Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-898/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı BOKT MMC-nin cavabdehlər Abdullayev İslam Nazim oğlu və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-879/2025 nömrəli 04 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh İ.N.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: . İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcu kredit üzrə əsas borcun məbləği 19981,75 (on doqquz min doqquz yüz səksən bir manat yetmiş beş qəpik) AZN, kredit üzrə hesablanmış faiz borcunun məbləği 14425,59 (on dörd min dörd yüz iyirmi beş manat əlli doqquz qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 668,07 (altı yüz altmış səkkiz manat yeddi qəpik) AZN,borc üzrə iddia tələbinin cəmi 35075,41 (otuz beş min yetmiş beş manat qırx bir qəpik) AZN və iddia ərizəsinin məhkəməyə təqdimedilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 196 (bir yüz doxsan altı) AZN məbləğdə dövlət rüsumunun,həmçinin ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin cavabdeh – Abdullayev İslamNazimoğlundan tutularaq iddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********14- 05101-093003, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə cavabdeh – paylı mülkiyyət hüququ ilə cavabdeh - Abdullayev İslamNazimoğluna ½ hissə və Cavabdeh2½ hissə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.molan 8 saylı mənzilə yönəldilməsi; İpoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) AZN məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi; İpoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh – Abdullayev İslam Nazimoğlundan tutularaq iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaqi)lə cavabdeh - Abdullayev İslam Nazim oğlu arasında 11 mart 2019-cu il tarixli, 837 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Abdullayev İslam Nazim oğluna 36(otuz altı) ay müddətinə, illik 26 (iyirmi altı) % olmaqla, 43000 (qırx üç min) AZN məbləğdə kredit verilib. 11 mart 2019-cu il tarixli, 837 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı - "xxxx" MMC (ipoteka saxlayan) ilə cavabdeh – Abdullayev İslam Nazim oğlu və Cavabdeh2(ipoteka qoyanlar) arasında 11 mart 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, paylı mülkiyyət hüququ ilə cavabdeh - Abdullayev İslamNazimoğluna ½ hissə və Cavabdeh2na½ hissə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.molan 8 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********14- 05101-093003, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınıb. 11 mart 2019-cu il tarixli, 837 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 52 (əlli iki) % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Bildirmək istəyirik ki, cavabdeh - Abdullayev İslam Nazim oğluuzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini gecikdirib. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Abdullayev İslam Nazim oğlunun 11 mart 2019-cu il tarixli, 837 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə əsas borcun məbləği 19981,75 (on doqquz min doqquz yüz səksən bir manat yetmiş beş qəpik) AZN, kredit üzrə hesablanmış faiz borcunun məbləği 14425,59 (on dörd min dörd yüz iyirmi beş manat əlli doqquz qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 668,07 (altı yüz altmış səkkiz manat yeddi qəpik) AZN,borc üzrə iddia tələbinin cəmi 35075,41 (otuz beş min yetmiş beş manat qırx bir qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair pretenziya məktubu ünvanlanıb (pretenziya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-879/2025 nömrəli 04 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Abdullayev İslam Nazim oğlundan kredit müqaviləsi üzrə 19.632,80 manat əsas borc, 5090,35 manat faiz borcu, 668,07 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 167 manat və ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin əvəzi olaraq 51 manat tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi, tələb üzrə tutma cavabdehlər Abdullayev İslam Nazim oğluna və Cavabdeh2 (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********14-05101-093003, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınan, Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2½ hissə) məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.molan 8 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 150.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT MMC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ müvafiq olaraq cavabdehlər Abdullayev İslam Nazim oğluna və Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ müvafiq olaraq cavabdeh Abdullayev İslam Nazim oğlundan tutulması, qalan hissədə iddianən rədd edilməsi, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdeh Abdullayev İslam Nazim oğlundan tutularaq “Legal Prime” Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına, Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdeh Abdullayev İslam Nazim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh İ.N.Abdullayev Bakı KommersiyaMəhkəməsinin xx.xx.2025-ci il tarixli,e- 2-2(113)-879/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və əmlakın müəyyənləşdirilmiş ikin satış qiyməti hissəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq apellyasiya şikayətini geri götürdüklərini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayətdən imtina barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-in 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.3-cü maddəsinə görə, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Hazırki halda apellyator-cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətindən yazılı qaydada imtina etmişdir. İddiaçı tərəfindən Vəkil xx.xx.2024-cü il tarixli AR-İİİ 548406 nömrəli etibarnamədə onun adından bütün prosessual hərəkətlərin edilməsinə dair səhaiyyət verilmişdir. Hazırki halda MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, cavabdehin nümayəndəsivəkili tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Abdullayev İslam Nazim oğlunun nümayəndəsi-vəkili Vəkil tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-879/2025 nömrəli 04 iyun 2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2-2(103)-898/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-898/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver