Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-9/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: xarici elementli mübahisə, milli məhkəmələrin beynəlxalq səlahiyyəti, diplomatik toxunulmazlıq hüququ, müqavilə bağlamaq öhdəliyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X14, cavabdeh - X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi (vəkili) Nümayəndə3 iştirakları ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı “icarə müqavilələrinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və icarə haqqının ödənilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin (Səfirlik) aşağıdakı əmlakları barədə məlumat (ünvan, əmlakın hansı əsasla və nə vaxt Səfirliyin balansına keçməsi, eləcə də əmlakın qiyməti) təqdim edilmişdir.
2. ünvan 1 və Bakı şəhəri, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi), 1 nömrəli evə dair:
- ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 18 sentyabr 1996-cı il tarixli 008196 nömrəli alqı-satqı müqaviləsi əsasında Bağırov Z.A. tərəfindən X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinə satılmışdır. - ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 19 sentyabr 1996-cı il tarixli 008195 nömrəli alqı-satqı müqaviləsi əsasında Bağırov Z.A. tərəfindən X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinə satılmşdır. - Bakı şəhəri, Ə.Hüseynzadə 42 ünvanında və Bakı şəhəri, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi) 1 ünvanında yerləşən daşınmaz əmlaklar 24 sentyabr 1996-cı il tarixli qeydiyyat vəsiqəsi (MH seriyalı 048362 nömrəli) əsasında 1/3 payda X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası İV (dördüncü) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - 640 m2, 1 m2 torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 6.6; 1 m2 torpaq sahəsinin normativ qiyməti – 26.4; torpaq sahəsinin normativ (satış) qiyməti – 16 896 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 140,80 manat; torpaq sahəsinin illik icarə haqqı – 1689,6 manat müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə 24 sentyabr 1996-cı il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 33 851,05 manat təşkil edir. - “X5” MMC tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyinə (hesabatına) əsasən, ünvan 1, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi) ev 1, C.Qaryağdıoğlu küçəsi ev 20 (A tikilisi 3 otaq) ünvanında yerləşən 640 kv.m. torpaq sahəsinin 04 aprel 2023-cü il tarixinə bazar dəyəri 960 000 manat təşkil edir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası İV (dördüncü) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - 640 m2, bazar dəyəri – 960 000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 28 800 manat, aylıq icarə haqqı – 2400 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə 05 oktyabr 2016-cı il tarixindən 31 mart 2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 186 890,34 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. - Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş ünvan 6 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (X8 Mərkəzi) mövcuddur.
3. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair:
- ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 3274,7 m2 olan Mədəniyyət Mərkəzinin ailə yataqxanası, qızlar yataqxanası və kitabxana 21 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X Respublikasının Bakıdakı Səfirliyinin adına mülkiyyət hüquqi əsasında qeydiyyata alınmışdır (reyestr nömrəsi 131). - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında yerləşən qeyri-yaşayış binası X (onuncu) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 25 453 m2 (o cümlədən 10 000 m2dək – 10 000 m2; 10 000 m2-dən – 15 453 m2), 1 m2 torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 2.4; 1 m2 torpaq sahəsinin normativ qiyməti – 9.6; torpaq sahəsinin normativ (satış) qiyməti – 244 348,8 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 2036,24 manat; illik icarə haqqı 24 434,8 manat manat qəbul edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə 21 dekabr 2001-ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 361 465,44 manat təşkil edir. - “X5” MMC tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyinə (hesabatına) əsasən, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında yerləşən 25 453 m2 torpaq sahəsinin 04 aprel 2023-cü il tarixə bazar dəyəri 8 908 550 manat təşkil edir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə əsasən, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında yerləşən qeyri-yaşayış binası X (onuncu) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 25 453 m2 (o cümlədən 10 000 m2dək – 10 000 m2; 10 000 m2-dən – 15 453 m2 bazar dəyəri – 8 908 550 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 267 256,50 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 22 271,38 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə 05 oktyabr 2016-cı il tarixindən 31 mart 2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 1 734 293,91 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. - Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (X10 adına Mədəniyyət Mərkəzi (ailə yataqxanası, qızlar yataqxanası və kitabxana) mövcuddur.
4. ünvan 10 nömrəli evə dair:
- ünvan 10 nömrəli fərdi yaşayış evi 05 noyabr 2011-ci il tarixli dəyişmə müqaviləsi əsasında digər daşınmaz əmlakla dəyişdirilərək X Respublikasının Mədəniyyət Mərkəzinin mülkiyyətinə verilmişdir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 630 m2, 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.9; 1 m2 torpaq sahəsinin normativ qiyməti – 23,6; torpaq sahəsinin normativ (satış) qiyməti – 14 868 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 1486,8 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 123,9 manat məbləğində müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə 05 noyabr 2011-ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 7310,1 manat təşkil edir. - “X5” MMC tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyinə (hesabatına) əsasən, ünvan 10 ünvanında yerləşən 630 m2 torpaq sahəsinin 04 aprel 2023-cü il tarixə bazar dəyəri 945 000 manat təşkil edir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 630 m2, bazar dəyəri – 945 000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 28 350 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 2365,5 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə 05 oktyabr 2016-cı il tarixindən 31 mart 2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 183 970,16 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. - Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş ünvan 11 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (X26 Rəhbərinin Dəftərxanasının Bakı nümayəndəliyi) mövcuddur.
5. ünvan 12 nömrəli evə dair:
- ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak 24 noyabr 2000-ci il tarixli 109783 nömrəli alqı-satqı müqaviləsi əsasında X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinə satılmışdır. - ünvan 12 ünvanında yerləşən ev QYM seriyalı 000774 nömrəli 05 dekabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında X Respublikasının Mədəniyyət Mərkəzinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə əsasən, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 1020 m2, 1 m2 torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.9; 1 m2 torpaq sahəsinin normativ qiyməti – 23,6; torpaq sahəsinin normativ (satış) qiyməti – 24 072 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 2407,2 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 200,6 manat məbləğində müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə 05 dekabr 2000-ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 38 121,55 manat təşkil edir. - “X5” MMC tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyinə (hesabatına) əsasən, ünvan 12 ünvanında yerləşən 1020 m2 torpaq sahəsinin 04 aprel 2023-cü il tarixinə bazar dəyəri 1 530 000 manat təşkil edir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 1020 m2, bazar dəyəri – 1 530 000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 45 900 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 3825 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə 05 oktyabr 2016-cı il tarixindən 31 mart 2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 297 856,45 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. - Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş ünvan 12 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (“Əhli-Beyt Hüseyniyyə” Namaz evi) mövcuddur.
6. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 72 V nömrəli evə dair:
- Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ünvanında yerləşən 72 V nömrəli fərdi yaşayış evi 22 oktyabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Majid Mahammadianın adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş (FM seriyalı 031428 nömrəli), 29 iyul 2010-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Majid Mahammadian tərəfindən X Respublikasının Bakıdakı Səfirliyinə satılmışdır. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə əsasən, ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 652 m2, 1 m2 torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.9; 1 m2 torpaq sahəsinin normativ qiyməti – 23,6; torpaq sahəsinin normativ (satış) qiyməti – 15 387,2 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 1538,72 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 128,23 manat məbləğində müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə 29 iyul 2010-cu il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 9523,21 manat təşkil edir. - “X5” MMC tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli MQM 03-184- 751/2023 saylı qiymətləndirmə rəyinə (hesabatına) əsasən, ünvan 13 ünvanında yerləşən 652 m2 torpaq sahəsinin 04 aprel 2023-cü il tarixə bazar dəyəri 978 000 manat təşkil edir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 652 m2, bazar dəyəri – 978 000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 29 340 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 2445 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə 05 oktyabr 2016-cı il tarixindən 31 mart 2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 190 394,52 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. - Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş ünvan 13 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və foto şəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (İran Radio- Televizasiyasının Bakı nümayəndəliyi) mövcuddur.
7. Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov küçəsi 15 (B tikilisi) nömrəli evə dair:
- ünvan 15 ünvanında yerləşən daşınmaz əmlak 18 iyul 2000-ci il tarixli 103903 nömrəli alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən X Respublikasının Mədəniyyət Mərkəzinə satılmşdır. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov küçəsi ev 15 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 200 m2, 1 m2 torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.9; 1 m2 torpaq sahəsinin normativ qiyməti – 23,6; torpaq sahəsinin normativ (satış) qiyməti – 4720 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 472 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 39,33 manat məbləğində müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə 11 avqust 2000-ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 7623,68 manat təşkil edir. - “X5” MMC tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyinə (hesabatına) əsasən, ünvan 16 ünvanında yerləşən 200 m2 torpaq sahəsinin 04 aprel 2023-cü il tarixə bazar dəyəri 300 000 manat təşkil edir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 200 m2, bazar dəyəri – 300 000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 9000 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 750 manat qəbul edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə 05 oktyabr 2016-cı il tarixindən 31 mart 2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 58 403,23 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. - Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunan ünvan 16 ünvanının yerləşdiyi ərazini etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri- yaşayış obyekti (İİR Mədəniyyət Mərkəzi) mövcuddur.
8. Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi 5 nömrəli evin 1 nömrəli mənzilə dair:
- ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 63,2 m2 olan daşınmaz əmlak X16 tərəfindən 25 dekabr 1996-cı il tarixli 005501 nömrəli alqı-satqı müqaviləsi əsasında Mehdi Səmsara satılmışdır. - ünvan 17 22 aprel 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən “İrna” Agentliyinin nümayəndəliyinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir (MH seriyalı 075900 nömrəli). - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi ev 5 ünvanında yerləşən qeyri-yaşayış binası İİ (ikinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 152 m2, 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 8; 1 m2 torpaq sahəsinin normativ qiyməti – 32; torpaq sahəsinin normativ (satış) qiyməti – 4864 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 486,4 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 40,53 manat qəbul edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə 22 aprel 1997-ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 9463,18 manat təşkil edir. - “X5” MMC tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyinə (hesabatına) əsasən, ünvan 17 ünvanında yerləşən 152 m2 torpaq sahəsinin 04 aprel 2023-cü il tarixə bazar dəyəri 304 000 manat təşkil edir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi ev 5 ünvanında yerləşən qeyri-yaşayış binası İİ (ikinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 152 m2, bazar dəyəri – 304 000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 9120 manat, verilən torpaq sahəsinin aylıq icarə haqqı – 760 manat müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə 05 oktyabr 2016-cı il tarixindən 31 mart 2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 59 181,94 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. - Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə ünvan 17 ünvanının yerləşdiyi ərazinin koordinasiyalarını əks etdirən xəritə (sxem) və foto şəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (İRNA-nın AR-dakı keçmiş nümayəndəliyi (hazırda qonaq evi kimi istifadə olunur)) mövcuddur.
9. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə dair: - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 14 ünvanında yerləşən yardımçı, inzibati binalar və talvar 000728 nömrəli 28 yanvar 2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X4 xüsusi mülkiyyətində olmuşdur. - Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən “Sağlamlıq və Ticarət Mərkəzi” “Aytən” kiçik müəssisəsi tərəfindən 24 aprel 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə satılmışdır. - Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel prospekti) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən “Sağlamlıq və Ticarət Mərkəzi” 000858 nömrəli 10 iyun 2003-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xüsusi mülkiyyətidir. - Əmlak Məsələləri Dövlət Komitəsinin 09 yanvar 2015-ci il tarixli 10 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 142 nömrəli sərəncamı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən, Sağlamlıq və Ticarət Mərkəzinin istifadəsindəki 3345.8 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilmiş və qeyd olunan sərəncam əsasında həmin torpaq sahəsinin satılmasına dair İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə “Aytən” KM arasında imzalanmış xx.xx.2003-cü il tarixli 91 nömrəli alqı-satqı müqaviləsi və “Aytən” KM-nin adına verilmiş xx.xx.2003-cü il tarixli, 002522 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə ləğv edilmiş, torpaq sahəsi dövlət mülkiyyətinə qaytarılmışdır. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel prospekti) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası Vİ (altıncı) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - 3000 m2, 1 m2 torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.2; 1 m2 torpaq sahəsinin normativ qiyməti – 20.8; torpaq sahəsinin normativ (satış) qiyməti – 62 400 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 520 manat; torpaq sahəsinin illik icarə haqqı – 6240 manat məbləğində müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə 10 iyun 2003-cü il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 83 130,67 manat təşkil edir. - “X5” MMC tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyinə (hesabatına) görə, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel prospekti) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən 3000 m2 torpaq sahəsinin 04 aprel 2023-cü il tarixə bazar dəyəri 5 400 000 manat təşkil edir. - “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəli”nə görə, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası Vİ (altıncı) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - 3000 m2, bazar dəyəri – 5 400 000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 162 000 manat, icarəyə verilən torpaq sahəsinin torpaq vergisinə uyğun illik icarə haqqı - 600 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 13 500 manat olmaqla, illik icarə haqqı 162 000 manat qəbul edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə 05 oktyabr 2016- cı il tarixindən 31 mart 2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 1 051 258,06 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. - Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (İran Təhsil Kompleksi) mövcuddur.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28 mart 2023-cü il tarixdə Səfirliyə “İstifadə edilən torpaq sahələrinin icarəyə götürülməsi barədə” bildiriş (pretenziya məktubu) ünvanlanaraq dövlətə məxsus torpaq sahələrinə dair 2 gün müddətində icarə müqaviləsinin bağlanması, həmçinin dövlət torpağından istifadə etdikləri müddət üçün icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlığı edilmişdir.
11. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 03 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvanladığı “İstifadə edilən torpaq sahələrinin icarəyə götürülməsi barədə bildiriş” X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə təqdim edilmişdir.
12. X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin 28 mart 2023-cü il tarixli bildiriş məktubu ilə bağlı 05 aprel 2023-cü il tarixli notasında göstərilmişdir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən daxil olmuş sözügedən nota və ona əlavə olunmuş bildiriş məktubu ətraflı şəkildə araşdırılması və baxılması məqsədilə X Respublikasının Xarici İşlər Nazirliyinə yönləndirilmişdir. Məsələyə baxıldıqdan sonra, məsələ ilə bağlı X Respublikasının aidiyyəti orqanları tərəfindən Səfirliyə məlumat daxil olan kimi dərhal bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə cavab veriləcəkdir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (iddiaçı) X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 5, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi) ev 1, C. Qaryağdıoğlu küçəsi ev 20 (A tikilisi 3 otaq) ünvanında X2 yerləşdiyi torpaq sahəsinə dair aylıq icarə haqqı 2400 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və 24 sentyabr 1996-cı il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış 33 851 manat, 05 oktyabr 2016-cı il tarixindən 01 aprel 2023-cü il tarixinə qədər hesablanmış 186 890 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; Bakı şəhəri, Xətai rayonu məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında Səfirliyin Şəhriyar adına Mədəniyyət Mərkəzinin ailə yataqxanası, qızlar yataqxanası və kitabxananın yerləşdiyi torpaq sahəsinə dair aylıq icarə haqqı 22 271 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və 21 dekabr 2001-ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış 361 465 manat, 05 oktyabr 2016-cı il tarixindən 01 aprel 2023-cü il tarixinə qədər hesablanmış 1 734 293 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 11 ünvanında X28 Rəhbərinin Dəftərxanasının Bakı nümayəndəliyinin yerləşdiyi torpaq sahəsinə dair aylıq icarə haqqı 2365 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və 05 noyabr 2011ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış 7310 manat, 05 oktyabr 2016-cı il tarixindən 01 aprel 2023-cü il tarixinə qədər hesablanmış 183 970 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 12 ünvanında “X15 Evi”nin yerləşdiyi torpaq sahəsinə dair aylıq icarə haqqı 3825 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və 05 dekabr 2000-ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış 38 121 manat, 05 oktyabr 2016-cı il tarixindən 01 aprel 2023-cü il tarixinə qədər hesablanmış 297 856 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 13 ünvanında İran Radio-Televiziyasının Bakı Nümayəndəliyinin yerləşdiyi torpaq sahəsinə dair aylıq icarə haqqı 2445 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və 29 iyul 2010-cu il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış 9523 manat, 05 oktyabr 2016-cı il tarixindən 01 aprel 2023-cü il tarixinə qədər hesablanmış 190 394 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 16 ünvanında X Respublikasının Mədəniyyət Mərkəzinin yerləşdiyi torpaq sahəsinə dair aylıq icarə haqqı 750 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və 11 avqust 2000-ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış 7623 manat, 05 oktyabr 2016-cı il tarixindən 01 aprel 2023-cü il tarixinə qədər hesablanmış 58 403 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 22 ünvanında İRNA-nın Azərbaycan Respublikasındakı keçmiş nümayəndəliyinin (hazırda qonaq evi kimi istifadə olunur) yerləşdiyi torpaq sahəsinə dair aylıq icarə haqqı 760 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və 22 aprel 1997-ci il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış 9463 manat, 05 oktyabr 2016-cı il tarixindən 01 aprel 2023-cü il tarixinə qədər hesablanmış 59 181 manat məbləğində icarə haqqı borunun ödənilməsi; Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel prospekt) ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ünvanında İran Təhsil Kompleksinin yerləşdiyi torpaq sahəsinə dair aylıq icarə haqqı 13 500 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və 10 iyun 2003-cü il tarixindən 05 oktyabr 2016-cı il tarixinə qədər hesablanmış 83 130 manat, 05 oktyabr 2016-cı il tarixindən 01 aprel 2023-cü il tarixinə qədər hesablanmış 1 051 258 manat məbləğində icarə haqqı borcunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbləri belə əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı X Respublikasının Azərbaycan Respublikasındakı diplomatik və digər rəsmi nümayəndəlikləri tərəfindən Bakı şəhərinin Yasamal, Xətai, Nərimanov və Səbail rayonlarında onlara məxsus müxtəlif qeyri-yaşayış təyinatlı tikililərin yerləşdiyi torpaq sahələrindən icarə müqavilələri olmadan istifadə edilməsi faktları aşkar olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsi ilə 28 mart 2023-cü il tarixli nömrəli bildiriş göndərilərək, müvafiq torpaq sahələrinə dair 2 gün müddətində icarə müqavilələrinin bağlanılması və torpaq sahələrindən istifadə edilmiş müddət üçün icarə haqqının ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən bununla bağlı hər hansı tədbir görülməmişdir. Cavabdeh qeyd edilən bildirişlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanladığı 05 aprel 2023-cü il tarixli ******* nömrəli cavab notasında qeyd etmişdir ki, “daxil olmuş nota və ona əlavə olunmuş bildiriş məktubunun ətraflı şəkildə araşdırılması və baxılması məqsədilə X Respublikasının Xarici İşlər Nazirliyinə yönləndirilmişdir. Məsələyə baxıldıqdan sonra, məsələ ilə bağlı X Respublikasının aidiyyəti orqanları tərəfindən Səfirliyə məlumat daxil olan kimi dərhal bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə cavab veriləcəkdir”. Cavabdehin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanladığı 05 aprel 2023-cü il tarixli ******* nömrəli notasının məzmunundan da aydın olur ki, cavabdeh dövlət torpaq sahələrindən istifadə faktını inkar etmir, lakin əsassız olaraq icarə müqavilələrinin bağlanılmasından yayınır. Cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə qeyd edilən torpaq sahələrinə dair icarə müqaviləsinin bağlanılmasından yayınması əsassızdır və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqavilələrinin bağlanılması öhdəliyi qoyulmalıdır. Belə ki, qeyd edilən torpaq sahələrində yerləşən tikililər X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mülkiyyətində olsa da, həmin tikililərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə əsasən cavabdehin mülkiyyətində ola bilməz və yalnız icarə müqaviləsi əsasında istifadə edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin maddənin 3-cü hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi xarici dövlətlərin mülkiyyətində ola bilməz və xarici dövlətlər yalnız icarə müqaviləsi əsasında torpaq sahəsində istifadə edə bilərlər. Fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, Bakı şəhərinin Yasamal, Xətai, Nərimanov və Səbail rayonlarında müxtəlif qeyri-yaşayış təyinatlı tikililərin yerləşdiyi torpaq sahələrinin icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin rəylərinə əsasən torpaq sahələrinin bazar dəyəri müəyyən edilmişdir. Beləliklə, iddianın predmeti olan torpaq sahələrinin 05 oktyabr 2016-cı il tarixinə qədər torpağın normativ qiyməti və həmin tarixdən sonra torpağın bazar qiyməti əsasında müəyyən edilmiş aylıq icarə haqları (§ 2- 9) dövlət büdcəsindən yayındırılmışdır.
15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
16. Birinci instansiya məhkəməsinin 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması, iddianın verilməsinə görə ödənilməli olan 2546,37 manat məbləğində dövlət rüsumunun X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
17.1. Hazırkı mübahisədə cavabdeh qismində X Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, yəni xarici dövlətin dövlət orqanı çıxış etdiyindən mübahisə xarici elementlidir. Mübahisə xarici elementli olduğundan ilk növbədə Azərbaycan Respublikası məhkəmələrinin sözügedən mübahisəyə baxmağa səlahiyyətli olubolmaması məsələsinə qiymət verilməli və bu zaman mübahisədə tərəf qismində iştirak edən xarici dövlətin (hazırkı halda xarici dövlətin orqanının) benəlxalq xüsusi hüquq subyektliyinin spesifikliyi də nəzərə alınmalıdır.. 17.2. Göstərilən məsələlərlə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası və X Respublikasının iştirak etdiyi beynəlxalq çoxtərəfli və ikitərəfli müqavilələrdə xarici dövlətlərin (onların dövlət orqanlarının) iştirakı ilə mülki (kommersiya) mübahisələrə baxılması xüsusiyyətləri ilə bağlı normalar əks olunmasa da, göstərilən normalar Azərbaycan Respublikası və X Respublikasının iştirak etmədiyi, lakin beynəlxalq adət normaları kimi qəbul edilən bir sıra universal və regional beynəlxalq müqavilələrdə (“Dövlətlərin və onların mülkiyyətinin yurisdiksiya immunitetləri” barədə 2 dekabr 2004-cü il tarixli BMT Konvensiyası, “Dövlətlərin immunitetləri haqqında” 16 may 1972-ci il tarixli Avropa Konvensiyası) təsbit edilmiş, eləcə də beynəlxalq xüsusi hüquq dokrinasında da dövlətlərin (və ya onların orqanlarının) xarici elementli mübahisələrdə iştirakının prinsipləri formalaşmışdır. 17.3. Hazırkı halda mübahisə tərəflər arasında (tərəflərdən biri xarici dövlətin orqanıdır) mülki hüquqi əqdin (icarə müqaviləsinin) bağlanması və əqd üzrə öhdəliyin icrası (icarə haqqının tutulması) ilə bağlıdır. Digər tərəfdən mübahisənin bağlı olduğu mülki hüquqi əqd - torpaq icarə müqaviləsi hüquqi təbiətinə görə ikitərəfli və əvəzli müqavilə olmaqla icarəçi (xarici dövlətin dövlət orqanı) tərəfindən həmin əqdin bağlanmasında məqsəd digər şəxsin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək, eləcə də həmin torpaq sahəsindən bəhrələnmək və gəlir götürməkdən ibarət olduğundan həmin müqavilənin bağlanmasının xarici dövlətin dövlət hakimiyyəti daşıyıcısı – suveren kimi həyata keçirdiyi fəaliyyətdən irəli gəlməsi müəyyən edilmir. Əksinə yuxarıda da qeyd edildiyi kimi icarə müqaviləsinə əsasən icarəçi torpaq sahəsindən istifadə etmək hüququ ilə yanaşı icarə obyektinin bəhərindən istifadə etmək və gəlir götürmək hüququ da əldə etdiyindən xarici dövlətin hazırkı müqavilənin bağlanması ilə bağlı fəaliyyəti kommersiya fəaliyyətinə aid edilməlidir. Beləliklə, hazırkı mübahisə xarici dövlətin xüsusi şəxs qismində həyata keçirdiyi kommersiya fəaliyyəti ilə bağlı olduğundan mübahisəyə xarici dövlətin immunitetinin şamil edilməsi istisna olunur. 17.4. Beynəlxalq ərazi aidiyyəti qaydalarına əsasən Azərbaycan Respublikası məhkəmələrinin mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması məsələsinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası və X Respublikası arasında bağlanmış “Hüquqi yardım haqqında” 21 fevral 1998-ci il tarixli müqavilədə hansı dövlətin məhkəmələrinin hər iki dövlətin hüquqi və ya fiziki şəxslərinin iştirak etdiyi mülki mübahisələrə baxmaqda səlahiyyətli olmasını müəyyən edən normalar əks olunmuşdur. Belə ki, həmin müqavilənin 19.1-ci maddəsinə əsasən əgər bu müqavilə ilə digər qayda müəyyən edilməmişsə, cavabdehin razılığa gələn tərəflərin birinin ərazisində yaşayış yeri olduqda, o tərəfin məhkəmələri mülki və ailə işlərinə baxmağa səlahiyyətlidirlər. Hüquqi şəxslərə münasibətdə onların idarəçilik orqanı, nümayəndəliyi, yaxud filialı digər Razılığa gələn tərəfin ərazisində olduqda, bu tərəfin məhkəməsi həmin iddiaya baxmağa səlahiyyətlidirlər. 17.5. Göründüyü kimi hazırkı halda kommersiya mübahisəsi üzrə cavabdeh xarici dövlətin – X Respublikasının Azərbaycan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən diplomatik nümayəndəliyi - səfirliyi olduğundan Azərbaycan Respublikası ilə X Respublikası arasında bağlanmış ikitərəfli müqaviləyə, eləcə də MPM-in xarici şəxslərin iştirakı ilə icraatın aparılması qaydalarını müəyyən edən normalarına əsasən Azərbaycan Respublikasının məhkəmələri mübahisəyə baxmaqda səlahiyyətlidirlər. 17.6. Mübahisəyə tətbiq edilməli olan hüquqa münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası ilə X Respublikası arasında bağlanmış çoxtərəfli və ikitərəfli müqavilələrdə hazırkı mübahisəyə tətbiq ediləcək hüququ müəyyən edən kollizion normalar nəzərdə tutulmadığından mübahisəyə tətbiq edilməli olan hüquq “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş kollizion normalara əsasən müəyyən edilməlidir.Azərbaycan Respublikasının məhkəmələri mübahisəyə baxmaqda səlahiyyətlidirlər 17.7. Beləliklə, hazırkı mübahisə Bakı şəhərində yerləşən torpaq sahələrinə dair tərəflər arasında icarə müqavilələrinin bağlanması ilə bağlı olduğundan mübahisəyə “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 25.2.1-ci bəndinə əsasən daşınmaz əmlakın olduğu ölkənin, yəni Azərbaycan Respublikasının hüququ tətbiq edilməlidir. 17.8. Hazırda iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sözügedən torpaq sahələrinə dair icarə müqavilələrinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən müvafiq torpaq sahələrindən istifadəyə görə haqqın tutulmasını xahiş edir. 17.9. Birinci tələblə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.3-cü maddəsi müqavilə bağlamağa məcburetməyə yalnız müqavilə bağlamaq vəzifəsinin qanunda və ya tərəfin könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallarda yol verir. 17.10.Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi xarici hüquqi və fiziki şəxslər, eləcə də xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız səlahiyyətli şəxslərlə (hazırkı halda müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarına münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti ilə) icarə müqaviləsini bağlamaqla əldə edə bilərlər. 17.11. Bununla bağlı məhkəmə qeyd edir ki, mülkiyyətində Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak (obyekt, müəssisə və s.) olan xarici hüquqi və fiziki şəxslər, eləcə də xarici dövlətlər həmin daşınmaz əmlaklar üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirərkən mütləq qaydada həmin əmlakların yerləşdiyi torpaq sahələrindən də istifadə edirlər. Bu baxımdan qanunverici (Torpaq Məcəlləsinin 48.3-cü maddəsində) Azərbaycan Respublikasında yerləşən torpaq sahələrinin xarici fiziki və hüquqi şəxslərin, eləcə də xarici dövlətlərin mülkiyyətinə və istifadəsinə verilməsini istisna etməklə və sonuncuların torpaq sahələrindən istifadə etmək imkanını həmin sahələrə dair icarə hüququna malik olduqları hallarla məhdudlaşdırmaqla faktiki olaraq mülkiyyətində Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak olan xarici fiziki və hüquqi şəxslərin, eləcə də xarici dövlətlərin üzərinə həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahələrinə dair icarə müqaviləsi bağlamaq öhdəliyini qoymuşdur. 17.12.Odur ki, cavabdeh X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi sahibliyində və istifadəsində olan yuxarıda göstərilən qeyri-yaşayış sahələrinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən Əmlak Məsələləri Dövlət Xidməti ilə torpaq icarəsi müqaviləsi bağlamadan istifadə etməklə Torpaq Məcəlləsinin, “Torpaq icarəsi haqqında” qanunun və digər normativ hüquqi aktların tələblərinin pozuntusuna yol verməklə yanaşı qanunda müəyyən edilmiş icarə müqaviləsini bağlamaq vəzifəsini icra etməmişdir. Bununla yanaşı cavabdehin mübahisəli torpaq sahələrinə dair müqavilənin bağlamasından imtina etməsi həmin torpaq sahələrinin mülkiyyətçisi olan Azərbaycan Respublikasına maddi ziyan vurulmasına da səbəb olmuşdur, belə ki, mülkiyyətçi sözügedən torpaq sahələrini icarəyə verməklə əldə edə biləcəyini gəlirdən məhrum olmuşdur. 17.13.Yuxarıda göstərilənlərə əsasən cavabdehin mübahisəli qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinə dair icarə müqavilələrini bağlamaq vəzifəsi qanunun birbaşa tələbindən irəli gəldiyindən iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti müvafiq müqavilələrin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. 17.14.İkinci iddia tələbi – cavabdehin torpaq sahələrindən istifadəyə görə haqqın tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, hal-hazıradək tərəflər arasında mübahisəli torpaq sahələrinin icarəyə verilməsinə dair icarə müqavilələri mövcud olmadığından iddiaçının torpaq sahələrindən istifadəyə görə tələb etdiyi məbləğin cavabdehdən icarə haqqı qismində tutulması üçün əsaslar mövcud deyildir. 17.15.Digər tərəfdən açıq-aşkardır ki, cavabdeh hüquqi əsas olmadan və haqq ödəmədən başqasının mülkiyyətində olan torpaq sahələrindən istifadə etməklə əsassız varlanmış, yəni başqasının əmlakı hesabına öz əmlakına torpaq sahələrindən istifadəyə görə ödəməli olduğu icarə haqqı həcmində qənaət etmişdir. 17.16.Odur ki, iddiaçı hər bir torpaq sahəsinə münasibətdə icarə müqaviləsi bağlandığı halda ödəməli olduğu, lakin icarə müqaviləsi bağlamamaqla ödəməkdən yayındığı, bununla da əsassız varlandığı məbləğləri - cavabdehin müvafiq qeyri-yaşayış sahəsinə dair hüquqlarını əldə etdiyi tarixdən xx.xx.2016-cı il tarixədək olan olan müddət üçün torpağın normativ qiymətinin müvafiq faizi həcmində, xx.xx.2016-cı il tarixdən sonrakı müddət üçün torpaq sahələrinin bazar dəyərinin 3 faizi həcmində hesablamaqda haqlı olmuşdur.
18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.1-ci, 6.2-ci, 390.1-ci, 390.3-cü, Torpaq Məcəlləsinin 48.3-cü, 66-cı, “Torpaq icarəsi haqqında” Qanunun 18-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı, 25-ci, Mülki Prosessual Məcəllənin 440.1-ci, 440.2-ci, 443cü maddələrinə, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 nömrəli Fərmanına, “Dövlətlərin və onların mülkiyyətinin yurisdiksiya immunitetləri” barədə 2 dekabr 2004-cü il tarixli BMT Konvensiyasına, “Dövlətlərin immunitetləri haqqında” 16 may 1972-ci il tarixli Avropa Konvensiyasına, eləcə də Azərbaycan Respublikası və X Respublikası arasında bağlanmış “Hüquqi yardım haqqında” 21 fevral 1998-ci il tarixli müqaviləyə istinad etmişdir.
19. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, məhkəmənin cavabdehin səfirlik olaraq toxunulmazlıq hüququna malik olmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə göstərilmişdir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikasının da xx.xx.1992-ci il tarixində (N 228) qoşulduğu “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının tələblərini pozmuş, diplomatik nümayəndəliklərin icarə və bu kimi ödənişlərdən azad olduğunu nəzərə almamışdır. Belə ki, Konvensiyanın 21-ci maddəsinin 1-ci bəndinə əsasən, yerləşmə dövləti onun ərazisində öz qanunlarına uyğun olaraq akkreditə edən dövlət tərəfindən nümayəndəlik üçün zəruri binaların alınmasında ona kömək etməli, ya da akkreditə edən dövlətin başqa yollarla binalar almasına yardım göstərməlidir. Konvensiyanın 22-ci maddəsinin 1ci bəndinə görə nümayəndəliyin binaları toxunulmazdır. Yerləşmə dövlətinin hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu binalara daxil ola bilməzlər. 2-ci bəndinə görə Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin istənilən formada pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün hər cür lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. 3-cü bəndinə görə Nümayəndəliyin binaları, avadanlıqları və bu binalardakı digər əmlak, həmçinin nümayəndəliyin nəqliyyat vasitələri axtarış, müsadirə və həbs icra hərəkətlərində immunitetdən istifadə edir. Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinə görə akkreditə edən dövlət və nümayəndəlik başçısı konkret xidmət növünün ödənişi olan vergi, yığım və rüsum ardan başqa nümayəndəliyin şəxsi və ya kirayə etdiyi binalarına münasibətdə bütün dövlət, rayon və bələdiyyə vergi, yığım və rüsumlarından azaddırlar. 2-ci bəndinə görə, bu maddədə bəhs edilən fıskal istisnalar akkreditə edən dövlətlə və nümayəndəlik başçısı ilə müqavilə bağlayan şəxslərdən yerləşmə dövlətinin qanunlarına uyğun olaraq tutulan vergi, yığım və rüsumlara aid deyildir. Qeyd olunan əmlaklar səfirliyin mülkiyyətindədir, icarə haqqı barədə hər hansı müqavilə imzalanamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
20. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “...xx.xx.2025-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində keçirilmiş iclasda cavabdeh Səfirliyin vəkili tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin iddiası ilə bağlı aşağıdakılar qeyd edilmişdir: 1. Bu iddiaya beynəlxalq hüququn norma və prinsiplərinə əsasən Azərbaycan Respublikasının yerli məhkəməsində baxıla bilməz; 2. İddianın predmeti olan torpaq sahələri dövlət mülkiyyətində deyil; 3. İddianın predmeti olan torpaq sahələrinin qiymətləndirilməsi 2023cü ildə aparılıb, icarə haqqı borcları isə 1996-cı ildən başlıyaraq hesablanıb; 4. Əsassız varlanma üçün 2 illik iddia müddəti var. Aşağıdakı səbəblərdən hesab edirik ki, Səfirliyin vəkili tərəfindən qaldırılan yuxarıda qeyd edilən məsələlər əsassızdır. 1-ci məsələ: Cavabdehin vəkili ümumi və qeyri-müəyyən şəkildə beynəlxalq hüququn norma və prinsipləriə əsasən hazırkı iddiaya yerli məhkəmədə deyil, beynəlxalq məhkəmədə baxılmalı olmasını qeyd etsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əgər cavabdeh hesab edirsə ki, hazırkı iddiaya Azərbaycan Respublikasının yerli məhkəməsində baxılmalı deyil, onda bunu təsdiq edən sübut və ya dəlil təqdim etməlidir. Cavabdeh hansı beynəlxalq sənədə (müqavilə, konvensiya, saziş və s.) əsasən bunu dediyini, bunu nəzərdə tutan hər hansı beynəlxalq sazişin mövcud olub-olmadığını, Azərbaycan Respublikasının həmin sazişə tərəf olub-olmadığını və belə bir normanın Azərbaycan üçün məcburi olub-olmadığını təsdiq edən hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin vəkili bəzi beynəlxalq məhkəmə qərarlarına istinad etsə də, həmin qərarları məhkəməyə təqdim edə bilməmiş, ümumiyyətlə həmin məhkəmə qərarlarının Azərbaycan üçün məcburi olub-olmamasına dair hər hansı sübut təqdim etməmişdir. 2-ci məsələ: Cavabdehin vəkilinin iddianın predmeti olan torpaq sahələrinin dövlət mülkiyyətində olmaması ilə bağlı qeyd etdikləri ilə əlaqədar bildiririk ki, daha sonra aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddia ərizəsində 8 ünvanda qeyd edilmiş torpaq sahələrindən yalnız biri dövlət mülkiyyətində deyildir (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə N.Rəfibəyli küçəsinin kəsişməsindəki tikilinin (Sağlamlıq və ticarət mərkəzi) yerləşdiyi 3345.8 kv. m torpaq sahəsi tikili ilə birlikdə “Aytən” kiçik müəssisəsinin xüsusi mülkiyyətində olmuş, “Aytən” kiçik müəssisəsi tərəfindən qeyd edilən tikili X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə satılmış, torpaq sahəsi həmin müəssisənin mülkiyyətində qalmışdır). İşin materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Səfirliklə (onun bəzi qurumları ilə) ayrı-ayrı şəxslər arasında daşınmaz əmaklar üzrə bağlanılmış əqdlərdə yalnız tikililər Səfirliyə satılmış, həmin tikililərin də 7nə dair qeydiyyat orqanı tərəfindən Səfirliyə mülkiyyət hüququ barədə sənədlər verilmiş, 1-i (Nərimanov rayonu, Maqsud Əlizadə küçəi 64 ünvanındakı əmlak) barəsində alqsatqı müqaviləsi bağlanılsa da, reyestrdə qeydə alınmamışdır. “Aytən” kiçik müəssisəsinin mülkiyyətində olan torpaq sahəsindən başqa, digər 7 tikilinin yerləşdiyi torpaq sahələrinin heç biri xüsusi mülkiyyətdə deyildir və həmin torpaq sahələrinin xüsusi mülkiyyətdə olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı dəlil də təqdim edilməmişdir. 3-cü məsələ: Cavabdehin vəkilinin iddianın predmeti olan torpaq sahələrinin qiymətləndirilməsinin 2023-cü ildə aparılması, icarə haqqı borclarının isə 1996-cı ildən başlayaraq hesablanması barədə qeyd etdikləri ilə əlaqədar bildiririk ki, iddianın predmeti olan torpaq sahələrinin icarə haqqı məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilmişdir. Qeyd edilən Əsasnamənin xx.xx.2016-cı il tarxinədək qüvvədə olan redkasiyasına əsasən torpaq sahəsinin icarə haqqı məbləği torpaq sahəsinin normativ qiymətinə əsasən hesablanırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən hazırda torpağın icarə haqqı məbləği bazar dəyərinə uyğun hesablanır. Belə ki, qeyd edilən Əsasnamənin hazırda qüvvədə olan 8-ci bəndə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Bu dəyişikliyə qədər isə, yuxarıda qeyd edildiyi kimi, icarə haqqı məbləği Əsasnamə ilə müəyyən edilmiş qaydada torpağın normativ qiymətinə əsasən hesablanırdı. Qeyd edilənlərə əsasən iddia ərizəsindən də göstərildiyi kimi, iddianın predmeti olan torpaq sahələrinin icarə haqqı məbləği xx.xx.2016-cı il tarixinə qədər dövr üçün normativ qiymətə əsasən, həmin tarixdən sonrakı dövr üçün isə bazar qiymətinə əsasən hesablanılmışdır. Beləliklə, cavabdehin vəkilinin qeyd etdiyi kimi deyil, yalnız 2016-cı ildə qanunvericilikdə edilmiş dəyişiklikdən sonrakı dövr üçün icarə haqqı məbləği bazar dəyərinə əsasən hesablanılmışdır. 4-cü məsələ: Cavabdehin iddia müddəti ilə bağlı dəlili ilə əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi, Mülki Məcəllə ilə sassız varlanmanın obyektinin geri qaytarılmasının tələb edilməsi üçün 2 illik iddia müddəti müəyyən edilmişdir. Hazırkı halda Əmlak Məsələləri Dövlət Xidmətinin iddiası üzrə əsassız varlanmanın obyekti cavabdeh tərəfindən hüquqi əsas (icarə müqaviləsi) olmadan istifadə edilən torpaq sahələridir ki, Xidmət əsassız varlanmanın obyekti olan həmin torpaq sahələrinin geri qaytarılmasını deyil, torpaq sahələrinə dair icarə müqaviləsinin bağlanılmasını tələb edir. Xidmət eyni zamanda, torpaq sahələrindən icarə müqaviləsi bağlanılmadan cavabdeh tərəfindən istifadə edilməsi nəticəsində dövlət büdcəsinin məhrum olduğu icarə haqqı üzrə ödənişləri də tələb edir ki, bu da əsasız varlanmanın obyektinin yox, həmin obyektdən (torpaq sahələrindən) istifadə üzrə əldə edilmişlərin əvəzinə kompensasiyanın ödənilməsi barədə tələbdir ki, bu tələbə də Mülki Məcəllənin 1095-ci maddəsinin 2-ci cümləsinə əsasən 2 illik iddia müddəti şamil olunmur. Bundan başqa bildiririk ki, iddiaya 1-ci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə hər hansı müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci madddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə 1-ci instansiya məhkəməsinə qərar qəbul edilənədək müraciət edə bilərdi. Lakin qeyd edildiyi kimi, cavabdeh işə 1-ci instansiya məhkəməsində baxılarkən məhkəməyə bununla bağlı ərizə ilə müraciət etməmişdir. Beləliklə, iddia müddəti məsələsi 1-ci instansiya məhkəməsində işə baxılarkən məhkəmə araşdırmasının predmeti olmamışdır. Qeyd edilənlərə əsasən hesab edirik ki, cavabdehin vəkili tərəfindən qaldırılan yuxrıda qeyd edilən məsələlər 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz”.
Apellyasiya baxışı, verilən izahatlar
21. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
22. Cavabdehin nümayəndəsi həm də bildirmişdir ki, iddia ərizəsində göstərilən torpaq sahələrindən biri - Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi dövlət mülkiyyətində deyil, həmçinin torpaq sahələrinin qiymətləndirilməsi 2023-cü ildə aparılıb, icarə haqqı borcları isə 1996-cı ildən başlayaraq hesablanıb, eləcə də iddia tələbi üzrə qanunla müəyyənləşdirilmiş 2 illik iddia müddəti keçib.
23. İddiaçının nümayəndəsi sonradan verdiyi izahatda bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə N.Rəfibəyli küçəsinin kəsişməsindəki tikilinin (Sağlamlıq və ticarət mərkəzi) yerləşdiyi 3345,8 kv.m torpaq sahəsi tikili ilə birlikdə “Aytən” kiçik müəssisəsinin xüsusi mülkiyyətində olmuş, “Aytən” kiçik müəssisəsi tərəfindən qeyd edilən tikili X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə satılmış, torpaq sahəsi həmin müəssisənin mülkiyyətində qalmışdır. Aparılmış əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 142 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən, Sağlamlıq və Ticarət Mərkəzinin istifadəsindəki 3345,8 kv.m torpaq sahəsinin “Aytən” KM-nin adına özəlləşdirilməsi ilə bağlı qərar qəbul edilmiş və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə “Aytən” KM arasında imzalanmış xx.xx.2003-cü il tarixli 91 nömrəli alqı-satqı müqaviləsi əsasında qeyd olunan torpaq sahəsi “Aytən” KM tərəfindən özəlləşdirilmiş, buna dair “Aytən” KM-nə xx.xx.2003-cü il tarixli, 002522 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə verilmişdir. Daha sonra, həmin torpaq sahəsində yerləşən Sağlamlıq və Ticarət Mərkəzi “Aytən” KM tərəfindən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə satıldığından və buna uyğun olaraq “Aytən” KM-nin həmin tikili üzərində mülkiyyət hüquqlarına xitam verildiyindən, Əmlak Məsələləri Dövlət Komitəsinin 09 yanvar 2015-ci il tarixli 10 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 142 nömrəli sərəncamı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən, Sağlamlıq və Ticarət Mərkəzinin istifadəsindəki 3345.8 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilmiş və qeyd olunan sərəncam əsasında həmin torpaq sahəsinin satılmasına dair İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə “Aytən” KM arasında imzalanmış xx.xx.2003-cü il tarixli 91 nömrəli alqı-satqı müqaviləsi və “Aytən” KM-nin adına verilmiş xx.xx.2003-cü il tarixli, 002522 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə ləğv edilmişdir və torpaq sahəsi dövlət mülkiyyətinə qaytarılmışdır. Beləliklə, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ünvanında İran Təhsil Kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir, bu səbəbdən həmin torpaq sahəsinin “Aytən” KM-nin xüsusi mülkiyyətində olması ilə bağlı qeyd olunan məlumat nəzərə alınmamalıdır.
24. Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texnki ekspertizası təyin edilmiş və iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Məhkəmə Ekspertiza Mərkəzi) göndərilmişdir.
25. 26 fevral 2025-ci il tarixdə ekspertizanın aparılmasından imtina edilərək iş məhkəməyə geri qaytarılmış, imtinanın əsası kimi müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən torpaq sahələrinə yaxın ərazidə yerləşən, analoji xüsusiyyətlərə malik torpaq sahələrinin qərardadda qeyd edilən müxtəlif tarixlər (1996-2023-cü il tarixlərdə) üzrə icarə haqqının miqdarına dair hər-hansı bir məlumat əldə etməyin mümkün olmaması göstərilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
26. Preambula. Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
27. Maddə 7 (İİ). Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
28. Maddə 69 (İ). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
29. Maddə 69 (İİ). Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu
30. Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
32. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
33. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
34. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
35. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
36. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
37. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
38. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
41. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
42. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
43. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
44. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
46. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
47. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
48. Maddə 48.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
49. Maddə 51. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.
50. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
51. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
52. Maddə 4. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.
53. Maddə 10. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.
54. Maddə 18. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
55. Bənd 2.4. “Torpaq icarəsi haqqında” Qanunun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının və X Respublikasının qoşulduğu “Müqavilələr hüququ haqqında” Vyana Konvensiyası
56. Preambula. ...Beynəlxalq adət hüququ qaydalarının hazırkı Konvensiyanın müddəaları ilə həll olunmayan məsələləri tənzimləməyə davam edəcəyini təsdiq edərək, aşağıdakılar barədə razılığa gəldilər.
57. Maddə 2.1 (a). “müqavilə” dedikdə dövlətlər arasında yazılı formada bağlanılan və beynəlxalq hüquqla tənzimlənən, bir sənəddə və ya öz arasında əlaqəli olan iki və ya daha çox sənəddə əks olunmasından və konkret adından asılı olmayaraq beynəlxalq razılaşma başa düşülür.
58. Maddə 34. Müqavilə üçüncü dövlət üçün onun razılığı olmadan öhdəlik və ya hüquqlar yaratmır.
59. Maddə 35. Müqavilənin tərəflərinin müqavilənin müddəasını öhdəlik yaradan vasitə kimi nəzərdə tutduqları və üçüncü dövlət yazılı formada bu öhdəliyi aydın şəkildə öz üzərinə götürdüyü təqdirdə, bu müddəa əsasında həmin üçüncü dövlət üçün göstərilən öhdəlik yaranır.
60. Maddə 36 (1). Müqavilənin tərəflərinin müqavilənin müddəası vasitəsilə üçüncü dövlətə və ya onun aid olduğu dövlətlər qrupuna, yaxud bütün dövlətlərə hər hansı hüququn verilməsini nəzərdə tutduqları və üçüncü dövlət buna öz razılığını verdiyi təqdirdə, bu müddəa əsasında həmin üçüncü dövlət üçün göstərilən hüquq yaradılır. Müqavilədə başqa cür nəzərdə tutulmadığı təqdirdə, əks mövqe bildirilməyənə qədər dövlətin bu cür razılığı verdiyi güman olunur.
61. Maddə 36 (2). 1-ci bəndə uyğun olaraq hüquqdan istifadə edən dövlət bu hüquqdan istifadə üzrə müqavilədə nəzərdə tutulmuş və ya müqaviləyə əsasən müəyyən olunmuş şərtlərə əməl edir.
62. Maddə 37 (1). Üçüncü dövlət üçün 35-ci maddəyə əsasən öhdəliyin yarandığı zaman bu dövlətin və müqavilənin tərəflərinin başqa cür razılığa gəlmədiyi təqdirdə, bu öhdəlik yalnız onların razılığı əsasında ləğv edilə və ya dəyişdirilə bilər.
63. Maddə 37 (2). Üçüncü dövlət üçün 36-cı maddəyə əsasən hüququn yarandığı zaman bu hüququn həmin üçüncü dövlətin razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməzliyinin nəzərdə tutulduğu müəyyənləşdirildiyi təqdirdə, tərəflər bu hüququ ləğv edə və ya dəyişdirə bilməzlər.
64. Maddə 38. 34-37-ci maddələr hər hansı müqavilədə əks olunan qaydanın sonradan beynəlxalq hüququn tanınmış adət qaydası kimi üçüncü dövlət üçün məcburi olmasını istisna etmir.
“Beynəlxalq Ədalət Məhkəməsi haqqında” Əsasnamə
65. Məhkəmə beynəlxalq hüquqa uyğun olaraq mübahisələri həll edərkən, aşağıdakı mənbələri tətbiq edə bilər: (a) ümumi və xüsusi xarakter daşımasından asılı olmayaraq, ərizəçi Dövlət tərəfindən təsdiq edilən beynəlxalq sazişləri; (b) dövlət arasında geniş şəkildə hüquq kimi tətbiq edilən beynəlxalq adətlər; (c) sivil dövlətlər tərəfindən tanınan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri; (d) Əsasnamənin 59-cu maddəsinə uyğun olaraq, məhkəmə qərarları və o cümlədən elmi tədris müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin nəşrləri.
Azərbaycan Respublikasının və X Respublikasının qoşulduğu “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyası
66. Maddə 22.1. Nümayəndəlik binaları toxunulmazdır. Yerləşmə dövlətinin hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu binalara daxil ola bilməzlər.
67. Maddə 22.2. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.
68. Maddə 22.3. Nümayəndəliyin binaları, avadanlıqları və bu binalardakı digər əmlak, həmçinin nümayəndəliyin nəqliyyat vasitələri axtarış, müsadirə və həbs icra hərəkətlərində immunitetdən istifadə edir.
69. Maddə 31.1. Diplomatik agent yerləşmə dövlətinin cinayət yurisdiksiyası immunitetindən istifadə edir. O, həmçinin aşağıdakı göstərilən hallardan başqa mülki və inzibati yurisdiksiya immunitetindən də istifadə edir: (a) yerləşmə dövlətində olan daşınmaz şəxsi əmlaka aid mülkiyyət iddiası, əgər və əmlak akkreditə edən dövlətin adından nümayəndəliyin məqsədləri üçün alınmayıbsa; (b) diplomatik agentin vəsiyyətin icraçısı kimi vərəsəlik mülkiyyətinin, varisin və ya vərəsəni alanın qəyyumu sifətilə akkreditə edən dövlətin adından deyil, adi şəxs kimi çıxış etdiyi vərəsəlik iddialarında; (c) diplomatik agentin yerləşmə dövlətində özünün rəsmi funksiyaları hüdudlarından kənar yerinə yetirdiyi istənilən peşə və ya kommersiya fəaliyyətinə aid iddialar.
“Dövlət immuniteti haqqında” 1972-ci il tarixli Avropa Konvensiyası (“Bazel Konvensiyası”)
70. Bir Üzv Dövlət, digər Üzv Dövlətin ərazisində onun vasitəsilə, özəl şəxs kimi eyni qaydada, sənaye, kommersiya və ya maliyyə fəaliyyətində iştirak etdiyi ofisi, agentliyi və ya digər nümayəndəliyi olduğu və icraatın həmin ofisin, agentliyin və ya nümayəndəliyin həmin fəaliyyətinə aid olduğu təqdirdə, həmin yurisdiksiyasının məhkəməsində (və ya yurisdiksiyasına münasibətdə) toxunulmazlıq iddia edə bilməz.
“İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 nömrəli Fərmanı
71. Bənd 1. Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin.
Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”
72. Bənd 3.0.48. Dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək Xidmətin səlahiyyətləri sırasına daxildir.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu
73. Maddə 16.1. Qanunla başqa hallar nəzərdə tutulmadıqda dövlətin iştirak etdiyi xarici elementli mülki-hüquqi münasibətlərə bu Qanunun müddəaları tətbiq edilir.
74. Maddə 16.2. Dövlətin bağladığı mülki hüquqi əqdlərə, əgər bu onun öz suveren funksiyalarını yerinə yetirməklə əlaqədar deyilsə, bu Qanunun müddəaları tətbiq edilir.
75. Maddə 16.3-cü maddəsinə görə dövlət tərəfindən bağlanan hüquqi əqdlərin xarakteri onun hüquqi təbiəti və səbəblərinə əsasən müəyyən edilir.
76. Maddə 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.3. əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin.
77. Maddə 25.2. Müqavilə tərəfləri arasında, müqavilə ilə bağlı tətbiq olunmalı hüquq barədə razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 25.2.1. daşınmaz əmlak barədə müqaviləyə - əmlakın olduğu ölkənin hüququ tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
78. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
84. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
85. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
86. Maddə 440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir.
87. Maddə 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə.
88. Maddə 453. Azərbaycan Respublikasında yaradılan diplomatik missiyaların üzvləri, onların ailə üzvləri və onların fərdi ev işçiləri diplomatik münasibətlər barəsində 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Bu, həmçinin dövlətlərin həmin Konvensiyanın iştirakçıları olmadığı hallara da aid edilir.
“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 dekabr 2023-cü il tarixli Qərarı
89. Bənd 2.2. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır.
90. Bənd 5.20. Müvafiq ölkədə rəsmi təfsir və tətbiq praktikası müəyyənləşdirilərkən, həmin ölkədə aidiyyəti dövlət və peşəkar qurumların, o cümlədən elmi tədris müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin rəylərinin alınmasına üstünlük verilə bilər.
Apellyasiya baxışının həddi
91. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
93. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri Azərbaycan Respublikasının milli məhkəmələrinin səlahiyyətinin olmaması ilə bağlı olduğundan kollegiya ilk növbədə həmin məsələyə münasibət bildirməyi zəruri hesab edir.
94. Kommersiya işləri üzrə tərəflərdən biri xarici şəxs olduqda, həmin mübahisə xarici elementli mübahisə hesab olunur.
95. Bununla belə, hazırkı iş üzrə cavabdehin diplomatik nümayəndəlik kimi xüsusi statusu mövcuddur və bu baxımdan yalnız mübahisənin xarici elementli olması, habelə məhkəmənin səlahiyyətli olub-olmadığı deyil, eyni zamanda, diplomatik nümayəndəliyə qarşı iddialarda nümayəndəliyin toxunulmazlıq hüququna istinad etməsinin haqlı olub-olmadığı da araşdırılmalıdır.
96. Bu kontekstdə, hazırkı mübahisə üzrə beynəlxalq ümumi hüququn dövlətlərin toxunulmazlığı və dövlətlərarası münasibətlər barədə yanaşması təhlil edilməlidir.
97. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dövlətinin beynəlxalq münasibətlərə daxil olarkən, beynəlxalq hüquq normalarına əsasən dövlətlərlə dostluq və sülh çərçivəsində yaşayacağı bəyan olunmuş (§ 26, 27), dövlət hakimiyyətinin xarici məsələlərlə bağlı yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdırılması təsbit edilmişdir.
98. Azərbaycan Respublikasının Konstitusiyasında birbaşa göstərilməsə də, Əsas Qanunun “Normativ hüquqi aktlar” haqqında Konstitusiya Qanunu ilə birgə təfsiri onu deməyə əsas verir ki, xarici məsələlərlə bağlı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının da nəzərə alınması önəmlidir (§ 30).
99. Şaquli xarakter daşıyan milli qanunvericilik normalarından fərqli olaraq, beynəlxalq hüquq normaları üfuqi xarakter daşıyır, bu halda isə konkret “qanunverici” olmadığından normaların məzmunu müxtəlif mənbələrdən (§ 56, 65) müəyyən edilə bilər. Eyni zamanda, həmin normaların məzmununu anlamaq üçün müvafiq ölkədə aidiyyəti dövlət və peşəkar qurumların, o cümlədən elmi tədris müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin rəylərinə istinad edilməsi də mümkündür.
100. Odur ki, hazırkı mübahisənin həll edilməsi üçün beynəlxalq sazişlər hüququ ilə beynəlxalq adət hüququ arasında fərqi anlamaq vacibdir.
101. Beynəlxalq saziş dövlətlər arasında ikitərəfli və ya çoxtərəfli müqavilədir, beynəlxalq sazişin ikitərəfli və ya çoxtərəfli olmasından asılı olmayaraq, öhdəliklər qarşılıqlıq prinsipi əsasında müəyyən edilir. Başqa sözlə, saziş çox tərəfli olsa da, sazişdəki öhdəliklər konkret dövlətlərə münasibətdə yaranır.
102. Beynəlxalq adət hüququ əsasında öhdəliklər isə konkret dövlətlər arasında yaranmır. Beynəlxalq Ədalət Məhkəməsi Barselona Trekşn işi üzrə qərarında qeyd etmişdir ki, beynəlxalq adət hüququ üzrə öhdəliklər əksər hallarda bütün dövlətlər üçün erga omnes, yəni hamıya qarşı öhdəliklər yaradır.1
103. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, beynəlxalq adətin hüquqi norma sayılması üçün həmin adət davamlı və aydın olmalı2, eləcə də dövlətlər həmin adəti hüquqi öhdəlik3 (opinio juris necessitatis) kimi qəbul etməlidirlər. “Opinio juris necessitatis”in müəyyən edilməsi zaman isə beynəlxalq təşkilatların qərarı, hökümətlərarası bəyanatlar, milli və beynəlxalq məhkəmələrin qərarları nəzərə alına bilər. Həmin məhkəmə qərarları hər hansı hüquqi qüvvəyə malik olmasa da, de facto dövlətlər arasında sərgilənən davranış qaydasını və beynəlxalq hüquqda toxunulmazlıq hüququ ilə bağlı yanaşmaları göstərir. Bu baxımdan kollegiya, həmin qərarlara məhz dövlətlərin davranış qaydalarının müəyyən edilməsi baxımından istinad edilməsini mümkün hesab edir.
1 Beynəlxalq Ədalət Məhkəməsi, “Barcelona Traction, Light and Power Company, Limited (Belçika İspaniyaya qarşı)” 1970, (§ 33) 2 Beynəlxalq Ədalət Məhkəməsi, “Siyasi sığınacaq işi (Kolumbiya/Peru)”, 1950, səhifə 277 3 Beynəlxalq Ədalət Məhkəməsi, “Şimal Dənizinin Kontinenal Şefli (Almaniya Federativ Respublikası/Niderland Krallığı)”, 1969, (§ 74)
104. Diplomatik nümayəndəliklərin toxunulmazlığı, eləcə də toxunulmazlıq hüququnun istisnası üzrə beynəlxalq hüququn yanaşması kontekstində ilk növbədə o nəzərə alınmalıdır ki, diplomatik nümayəndəliklərin toxunulmazlığı onların kommersiya müqavilələri üzrə daxil olduğu münasibətlərə şamil edilmir.
105. Belə ki, 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına görə, üzv dövlətlər nümayəndəliklərin binalarının toxunulmazlıq hüququnu müəyyən etsələr də (§ 66, 67, 68), bu hüquq həmin nümayəndəliklərin daxil olduğu kommersiya münasibətlərinə (§ 69) şamil olunmamışdır. Bu yanaşmanın geniş yayılmış olmasına dəlalət edən fakt isə odur ki, sözügedən Konvensiyanı 193 dövlət ratifikasiya etmiş4, həmçinin, bu yanaşmaya əlavə hüquqi qüvvə vermək üçün bir sıra dövlətlər ayrıca regional konvensiyalar da bağlamışdır (§ 70). Beləliklə, xüsusi norma ümumi normanı üstələyir (“lex specialis derogat legi generali”) prinsipinə əsasən, kommersiya xarakterli icarə müqavilələrinə toxunulmazlıq hüququ tətbiq edilə bilməz.
106. Bu həmçinin, diplomatik toxunulmazlıqla bağlı digər dövlətlərin də qəbul etdiyi yanaşmaya uyğundur. Belə ki, ilkin olaraq beynəlxalq münasibətlərdə xarici dövlətlərin mütləq toxunulmazlığı hüququ tanınsa da, sonradan dövlətlər bununla bağlı yanaşmalarını dəyişmiş, toxunulmazlıq hüququnun müəyyən edilməsi zamanı dövlətin fəaliyyətinin publik (acta iure imperii) və xüsusi (acta iure gestionis) xarakter daşıması məsələsinə qiymət verilməyə başlanılmışdır. Bununla da nisbi toxunulmazlıq hüququ nəzəriyyəsi yaranmışdır.
107. Beynəlxalq ümumi hüquq üzrə tanınmış hüquqşünas-alim David Harris5 bunu onunla əlaqələndirmişdir ki, keçən əsrin 20-ci illərində bir sıra dövlətlər kommersiya münasibətlərinə daxil olmaq üçün kommersiya şirkətləri yaratmış və sonradan həmin şirkətlər öhdəliklərindən yayınmaq üçün aktın publik akt olmasına istinad etmişlər. Bununla bağlı Böyük Britaniya Lordlar Palatasının Hakimi Lord Vilberfors “İ Congres Del Partido”6 işində qeyd etmişdir ki, dövlətin aktının kommersiya xarakterli olmasının müəyyən edilməsi üçün dövlətin məqsəd və niyyətləri, eləcə də hər hansı siyasi məqsəd güdməsinin önəmi yoxdur. Bu məsələyə qiymət verilməsi baxımından vacib olan dövlətin kommersiya münasibətlərinin digər iştirakçıları kimi hərəkət etməsi və bu münasibətlər çərçivəsində kommersiya subyekti kimi qərar verməsidir.
108. Göstərilənlərdən çıxış edərək kollegiya hesab edir ki, diplomatik nümayəndəlik icarə müqaviləsi bağlayarkən digər kommersiya münasibətlərinin subyektləri kimi hərəkət edir və buna görə də onun kommersiya fəaliyyətinə toxunulmazlıq hüququ şamil edilmir.
109. Beynəlxalq Ədalət Məhkəməsi “Yurisdiksiyaların toxunulmazlığı” işində7 bir sıra milli məhkəmələrin qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, hansısa dövlətin digər dövlətin mülkiyyətini götürməsi üçün üç əsas mövcüddür: 1) sözügedən mülkiyyət dövlət tərəfindən publik və qeyri-kommersiya fəaliyyəti üçün istifadə olunmadığı təqdirdə; 2) Dövlətin razılığı ilə; 3) Dövlət tərəfindən sözügedən mülkiyyət məhkəmə qərarının icrasının yerinə yetirilməsi üçün ayrıldıqda.
110. Ontario Ali Məhkəməsi “Bauman Zouroudisə qarşı” işdə 1961-cı il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasını şərh edərək göstərmişdir ki, icarə müqaviləsi ilə bağlı ödənişlər Konvensiyanın 31-ci maddəsinə uyğun olaraq kommersiya münasibəti olduğundan, Amerika Birləşmiş Ştatları diplomatik toxunulmazlığa istinad edə bilməz. 8
4 Məlumat üçün: Beynəlxalq Millətlər Təşkilatının Sazişlər Kolleksiyası, “1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının üzvləri barədə məlumat” 5 David Harris and Sandesh Sivakumaran, “Cases and Materials on International Law 9th” Sweet and Maxwell, 2020, səhifə 263 6 İngiltərə Lordlar Palatası, “I Congres Del Partido”, 1983, səhifə 268 7 Beynəlxalq Ədalət Məhkəməsi, “Yurisdiksiyaların toxunulmazlığı işi”, (Almaniya İtalyaya qarşı (Yunanıstan üçüncü şəxs qismində cəlb edilməklə), (§ 118) 8 Ontario Ali Məhkəməsi, “Baumann v Zouroudis”, İş nömrə SC-17-00147022-0000, 2018
111. Türkiyə Kassasiya Məhkəməsinin (Danıştay) 6-cı dairəsi 2009/10643 nömrəli işində göstərmişdir ki, icarə müqaviləsi bağlamaq dövlətin özəl şəxs kimi fəaliyyəti olduğundan, Amerika Birləşmiş Ştatları toxunulmazlıq hüququna istinad edərək icarə müqaviləsi üzrə öhdəliklərindən yayına bilməz. 9
112. İsveç Ali Məhkəməsi “Franz Sedelmayar Rusiya Federasiyasına qarşı”10 işdə göstərmişdir ki, diplomatik nümayəndəlik daşınmaz əmlakın toxunulmazlıq hüququ ilə qorunduğuna istinad edərkən, həmin əmlakın hansı məqsədlə (ictimai və ya xüsusi) istifadə edilməsi barədə sübutlar təqdim etməlidir.
113. İddiaçının icarə müqaviləsi bağlanmasını istədiyi daşınmaz əmlakların fəaliyyət istiqamətindən görünür ki, həmin daşınmaz əmlaklar diplomatik nümayəndəliyin publik və rəsmi fəaliyyətinin təşkili üçün deyil, mədəniyyət mərkəzi, kitabxana, yataqxana, ictimai televiziya və digər qeyri-rəsmi tədbir, eləcə də mərasimlərin keçirilməsi üçün istifadə edilir. Cavabdeh bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir - belə olan halda isə toxunulmazlıq hüququnun həmin əmlaklara şamil edilməsi mümkün deyildir.
114. Beləliklə iddiaçının, cavabdehin üzərinə icarə müqaviləsini bağlamaq öhdəliyi qoyulması ilə bağlı tələbi kommersiya xarakterli tələb olduğundan, bu cür münasibətə (mübahisəyə) diplomatik toxunulmazlıq şamil edilə bilməz və birinci instansiya məhkəməsi özünün beynəlxalq səlahiyyətini müəyyən edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
115. Mübahisənin mahiyyəti ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:
116. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
117. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
118. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
119. Həm Azərbaycan Respublikası11, həm də digər dövlətlər12 diplomatik nümayəndəliklərin daşınmaz əmlakın alqı-satqısı, icarəsi və digər əşya hüquqları ilə bağlı tənzimləmələr həyata keçirir. Bu cür tənzimləmələrin məqsədi isə diplomatik nümayəndəliklərin rezident olduğu dövlətin torpaq, vergi, şəhərsalma, tikinti, ətraf mühit normalarına tabe olmasının təmin edilməsidir. Başqa sözlə, diplomatik nümayəndəlik hər nə qədər toxunulmaz olsa da, rezident olduğu dövlətlərin müəyyən etdiyi çərçivədə
9 Türkiyə Kassasiya Məhkəməsi (Danıştay), 2009/10643 nömrəli iş. Türkiyə Cümhuriyyətinin Kassasiya Məhkəməsinin toxunulmazlıq hüququ ilə bağlı yanaşması barədə ətraflı bax: İdil Büse Kök, “State Immunity in Turkish Law: Analysis of yhe Doctrine of State Immunıty in the Light of the Decısıons of the Turkish Court Of Cassatıon”, səhifə 59 10 İsveç Ali Məhkəməsi, Sedelmayar Rusiya Federasiyası qarşı, 2011, (§ 20 - 22) 11 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Diplomatik Protokol Bələdçisi, səhifə 53 12 Amerika Birləşmiş Ştatları Dövlət Departamenti, Xarici Diplomatik Missiyaların Şəhərsalma Normalarına Uyğunlaşdırılması barədə Bələdçi, Türkiyə Cumhuriyyəti Xarici İşlər Nazirliyi, Diplomatik Protokol Bələdçisi, 2022, səhifə 30 fəaliyyət göstərmək vəzifəsi var; bu vəzifə isə digər məsələlərlə yanaşı icarə müqaviləsinin bağlanmasını da ehtiva edir.
120. Məhz bu istiqamətdə dəyərləndirmə aparan birinci instansiya məhkəməsi düzgün olaraq, cavabdeh tərəfindən torpaq qanunvericiliyinə əməl edilməsi məqsədi ilə icarə müqaviləsi bağlamaq öhdəliyinin olması nəticəsinə gəlmişdir.
121. Nəzərə alınmalıdır ki, qanunvericilik müqavilə bağlamaq vəzifəsinin və müqavilə bağlamağa məcburetmənin mümkünlüyünü istisna etmir (§ 40,41).
122. Müqavilə azadlığı tərəflər arasında heç bir münasibətin və ya ortaq mənafeyin olmadığı hallarda hüquq münasibətlərinə girməmişdən əvvəl subyektin azadlığını geniş şəkildə əhatə edə bilər. Digər şəxslərin hüquqlarına toxunula biləcək hər hansı şəraitin mövcudluğu isə “müqavilə azadlığı”na məhdudiyyət qoyulmasına və hətta bəzi hallarda müəyyən hüquq münasibətinə daxil olmasına məcburetməyə belə gətirib çıxara bilər. Çünki hazırki vəziyyətdə olduğu kimi, tərəflər arasında faktiki olaraq müəyyən münasibətlərin mövcudluğu qaçılmazdır və bu halda hansısa tərəfin müqavilə azadlığı prinsipinə əsaslanaraq müqavilə bağlamaqdan imtina etməsi iradə ifadəsindən qəsdən qarşı tərəfin əleyhinə istifadə edilməsinin nəticəsində mümkündür. Bu isə hüquqdan sui-istifadəyə gətirib çıxarır.
123. Birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, mülkiyyətində Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak (obyekt, müəssisə və s.) olan xarici hüquqi və fiziki şəxslər, eləcə də xarici dövlətlər həmin daşınmaz əmlaklar üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirərkən mütləq qaydada əmlakların yerləşdiyi torpaq sahələrindən də istifadə edirlər. Bu baxımdan qanunverici (§ 48) Azərbaycan Respublikasında yerləşən torpaq sahələrinin xarici fiziki və hüquqi şəxslərin, eləcə də xarici dövlətlərin mülkiyyətinə və istifadəsinə verilməsini istisna etməklə və sonuncuların torpaq sahələrindən istifadə etmək imkanını həmin sahələrə dair icarə hüququna malik olduqları hallarla məhdudlaşdırmaqla faktiki olaraq mülkiyyətində Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak olan xarici fiziki və hüquqi şəxslərin, eləcə də xarici dövlətlərin üzərinə həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahələrinə dair icarə müqaviləsi bağlamaq öhdəliyini qoymuşdur.
124. Başqa sözlə cavabdehin, mülkiyyətindəki qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinə dair icarə müqavilələrini bağlamaq vəzifəsi qanunun birbaşa tələbindən irəli gəldiyindən iddiaçı müvafiq müqavilələrin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
125. Yuxarıda şərh olunanlar isə o qənaətə gəlməyə əsas verir ki, cavabdeh icarə hüquq münasibətləri çərçivəsində ödəməli olduğu, lakin icarə müqaviləsi bağlamamaqla ödəməkdən yayındığı, bununla da əsassız varlandığı məbləğləri iddiaçıya (Azərbaycan Dövlətinə) ödəməlidir.
126. “Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel prospekt) ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ünvanında İran Təhsil Kompleksinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmadığı” barədə cavabdehin nümayəndəsinin irəli sürdüyü arqument isə, apellyasiya baxışı zamanı tədqiq olunan sənədlərlə təkzib olunmuşdur (§ 9).
127. Apellyatorun “iddianın predmeti olan torpaq sahələrinin qiymətləndirilməsinin 2023-cü ildə aparılması, icarə haqqı borclarının isə 1996-cı ildən başlayaraq hesablandığı” arqumentinə münasibətdə kollegiya qeyd edir ki, müvafiq torpaq sahələrinin icarə haqqı məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilmişdir.
128. Həmin Əsasnamənin xx.xx.2016-cı il tarxinədək qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin icarə haqqı məbləği torpaq sahəsinin normativ qiymətinə əsasən hesablanmış, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə Əsasnamənin 8-ci bəndinə dəyişiklik edilmiş, dəyişikliyə əsasən torpağın icarə haqqı məbləğinin bazar dəyərinə uyğun hesablanması nəzərdə tutulmuşdur.
129. Əsasnamənin hazırda qüvvədə olan 8-ci bəndə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində, Respublikanın digər şəhər və rayonlarında torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Bu dəyişikliyə qədər isə, icarə haqqı məbləği Əsasnamə ilə müəyyən edilmiş qaydada torpağın normativ qiymətinə əsasən hesablanırdı.
130. İşin hallarından görünür ki, torpaq sahələrinin icarə haqqı məbləği xx.xx.2016-cı il tarixinə qədər olan dövr üçün normativ qiymətə əsasən, həmin tarixdən sonrakı dövr üçün isə bazar qiymətinə əsasən hesablanmışdır və apellyatorun müvafiq arqumenti əsaslı deyildir.
131. İddiaçının iddia müddətini ötürmüş olması barədə cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı irəli sürdüyü arqumentlə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (§ 38). İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsindəki icraat barədə lazımi qaydada məlumatlandırılsa da nümayəndəsini məhkəməyə göndərməmiş, həmçinin iddia tələbinə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ünvanlamamışdır. Məlumatlı olduğu məhkəmə prosesinə getməyərək bunun səbəbləri barədə hər hansı məlumat verməməsinin yaratdığı hüquqi nəticələrin riskini isə məhz cavabdeh özü daşıyır.
132. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir”.
133. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsində iştirak etməyərək iddia müddətinin tətbiq olunmasına dair ərizə verməmiş olması onun özündən asılı olan səbəblərdən baş vermişdir və buna görə də iddia müddətinin ötürülmüş olmasına dair apellyasiya baxışı zamanı irəli sürdüyü dəlil apellyasiya instansiyası tərəfindən nəzərə alınmamalıdır.
134. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
135. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətini vermək üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
136. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3170/2023 saylı iş üzrə 03 iyul 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Ziya Şirinov