Məhkəmə qərarları › İş №2-2(103)-887/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-887/2021

14.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-887/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1762/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Bəylik-Ət X4” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh Bəylik X1” MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Bəylik X1” MMC-dən əsas maddi zərər 23084,53 manat, işgüzar nüfuza vurulan zərərə 10000 manat, uçot faiz dərəcəsi üzrə 2019-cu il may ayından 2021-ci ilin mart ayına kimi 3693,6 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 56808,1 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tarixli e-2-2(113)-1762/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 23084,53 manat məbləğində pul vəsaitinin “Bəylik-Ət X4” MMC-dən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 19 manat məbləğində pul vəsaitinin “Bəylik-Ət X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh “Bəylik-Ət X4” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı iddiadan imtina barədə ərizə verərək, tərəflər arasında barışıq sazişi bağlandığını, artıq pulun ödənildiyini nəzərə alaraq iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddiadan imtina barədə ərizə ilə razı olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə mülki iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tarixli e-2-2(113)-1762/2021 saylı qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, “Bəylik-Ət X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus hesabının üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 23084,53 manat həcmində həbsin qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddiadan imtina etdiyini, iddiadan iddianın qəbul edildiyini və iş üzrə icraata xitam verildiyini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 162.1,162.3-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, həmin qərardadla seçilmiş iddianın təmini tədbiri ləğv edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin cavabdeh “Bəylik-Ət X4” MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı "xxxx" MMC-nin öz iddiasından imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1762/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırki kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Bakı Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tarixli e-2-2(113)-1762/2021 saylı qərardadı ilə cavabdeh “Bəylik-Ət X4” MMC-yə məxsus (VÖEN**********) h/h:AZ50TURA******************** "xxxx" Bank ASC Binəqədi filialı, VÖEN:********** m/h:AZ26NABZ**********000027944, kod:504692, SWİFT:TURAAZ22 hesabının üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 23084,53 manat həcmində həbs qoyulması barədə iddianın təmin edilməsi ləğv edilsin və həmin hesab üzərinə qoyulmuş həbs götürülsün. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardadın iş üzrə icraata xitam verilməsi hissəsindən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar