Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-902/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı müqaviləsi üzrə 391687,91 manat əsas, 18885,47 manat faiz, 28180,05 manat dəbbə, cəmi 438753,43 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı müqaviləsi üzrə 631561,42 manat əsas, 36645,33 manat faiz, 42835,99 manat dəbbə, cəmi 711042,74 manat, 01 mart 2022- ci il tarixli, TZM0022005/003 saylı müqaviləsi üzrə 482979,82 manat əsas, 24852,68 manat faiz, 32908,04 manat dəbbə, cəmi 540740,54 manat (bütün tələblərin cəmi 1690536,71 manat) məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 1235 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, e-2-2(113)-136/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 birgə qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 391687,91 manat əsas borc, 7229,70 manat faiz borcu, 15000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 631561,42 manat əsas borc, 29139,85 manat faiz borcu, 25000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 482979,82 manat əsas borc, 18151,10 manat faiz borcu, 19000 manat dəbbə pulu, ödənilmiş 1325 manat dövlət rüsumu, ümumilikdə 1621074,80 (bir milyon altı yüz iyirmi bir min yetmiş dörd manat səksən qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin 24 aprel 2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 xx.xx.2024-cü il tarixli qərardaddan da şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin şikayəti geri qaytarmaqda mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 24 aprel 2024cü il tarixli, e-2-2(113)-136/2024 saylı qətnaməsi Cavabdeh2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, qeyd olunan qətnamədən apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin verilmə müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti qaytarmaqla qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-902/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-902/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver