Məhkəmə qərarları › İş №2-2(103)-899/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-899/2022

21.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-899/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2077/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə Xırdalan stansiyasında cavabdehə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonun verilibgötürülməsi və dalan dəmir yolunda digər əlavə manevr işlərinin həyata keçirilməsi ilə bağlı xidmətlər göstərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 43.043,63 (qırx üç min qırx üç manat altmış üç qəpik) manat və 220 (iki yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 43.263,63 (qırx üç min iki yüz altmış üç manat altmış üç qəpik) manatın Cavabdeh MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Xırdalan və Şabran stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə Cavabdeh MMC-yə 43.043,63 (qırx üç min qırx üç manat altmış üç qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2021ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir.

4. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2077/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Cavabdehnə göstərilmiş stansiya xidmətlərinə görə 32.195 (otuz iki min yüz doxsan beş) manat, 0,95 (doxsan beş) qəpik məbləğində pulun Cavabdehndən tutularaq Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat, mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən 32195,95 manat məbləğin hansı xidmətlərə görə alınması müəyyən edilməmişdir. İddiaçı 43043,63 manat yığımı cavabdehə məxsus dalana və orada yerləşən vaqonlara görə nəzərdə tutmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin dalan yolları ilə bağlı iki müddəası nəzərdə tutulur: 3.2.14. dalan yollarının, ümumi istifadədə olan dəmir yolları xətlərinə çıxış yollarının tikintisi və yenidən qurulması üçün təqdim edilən layihələrə baxılması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada texniki şərtlərin verilməsi və bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, dalan yollarının ümumi istifadədə olan dəmir yolu xətlərinə birləşdirilməsinə razılıq verilməsi; 3.2.15. dalan yollarında xidmət qaydalarının müəyyənləşdirilməsi və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsi; Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cu il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqında qərarında dalan yolları - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə məxsus olan və əsas dəmir yol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətləridir təsviri verilmişdir. Cəmiyyətin özünə məxsus dəmir yol xətlərində hərəkətsiz vaqon saxlamasına görə hər hansı bir yığımın tələb olunması qanunaziddir. Belə ki, müqavilədə yalnız iddiaçı tərəfindən dalan yolunda hər hansı bir xidmətin müqabilində ödəniş edilməsi nəzərdə tutulmuşdur ki, bu da işdə təqdim olunan ödəniş tapşırıqları ilə ödənilmişdir. İddiaçının həmin dövr ərzində cavabdehə görülən işlərin qəbul edilməsi barədə hər-hansı bir akt təqdim olunmamışdır. Bağlanmış müqavilə vaxtaşırı sifariş verilən işlərə görə ödəliklər və vəzifələrin məcmusudur. Lakin hər görülən işə görə müqaviləyə əlavə razılaşma bağlanmalıdır ki, sonradan iddiaçı tərəfindən görülən işlər təhvil-təslim aktı ilə Sifarişçiyə təhvil verilsin. İddiaçı iddia etdiyi 43043,63 manat məbləğlə bağlı gördüyü işlərə görə hər-hansı bir akt və aidiyyatı sənəd təqdim etməmişdir və ya təqdim edilməsi barədə sübutunu məhkəməyə təqdim etmədən belə, cavabdehə qanunsuz olaraq borc hesablamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

13. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

14. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

15. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

17. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhviltəslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsassızdır.

20. Belə ki, tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir.

21. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

22. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

23. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

24. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.

25. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.

26. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.

27. Belə ki, qeyd olunan maddədən də görünür ki, tapşırıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır.

28. İş materiallarında olan xx.xx.2021-xx.xx.2022-ci illər ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışdan görünür ki, "xxxx" QSC digər xərclərlə (yüklərin mühafizəsinə görə yığım və s.) yanaşı məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə görə yığım məbləğləri hesablamışdır.

29. Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixli 297 saylı hesaba əsasən müəyyən olunur ki, iddiaçı 95778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonların verilib-götürülməsi, vaqonlardan istifadə haqqı, manevra işi, mühafizə haqqı, oxa görə qoruma üçün ümumilikdə ƏDV daxil 32.670,32 manat hesablamış və xx.xx.2021-ci il tarixli 711083 saylı elektron qaimə əsasında cavabdehdən ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ayrı-ayrılıqda 560 manat və 100,8 manat məbləğində iddiaçıya pul ödənilmişdir. Həmin qaimə üzrə ödənilməmiş məbləğ 32.009,52 manat (32.670,33- 660,8) təşkil edir (i/v 72-75).

30. Cavabdeh buna etiraz edir və bildirir ki, yuxarıda nömrələri sadalanan həmin 8 ədəd vaqon iddiaçıya məxsus deyildir. Ona görə də, iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını ondan tələb edə bilməz. Vaqonlardan istifadə ilə bağlı olmayan digər xərclər isə onun tərəfindən tam ödənilmişdir.

31. Göründüyü kimi cavabdeh mübahisə predmeti olan vaqonların iddiaçıya aid olmasını mübahisələndirir. İddiaçı da məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə və onların oxuna görə qoruma ilə bağlı yığım məbləğlərini cavabdehdən tələb etdiyinə görə həmin halı, yəni sadalanan vaqonların ona məxsus olduğunu sübutetmə vəzifəsi onun üzərinə düşür.

32. Lakin iddiaçı bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

33. Bunun əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, yuxarıda nömrələri sadalanan 8 ədəd vaqon Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsusdur (i/v 49).

34. Bu baxımdan kollegiya hesab edir ki, xx.xx.2021-ci il tarixli 711083 saylı elektron qaimə üzrə ödənilməyən 32.009,52 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir.

35. Hazırda mübahisələndirilən digər hissə isə xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulması ilə bağlıdır.

36. Kollegiya hesab edir ki, həmin hissədə də iddia rədd edilməlidir.

37. Belə ki, həmin elektron qaiməyə dair “Forma 869” adlı hesab iş materiallarına əlavə edilməsə də, xx.xx.2021-ci il tarixli 2.190,61 manatlıq və xx.xx.2021-ci il tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul xx.xx.2021-ci il tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür.

38. Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, xx.xx.2021-ci il tarixli elekton qaimə xx.xx.2021-ci il tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir.

39. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş 186,43 manat (2.771,35- 2.584,92) pul qalmışdır.

40. Kollegiya hesab edir ki, həmin qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qaimədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu qaimə üzrə borcun etirafı kimi qiymətləndirilə bilməz.

41. Belə ki, işin yuxarıdakı hallarından müəyyən olundu ki, cavabdeh xx.xx.2021-ci il tarixli 711083 saylı elektron qaimə üzrə ödənişlərin bir qismini həyata keçirmiş, digər hissəsini isə haqlı olaraq iddiaçı ona xidmət göstərmədiyi üçün etməmişdir.

42. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni qaimə üzrə ödəniş tam tələb olunsa da, xidmət qismən göstərildiyi halda ödəniş də qismən həyata keçirilmişdir.

43. Qeyd olunan halları və Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, xx.xx.2021-ci il tarixli elekton qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qaimədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu həmin borcun etirafı kimi qiymətləndirilə bilməz.

44. Belə olan halda isə iddiaçı tərəf sübut etməlidir ki, o, cavabdehə həm də 186,43 manat məbləğində xidmətlər göstərmişdir.

45. Lakin o, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

46. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə də iddia rədd edilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia həmin hissədə rədd edilməlidir.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2077/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində və məhkəmə xərclərinin Cavabdeh MMC-yə aid edilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar