Məhkəmə qərarları › İş №2-2(103)-886/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-886/2024

24.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-886/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Şirinovun sədrliyi və məruzəsi ilə, X31 və X6 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X11 cavabdehlər X21, X22, Cavabdeh3, X13, X27 və Cavabdeh7 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-2(113)-1881/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı X23 iddia ərizəsi, daha sonra isə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********1955 nömrəli qərar əsaəsn iddiaçıya vurulmuş 25.998,42 manat məbləğində maddi ziyanın 20000 manatını cavabdeh X18, 8000 manatını cavabdeh X8 və 15998,422 manat dəyərində Cavabdeh3 ayrı ayrılıqda tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixli **********1935 nömrəli qərara əsasən iddiaçıya ayrı-ayrılıqda cavabdehlər X29 tərəfindən 2000 manat, X30 tərəfindən 2000 manat, X24 tərəfindən 2000 manat, Cavabdeh3 tərəfindən 2000 manat, Cavabdeh3 tərəfindən 2000 manat, Cavabdeh7 tərəfindən 2000 manat, X32 tərəfindən 2000 manat, cəmi 12000 manat vurulmuş maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərin əməli nəticəsində iddiaçıya dəymiş mənəvi ziyana görə hər birindən ayrıarılıqda 2000 manat, cəmi 12000 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi yazı xətasının düzəldilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbi və iddia tələbinin həcminin artırılmasına dair ərizələrin tələb hissəsində qeyd edilən “ziyanın 20000 manatını cavabdeh X18” ifadəsindəki 20000 manat yazı xətası olduğundan həmin ifadənin ziyanın 10000 manatını cavabdeh X18 ifadəsi kimi oxunulmasını və qəbul edilməsini, tələb hissəsində qeyd edilən Cavabdeh3 tərəfindən 2000 manat ifadəsinin yazı xətası olaraq iki dəfə qeyd edildiyindən Cavabdeh3 tərəfindən 2000 manat ifadəsinin birinin nəzərə alınmamasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-2(113)-1881/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-2(113)-1881/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bildirir ki, cavabdehlərin qanunsuz hərəktləri nəticəsində maddi ziyanı vurulduğunu iddiaçı sübut edə bilmir. İddiaçı daha nəyi sübut etməlidir. Cavadbehlər yalan izahat verərək vergi orqanın vasitəsi ilə iddiaçıya maddi ziyan vurub, vergi orqanı qarşsında vergi öhdəliyi yaradıblar, məhkəmə deyir ki, qanunsuz hərəkətlə maddi ziyan vurulduğu sübut edilmir. Bunu sübut edə bilsə idi, elə həmin dövrdə sübut edərdi, indi də belə qanunsuz qətnamə qəbul edilməzdi. Bu dəfə vergi əməkdaşlarına yalan izahat verən şəxslər polisdə artıq həqiqi izahat verərək özlərinin xeyrinə ifadə verərək qızılların onlara məxsus olduğunu etiraf etmişlər, bu səbəbdən də onlara qarşı cinayət işinin başlanmasından imtina edilmişdir. Lakin polisin araşdırma materialları gizlədilərək X14 təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli polisin cavab məktubundan prokurorluğa şikayət verilmiş, təkrar araşdırma aparılması üçün göstəriş verilsə də nəticə olmamışdır. Belə olan təqdirdə X23 məhkəməyə müraciət edərək vergi orqanının inzibati qərarlarına istinad edərək qızılların ona məxsusluğuna dair izahat verən şəxslərdən qızllara görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə və vergi orqanı tərəfindən işçi kimi qeydiyyata alınan şəxslərdən maddi ziyanı tələb etmişdir. Vergi borcunu ödəmək üçün tətbiq edilən maddi sanskiyalar yalan izahat verən şəxslərdən tələb edilmişdir. Məhz həmin şəxslərin vergi əməkdaşlarına verdikləri yalan izahatlar nəticəsində X14 vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən araşdırma zamanı X29, X30, X24, Cavabdeh3, Cavabdeh7 və X4 fəaliyyəti ilə məşğul olmaq üçün icarədardan əvvəlcədən razılaşdırılmış icarə qiymətinə piştaxta icarəyə götürdüklərini və satışla məşğul olduqlarını gizlətsələr də polisin cavab məktubunda əksinə qızılların özlərinə aid olduğunu etiraf etmişlər. Lakin izahatlar təqdim edilmədiyindən izahatlarının məzmunu məlum olmamışdır. X29, X30, X24, Cavabdeh3, Cavabdeh7 və X32 qanuni formada sub icarə müqaviləsi bağlamadan vergidən yayınaraq fəaliyyət götərirsə, bu o deməkdirmi ki, satdıqları qızılların onlara aid olmamasına dair yalan izahat verməlidirlər, yaxud vergi məsuliyyətindən yayınmaq üçün özlərini vergi yoxlamsı aparan əməkdaşalra X11 işçisi kimi təqdim etməlidirlər. Vergi orqanı da başqa sübut olmadığından məhz X19, X20, X12, Cavabdeh3, Cavabdeh7 və X25 həqiqətə uyğun olmayan izahatlarını əsas götürərək bütün maliyyə sanksiyasını X14 hesablamışdır. X23 tərəfindən vergi orqanının tərtib etdiyi protokol və qərarından şiakyət verilsə də vergi orqanının müraciətin araşdırılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında iddiaçının dəlillərinə hüquqi qiymət verilərək qeyd edilir ki - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi üçün konkret sübutlar təqdim edilməmişdir. Bundan əlavə Y.Yusifovanın şikayətində gətirdiyi və təsdiq olunmayan faktlar vergi qanunvericiliyinin pozulmasına görə onun məsuliyyətdən azad edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehlərin yalan izahat vermələri həm məhkəmədə verdikləri izahatlarla, həm polisin araşdırma nəticəsinə dair təqdim etdiyi məktubla, cavabdehlərin özlərinin məhkəməyə təqdim etdikləri satış və saxlanc aktları ilə bir daha təsdiq olunur. X11 X15, X16, X8, Cavabdeh3, Cavabdeh7 və X18 ona vurulıan ziyanın ödənilməsi ilə əlaqədar məhkəmədə iddia vermiş və məhkəmə araşdrıması zamanı məhkəməyə Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə nüraciət edərək Mallarınn saxlanması və satış Müqavilələri təqdim etmişdir. Halbuki bu Aktların və müqavilələrin vergi yoxlamasına təqdim edilməsi xahiş olunsa da məqsədli olaraq onlar bunu etməmişlər. vergi nümaəndəlri həmin müqavilə və təhvil təslim aktlarını görmüş olsa idi, maliyyə sanksiyasını həmin şəxslərə tətbiq etmiş olacaqdı. Həmin Müqavilələri məhkəməyə sübut kimi təqdim edərək 2 ildən sonra etiraf etmişdirlər ki, vergi orqanına X11 qızılı kimi təqdim etdiyi qızıllar nəinki onlara, üçüncü şəxslərin mülkiyyətidir ki, onlar da X9 icarəyə götürdükləri piştaxtalarda satış həyata keçirilər. Eyni zamanda X11 işçiləri deyillər. Ancaq 2022-ci il tarixdə yoxlama aparan vergi əməkdaşlarına verdikləri izahatlarda hamısı xorla yazmışlar ki qızıllar məhz X7r, onlar da X11 içiləridir. Hətta 15998,422 manat dəyərində mal satan Cavabdeh3 ümumiyyətlə VÖEN-i belə yoxdur, qanunusuz sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Daha sonra uzun müddət kommersiya məhkəməsi tərəfindən tələb edilməsinə baxmayaraq sorguya 2 ay sonra cavab verən 19-cu polis şöbəsinin xx.xx.2024-cü il tarixli cavabı iş materialları ilə birgə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olur. Həmin materiallardan görünür ki, yenə də vergi yoxlamasından 2 il sonra etiraf edilir ki, X14 cərimə yazılmasına səbəb olan qızıllar ona məxsus deyil, özlərini X11 işçisi kimi təqdim edən şəxslər onun işçiləri deyil, sadəcə həmin dövrdə vergi məsuliyyətindən yayınmaq üçün yalan izahat verməklə bu nəticəyə nail olublar. Belə ki, CM-nin 296-cı maddəsi ilə xəbərdar olan Cavabdeh7 ümumiyyətlə X17 tanımadığını bildirmiş, vergi orqanına verdiyi izahatda isə X11 işçisi kimi özünü təqdim edərək qızılların X14 məxsus olduğunu bildirmişdir. Cavabdeh3 isə X14 məxsus obyektdə qızıl alveri ilə məşğul olduğunu, vergi işçilərinə özünü işçi kimi təqdim etdiyini bildirmişdir. X24 isə yalan ifadə verməmək barədə xəbərdarlığa imza edərək yazılı təqdim etdiyi izahatında bildirir ki, obyektdə polka, hətta ölçüsü 120-50 sm olan polka icarəyə götürmüşdür. Vergi yoxlaması zamanı X11 işçisi olmasını və satdığı qızılların X14 aid olmasına dair yalan izahatı məhz Kərəm Yusifovun təklifi ilə yazdığını bildirmişdir. Hətta birinci ayı işlədiyini, ikinci ay vergi yoxlamasının gəldiyini bildirmişdir. Suala cavabda isə X24 özünün yalan ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, X14 aid heç bir qızılı olmamışdır, obyekti tərk edərkən qızıllarını özü ilə aparmışdır. Vergi nümayəndələrinə yalan izahatı məhz Kərəm Yusifovun təklifi ilə yazdığnı etiraf etmişdir. X30 isə X11 deyil, özünün işçisi olduğunu da etiraf etmişdir. X24 nəinki vergi oprqanına yalan ifadə vermiş, polis orqanına da əvvəlcə səmimi ifadə vermiş, sonra ikinci dəfə yəqin ki işdə maraqlı olan şəxslərin təklifi ilə CM 296-cı maddəsi ilə tanış olduğuna dair imza etməsinə baxmayaraq yenə də yalan ifadə verərək guya ki, X11 işçisi olduğunu, hətta bununla əlaqədar Kərəmin bütün sənədlərinin qaydasında olduğunu yalan ifadəsinə əlavə etmişdir. Halbuki əvvəlki ifadəsində icarəyə yeri götürdüyünü, hətta Kənan adlı işçisinin olduğunu, qızlların da özünə məxsus olduğunu özü öz xətti ilə yazmışdır. Yalan ifadə verən X8 fərqli olaraq X30 X3 ifadəsindəki faktları təsdiq edərək həqiqətən X11 deyil, X12 işçisi olduğunu və satdığı qızılları götürərək obyektdən çıxdıqlarını etiraf etmişdir. Vergi əməkdaşlarına isə yalan ifadə verərək X11 işçisi olduğunu, qızlların isə X14 məxsus olduğunu bildirmişdir. X32 CM 296-cı maddəsi ilə məsuliyyət barədə xəbərdarlığa imza edərək obyekti icarəyə götürdüyünü, Kərəmin sözü ilə X11 işçisi olduğunu və polkadakı qızılları da götürərək başqa yerdə fəaliyətinin davam etdiyini, oradakı qızlların özünə məxsus olduğunu etiraf etmişdir. Hətta müqavilə bağlanamsı üçün müraciət etdiyini, lakin Kərəmin buna ehtiyac yoxdur deməsi ilə qanunsuz fəaliyyətdən faydalanmış, vergi nümayəndələri obyektə X14 cərimə yazdıqdan sonra qaçıb başqa yerdə polka icarəyə götürmüşdür. X29 isə vergiyə verdiyi yalan izahatdan fərqli olaraq icarə müqaviləsi bağlamadığını ifadəsində göstərmişdir. Göründüyü kimi polis bölməsində tam fərqli izahatlar verərək faktiki əksəriyyəti şifahi olaraq icarə müqaviləsi bağlayaraq icarə fəaliyyəti ilə məşğul olduqlarını etiraf etmişlər, lakin icarə müqaviləsini nə üçün rəsmiləşdirmədiklərini, nə üçün müqavilə bağlamadan fəaliyyətlərini qanuniləşdirmədiklərini aydınlaşdırmayaraq bütün təqsirlərini Kərəm Yusifovun vədlərinə bağlamışlar. Cavabdehlərdən bəziləri icarə fəaliyyətlərni etiraf etmiş bəziləri, işçi olmadıqlarını, qızlların onlara məxsus olduğunu etiraf etmişlər. X24 əlavə olaraq hətta cavabdeh X20 özünün işçisi olduğunu, sonradan isə bunu danaraq özü işçi olduğuna dair fərqli izahat vermiş, lakin iki dəfə izahat verdiyini unutmuşdur. Göründüyü kimi X11 maliyyə sanksiyası tətbiq edilməsinə əsas olan nə qızıllara, nə də ki, özlərini X11 işçiləri kimi təqdim edən şəxslərə aidiyyəti yoxdur. Buna dair sübutlar isə 2024-cü il tarixdə X23 tərəfindən vurulmuş maddi ziyana dair iddiaya baxılarkən əldə edilmişdir. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə nüraciət edərək Mallarınn saxlanması və satış Müqavilələrdən (əlavə olunur) və 19-cu polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan araşdırma materialları (əlavə olunur) ilə təsdiq edilir ki, X14 əsassız olaraq maliyyə sanksiyaları tətbiq edimişdir. Cavabdehlər həqiqətən də yalan ifadə və izahatlardan ibarət əlbir əməlləri ilə vergi tərəfindən cərimə olunmamaları üçün ifadələr verməklə həm vergi orqanını aldatmış, həm də tərəfindən iddiaçının cərimə edilməsinə nail olmuşlar. Halbuki vergi tərəfindən cərimə yazdıqdan sonra bütün maddi zianları qarşılayacaqları barədə söz vermiş, danışılar apararaq bu qədər işi uzatmışlar. Cavabdehlərlə uzun müddət danışıqlar aparılmış, gah ödəyəcəklərini, gah hər bir köməkedəcəklərini ancaq maddi ziyanın onlara aidiyyəti olamyacağına dair vədlər vermişlər. Cavabdehlərin qanunsuz əməllərinə görə iddiaçı maddi ziyan çəkmiş, həm də ölkədən çıxışına qadağa qoyulmuşdur, ki bu da ona mənəvi ziyan vurmaqdadır. İddiaçı bir ilə yaxındır ki, ölkədən çıxmaq imkanından məhrum olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. İddiaçının mövqeyi ondan ibarətdir ki, iddiaçı fərdi sahibkar Y.Yusifovanın xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyəti “digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət”, əlavə fəaliyyətinin “zərgərlik məmulatlarının pərakəndə satışı”ndan ibarətdir. İddiaçı ünvan 1 ünvanda yerləşən “İdeal qızıl dünyası” obyektini icarəyə götürmüş, icarəyə götürdüyü obyektdə ayrı ayrı fərdi sahibkarlara qızıl satışı məqsədi ilə piştaxtaları icarəyə verərək fəaliyyət göstərmişdir. Cavabdehlər hamısı uzunmüddətdir və hazırda da qızıl satışı ilə məşğuldurlar, bir nəfər istisna olmaqla hamısı fərdi sahibkardırlar. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0619 nömrəli qərarına əsasən Y.Yusifovanın sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “İdeal qızıl dünyası” obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005889 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli **********1935 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsinin (bundan sonra – Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0619 nömrəli qərarına əsasən Y.Yusifovanın sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “İdeal qızıl dünyası” obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə 259.984,22 manat dəyərində mal qalığının olduğu faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002143 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1955 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 25.998,42 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İcarə sahəsinə nəzarət tədbiri zamanı “İdeal qızıl dünyası” obyektinin Ceyhun adlı şəxsin olmuşdur. X23 ilə Ceyhun adlı şəxs arasında icarə müqaviləsi bağlanaraq yenidən sub-icarə formasında 3 və daha artıq şəxsə obyekti icarəyə verməyi nəzərdə tutulmuşdur, lakin obyektin əvvəllər icarəyə götürmüş şəxs tərəfindən təhvil verilməməsi səbəbindən vergi orqanının obyekti qeydiyyata qoymaqdan imtina etmişdir. Nəticədə obyektdə sahibkarlıq fəaliyyəti göstərən şəxslərlə icarə müqaviləsi bağlaya bilməmiş, həmin vaxt shibkarlıq fəaliyyəti göstərən cavabdehlər obyekt kodunun olmaması səbəbindən cavabdehlər özlərini Y.Yusifovanın işçisi kimi təqdim etmiş, satdıqları malların isə onlara aidiyyətinin olmadığını, Y.Yusifovaya aid olduğunu bildirmişlər. Halbuki cavabdehlər nə işçi olmuş, nə də ki, satdıqları qızıllar ididaçıya məxsus olmuşdur. İddiaçının işçiləri deyil icarədarlar olduqları halda operativ vergi nəzarəti tədbiri zamanı aktda adları qeyd olunmuş 6 nəfər şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan və ya sabit qəbz əldə edilmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiklərini etiraf etmişlər. Eyni zamanda vergi ödəyicisinin obyektində aşkar edilmiş Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmayan 259.984,22 manat dəyərində malların gələcəkdə obyektdə icarə müqaviləsi əsasında işləyəcək sahibkarla məxsus olmasını təsdiq edəcək faktları araşdırmaya təqdim edə bilmədiyi müəyyən edilmişdir. X36 Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1935 və **********1955 nömrəli qərarlar qəbul edilmişdir. Qeyd ediln Qərarlardan fərdi sahibkar X1 operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri xx.xx.2022-ci il tarixli, № **********490500 İnzibati şikayətin təmin edilməməsi haqqında qərarla təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-530/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə qət edilmişdir - 08 aprel 2023-cü il tarixə hesablanmış 40066,62 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 938,21 manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna, 149,9 manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna və 33,92 manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək 20 iyul 1990-cı il təvəllüdlü X11 (VÖEN **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cavabdehlər ididaçı aid olduğuna dair izahat verdikləri mallarını götürərək həmin ərazidə eyni qaydada sahibkarlıq fəaliyyəti ilə məğul olmaqda davam edirlər. Yalan izahat və yalandan özlərini iddiaçının işçisi kimi təqdim edən cavabdelərin əməlləri nəticəsində iddiaçıya həm maddi həm də mənəvi ziyan dəymişdir.

22. İşdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********490500 nömrəli qərarı ilə fərdi sahibkar X1 operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və xx.xx.2022-ci il tarixli DVX seriyalı 005889 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” və xx.xx.2022-ci il tarixli DVX seriyalı 002143 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə 11 yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlar əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1935 və **********1955 nömrəli qərarlar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********370000 nömrəli qərarı ilə X2 vergi yoxlaması ilə hesablanmış sığorta haqlarının azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********938400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

24. İddiaçı vergi orqanı tərəfindən maliyyə sanksiyasına məruz qalması və cərimə olunmasına cavabdehlərin hərəkətlərinin səbəb olmasını iddia edir. İddiaçının məntiqinə görə cavabdehlər izahatlarında iddiaçının işçisi olmalarını deməsəydilər barəsində inzibati akt qəbul edilməzdi. Belə ki, cavabdehlər subicarə müqaviləsi əsasında müstəqil fəaliyyət göstəriblər. Lakin iddiaçı onların icarə müqavilə bağlamalarını təsdiq edən sübut təqdim edə bilməmiş, cavabdehlər də bu halı inkar etmişlər. İddiaçının cinayət işinin rədd olunması barədə materialda qeyd edilən izahatlara istinad etməsi də iddianın əsaslılığına təsir göstərmir. Belə ki, iddiaçı şikayətdə bildirmişdir ki, həmin qərardadn şikayət etmiş və həmin qərar ləğv edilmişdir.

25. Bundan əlavə həmin izahatlarda subicarə müqaviləsi üzrə iddiaçı ilə münasibətlərin yaranması halı təsdiq edilmir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı zərərə düşməsini göstərən sübutu, yəni cərimələrin ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. Digər tərəfdən iddiaçının barəsində vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktlara səbəb olmuş hallar yalnız izahatlar olmamış, digər vergi normalarının pozulması faktı olmuşdur. İş materiallarında olan sübutlarla iddiaçının düşdüyü zərərə cavabdehlərin səbəb olmasını müəyyən etmək mümkün deyil. Əksinə iddiaçının zərərə düşməsinin öz hərəkətlərinin səbəb olması (sahibkar olduğu halda müqavilə bağlamaması və sair) qüvvəyə minmiş inzibati aktlarla müəyyən edilmişdir.

26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-2(113)-1881/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar