Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-884/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, tərəflərin iştirakı olmadan, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2307/2024 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. İddiaçı2 ilə Cavabdeh İB arasında 11 fevral 2020-ci il tarixli AMX-0710/20 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, Cavabdeh İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı2 keyfiyyətli qazla təmin etməyi, İddiaçı2 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh İB tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə iddiaçının qaz qurğuları 1 ədəd qaz plitəsi, 3 ədəd su qızdırıcı (kombi) olaraq göstərilmişdir.
2. İddiaçı2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan qazla təmin edilməli qeyriyaşayış sahəsi Qəbələ rayonu, Nic qəsəbəsində yerləşmiş, qeyri-yaşayış sahəsi özgəninkiləşdirilərək İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə sonuncuya çıxarış verilmişdir.
3. 22 sentyabr 2023-cü il tarixdə xx.xx.2023– xx.xx.2023-cü il tarixlərini əhatə edən plandankənar yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY231984736 nömrəsi ilə qeydə alınmış, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması; sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir.
4. 26 sentyabr 2023 cü il tarixdə “İstehlakçının qaz təsərrüfatının inventar Aktı” tərtib edilərək Qəbələ rayonu, Nic qəsəbəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsində 17 ədəd qaz işlədicisinin olduğu, sayğacın maksimal gücündən əlavə 42 m3/saat sərfiyyat aşma aşkar edildiyi qeyd edilmişdir; bundan sonra 27 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama aparılması ilə bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş, iddiaçının 17 ədəd işlədicisinin olduğu, sayğacın maksimal gücündən əlavə 42 m3/saat sərfiyyat aşma aşkar edildiyi qeyd edilmiş, hesablanmış qaz istifadəsinin abonent tərəfindən tam ödənilməsi tələb edilmişdir; 30 sentyabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, 27 sentyabr 2023-cü il tarixli ******* nömrəli akt əsasında “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə Müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfinin 52 m3/saat, hesabat müddətinin 90 gün olduğu nəzərə alınaraq hesabat aparılmışdır (52– 10 = 42 x 12 x 90 = 45360 m3) və **********0001 nömrəli abonentin saldosunun “qalıq və aktlar” sütununa 2023-cü ilin sentyabr ayı üçün 11340 manat məbləğində borc daxil edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi və apelyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq Cavabdeh hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestri xidmətinin xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışına əsasən Qəbələ rayonunun Nic qəsəbəsində 0,40 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış obyekti (mehmanxana) İddiaçı1 xüsusi mülkiyyətindədir və fərdi sahibkar kimi fəaliyyət göstərir. Həmin obyektin təbii qazla təminatı obyektin əvvəlki mülkiyyətçisi İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AMX-0710/20 saylı müqaviləyə əsasən **********00001 abonent kodu ilə həyata keçirilmiş, obyekt İddiaçı1 mülkiyyətinə keçsə də, onun təbii qazla təminatı həmin abonent kodu ilə davam etmişdir. xx.xx.2024-cü il tarixdə qeyd edilən obyektin təbii qazla təminatı barədə abonentin saldosunu aldıqda İddiaçı1 bilmişdir ki, obyektin təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 12297,75 manat məbləğində borcu vardır. Göstərilən 12297,25 manat borcun 11340 manatı 2023-cü ilin sentyabr ayı üçün hesablanmış və guya obyekt həmin ay ərzində 46528 kub metr təbii qazdan istifadə etmişdir. Məsələni araşdırdıqda məlum olmuşdur ki, Cavabdeh İB-nin X8 İstismar İdarəsinin Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydaları yoxlanılaraq bu barədə X4 İdarəsinin rəisi Cavid Hacıyev tərəfindən təsdiq edilmiş ******* nömrəli akt tərtib edilmişdir. Təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarının yoxlanılması qüvvədə olan qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla aparılmışdır və orada göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, göstərilən akt obyektdəki qaz sayğacının göstəricilərinin oxunması ilə əlaqədar deyil, orada aparılmış yoxlama nəticəsində tərtib edilmişdir. Bu hal həm də onunla təsdiq olunur ki, aparılan yoxlama cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilməklə KY231984736 saylı xx.xx.2023-cü il tarixli çıxarış alınmışdır.İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 422.1, 422.2-ci maddələri göstərilmişdir. Bundan başqa, cavabdehin X8 İstismar İdarəsi tərəfindən obyektdə yoxlama aparılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun) tələbləri kobud surətdə pozularaq yoxlama səlahiyyəti olmayan şəxslər tərəfindən və müddət pozulmaqla aparılmışdır. KY231984736 saylı xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, obyektdə cavabdeh tərəfindən qəbul edilmiş qərara əsasən müqavilə şərtlərinə əməl edilməsi vəziyyətinin növbədənkənar qaydada yoxlanılması nəzərdə tutulmuş, həmin yoxlamanın müddəti xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək müəyyən olunmaqla onun aparılması X8 İstismar İdarəsinin baş mühəndisi X3 həvalə edilmişdir. Lakin obyektdə aparılan yoxlama qeyd edilən çıxarışda nəzərdə tutulmuş tarixlərdə deyil, müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Bu zaman daha bir qanun pozuntusuna yol verilərək yoxlamanı qeyd edilən çıxarışda göstərilmiş səlahiyyətli şəxs X8 İstismar İdarəsinin baş mühəndisi X5 deyil, səlahiyyətləri qanuna müvafiq rəsmiləşdirilməmiş Qəbələ XS TQQ və SX-nin mühəndisi Arif Məhəmmədov, QDX-nin rəisi Anar Şələbizadə və TQQ və SXS-nin mühəndisi Gülnamə Bilalova aparmışlar. Həmin yoxlayıcılar tərəfindən də yoxlama aparılarkən obyektin hazırda kimə məxsus olması dəqiqləşdirilmədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4-2-ci maddəsinin tələbləri pozularaq nə sahibkar kimi hazırkı mülkiyyətçiyə, nə də əvvəlki mülkiyyətçisi İddiaçı2 öz hüquq və vəzifələri barədə məlumat verilmiş, yoxlayıcı orqanın (yoxlayıcının) qərarından çıxarış təqdim olunmamış, yoxlama vaxtında həyata keçirilməmiş, yoxlama başlamazdan əvvəl xidməti vəsiqələri (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış təqdim edilməmiş, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməklə sahibkara sənədlərlə tanış olmaq imkanı yaradılmamışdır. Buna görə də həmin Qanun 4-3.1.1.2-ci maddəsində nəzərdə tutulmuş, müəyyən edilən müddətlər pozulmaqla aparılan yoxlamanın aparılmasına icazə verməmək hüququndan hazırkı mülkiyyətçi mərhum olmuşdur. Bundan başqa, həmin Qanunun 13.3-cü maddəsinin tələbləri pozularaq yoxlayıcı orqan tərəfindən aparılan yoxlama barədə məlumat qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verilməmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2023cü il tarixdə ******* nömrəli akt tərtib olunsa da, qeyd edilən Qanunun 31-ci maddəsinin tələbləri pozularaq həmin aktda yoxlamaya vahid məlumat reyestrindən verilən kod; yoxlanılan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi; sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumatlar əks etdirilməmişdir. Bundan başqa, həmin aktın sağ tərəfində “52-10=42x12x90=45360” rəqəmləri qeyd olunmuşdur. Sonuncu 45360 rəqəmini istifadə edilmiş təbii qazın miqdarı kimi qəbul edib onun bir kub metrini 0,25 manata vurduqda 11340 manat məbləği alınır. Lakin bu rəqəmlər və məbləğ aktda müvafiq qaydada əsaslandırılmamış, “52 10=42x12x90=45360” rəqəmlərinin haradan, nəyə əsasən qəbul edilməli olduğu göstərilməmişdir. Beləliklə, cavabdeh tərəfindən bu cür qanun pozuntuları ilə keçirilmiş yoxlama nəticəsində 11340 manat məbləğində təbii qazdan istifadəyə görə əsassız borc hesablanmışdır. Obyektin təbii qazla təminatı barəsində cavabdeh ilə bağlanmış xx.xx.2020-ci il tarixli AMX-0710/20 saylı müqavilənin 2.1.8-ci bəndinə əsasən cavabdeh istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablayıb hər ay istehlakçıya hesab təqdim etməli, müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Abonent saldosundan da görünür ki, 2023-cü ildə cavabdeh obyektdə təbii qaz sərfini sayğacın göstəricilərinə əsasən cəmi 4871,75 manat məbləğində hesablamış, borc məbləği artıqlaması ilə– 5167,5 manat məbləğində ödənilmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən obyektdə qaz sərfiyyatı ilə bağlı hər hansı bir irad, tələb də bildirilməmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-ci maddəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1, 2.1, 13.3, 3.1, 3.2-ci və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qazdan istifadə Qaydaları”) 5.2-ci bəndi və s. göstərilmişdir. Cavabdehin nümayəndəsi X6 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2307/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən **********00001 nömrəli abonent koduna 27 sentyabr 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 11340 manat məbləğində borcun silinməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qazın talanması ilə bağlı dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsinə yalnız o halda yol verilir ki, qazın talanmasında istehlakçının təqsirli olması müəyyən edilsin. Həmin təqsir isə Energetika Nazirliyi (“Qaz təchizatı haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 1998-ci il tarixli Fərmanının 2.15.-ci bəndinə əsasən) və ya məhkəmə (inzibati xəta və ya cinayət icraatı qaydasında işə baxan məhkəmə) tərəfindən müəyyən edilir. Lakin iş materiallarında qaz təchizatı haqqında qanunvericilikdə təsbit edildiyi kimi, aktın bir nüsxəsinin Energetika Nazirliyi və ya cinayət təqibi orqanına göndərildiyi, həmin orqanlar tərəfindən qazın talanması faktının, istehlakçının təqsirinin müəyyən olunması təsdiqlənmir. Qeyd edilən Qanunun tələbi isə hazırkı icraat çərçivəsində inzibati xəta və ya cinayət tərkibi baxımından məhkəmə tərəfindən istehlakçının təqsirli olması faktının müəyyənləşdirilərək qiymətləndirilməsini də qeyri-mümkünə çevirir. Eyni zamanda iş üzrə 22 sentyabr 2023-cü il tarixdə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərini əhatə edən plandankənar yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY231984736 nömrəsi ilə qeydə alınsa da, dəymiş ziyanın hesablanmasının əsasında duran təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt 27 sentyabr 2023-cü il tarixdə tərtib olunmuşdur. Həmin aktdan görünür ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmışdır. Cavabdeh yoxlamanın xx.xx.2023-cü il tarixdə həyata keçirildiyini, aktın tərtib olunduğu qeyd etsə də, qeyd olunan hal iş materialları ilə təsdiqlənmir. Belə ki, cavabdehin yoxlamada iştirak edən əməkdaşları yoxlamanın məhz xx.xx.2023-cü il tarixdə keçirildiyini aktda təsbit etmişdir. İddiaçı isə cavabdehin əməkdaşlarının qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə gəldiklərini təsdiq edir. Bununla yanaşı KY231984736 nömrəsi ilə qeydə alınmış çıxarışda yoxlama zamanı yalnız X2 iştirak edəcəyi göstərilmiş, lakin 27 sentyabr 2023-cü il tarixli ******* nömrəli aktda, 27 sentyabr 2023-cü il tarixli yoxlama aktında reyestrsə qeyd alınmayan Arif Məhəmmədov, Anar Çələbizadə, Gülnamə Bilalova adlı şəxslərin iştirak etdiyi göstərilmişdir. 40. Göründüyü kimi, yoxlayıcı kimi qeyd olunan şəxs yoxlamada iştirak etməmiş, adları qeyd olunmayan şəxslər iştirak etmişdir.
9. Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ birlik tərəfindən cavabdehin qanuna zidd, təqsirli hərəkətlər, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Göstərilənlər və Məhkəmənin yuxarıda qeyd etdiyimiz prosessual pozuntulara yol verməsi həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin ha larına uyğun olmamışdır. Bildiririk ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh İB məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı bu şəkildə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Mülki Məcəllənin: 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. “Qaz təchizatı haqqında” Qanunun:
14. - 3-cü maddəsinin 5 və 5-1-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.5 və 31.6-cı maddəsinə əsasən yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır və imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir.
16. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4.13-cü bəndinə əsasən reyestrə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi daxil edilməlidir. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
17. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyi halda həmin qətnamə yalnız cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı iddiasının təmin edildiyi hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiasının təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşmiş, qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdən etibarən İddiaçı1 xüsusi mülkiyyətindədir, Cavabdeh İB həmin qeyri-yaşayış sahəsini qazla təchiz edir. Abonent kodu əvvəlki mülkiyyətçi İddiaçı2 adınadır.
23. 27 sentyabr 2023-cü il tarixdə sözügedən qeyri-yaşayış sahəsində yoxlama aparılmış, yoxlamanın nəticəsi olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş, aktda iddiaçının 17 ədəd işlədicisinin olduğu, sayğacın maksimal gücündən əlavə 42 m3/saat sərfiyyat aşma aşkar edildiyi qeyd edilmişdir. Həmin akt əsasında 30 sentyabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfinin 52 m3/saat, hesabat müddətinin 90 gün olduğu nəzərə alınaraq hesabat aparılmış (52– 10 = 42 x 12 x 90 = 45360 m3) və 11340 manat məbləğində borc hesablanmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə hazırkı iddianı qaldırmaqla həmin borcun silinməsini tələb etmişlər.
24. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
25. Hazırkı halda işin hallarından görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən 27 sentyabr 2023-cü il tarixdə keçirilmiş yoxlamanın (bax. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt, 30 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın hsablanması barədə tələbnamə) nəticəsi olaraq hesablanmışdır. Lakin Cavabdeh İB tərəfindən məhkəməyə yalnız xx.xx.2023– xx.xx.2023-cü il tarixlərini əhatə edən plandankənar yoxlamanın qeydə alınması barədə reyestrdən çıxarış təqdim edilmişdir. Cavabdeh İB yoxlamanın xx.xx.2023-cü il tarixdə keçirilməsini iddia etsə də, nə həmin halı təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Əksinə yoxlamanın xx.xx.2023-cü ildə aparılması xx.xx.2023-cü il tarixli ******* saylı akt ilə təkzib edilir. Digər tərəfdən cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə əsasən xx.xx.2023– xx.xx.2023-cü il tarixlərini əhatə edən plandankənar yoxlamanın müddətinin artırılmasının reyestrdə qeydə alınması da iş materiallarına sasən öz təsdiqini tapmır.
26. Göründüyü kimi İddiaçı1 silinməsini tələb etdiyi borcun hesablanmasına əsas olmuş abonentə məxsus obyektdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən 27 sentyabr 2023-cü il tarixdə keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.
27. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Odur ki, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
28. Məhkəmə eyni zamanda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, yoxlamanın həqiqətən də xx.xx.2023-cü il tarixdə keçirilməsi ehtimal edilsə belə bu zaman aktın tərtib olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, akt yoxlama başa çatdığı gün tərtib olunub yoxlayıcılar imzalanaraq imzalanmaq üçün istehlakçıya təqdim olunmalı olduğu halda tərtib olunmamış, istehlakçıya imzalanmaq üçün təqdim olunmamışdır; eyni zamanda resyestrdən çıxarışda yoxlama zamanı yalnız X2 iştirak edəcəyi göstərilmiş, lakin 27 sentyabr 2023-cü il tarixli ******* nömrəli aktda, 27 sentyabr 2023-cü il tarixli yoxlama aktında reyestrsə qeyd alınmayan Arif Məhəmmədov, Anar Çələbizadə, Gülnamə Bilalova adlı şəxslərin iştirak etdiyi göstərilmişdir. Göründüyü kimi, yoxlayıcı kimi qeyd olunan şəxs yoxlamada iştirak etməmiş, adları qeyd olunmayan şəxslər iştirak etmişdir.
29. Bundan əlavə reyestrdə qeydə alınmış yoxlamanın keçirilməsi üçün əsas qismində hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması; sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilsə də, yoxlamanın keçirilməsi üçün əsas kimi göstərilmiş halların hər hansı birinin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qazdan istifadə qaydalarının pozulması barədə akt sayğac müdaxilə və ya qanunsuz qoşulma halı ilə bağlı deyil, qaz işlədicilərin qaz maksimal qaz sərfiyyatının qaz sayğacının maksimal ölçmə həddini aşması ilə bağlı tərtib edilmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı1 cavabdeh tərəfindən iddiası əsasında həmim obyektdə qazdan istifadə qaydalarının pozulması ilə bağlı **********00001 nömrəli abonent koduna 27 sentyabr 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 11340 manat məbləğində borcun silinməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2307/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov