Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-883/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh1, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pul və əmlak“ tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması və pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin xitam tarixi – xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə 31 665 manat və əldən çıxmış faydanın əvəzi olaraq 50 000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195,75 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, X15 küçəsi, 18 N ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, X15 küçəsi, 18 N ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsinin Cavabdeh1 xx.xx.2025-ci il tarixə kimi icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixdə notarial qaydada icarə müqaviləsi bağlamışdır. Müqavilənin 5-ci bəndinə əsasən, tərəflər aylıq icarə haqqının məbləğini 5000 manat müəyyən etmiş və 10-cu bəndinə əsasən, icarə haqqından qanunla müəyyən edilən verginin ödənişi icarəçinin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Müqavilənin hüquqi qüvvəyə minməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh razılaşdırılmış icarə haqqını tam ödəməməklə müqavilə öhdəliklərini kobud şəkildə pozmuşdur. Belə ki, indiyə kimi keçən müddət ərzində cavabdeh cəmi 3000 manat pul ödəmiş və fərqli bəhanələrlə öhdəliklərindən yayınmışdır. Müqavilənin 5-ci bəndinə görə, icarəyəgötürən 1 ay müddətinə aylıq icarə haqqını gecikdirərsə, icarəyəverən icarəyə götürəni qeyri-yaşayış sahəsindən çıxmasını tələb edəcək. Davamında iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli bildiriş təqdim olunaraq icarə haqqının ödənilməməsinə görə icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verildiyi bildirilərək qalıq icarə haqqının ödənilməsi və müqavilənin şərtinə uyğun qaydada qeyriyaşayış sahəsinin təhvil verilməsi tələb edilmişdir. Nəticə etibarilə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi keçən dövr üzrə icarə haqqı məbləği 22500 manat (4,5 ay * 5000 manat) və ödənilmiş məbləğ 3000 manat olmaqla, cavabdehin cəmi icarə haqqı borcu 19500 manat təşkil edir. Digər tərəfdən, tərəflər arasındakı icarə münasibətlərinə xx.xx.2022-ci il tarixdən müqavilədə nəzərdə tutulmuş qaydada xitam verildiyindən iddiaçı həm mülkiyyətindəki əmlakını, həm də gözlənilən aylıq gəlirini əldə edə bilməmişdir. Müqavilə ləğv edilməsinə baxmayaraq, xəyali iddialar və tələblər ilə cavabdeh daşınmaz əmlakı qanunsuz sahiblikdən bu günə geri verməmişdir ki, yekunda cavabdehin faktiki olaraq əmlakdan istifadə edərək bəhər götürməsi nəticəsində iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 31 666 (6 ay * 5000 + 5000 /30 * 10 gün) manat gəlirdən məhrum olmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsi pərakəndə satış fəaliyyəti üçün çox uğurlu yerdə olduğundan sahibkarlar üçün çox cəzbedicidir. Bunun məntiqi nəticəsidir ki, Bakı şəhərində pərakəndə satış üzrə uğurlu fəaliyyət göstərən fərdi sahibkar X2 ilə iddiaçı arasında həmin yerin icarəyə verilməsinə dair notarial qaydada xx.xx.2023cü il tarixdə ilkin müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, qeyri-yaşayış sahəsi (cavabdehin qanunsuz sahibliyindən azad olunub) icarəyə təhvil verilməyə uyğun olduğu halda tərəflər icarə müqaviləsi bağlayacaqlar. Bunun qarşılığında həmin sahibkar – gələcək icarəçi qismində iddiaçıya 50000 manat birdəfəlik ödəniş edəcək və aylıq olaraq da, ödəmə mənbəyində vergilər xaric, 5000 manat icarə haqqı ödəyəcəkdir. Hazırkı məhkəmə icraatının uzanması iddiaçını həmin məbləği əldə etməkdən də məhrum etməkdədir. Bu baxımdan hesab edirlər ki, həmin məbləğ də əldən çıxmış fayda kimi iddiaçıya ödənilməlidir
3. İddiaçı Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə haqqı kimi artıq ödənilmiş 30 600 manat və mağazanın qanunsuz qapadılmaları nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 35 000 manat pulun İddiaçı, verilmiş borca görə artıq ödənilmiş 40 000 manat pulun Cavabdeh2 Cavabdeh1 xeyrinə tutulması, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, heç vaxt icarəyə verənin şəxsən özü ilə görüşməmiş, nümayəndəsi kimi özünü təqdim edən Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən icarə haqqı olaraq 150 manat razılaşmışlar. İcarə obyektində gül salonu işlədir. Ara-sıra gülləri və digər malları götürdüyü sahibkarlara borcu yaranmışdır. Bir gün Cavabdeh2 dükana gələrək borcluları ilə maraqlanmış, ona kömək edəcəyini bildirmiş, icarəyə verənin adından 50 000 manat məbləğində pul vəsaiti ilə gəlmiş, ona borclularını çağırmağı tapşırmış, həmin şəxslərə əlbəəl pul vermişdir. Ümumilikdə o, borclulara 35 000 manat pul vermişdir. Qalan 15 000 pulu da öz cibinə qoymuşdur. Ona bildirmişdir ki, verdiyi pulu günlük 200 manat faiz olaraq verməlidir. Onun narazı olduğunu görüb günlük 135 manat verməyə məcbur etmişdir. 1 il ərzində icarəyə verənin nümayəndəsi kimi həmin şəxsin “Kapital Bank”dakı hesabına 75 000 manat pul ödəmişdir. 1 il tamam olduqdan sonra Taleh ondan 50 000 manat pul istəmiş, vermədiyinə görə 15 günə yaxın mağazanı qıfıllamışdır. Mağazanın içərisində 30- 35 000 manatlıq gülləri məhv olmuşdur. Məcbur qalaraq həmin adamdan polisə şikayət etmişdir. Daha sonra Taleh, ona hədə-qorxu gəlmiş, ərizəni polisdən geri götürməyə məcbur etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Cavabdeh2 onunla parkda görüşmüş, onun dediyi X8 ilə 23 saylı notariat ofisinə getməli olduğunu, yeni icarə müqaviləsi bağlamalı olduğunu bildirmişdir. Həmin vaxta kimi o, X4 tanımamışdır. Cavabdeh2 ona şəxsiyyət vəsiqəsini götürüb notariat ofisinə getməyini bildirilmişdir. O notariusa gəldikdə sənədlərin hazır olduğu, ancaq imza atmalı olduğu bildirilmişdir. Ora gedəndə ona ancaq 2025-ci ilə kimi yeni icarə müqaviləsinin bağlanmalı olduğu bildirilmiş, ona kredit müqaviləsi barədə heç bir şey deyilməmişdir. İmzaladıqdan sonra notariusun işçisi birinin kredit müqaviləsi, o birinin isə icarə müqaviləsi olduğunu bildirmişdir. Avqust ayında ona bildirilmişdir ki, icarə haqqı hər ay 5000 manat təşkil edəcəkdir. Onun nömrəsinə kart göndərilmiş, hər ay 1000 manat icarə haqqı göndərmişdir. Sonrakı ayda iddiaçının nümayəndəsi kimi özünü təqdim edən X8 ondan 50 000 manat borcun yarandığını bildirmiş və onu geri istəmişdir. Bu şəxslərin ona qarşı qeyri-qanuni hərəkətləri ilə əlaqədar məcbur olub polis idarəsinə şikayət etmişdir. Hal-hazırda da həmin şəxslərin fəaliyyəti hüquq mühafizə orqanları tərəfindən araşdırılır. İddiaçı isə bildiriş göndərək obyekti boşaltmağı tələb etmişdir. İddiaçı ilə müqavilə bağlanan gündən bu günə kimi ona külli miqdarda maddi zərər dəymişdir. Belə ki, xx.xx.2019-cu ildə bağlanmış icarə müqaviləsində icarə haqqı 150 manat qeyd olunsa da, faktiki olaraq ondan hər ay 1000 manat icarə haqqı alınmışdır. Bununla da əsassız olaraq ona məxsus pul vəsaiti iddiaçı tərəfindən mənimsənilmiş, ona 30600 (850 azn * 36 ay) manat zərər dəymişdir. İki dəfə iddiaçı tərəfindən obyekt bağlanmış, məhsullar xarab olmuş və ona 35 000 manat maddi zərər vurulmuşdur. Bundan başqa, borc münasibətlərinə görə ona cəmi 40 000 manat zərər vurulmuşdur. Qarşı tərəf bildirir ki, həmin müqavilə üzrə ödənişlər icra edilmədiyi üçün müqaviləyə xx.xx.2022-ci il tarixdə birtərəfli qaydada xitam vermişdir. Lakin müqavilə aldatma və hədə-qorxu gəlməklə təzyiq altında bağlanmışdır, müqavilədə məbləğ 5000 manat yazılsa da, faktiki olaraq tərəflər aylıq 1000 manat icarə haqqı barədə razılaşmışdılar. Müqavilə bağlandıqdan sonra 3 ay ərzində vaxtlı-vaxtında 1000 manat pulun ödənilməsi və bu müddət ərzində icarəyə verən tərəfindən hər hansı tələb və etirazın daxil olmaması bunun əyani sübutudur. O icarə obyektində artıq 4 ildən çox müddətdir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bundan öncəki müqavilələr 150 manat kimi qeyd olunmuşdur. Birdən-birə eyni yerin qiymətinin 3400% və ya 294 dəfə artması ağlabatan və inandırıcı deyildir. Cavabdeh1 illərdir, partnyorluq etdiyi adama inanmış, icarəyə verənin nümayəndəsinin təklif etdiyi müqaviləyə inandığı üçün baxmadan, oxumadan imzalamışdır. Daha sonra aylıq ödənişləri də edəndə heç kim bildirməmişdir ki, ödəniş natamamdır. Göründüyü kimi, İddiaçı qəsdən 3 aylıq müddəti gözləmişdir ki, “ödəniş tam icra edilməməsi” səbəbi ilə məhkəməyə müraciət etmək üçün səbəbi yaransın.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 19 166 (on doqquz min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmaqla 31 500 (otuz bir min beş yüz) manat icarə haqqı borcu olmaqla ümumilikdə 50 666 (əlli min altı yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsinin Cavabdeh1 sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95 (doxsan) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. İlk iddia tələbi üzrə İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1773/2023 saylı qətnaməsinin ilkin iddianın rədd edildiyi (“əldən çıxmış faydanın əvəzi olaraq pulun tutulması”) hissəsində qismən ləğv edilməsi və ilkin iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İlk iddia tələbi üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. İlk iddia tələbi üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin rədd edildiyi hissədə məhkəmə ilk öncə qeyd edir ki, zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Məhkəmə qətnaməsinin digər hissəsində işin mübahisəsiz halı kimi məhkəmə təsdiq edir ki, Cavabdeh1 müqavilə şərtlərini pozmuşdur, davamında müqavilənin ləğv edilməsinə baxmayaraq icarə obyektini mülkiyyətçiyə geri təhvil vermir. Digər bir ifadə ilə, qarşı tərəfin vəzifəsini pozması və əldən çıxmış fayda ilə pozuntu halı arasında səbəbli əlaqə məhkəmənin qətnaməsi ilə təsdiq olunur. Əldən çıxmış faydanın məbləği ilə bağlı məhkəmə belə bir məntiqi ardıcıllıq qurur ki, məhkəmə mübahisəsinin davam etdiyi məqamda iddiaçının ilkin müqavilə bağlaması ağlabatan deyil, habelə 50000 manatın verilməsinin hüquqi əsası müqavilədən görünmür. Ona görə də, müqavilədə təsbit olunan məbləğ adi mülki dövriyyə şəraitində əldə edilə biləcək gəlir kimi qiymətləndirilə bilməz. Halbuki, bütün məntiqi yanaşmaların əsasında həmin obyektin çox işlək (“ходовой”) yerdə yerləşməsi və bu kimi pərakəndə biznes/sahibkarlıq fəaliyyəti üçün cazibəli olması durmalıdır/durur. Bunun məntiqi nəticəsidir ki, bu kimi tez zamanda qoyulan sərmayəni geri qaytaran (pay-back edən) obyektləri əldə tutmaq üçün sahibkarlar xüsusi səy göstərirlər. Məhz buna görə də, Cavabdeh1 məhkəmə proseslərini uzadaraq həmin obyektdə daha çox qalmağa çalışmaqdadır. Məhkəmə baxış iclaslarının sonlarında notariusa sorğu verilmə, əmlaka baxış və saya biləcəyimiz bu kimi saysız hesabsız (sırf məhkəmə icraatını uzatmağa yönəlik) addımlar Cavabdeh1 həmin obyektdə bir az daha çox qalmasına xidmət edir. Çünki cavabdehin öz etirafı ilə, həmin obyektdə gündəlik xalis qazanc 500-800 manat, 15 sentyabr/31 dekabr/14 fevral/8 mart/10 may kimi xüsusi günlərdə azı 150000-200000 manat məbləğindədir. Məhz belə qazanclı yeri əldə etmək və orda bu kimi çox gəlirli-xüsusi müştəri kontingenti olan obyekti işlətmək arzusunda olan iş adamı iddiaçıya/mülkiyyətçiyə müraciət edərək qeyd olunan İlkin müqaviləni bağlamışdır. Qeyd olunanlara əsasən, belə bir müqavilənin bağlanması kifayət qədər anlaşılan və iş dünyasında təşəkkül tapan bir adətdir. Digər tərəfdən, “ilkin müqavilədə qeyd olunan 50 000 manatın verilməsinin hüquqi əsasının müqavilədən görünməməsi” barədə Məhkəmənin mövqeyi ilə razılaşmaq da mümkün deyil. xx.xx.2023-cü il tarixli müqavilənin 3-cü maddəsində aşkar qeyd olunur ki, icarə müqaviləsi bağlanılan gündən 3 iş günü ərzində mülkiyyətçiyə 50000 manat pul vəsaiti ödəniləcək. Göründüyü kimi, həmin məbləğin verilməsinin hüquqi əsası məhz bu maddədir. Ümumi olaraq məsələni təhlil etdikdə, obyektin işlək yerdə olması və yüksək qazanc potensiallı olması, iş dünyasındakı rəqabətlilik prinsipləri kontekstində xx.xx.2023-cü il tarixli müqavilə əsasında mülkiyyətçiyə ödəniləcək gəlir mülki dövriyyə şəraitində əldə edilə biləcək gəlir kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Mülki Məcəllənin 390.7-ci maddəsində, əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Burada iddiaçının hüquqdan sui-istifadə etməsindən hər hansı formada bəhs edilməməlidir. Çünki mülkiyyətindəki belə dəyərli əmlakına münasibətdə konstitusion təminatından məhrum olan bu vətəndaş cavabdehin saymazyana hərəkəti nəticəsində əmlakını geri götürə bilmir, cavabdehin öz malı kimi istifadə etməsinə görə güzəranını düzəldə bilmir, cavabdehin əmlakı zəbt etdiyinə görə gündəlik stress-əzab çəkir. Belə insanın hansı hüquq pozmasından və hüquqdan sui-istifadədən danışmaq olar?!
9. İlk iddia tələbi üzrə Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin baxış iclaslarında sübutlar tədqiq olunarkən Cavabdeh1 təqdim etdiyi “whatsapp” yazışmaları və məhkəmənin suallarına verdiyi cavablar əsasında müəyyən olundu ki, Cavabdeh1 yeni icarə müqaviləsinin bağlanması üçün Cavabdeh2 özü müraciət etmişdir. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 bildirmişdir ki, müxtəlif şəxslərə olan borclarının ödənilməsi məqsədi ilə kredit götürmək istəmiş, Cavabdeh2 kömək istəmiş, kreditin verilməsi üçün icarə müqaviləsinin daha uzun müddətə bağlanması zərurəti yarandığından yeni müqavilənin bağlanmasını xahiş etmiş və yeni icarə müqaviləsi bağlanmışdır. Belə olan halda aydın olur ki, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmamış, əksinə Cavabdeh1 təşəbbüsü ilə bağlanmışdır. Digər tərəfdən qarşılıqlı iddiaçı bildirir ki, icarə müqaviləsində 5000 manat yazıldığını bilməmişdir. Həmçinin bildirir ki, elə hesab etmişdir ki, 5000 manat yazılsa da, 1000 manat ödəyəcəkdir. Məhkəmənin baxış iclaslarında Cavabdeh1 təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən müəyyən olunmuşdur ki, icarə müqaviləsi bağlandıqdan 1 gün sonra – xx.xx.2022-ci il tarixdə Əkbərov X3 Taleh İsax oğluna müraciət edərək icarə haqqının 5000 manat qeyd edilməsinə narazılığını yalnız icarə haqqının bu məbləğdə qeyd olunmasının ona kreditin verilməməsi ilə nəticələnə biləcəyinə görə ifadə etmişdir. Başqa əsasla etiraz etməmişdir. Yeni icarə müqaviləsinin Cavabdeh1 təşəbbüsü ilə bağlandığı, notarius tərəfindən müqavilə təsdiq olunarkən müqavilə tərəflərinə hüquq və vəzifələrinin, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq olunduğu, həmçinin “whatsapp” yazışmaları ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 icarə haqqının 5000 manat olması barədə xəbərdar olduğunun təsdiq olunduğu, qarşılıqlı iddiaçı tərəfin ziddiyyətli mövqeləri nəzərə alındıqda məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının qeyd olunan mövqeyi əsassızdır. Məhkəmənin bu mövqeyi ilə razı deyilik. Birincisi ona görə ki, həmin obyektin real ölçüləri, təmiri, yerləşdiyi lokasiya nəzərə alınaraq bu məbləğ ağlabatan deyildir. Həmin ərazidə hətta bu obyektdən 2-3 dəfə böyük olan qeyri-yaşayış sahələrinin aylıq icarə haqqı ən yaxşı halda 1000-1500 manat arası dəyişir. Tərəfimdən məhkəməyə vəsatət verilərək, qiymətləndirilmə ekspertizasının keçirilməsi xahiş edilmişdir ki, real bazar qiyməti müəyyən edilsin və ilkin iddianın əsassız, habelə qarşılıqlı iddianın bu hissədə əsaslı olduğuna dair sübut toplanılsın. Təəssüf ki, məhkəmə bu vəsatəti təmin etməmişdir. Vəsatət təmin ediləcəyi halda məlum olacaqdır ki, həmin obyektin aylıq icarə haqqı heç bir halda 1000 manatdan artıq təşkil edə bilməz. Bundan başqa tərəfimdən vəsatət verilərək, hakimə yerli baxış keçirilməsi təklif olundu. Təəssüf ki, bu vəsatətim də təmin olmadı. Bundan sonra həmin obyektin videogörüntülərini məhkəməyə təqdim etdim, həmin görüntüdən aydın olur ki, obyekt təxmini 3m * 6m ölçüdə salon hissəsindən və təxmini 10m2 zirzəmi hissəsindən ibarətdir ki, toplamında 30m2 artıq deyildir, belə olan halda aylıq 5000 manat icarə haqqı olması absurddur. Şəhərin daha mərkəzi yerlərində daha böyük və daha təmirli obyektlər heç 5000 manata icarəyə vermirlər. Məhkəmə Qətnamədə həmin görüntülər barədə heç bir kəlimə qeyd etməmişdir. Məhkəmə həmçinin qeyd etməmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 aldanılması barədə dəfələrlə polis orqanlarına şikayətlər etmişdir. Qətnamədə məhkəmə ifadələri təhrif edərək hadisələrin axarını elə qələmə verir ki, guya Cavabdeh1 5000 manat aylıq icarə haqqına etirazı yalnız ona kredit verilməməsi qorxusundan irəli gəlmişdir. Cavabdeh1 təbiətcə çox sakit adamdır, konflikt etmir, etirazları da sakit mədəni formada ifadə edir. Bu konkret halda da zəng edib etirazını bildirib, vatsap yazışmasında da icarə haqqına dair qiyməti “anlaşılmamazlıq” kimi görüb və bu formada etiraz edib. Nəticədə, etirazinin hansı formasında ifadə edilməyindən asılı olmayaraq bu yenə də etirazdır. Məhkəmə kifayət qədər əsasın olmasına baxmayaraq bu hala düzgün qiymət verməmişdir. İlkin iddianın təmin edilmiş hissəsinə dair: Yuxarıda qeyd etdiyimiz kimi, icarə haqqı tərəflər arasında heç bir zaman 5000 manat məbləğində müəyyənləşdirilməmişdir. Müqavilədə 150 manat olub, buna baxmayaraq Cavabdeh1 1000 manat hər ay pul alınmışdır. Çoxsaylı sübutlardan aydın olur ki, hətta müqavilə saxtakarlıqla olsa da 5000 manat bağlandıqdan sonra da, iddiaçı(nümayəndələri) tərəfindən heç bir dəfə də olsun cavabdehə müraciət edilərək “bu ay 4000 manat bocun qaldı” kimi ifadələr işlədilməmişdir. Müqavilə bağlandığı vaxtdan sonra cavabdeh aylıq 1000 manatını ödəmiş, növbəti ay yenə ödəmiş lakin ona heç bir etiraz edilməmişdir. İcarə münasibətləri davam etdirilmişdir. Cavabdeh tərəf olaraq müqavilə üzrə borcu yalnız iddia veriləndən qətnamə qəbul edilən dövr ərzinə hər ay 1000 manat olmaqla qəbul edirik. İddiaçı tərəf iddiasının sübutu kimi yalnız bizim tərəfimizdən mübahisələndirilən, bağlandığı andan etibarsız olan müqaviləni göstərmişdir, başqa hər hansı sübut təqdim etməmişdir. İllərlə işlədiyin sahibkar sənə bir neçə ay 5000 manatdan hesablamaqla təxmini 20000 manat gəlirini səbəb göstərmədən ödəmir, sən də 3 ay gözlüyüb sakitçə məhkəməyə iddia qaldırırsan, başqa bu müddət ərzində də heç bir etitaz etmirsən? Bu heç də ağlabatan deyildir. Bu bir daha onu sübut edir ki, tərəflər arasında şifahi olaraq bir məbləğ razılaşdırılmışdır, sənəddə isə başqa məbləğ. Hesab edir ki, məhkəmə bu kimi hallara düzgün qiymət verməmişdir. Qarşılıqlı iddianın təmin edilməmiş hissəsinə dair: Müqavilədə nəzərdə tutulmuş (150 azn) məbləğdən artıq ödənilmiş (1000 azn) icarə haqqının geri tələb edilməsinə dair iddiaya məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddianın qeyd olunan hissədə təmin olunması üçün hüquqi əsası mövcud deyildir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, qeyd olunan əsas üzrə öhdəlik müəyyən edilməmişdir. Həmçinin hüquqi əsas olmadan, yəni qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsi halı da mövcud deyildir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan məbləğdə pulu icarə obyektindən istifadəyə görə öz razılığı ilə icarə haqqı kimi icarəyə verənə ödəmişdir. Odur ki, icarəyə verən müqavilə əsası ilə qeyd olunan əmlakı əldə etmişdir.” Lakin məhkəmə bu yerdə tətbiq edilməsi lazım olan normanı kənara qoyaraq, məsələyə aidiyyatı olmayan maddi normalara istinad etmişdir, əsassız varlanma halları aşkar olsa da buna düzgün qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında barışıq əldə olunması mümkün olmamışdır. Müdafiə etdiyi tərəf öz mülkiyyətindəki əmlakların geri qaytarılmasını tələb edir. Artıq uzun müddətdir ki, iddiaçının mülkiyyət hüquqları pozulur və cavabdeh tərəf həmin əmlakdan qanunsuz olaraq gəlir əldə edir. Hazırda sözügedən əmlakın daha yüksək icarəyə götürülməsini tələb edənlər var, aylıq 5000 manat olmaqla, buna dair sübutu təqdim etmişlər. Cavabdeh tərəfin qeyd etdiyi hədə-qorxu ilə pul tələb etməyə dair hər hansı sübut təqdim edə bilməmişlər. Bundan əlavə, müqavilədə 5000 manat qeyd olunmasını cavabdeh tərəf inkar etsə də, birinci instansiya məhkəməsində özlərinin təqdim etdikləri səs yazıda məhz müqavilə bağlanan gün cavabdehə məlum olduğu öz əksini tapmışdı. Vacib əhəmiyyətli yanılma institutuna müraciət edə bilərdi və mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisələndirə bilərdi. Həmçinin, cavabdehə dəymiş ziyanla bağlı hər hansı sübu təqdim edə bilmədilər. Suallara cavab olaraq bildirmişdir ki, müqavilədə nəzərdə tutulduğu kimi 100 kv.m sahənin cavabdehin icarəsinə vermələri birinci dəfədir səsləndirilir, daha əvvəl bu məsələyə toxunulmamışdır. Qeyd olunan obyektin sahəsi nə olursa olsun, cavabdeh tərəf 1 il 1000 manatdan ödəniş etmiş, daha sonra 5000 manat ödəmişdir.
12. Məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixli məktuba əsasən müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Cavabdeh2 və X9 tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar onların barəsində müvafiq intizam tənbeh tədbiri görülmüşdür. İddiaçı tərəfin nümayəndəsinin çıxışına cavab olaraq bildirir ki, Cavabdeh1 iddiaçının nümayəndələri tərəfindən qanunsuz hərəkətlərə məruz qaldığı andan polis və prokurorluq orqanlarına müvafiq müraciətlər edilmişdir. Yasamal Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilsə də, hazırda Baş Prokurorluq tərəfindən iş nəzarətə götürülmüş, icraat təzələnmişdir. Suallara cavab olaraq bildirdi ki, bu günədək onlara məlum deyil ki, icarə haqqı 150 manatdan 5000 manata necə qaldırılmışdır. Hər iki müqavilə üzrə icarəyə verilmiş yer eyni yerdir. İddiaçı tərəfin sözügedən obyekti qanunsuz olaraq bağladığı müddətdə müdafiə etdiyi şəxs ora daxil ola bilməzdi. Lakin videogörüntülər və fotoşəkillər təqdim etmişlər. Ödənişlər həm nağd, həm də kart vasitəsilə edilmişdir. Onların istifadəsinə verilən sahə dəyişməyib, müqavilədə 100 kv.m qeyd olunsa da, eyni sahə idi, ümumi 40 kv.m idi.
13. Məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Qarşılıqdı iddia üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
18. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
19. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
20. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
21. Mülki Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
23. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
24. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
25. Həmin Məcəllənin 685.2 və 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.
26. Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında əks olunan hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
30. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinininin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı (ilkin iddia tələbinin icarə haqqı borcunun təmin edilməmiş hissəsi istisna olmaqla) tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı, qarşılıqlı iddia tələbi əsassızdır.
34. İşdən görünür ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, icarəyə verən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m. hissəsini aylıq 150 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir.
35. İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsini aylıq 5000 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.
36. İddiaçı xx.xx.2022-ci il tarixdə icarə haqqı tam ödənilmədiyindən Cavabdeh1 bildiriş göndərərək icarə müqaviləsinə birtərəfli qaydada xx.xx.2022-ci il tarixdən xitam veriləcəyi ilə bağlı iradəsini ifadə etmişdir.
37. İlk növbədə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab olunması tələbi ilə bağlı qeyd olunmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçı əqdin etibarsızlığının əsası kimi zorakılıq, hədə təsiri altında əqdin bağlanmasını bildirsə də, zorakılıq və ya hədə təsiri altında bağlanmış əqd o halda etibarsızlığa səbəb olur ki, şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə olsun və məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınmalı, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlərin məcburetmə sayılmadığı əsas götürülməlidir.
38. Bununla əlaqədar, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ümumi hadisələrin fonunda hədə və zorakılığın əqdin etibarsızlığına səbəb olması barədə arqument əqdin etibarlılığını şübhə altına almağa əsas vermir. Cavabdeh1 yaşı, cinsi, azad bazarın peşəkar subyekti olması, hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizələri ilə müraciət etməsi nəzərə alındıqda dolayı təsirlərin Cavabdeh1 onu real təhlükənin gözlədiyinə dair təlqin edə bilən məcburetmə kimi qiymətləndirilməsi ağlabatan deyil.
39. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2023-cü il tarixli qərarda qeyd olunmuşdur ki, araşdırma zamanı Cavabdeh1 izahatlarında Cavabdeh2 və X9 tərəfindən hədə qorxuya məruz qalması, zorla notariat kontoruna aparılaraq müqavilə bağlaması, dələduzluq yolu ilə külli miqdarda pulunun ələ keçirilməsi ilə bağlı göstərdiyi xüsusatlarda da dələduzluq və başqa hər hansı cinayətin tərkibi müəyyən edilməmişdir.
40. Artıq ödənilmiş icarə haqqının İddiaçı tutulması tələbi ilə bağlı qeyd olunmalıdır ki, Cavabdeh1 aylıq 1000 manat icarə haqqı ödədiyini və xx.xx.2019-cu il tarixli müqavilədə qeyd olunan 150 manatdan artıq hissəni geri ödənilməsini xahiş etsə də, həmin müqaviləyə artıq xitam verilmişdir. Qanunvericiliyin tələbinə əsasən isə tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
41. Həmçinin hüquqi əsas olmadan, yəni qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsi halı da mövcud deyildir. Belə ki, cavabdeh qeyd olunan məbləğdə pulu icarə obyektindən istifadəyə görə öz razılığı ilə icarə haqqı kimi icarəyə verənə (iddiaçıya) ödəmişdir. Odur ki, icarəyə verən müqavilə əsası ilə qeyd olunan əmlakı əldə etmişdir.
42. Bununla yanaşı, M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.
43. Avropa Məhkəməsi də bir sıra qərarlarında göstərmişdir ki, hüquqdan sui-istifadə hüquq sahibi tərəfindən bu hüquqdan onun verildiyi və ya yaradıldığı məqsədə zidd və ya açıq-aşkar uyğun olmayan tərzdə zərərli istifadədir (Mirolubovs və digərləri Latviyaya qarşı, 2009, §62, S.A.S Fransaya qarşı iş, 2014, §66 Qərarlar).
44. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.
45. Qarşılıqlı iddiaçının icarə haqqı barədə icarəyə verənlə şifahi razılaşaraq icarə haqqını ödədiyi halda sonradan geri tələb etməsi icarəyə verənin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi olub hüquqdan sui-istifadədir və hüquqdan sui-istifadə edilməsinə yol verilmir. Odur ki, qarşılıqlı iddia artıq ödənilmiş icarə haqqının tutulması hissəsində əsassızdır.
46. Qarşılıqlı iddianın dəymiş zərərin əvəzinin İddiaçı və borc müqaviləsinə görə artıq ödənilmiş pulun Cavabdeh2 tutulması tələbi ilə bağlı qeyd olunmalıdır ki, zərərin mövcud olmasını, yəni qarşılıqlı iddiaçının iddia etdiyi kimi mağazanın bağlanması nəticəsində ona zərər dəyməsini, zərərin miqdarını, zərərin İddiaçı tərəfindən öhdəliyin pozulması nəticəsində vurulmasını, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olmasını, zərər vuran şəxsin təqsirli olmasını, hansı tarixdə nə qədər zərər yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirilməmişdir.
47. Qarşılıqlı iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyi birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə gül mağazasında mövcud olan gül, kol, ağac və dibçək bitkilərinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı olub, məhv olmuş, zədələnmiş bitkilərlə əlaqəli deyildir.
48. Qarşılıqlı iddiaçının sübut qismində məhkəmənin baxış iclasında şahid kimi dindirilən X1 ifadəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahidin 2022-ci ilin yay aylarında mağazanın 1 ay 20 gün bağlı qalması (qarşılıqlı iddiaçı 22 gün bağlı qaldığını bildirir), sonrakı tarixdə bağlanmanın olmaması (qarşılıqlı iddiaçı sonrakı tarixlərdə müxtəlif vaxtlarda bağlandığını bildirir), borcun verilməsi vaxtı ilə bağlı ifadəsində qeyd etdikləri qarşılıqlı iddiaçının öz izahatı ilə uyğun gəlmir, ziddiyyət təşkil edir.
49. Şahid ifadəsi ilə yuxarıda qeyd olunan sübutetmə predmetinə daxil olan halların sübut edilməsi hazırkı halda mümkün deyildir. Yalnız mötəbər sübutlar təqdim olunduğu halda şahid ifadələrinə qeyd olunan sübutlarla birlikdə qiymətləndirilməklə sübutetmə predmetinə daxil olan halların sübut edilməsində istinad oluna bilər.
50. Birinci instansiya məhkəməsində qarşılıqlı iddiaçının verdiyi izahatlardan müəyyən olunur ki, qarşılıqlı iddiaçı icarə obyektininin bağlanması müddətləri və icarə obyektini bağlayan şəxslərin kimliyi ilə bağlı ziddiyyətli izahatlar vermişdir. Belə ki, bir halda Cavabdeh2, digər halda X7, üçüncü halda isə hər iki şəxsi qeyd etmişdir. Həmçinin məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən X9 tərəfindən icarə obyektinin bağlandığına dair fikirlər ifadə etdiyi görünmüşdür.
51. Borc müqaviləsinə görə artıq ödənilmiş pulun Cavabdeh2 tutulması tələbi ilə bağlı da qarşılıqlı iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddiaçı ona Cavabdeh2 tərəfindən borc verilməsini, iddia etdiyi məbləğdə pulun Cavabdeh2 ödənilməsini və həmin pulun hüquqi əsas olmadan Cavabdeh2 verilməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir.
52. Cavabdeh1 məhkəmənin hazırlıq iclaslarında bildirmişdir ki, borc 2021-ci ilin avqust ayında verilmişdir. Daha sonra 2021-ci ilin noyabr ayında verildiyini qeyd etmiş, hüquq mühafizə orqanlarına verdiyi izahatlarda qeyd olunan borcun 2022-ci ilin iyun ayında, dekabr ayında verildiyini ifadə etmişdir. Şahid kimi dindirilən X5 borcun verilməsi vaxtının dəqiq yadında olmadığını, 2022- ci ilin yay ayları və ya sentyabr ayında ola biləcəyini qeyd etmişdir. Həmçinin Cavabdeh1 qarşılıqlı iddia ərizəsində Cavabdeh2 icarəyə verənin adında ona borc verdiyinə, hüquq mühafizə orqanlarına verdiyi izahatlarda X9 və Cavabdeh2 tərəfindən (xx.xx.2023-cü il tarixli izahat), X9 tərəfindən borc verildiyinə (xx.xx.2023-cü il tarixli izahat) dair ziddiyyətli izahatlar vermişdir.
53. Təqdim olunan ödəniş sənədləri və bank hesabından çıxarışdan ödənişlərin Cavabdeh2 edilməsi, təyinatı konkret müəyyən olunmur, ödəniş sənələrinin bir çoxunun hazırkı mübahisə tərəflərinə aid olmağı müəyyən olunmur.
54. Göründüyü kimi, birinci instansiya məhkəməsi qarşılıqlı iddiada irəli sürülən tələblərin əsassız olmasına görə rədd olunması barədə düzgün nəticəyə gəlmişdir.
55. İlkin iddia üzrə icarə haqqı borcunun tutulması və icarə müqaviləsinin xitam tarixixx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki İstifadəyə görə icarə haqqının tutulması tələbləri ilə bağlı qeyd edilir ki, həmin hissədə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, tutulan icarə haqqının məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
56. İlk növbədə qeyd olunmalıdır ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixdə icarə müqaviləsində Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m. hissəsinin, xx.xx.2022-ci il tarixli icarə müqaviləsində isə 100 kv.m. hissəsinin icarəyə verildiyi qeyd olunsa da, faktiki olaraq hər iki müqavilə üzrə eyni qeyriyaşayış sahəsinin icarəyə verilməsi müəyyən edilir.
57. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 4 il olar ki, mülkiyyətindədir. Vəziyyətini yaxşılaşdırmaq və ailəsinin maddi ehtiyaclarının qarşılanması üçün həmin yeri 2019-cu il tarixdən icarəyə vermişdir. Özünün xanım olması və həyat yoldaşının da başının qarışıq olmasına görə həmin obyektin icarəyə verilməsində ona kömək etmələrini yaxın qohumu, Vergi Xidmətinin əməkdaşı olan Cavabdeh2 və Eyvaz Atayevdən xahiş etmişdir. Buna görə Talehə etibarnamə də vermişdir ki, özü rahat lazımi işləri həyata keçirsin. Onlar icarə obyektinə onun tapşırığı ilə nəzarət etmiş, aylıq icarə haqqını alıb ona vermişlər. İlk 12 ay ona 1000 manat, sonradan isə aylıq 5000 manat ödəniş edilmiş, bəzən ödənişlərin gecikməsi olmuş, səbəbi də Cavabdeh1 icarə haqlarını vaxtında ödəməməsi olmuşdur.
58. İş materiallarında mövcud olan sənədlərdən, hər hansı ay ücün icarə haqqı kimi 5000 manatın ödənilməsi müəyyən edilmir, əksinə göründüyü kimi ilkin iddia üzrə cavabdeh tərəfindən icarə obyektindən istifadəyə görə 1000 manat məbləğində icarə haqqı ödənilmişdir.
59. İddiaçı xx.xx.2022-ci il tarixdə bildiriş ünvanlayaraq icarə haqqı borcu ödənilmədiyindən müqavilənin 8-ci bəndinə istinad edərək müqaviləyə xx.xx.2022-ci tarixdən xitam verildiyini bildirmiş, qeyd olunan bildiriş xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən qəbz imzalanaraq qəbul edilmişdir.
60. Kollegiya hesab edir ki, işin hallarını və tərəflər arasındakı mövcud olmuş münasibətləri nəzərə alaraq ödənilməli icarə haqqının 1000 manatdan hesablanması ağlabatan və ədalətlidir. Odur ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərini əhatə edən 4 ay 13 gün üçün ödənilməli icarə haqqı məbləği 4433 (4 000 + 433) manat təşkil edir: - 4 ay üçün: 4 000 manat (1000 * 4) - 13 gün üçün: 433 manat (1000 / 30) * 13)
61. xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən 3000 manat icarə haqqının ödənilməsi tərəflər arasında mübahisələndirilmir.
62. Ödənilmiş 3000 manat icarə haqqı çıxılmaqla qalıq icarə haqqı borcu isə 1433 manat təşkil edir. Həmin məbləğ ilkin iddia üzrə Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.
63. İcarə müqaviləsinin xitam tarix – xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması tələbi ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndinə görə icarəyə götürən 1 ay müddətinə icarə haqqını gecikdirərsə, icarəyə verən icarəyə götürənin qeyri-yaşayış sahəsindən çıxmasını tələb edəcək. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında əks olunan hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
65. Hazırkı iş üzrə iddiaçı müqavilənin xx.xx.2022-ci il tarixdən ləğvinə dair birtərəfli iradə ifadəsini qarşı tərəfə bildirməklə müqaviləni ləğv etmişdir. Lakin cavabdeh icarə obyektini hal-hazıradək icarəyə verənə qaytarmamışdır.
66. Odur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 6 ay 9 gün üçün icarə obyektindən faktiki istifadəyə görə ödənilməli olan məbləğ 6300 (6000 + 300) manat təşkil edir: - 6 ay üçün: 6000 manat ( 1000 * 6) - 9 gün üçün: 300 manat ((1000 / 30) * 9) icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
67. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi əldən çıxmış faydanın əvəzi olaraq 50 000 manat pulun tutulması hissəsində iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
68. İddiaçı qeyd olunan tələbinin əsasını təşkil edən sübut qismində məhkəməyə xx.xx.2023-cü il tarixli ilkin müqaviləni təqdim etsə də, ilkin müqavilədə qeyd olunan 50 000 manatın verilməsinin hüquqi əsası müəyyən edilmir. Belə olan halda qeyd olunan müqavilədə təsbit olunan məbləğ adi mülki dövriyyə şəraitində əldə edilə biləcək gəlir kimi qiymətləndirilə bilməz.
69. Bununla yanaşı, Mülki Məcəllənin 402.5-ci maddəsində də qeyd olunduğu kimi əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Odur ki, ilkin müqavilə onu bağlamış tərəflər üçün öhdəlik yaratmır.
70. İcarə obyektinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn icarə hüquq münasibətlərinə xx.xx.2022-ci il tarixdən xitam verildiyindən, qeyri-yaşayış sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməlidir.
71. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
72. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi qismən icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilməli, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 1433 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmaqla 6300 manat icarə haqqı borcu Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin, ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi qismən - icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilsin. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 1433 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmaqla 6300 manat icarə haqqı borcu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov