Məhkəmə qərarları › İş №2-2(103)-900/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-900/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-900/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3731/2023 nömrəli qərardadlarından Cavabdeh MMC tərəfindən şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə cəmi 117 209 798,80 manat (əsas borc 71 023 749,20 manat, faiz borcu 46,186,049,60 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50000 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-nın xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh MMC-nin pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, həmin pul vəsaitləri və əmlaklar hesabına borcun qalan hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3731/2023 nömrəli qərardadları ilə İddiaçı QSC BOKT-nın Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Qərardadın yalnız dayandırma hissəsindən 10 gün ərzində tərəflərin şikayət vermə hüququna malik olduğu qeyd edilmişdir. Cavabdeh MMC həmin qərardadlardan ayrı-ayrılıqda şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3731/2023 nömrəli qərardadlarının ləğv edilməsini, iş üzrə prosessual hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin bərabərliyi və çəkişmə prinsipinin tələblərini kobud şəkildə pozaraq, cəmiyyət tərəfindən iclasın təxirə salınmasına dair vəsatət təqdim edildiyi halda həmin qanuni vəsatətin hüquqi həlli təmin edilməmiş, sanki fürsətdən istifadə edib tələm-tələsik və müzakirə aparılmadan 03 avqust 2023-cü ildə məhkəmə iclasını keçirmiş, bununla cavabdehin mövqeyini aydınlaşdırmadan özünün əsassız mülahizəsi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardad qəbuletmişdir. Şikayət olunan qərardad əsaslandırılmamış, ekspertiza zərurəti və iş üzrə hansı xüsusi biliklərin tələb olunduğu müəyyən edilməmiş, qeyrimüəyyən ifadələrlə iş üzrə ekspertiza təyin etmiş və icraatı dayandırmış, cavabdehin öz mövqeyini prosessual qaydada ifadə etmək imkanının qarşısını almışdır. Məhkəmənin iddia tələbi üzrə cavabdehin mövqeyini, işin faktiki zəruri hallarını aydınlaşdırmadan və ekspertiza tədqiqatı üçün metodologiyaya uyğun sənədləri və sübutları əldə etmədən hansı əsasla bu qənaətə gəlməsi müəmmalı xarakter daşıyır. Məhkəmə cavabdehin iş üzrə ekspertiza keçirilməsi ilə bağlı mövqeyini bildirməsinə şərait yaratmadığı kimi, ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etmək, konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsinə dair təklifləriniirəli sürmək hüquqlarını da kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsiiddia ərizəsinin qanunsuz olaraq icraata götürülməsi ilə bağlı qərəzli mövqeyini davam etdirərək, cavabdeh tərəfindən iddia ərizəsinin baxılmamış saxlanması haqqında ərizə-vəsatətə heç bir münasibət bildirmədən, iş üzrə ekspertiza təyin edilməsi qənaətinə gəlməklə və icraatı dayandırmaqla cavabdehin hüquqlarının və qanuni mənafeyinin heçə sayılmasını, məhkəmənin birtərəfli və qeyriobyektiv, qərəzli mövqe tutduğunu təzahür etdirmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyəqədər həlli qaydasına əməl olunmamış, iddia ərizəsinin və əlavələrinin tərtib olunması və cavabdehə təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələbləri heçə sayılmışdır. 24 iyun 2023-cü ildə İddiaçı QSC BOKT-un iddia ərizəsi “Eməhkəmə”informasiya sistemində qeydə alındıqda cavabdeh tərəfindən iddia ərizəsinin mümkünlüyü məsələsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət edilməklə baxılmasını və iddianın mümkünsüz hesab edilməsi haqqında qərardad qəbul edilməsi haqqında vəsatət verilmişdir. Həmin vəsatətə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, iddia ərizəsi dərhal icraata götürülmüşdür. Cavabdeh tərəfindən iş üzrə 18 iyul 2023-cü ildə keçirilən ilk hazırlıq iclasında iddia ərizəsinin baxılmamış saxlanılması haqqında vəsatət verilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia predmeti ilə bağlı olaraq Cavabdehnə qanunla müəyyən olunmuş qaydada pretenziya daxil olmamışdır. İddia ərizəsinə qoşulan 14 iyun 2023-cü il tarixli, 13-7/xx-xx/1548/2023 saylı pretenziya adlanan sənəd MMC-yə 16 iyun 2023-cü ildə daxil olmuş və növbəti iş günü həmin məktuba cavab verilmişdir ki, “pretenziyaya onu imzalayan cənab Nümayəndə səlahiyyətlərinimüəyyən edən sənəd əlavə edilmədiyindən ona mahiyyəti üzrə baxılması mümkün deyil. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-3731/2023 nömrəli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayətləri iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3731/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şikayətdə qeyd edilən əsaslarla bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilikdə iş üzrə ekspertiza təyin edilməsi barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göstərilənlərə əsasən məhkəmə şikayətləri mümkün hesab edərkən cavabdehin qərardadları yalnız. iş üzrə icraatın dayandırılması hissəsində mübahisələndirmək hüququnu nəzərə almışdır. Məhkəmə izah edir ki, cavabdeh 395.2-ci maddəyə əsasən iş üzrə ekspertiza təyin edilməsinə etirazını yekun məhkəmə aktından apellyasiya şikayəti verəcəyi halda şikayətdə qeyd edə bilər. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 255.0.5-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər. İstiand edilən normalara əsasən ekspertiza təyin edildiyi halda iş üzrə icraatı dayandırmaq hakimi hüququ olduğundan mübahisələndirilən qərardadların ləğvi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3731/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3731/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar