Məhkəmə qərarları › İş №2-2(103)-891/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-891/2025

27.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-891/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1853/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2018-ci il tarixli 109840- 407052/2 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalan Cavabdeh2 42 ay müddətinə, kreditdən istifadəyə görə illik 26 faiz ödənilməsi şərtilə, 20000 manat kredit verilmişdir;

2. Sözügedən kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə həmin cavabdeh arasında sonuncunun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 240.9 kv.m. olan qeyri-yaşayış sahəsinin iddiaçının xeyrinə ipoteka qoyulmasına dair 25 aprel 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-121/2023 saylı qərardadı ilə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən, Cavabdeh2 sözügedən qeyri-yaşayış sahəsini Cavabdeh1 MMC-nin mülkiyyətinə verməyi, sonuncu isə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzil, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.metr olan 23 saylı qeyri-yaşayış sahəsini Cavabdeh2 mülkiyyətinə və Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162194 manat pulu Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür;

4. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və X2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 25 aprel 2018-ci il tarixli 109840- 407052/2 nömrəli kredit müqaviləsi üzrə 7938,28 manat əsas borc və 1173,52 manat faiz borcu olmaqla, cəmi 9111,80 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121,70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240,9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzilə, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36,75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135,70 kv.mter olan 23 saylı qeyri-yaşayış sahəsinə və Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162 194 manat pula yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-121/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər arasında təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab edilməsi və 100,5 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1853/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, məhz sökülmüş əmlakla bağlı tərəflər arasında barışıq sazişi imzalanmışdır. Belə çıxır ki, əmlakın məhv olunmasına baxmayaraq onunla bağlı digər tərəflərin istənilən razılaşması mümkündür lakin ipoteka saxlayanın heç bir hüququ yoxdur. Bu isə nə məntiqlidir və qanunidir. Odur ki, ipoteka saxlayanın hüquqlarını nəzərə almayan və onun mənafeyi qorunmayan barışıq sazişin imzalanması və onun təsdiq edilməsi yol verilməzdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında icraatı yekunlaşmış 2-2(103)-121/2023 saylı iş üzrə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştiraka cəlb edilmiş, qərardaddan, nəticə etibari ilə sazişdən məlumatlı olmuş, lakin həmin qərardadla razı olmaması ilə bağlı iradəsini ifadə etməmiş və ya qərardaddan şikayət verməmişdir.” “İddiaçı ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdə razılıq vermədiyini qeyd etsə də, qərardaddan məlumatlı olduğu halda şikayət etməməsi həmin əqdi bəyəndiyini (sonradan verilən razılıq) təsdiq edir. Bu isə iddiaçının subyektiv hüququnun mövcudluğu halında belə, iddianın təmin edilməsini istisna edir.” Qeyd edirik ki, barışıq sazişi imzalanarkən və həmin işlə bağlı əvvəlki apellyasiya baxışı iclaslarında bank iştirak etməmiş və onun təsdiqinə razılığı bildirməmişdir. Qərardaddan şikayətin verilməsi müddətinin ötürülməsinə səbəb isə borclunun kompensasiya məbləğini alan kimi borcun ödəcəyinin vəd verilməsi olmuşdur. Odur ki, 162,194.0 manat məbləğində kompensasiyanın alınarkən cəmi 9,111.8 manat borcunun ödənilməsindən yayınması ağlana batan olmamış və ümumiyyətlə məntiqsiz olduğu bank tərəfindən qəbul edilmişdir. Ona görə də, bank humanizm prinsipindən irəli gələrək qərardaddan şikayət verməmişdir. Borclu isə etibarlıqdan suistifadə edərək şikayətin verilməsinin müddətinin itirilməsi üçün bankı bu yolla aldatmışdır. Lakin, sonradan Ali Məhkəmənin qərardadı çıxdıqdan sonra bankın həmin sazişin etibarsız hesab edilməsi üçün tədbirlərin görülməsi hüququ yaranmış və bununla bağlı iddia tələbi irəli sürmüşdür. Buna baxmayaraq məhkəmə işə formal yanaşaraq qərardad şikayətin verilməməsini barışıq sazişi ilə razı olmasını əsas gətirərək iddia tələbimizi rədd etmişdir. İpoteka saxlayanın hüquqlarını nəzərə almayan və onun mənafeyi qorunmayan barışıq sazişin imzalanması və onun təsdiq edilməsi yol verilməzdir.Odur ki, məhkəmə işi “araşdırarkən” ümumiyyətlə iddia tələbimizin mahiyyəti nədən ibarət olduğuna əhəmiyyət verməmiş və ərizəçinin hansı hüquqlarının pozulmasının müəyyən edilməsi istiqamətində heç bir tədbir görməmişdir. Belə nəticəyə gəlmək olur ki, məhkəmə yetərincə araşdırma aparmadan, təqdim olunmuş sübutlara qiymət vermədən subyektiv yanaşaraq əsassız qətnamə qəbuletmişdir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi barədə qərardaddan şikayətin verilməməsi əsas götürülərək, məhkəmə hesab etmişdir ki, bank saziş ilə razı olduğunu bildirir. Lakin, həmin qərardaddan şikayətin verilməməsi səbəbləri nədən ibarət olduğunu bank tərəfindən bildirilsə də, məhkəmə deyilənlərə ötəri yanaşmış və faktiki halları araşdırmadan qərar qəbul etmişdir. Odur ki, ərizəçinin (ipoteka saxlayanın) hüquqlarını və mənafeyini qoruyan qanunvericiliyinin normaları məhkəmə tərəfindən düzgün tövsif edilməmiş və ərizəçinin hansı hüquqlarının pozulmasını araşdırmayaraq və sübutlara düzgün qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.

9. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2- ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir..

TƏTBİQ EDİLƏN HÜQUQ

AR Mülki Məcəlləsi

1. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

2. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

3. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

4. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

5. Maddə 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

6. Maddə 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

7. Maddə 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

1. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

2. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

3. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

4. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

5. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

6. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

7. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

8. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

9. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

10. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci

14. instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-121/2023 saylı qərardadı ilə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən, Cavabdeh2 sözügedən qeyri-yaşayış sahəsini Cavabdeh1 MMC-nin mülkiyyətinə verməyi, sonuncu isə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzil, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.metr olan 23 saylı qeyri-yaşayış sahəsini Cavabdeh2 mülkiyyətinə və Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162194 manat pulu Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür.

16. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-45/2023 nömrəli qətnaməsinə əsasən, İddiaçı ASC cavabdehlər Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 25 aprel 2018-ci il tarixli 109840- 407052/2 nömrəli kredit müqaviləsi üzrə 7.938,28 manat əsas borc və 1.173,52 manat faiz borcu olmaqla, cəmi 9.111,80 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzilə, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.mter olan 23 saylı qeyri-yaşayış sahəsinə və Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162.194 manat pula yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş,(iddia tələbləri dəqiqləşdirilmişdir) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 7.938,28 (yeddi min doqquz yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 1.173,52 (bir min yüz yetmiş üç manat əlli iki qəpik) manat faiz borcu olmaqla cəmi 9.111.80 (doqquz min yüz on bir manat səksən qəpik) borc və ödənilmiş 121.70 (yüz iyirmi bir manat yetmiş qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, keçirilmiş ekspertizanın dəyəri olan 300 manatın 150 (bir yüz əlli) manatının İddiaçı ASC-dən, qalan 150 (bir yüz əlli) manatın isə Cavabdeh2 alınıb "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

17. Bakı Apelllyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6087/2023 saylı qətnaməsinə əsasən, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin 2(011)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1323/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6087/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini qərara alınmışdır. Bildirmişdir ki, ipoteka qoyan Cavabdeh2 bağladığı sazişlə sözügedən ipoteka predmeti üzərindəki mülkiyyət hüququnu Cavabdeh1 MMC-yə verməsi, qeyri-yaşayış sahəsinin sökülməsi və bunun əvəzində ipoteka qoyanın başqa əmlak alması işin mübahisə olunmayan hallarıdır. 84. Belə olan təqdirdə ipoteka predmeti üzərində mülkiyyət hüququna xitam verilməsinin qarşılığı olaraq ipoteka qoyana verilən əmlakdan ipoteka saxlayanın (iddiaçının) əvəz istəməklə alacağını həmin əmlaka yönəltmək tələbinin yuxarıda sadalanan maddi hüquq normalarına və müqavilə şərtinə uyğun olubolmamasına mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir.. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əvəzləmək barədə ipoteka qoyanın üzərinə qanun norması və özünün razılıq verdiyi müqavilə şərti ilə qoyulan öhdəlik yerinə yetirilmədikdə onun icrasına məcbur etmə ipoteka saxlayanın qaldırdığı iddia üzrə məhkəmənin qərarı əsasında həyata keçirilməlidir.

19. Göründüyü kimi, İddiaçı ASC-nin Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş əmlaklara yönəldilməsinə dair iddia tələbi mövcuddur, hazırda iş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-296/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1853/2025 saylı işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və X2 qarşı “kredit borcunun tutulması və sair” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-296/2025 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.

20. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 121/2023 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığına, yəni ipoteka predmeti olan əmlaka sərəncam verilməsi ilə bağlı ipoteka saxlayan kimi iddiaçının razılığının alınmadığına istinad edərək həmin sazişin etibarsızlığını irəli sürür.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka saxlayanın hüquqlarını nəzərə almayan və onun mənafeyi qorunmayan barışıq sazişin imzalanması və onun təsdiq edilməsinin yol verilməzliyi ilə bağlı olan dilinə mübasibətdə qeyd edir ki, barışıq sazişinin təsdiq edilməsilə bağlı qarardaddan şikayət verməyərək ipoteka predmetinin Cavabdeh1 MMC-nin mülkiyyətinə verilməsi ilə bağlı əqdi bəyənərək iddiaçı ipoteka saxlayan hüquqi statusunu itirmişdir.

22. Kollegiya qeyd etmək istəyir ki, apellyator, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında barışıq sazişi bağlanarkən məlumatlı olmasını etiraf etmişdir. Həmçinin iş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində proses iştirakçısı olduğundan barışıqı sazişinin mətninə hüquqlarının qorunmasının təmini ilə bağlı şərtlər əlavə edə və ya hər hansı digər formada münasibətini ifadə edə bilərdi.

23. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılar-dan birini tələb edə bilər: ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. Göründüyü kimi, ipoteka qoyanın ipoteka predmetinə sərəncam verilməsinə razılığı olmadığı halda, belə bir sərəncamın verilməsi ilə bağlanmış əqdə münasibətdə qanunverici ipoteka saxlayana əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək hüququ verir. Başqa sözlə, bu tələb hüququ məhz ipoteka saxlayana mənsubdur.

24. Mülki Məcəllənin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, stərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

25. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

26. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konklyudent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir (F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərar).

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında icraatı yekunlaşmış 2- 2(103)-121/2023 saylı iş üzrə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştiraka cəlb edilmiş, qərardaddan, nəticə etibari ilə sazişdən məlumatlı olmuş, lakin həmin qərardadla razı olmaması ilə bağlı iradəsini ifadə etməmiş və ya qərardaddan şikayət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə bunun səbəbinin bankın strukturunda dəyişiklik edilməsi və borcalanın borcu ödəyəcəyini vəd etməsinə görə borcun ödənilməsinin gözlənildiyi olduğunu bildirmişdir.

28. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq işin halları qiymətləndirildikdə iddiaçının hazırda etibarsızlığını irəli sürdüyü əqdə razılıq verdiyi öz təsdiqini tapır. Belə ki, etibarsızlığın digər əsaslarından fərqli olaraq hazırda etibarsızlığın hüquqi əsası kimi çıxış edən hal razılıqla bağlı məcburi hüquq qaydasının pozulmasıdır. İddiaçı ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdə razılıq vermədiyini qeyd etsə də, qərardaddan məlumatlı olduğu halda şikayət etməməsi həmin əqdi bəyəndiyini (sonradan verilən razılıq) təsdiq edir. Bu isə iddiaçının subyektiv hüququnun mövcudluğu halında belə, iddianın təmin edilməsini istisna edir.

29. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının təhlilindən görünür ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.

30. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür.

31. Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin edir.

32. Məhkəmə təsdiqi barışıq sazişinin məcburi etibarlılıq şərti deyil, çünki barışıq sazişlərinin əmələ gəlməsi üçün məhkəmə təsdiqi qanunda məcburi şərt olaraq nəzərdə tutulmamışdır.

33. Barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir.

34. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır.

35. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1853/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar