlərini (hüququnu) müəyyən etmiş, bu səlahiyyətlərin realizə edilməsi mümkün olmadıqda isə, qanunla sadalanmış üsul və vasitələrdən istifadə etməklə, onun əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət etmək hüququnu müəyyən etmişdir. İş materiallarından (və elektron sistemə yerləşdirilmiş sənədlərdən) görünür ki, cavabdeh vergi ödəyicisinin xx.xx.2017-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 54.998,27 manat məbləğində vergi borcu yaranmış, bununla bağlı ona iddiaçı tərəfindən vergi qanunvericiliyinin qeyd olunan tələbləri qaydasında: -xx.xx.2017-ci il tarixdə həmin borcuna görə bildiriş (№**********673400) göndərilmiş; -xx.xx.2017-ci il tarixdə cavabdehin «xxxx» ASC-də olan hesabına 55095,98 manat məbləğində sərəncam qoyulmuş; -xx.xx.2017-ci il tarixdə onun əmlakının siyahıya alınması barədə qərar qəbul olunmuş (həmin qərara xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli qərarlarla əlavələr edilmişdir); -xx xxx 2019-cu il tarixdə borclarını ödmədiyinə görə (daşınmaz əmlakın dövlət reyestrindən məlumat əldə olunaraq) cavabdeh şirkətin qanuni təmsilçisi (direktoru X9) oğlunun iştirakı ilə şirkətə məxsus - ünvan 1 ünvanında yerləşən 1.000.000 manat qiymətində qeyri-yaşayış binası siyahıya alınmış; -həmin tarixdə əmlakın siyahıya alınması barədə protokol tərtib olunmuş və həmin siyahı və protokol Cavabdeh direktoru tərəfindən imzalanmış; -əmlak şirkətin direktoru X1 verilmiş və ona məsuliyyəti barədə xəbərdarılıq verilmiş; -xx.xx.2019-cu il tarixdə isə şirkətə xəbərdarlıq (№**********20328300) ünvanlanaraq əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiayaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia şaldırılacağı barədə xəbəardarlıq verilmişdir. Lakin cavabdehin iş materiallarında olan (elektron kabinetə daxil edilməş) şəxsi hesab vərəqindən görünür ki, xx.xx.2017-ci il tarixi vəziyyətinə onun 47.787,27 manat məbləğində borcu yenə də ödənilməmiş qalmış, iddiaçı xx.xx.2019-cu il tarixdə onun siyahıya alınmış əmlakının açıq hərracda satılması tələbinə dair elektron kabinet vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tədqiq olunan sübutlara və cavabdein apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, cavabdehin qeyd olunan xx.xx.2017-ci il tarixinə dövlət büdcəsinə 47.787,27 manat məbləğində vergi borcunun mövcudluğu işin tərəflər arasında mübahisələndirilməyən halıdır (Qeyd olunmalıdır ki, iddiaçının vergi orqanına ünvanlanmış ərizəsinə əsasən xx xxxxxx 2007-ci il tarixdə tərəflər arasında vergi sənədlərinin elektron sənəd formasında göndərilməsi haqqında müqavilə imzalanmış və onlar arasında yazışmaların elektron qaydada həyata keçirildiyi də işin mübahisələndirilməyən halıdır). Apellyasiya şikayətində cavabdeh ilk öncə mübahisələndirir ki, əmlakının siyahıya alınma barədə xx.xx.2017-ci il tarixli qərar iddiaçı departamentin baş direktrorunun müavinin müvafiq səlahiyyətinin mövcud olmadığına dair dəlilləri əsassızdır. Çünki iş materialarına əsasən onun həmin qərarı qəbul etmək səlahiyyti verildiyi müəyyən olunur. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili ilə mübahisəlndirir ki, ona məxsus qeyri-yaşayış binasına qoyulmuş qiymətin (1.000.000 manat) mütəxəssis və ekspert dəvət olunmadan, vergi orqanının şəxsi mülahizələrinə qoyulmuşdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır.Belə ki, Vergi Məcəlləsinin 89.7-ci, eyni zamanda, həmin Məcəllənin 44.1 və 45.1-ci maddələri baxımından, vergi ödəyicisinin əmlakı siyahıya alınarkən, zəruri olarsa və ya xüsusi biliyə ehtiyac yaranarsa ekspert və mütəxəssis dəvət oluna bilər. İşin tədiq olunan sübutlarla müəyyən olunan hallarından isə göründüyü kimi belə zərurət mövcud olmamışdır. Belə ki, siyahıya alınmış mübahisəli qeyri-yaşayış binasının qiyməti həmin siyahıda 1.000.000 manat məbləğində təsbit olunmuş, həmin Siyahı və bununla bağlı tərtib olunmuş protokolu cavabdehin qanuni təmsilçisi (direktoru X6) razılaşaraq imzalanmış, bundan əlavə vergi departamentinə təqdim etdiyi xx.xx.2019-cu il tarixli əlyazma arayışında qeyri-yaşayış binasının bu günə bazar qiymətinin 1.000.000 manat olduğunu təşkil etdiyini bildirərək, həmin arayış imzası və şirkətin möhürü ilə təsdiqləmişdir. Göründüyü kimi, əmlakın siyahıya alınması zamanı mütəxəssis və ya ekspert dəvət olunmasına zərurət qalmamışdır. Bundan başqa, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 90.3-cü maddəsinin: - 4-cü hissəsinə əsasən əmlakın hərracda satılması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir. -5-ci hissəsinə əsasən məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, siyahya alınmış əmlakın qiymətləndirilməsi qanuni qüvvəsini almış məhkəmə qərarı icraya yönəldikdən sonra icra məmuru tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas cavabdehin siyahıya alınmış əmlakın qiymətlənirilməsi üçün mütəxəssis (və ya ekspert) dəvət olunmadığını və məhkəmə tərəfindən ekspertiza təyin edilmədiyini mübahisələndirən dəlilləri tamamilə əsassızdır və həmin dəlillər qətnamənin ləğv üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətinin, «numayəndəsiVəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasının xahiş olunması barədə ərizəsinin» birinci instansiya məhkəməsi tərəfindən qətnamədə qeyd edilməməsini məhkəmənin qərəzi və birtərəfli yanaşmasının göstəricisi kimi qiymətləndirməsi ilə də razılaşmaq mümkün deyil. Çünki, birincisi, bu yanlışlığa uyğun gələn bir haldır. Bununla bağlı cavabdeh MPM-in 228-ci maddəsinin tələbi qaydasında müvafiq ərizə ilə məhkəməyə müraciət edərək həmin səhvi aradan qaldırmaq imkanı mövcud olmuş, lakin bundan yaralanmamışdır. Digər tərəfdən, qeyd olunan yanlışlıq, məhkəmənin mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvinə də səbəb ola bilməz. Çünki, MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması qətnamənin ləğvinə yalnız o halda əsas ola bilər ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Ona görə də iddiaçının qeyd olunanm dəlilini məhkəmə kollegiyası formal xarakterli, işin mahiyyətinə təsir göstərməyən dəlillər kimi qiymətləndirir. Belə olan halda, MPM-in 385.2-ci maddəsinin tələbində də nəzərdə tutulur ki, məhkəmənin fakitlar n nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyətği üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də cavabdehin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və ədalətsiz olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-964/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehn apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-964/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-88/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-88/2020
06.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver