Məhkəmə qərarları › İş №2-2(103)-883/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-883/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-883/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının qanuni təmsilçisi (direktoru) X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı borc müqaviləsi üzrə pul və zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1203/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 60.000 (altmış min) manat pulun, hüquqi yardımla bağlı vəkilə ödənilən 500 (beş yüz) manatın və mediasiya sessiyasında iştirak etmək üçün ödənilən 400 (dörd yüz) manatın və Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1203/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 60.000 (altmış min) manat məbləğində pulun Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilməsi, yətindən tutularaq İddiaçınə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun Cavabdeh1ndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1203/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında olan Cavabdeh1 MMCnin əvvəlki rəhbəri Qanuni nümayəndə və digərlərinin şikayəti ərizəsi əsasında İddiaçı direktoru X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ona elan olunmuş ittihama dair Cavabdeh1 MMC-yə aid epizod üzrə istintaqın gəldiyi nəticəyə əsasən, ittiham aktında göstərilmişdir ki, “Bundan başqa o, təkrarən İddiaçı MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Qanuni nümayəndə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Cavabdeh1 MMCnin direktoru Qanuni nümayəndə özünün direktoru olduğu İddiaçı MMC vasitəsilə 20 ildən artıq müddətdə xarici ölkələrdən donmuş mal və toyuq ət məhsullarını idxal edib ölkə ərazisində topdan və pərakəndə satışı ilə məşğul olduğunu, bu işdə heç bir ziyan və risklərin olmadığını, sifariş veriləcək məhsulun Bakı şəhərinə daxil olması halında realizə edib 20 gün müddətində pulları toplayacağını, Ukrayna, Hindistan və Moldovadakı biznes ortaqları ilə artıq danışıb razılığa gəldiyini, hər bir donmuş mal əti məhsulu yük maşınından 20.400 manat nisbətində 12.000 ABŞ dolları mənfəət əldə ediləcəyinə inandıraraq, Qanuni nümayəndə direktoru olduğu Cavabdeh1 MMC-nin adından Hindistanda fəaliyyət göstərən “Naabel Meatex” adlı şirkətlə müqavilə bağlayaraq 25.000 kq donmuş ət məhsulunun ölkəyə gətirilməsi üçün həmin şirkətin hesabına xx.xx.2019-cu il tarixdə 34.000 manat nisbətində 20.000 ABŞ dolları; xx.xx.2019-cu il tarixdə 34.000 manat nisbətində 20.000 ABŞ dolları; xx.xx.2019-cu il tarixdə 54.060 manat nisbətində 31.800 ABŞ dolları, cəmi 71.800 ABŞ dolları eyni çəkidə donmuş mal ətinin gəlirilməsi üçün həmin şirkətlə bağlanmış müqavilə əsasında xx.xx.2019-cu ildə 20.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 51.800 ABŞ dolları, cəmi 71.800, 2019-cu ilin avqust ayında Moldoxa Respublikasında fəaliyyət göstərən “Terranus” şirkəti ilə bağlanmış müqavilə əsasında xx.xx.2019-cu ildə 15.050. xx.xx.2019-cu il tarixdə 25.050 ABŞ dolları. xx.xx.2019-cu il tarixdə 25.750 ABŞ dolları, cəmi 65.850 ABŞ dolları, həmçinin gömrük, nəqliyyat, anbar və s xərclərlə birlikdə 215.910 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə “Terranus” şirkəti adından xx.xx.2019-cu il tarixdə ölkəyə daxil olmuş 18.900 kq dondurulmuş qoyun əti üçün 83.600 ABŞ dolları, xx.xx.2019-cu il tarixli müqavilə ilə “Antadro” şirkəti adından xx.xx.2019-cu ildə ölkəyə daxil olmuş 16.700 kq dondurulmuş mal əti üçün ABŞ dolları, ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsait xərclədərək 83.600 ABŞ dolları dəyərində idxal olunmuş qoyun ətinin realizə edilməsindən imtina etmiş, firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları, nağd ödəmə vasitəsilə 133.000 ABŞ dolları hissələrlə ödəyib guya biznesin uğurla davam etdiyinə inandıraraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 ünvanda yerləşən ofisində 80.580 manat nisbətində 47.400 ABŞ dolları məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Qanuni nümayəndə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.” Bununla bağlı qeyd etmək istəyir ki, məhkəmənin qəbul edilmiş qətnaməsinin 11- ci bəndində göstərilmişdir ki, “Məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçı tərəf borc müqaviləsi əsasında 60.000 manat məbləğində pulun Cavabdeh1nə verildiyini, yazılı müqavilənin tərtib edilərək, imzalanması üçün cavabdehə göndərildiyini, lakin müqavilənin imzalanıb geri qaytarılmadığını, müqavilənin əslinin cavabdehdə olduğunu bildirərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.” Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində, həmçinin iddiaçının verdiyi izahatından da göründüyü kimi, iddaçı borc müqaviləsini imzalayaraq cavabdehə təqdim etdiyini, lakin müqavilənin cavabdeh tərəfindən imzalanaraq ona təqdim edilmədiyini göstərmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsində əqd anlayışı və onun növləri göstərilmişdir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Buradan göründüyü kimi, cavabdeh tərəfindən borc müqaviləsi imzalanaraq iddiaçıya təqdim edilmədiyi və iddiaçıda iki tərəfin imzaladığı borc müqaviləsi olmadığı halda, hansı əsaslarla qeyd olunan 60.000 manat pul vəsaitinin bank tərəfindən cavabdehə borc adı altında köçürülməsi məlum deyildir. Bunun təsdiqi olaraq, iddiaçı tərəfindən iş materillarına tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş borc müqaviləsinin əlavə olunmamasıdır. Digər tərəfdən o da qeyd olunmalıdır ki, məhkəmə qətnaməsinin 12-ci bəndində göstərilmişdir ki, Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi məhkəməyə izahatında Maqsud adlı şəxs vasitəsi ilə iddiaçının direktoru olan X4 ilə tanış olduğunu, aralarında ət məhsullarının satışı ilə bağlı iş birliyinin olduğunu bildirmiş, bundan başqa, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məhkəmənin sualına cavab olaraq 60.000 manat ilə bağlı borc müqaviləsinin rəsmiləşdirildiyini, həmin pulu qaytarmadığını, iddiaçının da, ona 47.411 ABŞ dolları məbləğində borcunun olduğu və onun borcu ödənildikdən sonra 60.000 manat məbləğində borcunu geri qaytaracağını qeyd edərək iddiaçıya 60.000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Cavabdeh1 əvvəlki qanuni nümayəndəsi bildirmişdir ki, keçirilən məhkəmə iclaslarında Cəmiyyətinin əvvəlki qanuni nümayəndəsi bildirmişdir ki, keçirilən məhkəmə iclaslarında 60.000 manat məbləğinin X3 verilmiş ittiham üzrə ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsaitdən firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları məbləğində köçürülmüş 381.000 ABŞ dollarının bir qisminin bağlanmasına yönələn vəsait olmasını məhkəməyə bildirsə də, məhkəmə onun izahatını düzgün yazmayaraq, borcun etirafı kimi göstərmişdir. Daha sonra qeyd olunmalıdır ki, məhkəmə özünün qətnaməsinin 13-cü bəndində göstərmişdir ki, “İş materiallarına əlavə olunmuş, xx.xx.2020-xx.xx.2020 dövrü əhatə edən İddiaçınə məxsus hesab üzrə çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 60.000 məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür.” Nədənsə məhkəmə qətnaməsində iş materiallarına əlavə olunmuş, xx.xx.2020xx.xx.2020 dövrü əhatə edən İddiaçın məxsus hesab üzrə çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 60.000 məbləğində pul Cavabdeh1 hesabına köçürülməsinə istinad etsə də, xx.xx.2020ci ildə 33.999 manat; xx.xx.2020-ci ildə 19.995 manat; xx.xx.2020-ci ildə 10.000 manat; xx.xx.2020-ci ildə 10.000 manat; xx.xx.2020-ci ildə 19.999,98 manat məbləğlərinin hansı məqsədlə iddiaçı tərəfindən cavabdehə köçürülməsini dəqiqləşdirməmiş və bunu araşdırmamışdır. Halbuki, qeyd olunan vəsaitlər yuxarıda göstərdiyimiz kimi, X3 verilmiş ittiham üzrə ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsaitdən firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları məbləğində köçürülmüş 381.000 ABŞ dollarının bir qisminin bağlanmasına yönələn vəsaitlərə aiddir. İddiaçının hazırda məhkəmədə tələb irəli sürdüyü tərtib olunmuş borc müqaviləsinin təyinatı və məqsədi sadəcə olaraq, iddiaçının cavabdehə borclu olduğu vəsaitlərindən olan ödənişi həyata keçirməkdən ibarət olub, borc verməkdən deyil. Bildiyiniz kimi, MM-nin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçının irəli sürdüyü iddia tələbləri təmin edilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 verdiyi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi (direktoru) X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

16. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq onlara münasibətdə aşağıdakıları qeyd edir.

21. İş materiallarına əlavə olunmuş, xx.xx.2020-xx.xx.2020 dövrü əhatə edən İddiaçınə məxsus hesab üzrə çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 60.000 məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür.

22. İddiaçı cavabdeh hüquqi şəxsdən 60 000 manat borcun qaytarılmasını və digər fiziki şəxs olan cavabdehdən vurulmuş zərərin ödənilməsini xahiş etmişdir.

23. Məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçı tərəf borc müqaviləsi əsasında 60.000 manat məbləğində pulun Cavabdeh1nə verildiyini, yazılı müqavilənin tərtib edilərək, imzalanması üçün cavabdehə göndərildiyini, lakin müqavilənin imzalanıb geri qaytarılmadığını, müqavilənin əslinin cavabdehdə olduğunu bildirərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi məhkəməyə izahatında Maqsud adlı şəxs vasitəsi ilə iddiaçının direktoru olan X4 ilə tanış olduğunu, aralarında ət məhsullarının satışı ilə bağlı iş birliyinin olduğunu bildirmiş, bundan başqa, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məhkəmənin sualına cavab olaraq 60.000 manat ilə bağlı borc müqaviləsinin rəsmiləşdirildiyini, həmin pulu qaytarmadığını, iddiaçının da, ona 47.411 ABŞ dolları məbləğində borcunun olduğu və onun borcu ödənildikdən sonra 60.000 manat məbləğində borcunu geri qaytaracağını qeyd edərək iddiaçıya 60.000 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

25. Göründüyü kimi məhkəmə iddianı bu hissədə təmin edərkən tərəflər arasında yazılı borc müqaviləsinin təqdim edilməməsinə baxmayaraq, bank hesabından pul köçürülməsini və cavabdehin (hüquqi şəxsin direktoru) guya borcu etiraf etməsini əsas götürmüşdür.

26. Məhkəmə qətnaməsində xx.xx.2020-xx.xx.2020 dövrü əhatə edən İddiaçın məxsus hesab üzrə çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən xx.xx.2020ci il tarixli borc müqaviləsinə əsasən 60.000 məbləğində pul Cavabdeh1 hesabına köçürülməsinə istinad edilsə də, xx.xx.2020-ci ildə 33.999 manat; xx.xx.2020-ci ildə 19.995 manat; xx.xx.2020-ci ildə 10.000 manat; xx.xx.2020-ci ildə 10.000 manat; xx.xx.2020-ci ildə 19.999,98 manat məbləğlərinin hansı məqsədlə iddiaçı tərəfindən cavabdehə köçürülməsi dəqiqləşdirilməmiş və bu hallar araşdırılmamışdır. İddiaçının bu məbləğləri tələb etməməsinin səbəbi məlum deyil.

27. Halbuki, qeyd olunan vəsaitlər X3 verilmiş ittiham üzrə ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsaitdən firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları məbləğində köçürülmüş 381.000 ABŞ dollarının bir qisminin bağlanmasına yönələn vəsaitlərə aiddir. İddiaçının hazırda məhkəmədə tələb irəli sürdüyü tərtib olunmuş borc müqaviləsinin təyinatı və məqsədi sadəcə olaraq, iddiaçının cavabdehə borclu olduğu vəsaitlərindən olan ödənişi həyata keçirməkdən ibarət olub, borc verməkdən deyil.

28. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC-nin əvvəlki rəhbəri Qanuni nümayəndə və digərlərinin şikayəti ərizəsi əsasında İddiaçı direktoru X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ona elan olunmuş ittihama dair Cavabdeh1 MMC-yə aid epizod üzrə istintaqın gəldiyi nəticəyə əsasən, ittiham aktında göstərilmişdir ki, “Bundan başqa o, təkrarən İddiaçı MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Qanuni nümayəndə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə özünün direktoru olduğu İddiaçı MMC vasitəsilə 20 ildən artıq müddətdə xarici ölkələrdən donmuş mal və toyuq ət məhsullarını idxal edib ölkə ərazisində topdan və pərakəndə satışı ilə məşğul olduğunu, bu işdə heç bir ziyan və risklərin olmadığını, sifariş veriləcək məhsulun Bakı şəhərinə daxil olması halında realizə edib 20 gün müddətində pulları toplayacağını, Ukrayna, Hindistan və Moldovadakı biznes ortaqları ilə artıq danışıb razılığa gəldiyini, hər bir donmuş mal əti məhsulu yük maşınından 20.400 manat nisbətində 12.000 ABŞ dolları mənfəət əldə ediləcəyinə inandıraraq, Qanuni nümayəndə direktoru olduğu Cavabdeh1 MMC-nin adından Hindistanda fəaliyyət göstərən “Naabel Meatex” adlı şirkətlə müqavilə bağlayaraq 25.000 kq donmuş ət məhsulunun ölkəyə gətirilməsi üçün həmin şirkətin hesabına xx.xx.2019-cu il tarixdə 34.000 manat nisbətində 20.000 ABŞ dolları; xx.xx.2019-cu il tarixdə 34.000 manat nisbətində 20.000 ABŞ dolları; xx.xx.2019-cu il tarixdə 54.060 manat nisbətində 31.800 ABŞ dolları, cəmi 71.800 ABŞ dolları eyni çəkidə donmuş mal ətinin gəlirilməsi üçün həmin şirkətlə bağlanmış müqavilə əsasında xx.xx.2019-cu ildə 20.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 51.800 ABŞ dolları, cəmi 71.800, 2019-cu ilin avqust ayında Moldoxa Respublikasında fəaliyyət göstərən “Terranus” şirkəti ilə bağlanmış müqavilə əsasında xx.xx.2019-cu ildə 15.050. xx.xx.2019-cu il tarixdə 25.050 ABŞ dolları. xx.xx.2019-cu il tarixdə 25.750 ABŞ dolları, cəmi 65.850 ABŞ dolları, həmçinin gömrük, nəqliyyat, anbar və s xərclərlə birlikdə 215.910 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə “Terranus” şirkəti adından xx.xx.2019-cu il tarixdə ölkəyə daxil olmuş 18.900 kq dondurulmuş qoyun əti üçün 83.600 ABŞ dolları, xx.xx.2019-cu il tarixli müqavilə ilə “Antadro” şirkəti adından xx.xx.2019-cu ildə ölkəyə daxil olmuş 16.700 kq dondurulmuş mal əti üçün ABŞ dolları, ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsait xərclədərək 83.600 ABŞ dolları dəyərində idxal olunmuş qoyun ətinin realizə edilməsindən imtina etmiş, firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları, nağd ödəmə vasitəsilə 133.000 ABŞ dolları hissələrlə ödəyib guya biznesin uğurla davam etdiyinə inandıraraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 ünvanda yerləşən ofisində 80.580 manat nisbətində 47.400 ABŞ dolları məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Qanuni nümayəndə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.”

29. MM-nin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Qeyd edilənlərdən aydın olur ki, məhkəmənin mövqeyinin əksinə olaraq cavabdeh borcu etiraf etməmiş, real borc müqaviləsinin bağlanmasını inkar etmiş və görünüş üçün şifahi qaydada pulun göndərilməsinə razılıq verdiyini göstərmişdir. Cavabdeh bu məsələyə ona görə razı olmuşdur ki, iddiaçının ona 60 000 manat (47411 ABŞ dolları) borcu olmuşdur. Cavabdehin mövqeyinə görə iddiaçı limiti keçdiyinə görə borcunun digər hissəsini bu formada göndərilməsini cavabdehlə razılaşdırmışdır. Lakin sonradan bu formal əsasa söykənərək hüquqdan su-istifadə edərək iddia qaldıraraq əsassız olaraq pul tələb etmişdir.

31. Cavabdeh1 əvvəlki qanuni nümayəndəsi bildirmişdir ki, keçirilən məhkəmə iclaslarında Cəmiyyətinin əvvəlki qanuni nümayəndəsi bildirmişdir ki, keçirilən məhkəmə iclaslarında 60.000 manat məbləğinin X3 verilmiş ittiham üzrə ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsaitdən firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları məbləğində köçürülmüş 381.000 ABŞ dollarının bir qisminin bağlanmasına yönələn vəsait olmasını məhkəməyə bildirsə də, məhkəmə onun izahatını düzgün yazmayaraq, borcun etirafı kimi göstərmişdir.

32. Cavabdehin bu mövqeyi eyni ilə birinci instansiya məhkəməsinin protokolunda əks olunmuş, lakin məhkəmə cavabdehin izahatını qətnamədə yanlış qeyd etmiş və nəticədə prosessual pozuntuya yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin yazılı borc müqaviləsi olmadan və cavabdehin etirafı olmadan yalnız bank köçürməsi sənədinə əsasən borc tələbini təmin etməsi nəticəsi əsassız və qanunsuzdur.

33. Belə ki, işin 29-30-cu səhifələrində olan protokolda tərəflərin izahatları və sualcavablardan aydın olur ki, tərəflər arasında ətin xaricdən gətirilməsi və ölkədə satışı ilə bağlı iş birliyi olmuş, cavabdeh hüquqi şəxsin direktoru 297411 ABŞ dollarını iddiaçının direktoruna ödəmiş, mallar alınmış, lakin gözlənilən nəticə olmadığı üçün cavabdeh pulu iddiaçıdan tələb etmiş, iddiaçı 250000 ABŞ dolları pulu cavabdehə qaytarmışdır. İddiaçı bunu qəbul etsə də, çatışmayan 60 000 manat pulu digər Cavabdeh2 borclu olduğunu qəbul etmişdir.

34. Məhkəmə borc müqaviləsinin yazılı formada bağlanması tələb edən Mülki Məcəllənin 739.2-ci maddəsini tətbiq etməli olduğu halda maddi hüquq normasını tətbiq etməmişdir. (bax 15-ci bənd) Bundan başqa qətnamədə işin faktiki halları izahatlara zidd müəyyən edilmişdir. Qeyd edilən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan qətnamənin ləğv edilməsinə əsas yaranmışdır. (Mülki Məcəllənin 387.1-ci maddəsi, bax 18-ci bənd)

35. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində, həmçinin iddiaçının verdiyi izahatından da göründüyü kimi, iddaçı borc müqaviləsini imzalayaraq cavabdehə təqdim etdiyini, lakin müqavilənin cavabdeh tərəfindən imzalanaraq ona təqdim edilmədiyini göstərmişdir.

36. İddiaçı birinci instansiya məhkəməsində müqavilənin əslinin cavabdehə verildiyini, apellyasiya icraatı zamanı isə müqavilənin bank köçürməsi üçün banka verildiyini bildirmişdir. Birinci halda müqavilənin cavabdeh tərəfindən imzalanması mümkün deyil. Çünki cavabdehin əvvəldən iş üzrə mövqeyi belədir. İddiaçı bunun əksini sübut edə bilmir. İkinci halda isə iddiaçının bankdan müqavilənin surətini və ya əslini alaraq məhkəməyə təqdim etmək imkanı olsa da (3 dəfə məhkəmə iclası keçirilmişdir) bu imkandan istifadə etməmişdir. Cavabdehin mövqeyinə görə bank köçürmə edərkən müqavilənin əslini götürmür.

37. Qeyd edilənlərdən aydın olur ki, tərəflər arasında etibarlı borc hüquq münasibətlərinin yaranması müəyyən edilmir. Birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

38. İş materiallarında iddiaçının cavabdehə (hüquqi şəxsə) borc verməsini, tərəflər arasında borc hüquq münasibətlərinin yaranmasını və cavabdeh bu öhdəliyi yerinə yetirməməsi kimi halları, həmçinin Cavabdeh2 iddiaçıya zərər vurmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Ona görə iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1203/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri təmin edilməsin. Hüquqi yardımla bağlı iddiaçının vəkilinə ödənilən 500 (beş yüz) manat və mediasiya sessiyasında iştirak etmək üçün ödənilən 400 (dörd yüz) manat iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 200,60 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-dən tutularaq cavabdeh "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar