Məhkəmə qərarları › İş №2-2(103)-888/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-888/2024

21.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-888/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2*24-cü il tarixli, e-2-2(113)-5**8/2*24 saylı qərardadından İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 78.641,45 ABŞ dolları məbləğində borc məbləğinin və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun dəyərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2*24-cü il tarixli, e-2-2(113)-5**8/2*24 saylı qərardadı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və **********5 nömrəli qəbzə əsasən 26* manat məbləğində dövlət rüsumunun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2*24-cü il tarixli, e-2-2(113)-5**8/2*24 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəmənin 22 iyul 2*24-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki prosessual qanunvericilik icraatda olan bütün sənədləşmənin elektron qaydada aparılması müəyyən etmişdir. Lakin yaranmış kommersiya mübahisəsində həmin müddəanı düzgün realizə etmək onlar üçün çətinləşmişdir. Çünki cavabdeh kimi qeyd etdiyi hüquqi şəxsxarici hüquqi şəxsdir. Cavabdeh Azərbaycan Respublikasında vergi qeydiyyatına alınmayıb, ölkə ərazisində nümayəndəlik yaxud filialı mövcud deyil. Mövcud elektron məhkəmə sistemi bu halı nəzərdə tutmayıb və cavabdehin sistemə əlavə olunması üçün mütləq surətdə VÖEN-in olması zərurətdir. Bu səbəbdən də iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə poçt vasitəsi ilə göndərmişlər. Yaranmış vəziyyət barədə məhkəməyə iddia ərizəsi göndərilərkən əlavə ərizə ilə izah etmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2*24-cü il tarixli, e-2- 2(113)-5**8/2*24 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən müəyyən olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər *9.*7.2*24-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə poçt vasitəsilə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, yəni qanunla müəyyən edilmiş formada, elektron qaydada verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmaqla məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur.Ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.*.1, 4**-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2*24-cü il tarixli e-2-2(113)-5**8/2*24 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar