Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-899/2025 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “ borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, ekspert rəyi) hakimlər Mahmudova Təranə Nəriman qızından (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X2, cavabdeh cavabdeh1 iştirakları ilə iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Iddiaçı ilə cavabdeh cavabdeh1 (borcalan) arasında bağlanmış ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit razılaşmasına əsasən iddiaçı İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir.
2. ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit razılaşmasına ##.##.2020-ci il tarixli, * saylı əlavə ilə kredit müqaviləsi üzrə ödənişlərin tarixləri, əsas və fazi məbləğləri müəyyənləşdirilmişdir.
3. ##.##.2020-ci il tarixli əlavə saziş 1 ilə ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit razılaşmasına dəyişiklik edilmişdir.
4. ##.##.2020-ci il tarixli əlavə sazişlər ilə ##.##.2023-cü il tarixli, 11-MZ2-1-0- 440- ** saylı zaminlik müqavilələrinə dəyişikliklər edilmişdir.
5. Iddiaçı (kreditor), cavabdeh cavabdeh3 (zamin) və cavabdeh cavabdeh1 (borcalan) arasında bağlanmış ##.##.2023-cü il tarixli, **-MZ*-*-*-***-** saylı zaminlik müqaviləsinə görə zamin ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit razılaşması üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
6. Iddiaçı (kreditor), cavabdeh cavabdeh2 (zamin) və cavabdeh cavabdeh1 (borcalan) arasında bağlanmış ##.##.2023-cü il tarixli, **-MZ*-*-*-***-** saylı zaminlik müqaviləsinə görə zamin ##.##.2020-ci il tarixli, 11- MZ*-*-*-***-** nömrəli kredit razılaşması üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
7. Iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2024-cü il tarixli maliyyə arayışına görə ##.##.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 13022,5 manat, faiz borcu 7464,06 manat, cərimə borcu 106,46 manat, cəmi borc 20593,02 manat təşkil edir.
8. Iddiaçı tərəfindən təqdim olunmuş ****-********** nömrəli məxaric qəbzinə görə 6399 manat məbləğində kredit cavabdeh tərəfindən əldə edilmişdir.
9. Iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2020-ci il tarixli ödəniş tapşırığına görə 23500 manat məbləğində kredit cavabdeh cavabdeh1 təqdim edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyinin nəticə hissəsinə görə iş materiallarında olan ödənişləri əks etdirən hesabdan çıxarışlar və İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit verilməsinə dair müqavilənin və əlavə saziş müqavilələrinin qeyd edilmiş şərtlərinə əsasən ayrılmış kredit vəsaiti üzrə cavabdeh1 İddiaçı QSC-nə olan borcu ##.##.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 10561,35 manat, faiz borcu üzrə 11,73 manat, borcalan tərəfindən ##.##.2024-cü il tarixdən rəy verilən tarixədək 1616,0 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər nəzərə alındıqda cavabdeh1 Banka olan əsas borcu 8957,08 manat, faiz borcu 0,0 manat, ##.##.2024-cü il tarixə (iddia ərizəsinin çatdırıldığı tarixə) əsas borcu 9280,89 manat, faiz borcu 139,21 manat müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. Iddiaçı İddiaçı ASC (bundan sonra-iddiaçı) cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada ##.##.2020-ci il tarixli kredit müqaviləsi üzrə 13022,5 manat əsas borc, 7464,06 manat faiz borcu və 26,62 manat cərimə borcu olmaqla cəmi 20513,18 manat borcun, 151,54 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixli Kredit Müqaviləsinə əsasən cavabdeh1 İddiaçı ASC-nin “* saylı” filialından 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. ##.##.2020-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq ##.##.2020-ci il tarixdə cavabdeh2 və cavabdeh3ilə zaminlik müqavilələri bağlanmışdır. ##.##.2020-ci il tarixli ##.##.2020-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən Müqavilə üzrə kreditin müddəti ##.##.2023-cü il tarixədək uzadılmışdır. ##.##.2022-ci il tarixli ##.##.2020-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən Müqavilə üzrə kreditin müddəti ##.##.2025-ci il tarixədək uzadılmışdır 2024-cü ilin ########ın ##-dək cavabdeh1 banka ##.##.2020-ci il tarixli kredit müqaviləsi üzrə 13022.5 manat əsas borc, 7464.06 manat faiz borcu və 106.46 manat cərimə borcu olmaqla cəmi 20593.02 manat borcu vardır. cavabdeh1 ##.##.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 106.46 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 26.62 manat məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
13. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddia tələbi ilə qismən razı olduğunu, hazırkı iş üzrə yekun qərar qəbul edilən zaman eskpert rəyinin, həmin rəydə ödənişlərin nəzərə alındığı tarixdən sonra etdiyi ümumilikdə 4800 manat vəsaitin ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir.
14. Iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
16. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 birgə (müştərək) qaydada 4157,08 manat əsas borc, 26,62 manat dəbbə pulu, 61,84 manat dövlət rüsumu, ümumilikdə 4245,54 (dörd min iki yüz qırx beş manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 89,70 (səksən doqquz manat yetmiş qəpik) manat dövlət rüsumunun iddiaçı İddiaçı ASC-nin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (yüz) manat ekspertiza xərcinin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BIK CTREAZ22) ödənilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Işin araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh cavabdeh1 (borcalan) arasında bağlanmış ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***- ** nömrəli kredit razılaşmasına əsasən iddiaçı İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmiş, ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit razılaşmasına ##.##.2020ci il tarixli, * saylı əlavə ilə kredit müqaviləsi üzrə ödənişlərin tarixləri, əsas və fazi məbləğləri müəyyənləşdirilmiş, ##.##.2020-ci il tarixli əlavə saziş 1 ilə ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit razılaşmasına dəyişiklik edilmiş, daha sonra ##.##.2020-ci il tarixli əlavə sazişlər ilə ##.##.2023-cü il tarixli, **-MZ*-*-*-***-** saylı zaminlik müqavilələrinə dəyişikliklər edilmiş, iddiaçı (kreditor), cavabdeh cavabdeh3 (zamin) və cavabdeh cavabdeh1 (borcalan) arasında bağlanmış ##.##.2023-cü il tarixli, **-MZ*-*-*-***-** saylı zaminlik müqaviləsinə görə zamin ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit razılaşması üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Iddiaçı (kreditor), cavabdeh cavabdeh2 (zamin) və cavabdeh cavabdeh1 (borcalan) arasında bağlanmış ##.##.2023-cü il tarixli, **-MZ*-*-*-***-** saylı zaminlik müqaviləsinə görə zamin ##.##.2020-ci il tarixli, **- MZ*-*-*-***-** nömrəli kredit razılaşması üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh cavabdeh1 krеdit müqaviləsinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zaminlər) yaranmış kredit borcu məbləğləri birgə qaydada tutulmalı, cavabdehlərdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləği ##.##.2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. Həmin rəydə göstərilmişdir ki, ##.##.2024-cü il tarixdən (maliyyə arayışında göstərilən tarix) rəy verilən tarixə qədər iddiaçıya 1616 manat vəsait ödənilmiş, həmin ödənişlər nəzərə alınmaqla cavabdeh cavabdeh1 iddiaçıya olan əsas borcu 8957,08 manat, faiz borcu 0,0 manat müəyyən edilir. Bununla yanaşı, cavabdeh cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa əsasən borcalan tərəfindən banka hazırkı müqavilə üzrə rəydə nəzərə alınmış sonuncu ##.##.2024-cü il tarixli ödənişdən sonra, yəni ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixə qədər ümumilikdə 4800 manat (##.##.2024-cü ildə 800 manat, ##.##.2025-ci ildə 800 manat, ##.##.2025-ci ildə 800 manat, ##.##.2025-ci ildə 800 manat, ##.##.2025-ci ildə 800 manat, ##.##.2025-ci ildə 800 manat olmaqla) da vəsait ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən 4157,08 manat əsas borc (8957,08 manat – 4800 manat) tutularaq iddiaçıya ödənilməli, faiz borcunun tutulması hissəsində iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 61,84 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 89,70 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
19. Birinci instansiya məhkəməsi hazırkı nəticəyə gələrkən AR MM-nin 217.2, 462.1, 470.1, 472.1, 472.2, 739.2, 741-ci maddələrinə istinad etmişdir.
20. Həmin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd etmişdir ki, borc məbləği Mülki Məcəllənin istinad olunan normasına uyğun olaraq növbəliklə cərimə məbləğindən, faiz borcundan və sonda əsas borcdan silinmələr bank tərəfindən icra edilmişdir, lakin məhkəmə tərəfindən qətnamə çıxarılarkən ekspert rəyinə əsaslanılmış, həmçinin cavabdeh tərəfindən edilmiş ödənişi öz mülahizəsinə əsasən borcdan silmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Mülki işin materiallarına və təqdim olunmuş sənədlərə əsasən iddiaçı İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2020-ci il tarixli, 11- MZ*-*-*-***-** nömrəli kredit verilməsinə dair müqavilənin və əlavə sazişlər üzrə ##.##.2024-cü il tarixinə (xəbərdarlıq məktubunun verilmə tarixinə) əsas, faiz və cərimə borcunun məbləğləri ayrı-ayrılıqda nə qədərdir? Mülki işin materiallarına və təqdim olunmuş sənədlərə əsasən ##.##.2020-ci il tarixli, **- MZ*-*-*-***-** nömrəli kredit verilməsinə dair müqavilənin və əlavə sazişlər üzrə ##.##.2025-ci il tarixinədək (qətnamənin qəbul olunduğu tarixə) ödənişlər həyata keçirilmişdir və bu ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz, hansı hissəsi cərimə borcuna çıxılmışdır? ##.##.2025-ci il tarixindən sonra (qətnamənin qəbul olunduğu tarix) ödənişlər həyata keçirilmişdir və bu ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz, hansı hissəsi cərimə borcuna çıxılmışdır?
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsinə görə iş materiallarında olan ödənişləri əks etdirən hesabdan çıxarışlar və İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit verilməsinə dair müqavilənin və əlavə saziş müqavilələrinin qeyd edilmiş şərtlərinə əsasən ayrılmış kredit vəsaiti üzrə cavabdeh1 İddiaçı QSC-nə olan borcu ##.##.2024-cü il tarixə (müqaviləyə xitam verilən tarixə) əsas borcu 10.560,78 manat, faiz borcu 41,07 manat; ##.##.2025-ci il tarixə (qətnamə qəbul olunan tarixə) əsas borc 4.982,29 manat, faiz borcu 0,00 manat olmuşdur. Həmçinin ekspert tərəfindən son ödəniş tarixinə, yəni ##.##.2025-ci il tarixə əsas borcun 1.782,29 manat olduğu müəyyən olunmuşdur.
24. Iddiaçının nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, ekspert tərəfindən hesablama aparılarkən yanlışlığa yol verilərək ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli 800 manat pul məbləğini komitə qərarına əsasən geri qaytarılmasının nəzərə almayaraq ödəniş kimi təkrar hesablamışdır; bu səbəbdən iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Iş materiallarında olan bank hesabı çıxarışları, ödəniş sənədləri, komitə qərarları və digər maliyyə sənədləri əsasında müəyyən edilsin ki, ##.##.2022-ci il tarixdə və ##.##.2022-ci il tarixdə hər biri 800 manat məbləğində aparılmış əməliyyatlar kredit borcunun ödənilməsi hesabına edilmiş ödənişlər, yoxsa borcalana geri qaytarılmış vəsaitlər olmuşdur? Həmin məbləğlər kredit borcunun ödənilməsi hesabına aparılmış ödəniş hesab edilmədiyi halda, onlar nəzərə alınmadan ##.##.2024-cü il (müqaviləyə xitam verildiyi tarixə) və ##.##.2025-ci il (qətnamə qəbul olan tarixə) tarixlərə borcalanın əsas, faiz və cərimə borcunun məbləğləri ayrı-ayrılıqda nə qədərdir? Tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli kredit müqaviləsi üzrə iş materiallarında olan bütün ödəniş sənədləri, bank çıxarışları və digər maliyyə sənədləri nəzərə alınmaqla borcalan tərəfindən faktiki ödənilmiş məbləğ, həmin ödənişlərin təyinatı, eləcə də ##.##.2024-cü il (müqaviləyə xitam verildiyi tarixə) və ##.##.2025-ci il (qətnamə qəbul olan tarixə) tarixlərə əsas, faiz və cərimə borcunun məbləğləri ayrıayrılıqda nə qədərdir?
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **/**** nömrəli ekspert rəyinin nəticə hissəsinə görə iş materiallarında olan ##.##.2020- ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit verilməsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh1 İddiaçı QSC-nə olan borcu ##.##.2024-cü il tarixə (müqaviləyə xitam verilən tarixə) əsas borcu 13.061,99 manat, faiz borcu 50,80 manat; ##.##.2025-ci il tarixə (qətnamə qəbul olunan tarixə) əsas borc 7.792,84 manat, faiz borcu 0,00 manat olmuşdur. Həmçinin ekspert bildirmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən ##.##.2022-ci il tarixdə ödənilmiş 800,00 manat və ##.##.2022-ci il tarixdə ödənilmiş 800,00 manat məbləğində aparılmış əməliyyatlar bankın ##.##.2022-ci il tarixli qərarına əsasən borcalana geri qaytarılmış və aidiyyəti üzrə əsas və faiz borcundan slinmişdir. Qeyd edilir ki, hazırkı tədqiqat zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh1 tərəfindən ##.##.2025-ci il tarixdən sonrakı dövrdə 3.200,00 manat məbləğində ödəniş edilmiş, lakin borc məbləğinin hesablanma tarixi ##.##.2025-ci il tarixə göstərildiyindən 3.200,00 manat məbləğində ödənişlər nəzərə alınmamışdır.
27. Iddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
28. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
34. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
39. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin rədd edildiyi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddianın qismən təmin olunmasına baxmayaraq cavabdeh qətnamədən şikayət verməmiş, iddiaçı isə faktiki olaraq qətnaməni əsas və faiz borcunun məbləği hissəsində mübahisələndirmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə izahatları, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
51. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
52. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
53. Yuxarıda qeyd olunduğu kimi, ##.##.2020-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit razılaşmasına və razılaşmaya əlavələrə əsasən cavabdeh1 kredit ##.##.2025-ci il tarixinədək verilmiş, iddiaçı bank isə həmin müqavilə üzrə borc məbləğlərini ##.##.2024-cü il tarixinə qədər hesablayıb tələb etmişdir.
54. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə ##.##.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) borcun məbləği müəyyənləşdirilmişdir.
55. Lakin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Bank tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubunda kredit müqaviləsi üzrə borcun 5 gün ərzində tam ödənilməsi tələb edilmiş, həmin məktub cavabdehə ##.##.2024-cü il tarixdə çatdırılmışdır. Buna görə faiz borcunun həmin tarixədək hesablanması qanunvericiliyə uyğun olmamışdır.
56. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.
57. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq hesab etmişdir ki, sözügedən kredit müqavilələri üzrə məhz həmin müqavilələrin müddətlərinin başa çatdığı tarixlərə hesablanmış faiz borcları cavabdehlərdən tutulmalıdır.
58. Cavabdehin ##.##.2024-cü il tarixinə borcunun məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, lakin iddiaçı bank ekspert hesablamasında ##.##.2022 və ##.##.2022-ci il tarixlərdə ödənilmiş 800 manat məbləğində ödənişlərin cavabdehə geri qaytarılmasının nəzərə alınmadığını bildirmişdir. Bu halın yoxlanılması məqsədilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
59. Iş üzrə təyin edilmiş ekspert rəyləri, hesabdan çıxarış məlumatları və iddiaçının təqdim etdiyi maliyyə arayışı nəzərə alan kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı alınmış təkrar ekspertiza rəyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud deyil.
60. Ekspert rəyi ilə ##.##.2025-ci il tarixə əsas borcun 7.792,84 manat, faiz borcunun isə 0,00 manat olduğu müəyyən edilmişdir. Buna görə qətnamə əsas borcunun tutulması hissəsində müvafiq qaydada dəyişdirilməlidir.
61. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **/**** nömrəli ekspert rəyinin nəticə hissəsinə görə ##.##.2022-ci il tarixdə ödənilmiş 800,00 manat və ##.##.2022-ci il tarixdə ödənilmiş 800,00 manat məbləğində aparılmış əməliyyatlar bankın ##.##.2022-ci il tarixli qərarına əsasən borcalana geri qaytarılmış və aidiyyəti üzrə əsas və faiz borcundan silinmişidir. cavabdeh1 İddiaçı QSC-nə olan borcu ##.##.2024-cü il tarixə (müqaviləyə xitam verilən tarixə) əsas borcu 13.061,99 manat, faiz borcu 50,80 manat; ##.##.2025-ci il tarixə (qətnamə qəbul olunan tarixə) əsas borc 7.792,84 manat, faiz borcu 0,00 manat olmuşdur.
62. Həmçinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh1 tərəfindən ##.##.2025-ci il tarixdən sonrakı dövrdə 3.200,00 manat məbləğində ödəniş edilmişdir.
63. Ölkədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması funksiyasını yerinə yetirən Ali Məhkəmənin bənzər işlərlə bağlı qərarlarında (Ali Məhkəmənin “xxxx” BOKT açıq səhmdar cəmiyyətinin X1 qarşı iddia tələbi üzrə ##.##.2021-ci il tarixli qərarı) da vurğulanmışdır ki, “bu cür məhkəmə təcrübəsinin formalaşması məqbul sayılmır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra ödənişləri də təhlil etməklə borcu tutması, iddia tələbinin hədləri baxımından qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilən ödənişlərlə bağlı öz mülahizəsini qətnamənin əsaslandırıcı hissəsində göstərə bilər (məsələn x manat pulun ödənilməsi icra icraatı zamanı nəzərə alınmalıdır və s.)”.
64. Kollegiya qeyd edir ki, 3.200 manat məbləğində ödəniş birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra həyata keçirildiyindən, həmin ödəniş qətnamə ilə müəyyən edilmiş borcun məbləğinin azaldılması üçün əsas deyil və qətnamənin icrası zamanı nəzərə alınmalıdır.
65. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
66. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın dəyəri olan 720 manat pul vəsaiti iddiaçı və cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 75,77 manat dövlət rüsumunun 28,80 manatı cavabdehlərdən tutuaraq iddiaçıya ödənməli, qalan hissəsi isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI: Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi kredit müqavilələri üzrə əsas borcun məbləği hissəsində dəyişdirilsin. Cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 birgə (müştərək) qaydada 7.792,84 (yeddi min yeddi yüz doxsan iki manat, səksən dörd qəpik) manat əsas borc pul tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 720 (yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı ASC və cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 75,77 manat dövlət rüsumunun 28,80 (iyirmi səkkiz manat, səksən qəpik) manatı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 birgə (müştərək) qaydada tutuaraq iddiaçı İddiaçı ASC-yə ödənilsin, dövlət rüsumunun qalan hissəsi apellyatorun özünə aid edilsin. Qətnamədən İddiaçı ASC onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.