Məhkəmə qərarları › İş №2-2(103)-904/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-904/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-904/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, əsas faiz, və cərimə borcunun məbləği, ekspert rəyinin mötəbərliyi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin cavabehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-2(113)-119/2025 nömrəli qətnaməsindən İddiaçı ASC-nin ayrıca apellyasiya şikayəti və cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin gödtərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 saylı versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-04654LE/2019 saylı razılaşma imzalanmışdır.

2. xx.xx.2021-ci il tarixli ZM-1178/2021 nömrəli zəmanət məktubundan görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na, habelə Fondun daxili qaydalarına və Fondla İddiaçı ASC arasında bağlanılmış 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Müvəkkil kredit təşkilatına aşağıdakı şərtlərlə zəmanətin verilməsini öhdəsinə götürür: sahibkarlıq subyekti – Cavabdeh1 MMC; kreditin məbləği, manatla – 99701; kreditin müddəti (aylarla) – 24; güzəşt müddəti (aylarla) – 6; kreditin illik faiz dərəcəsi, %-lə – 15; kreditin təyinatı – dövriyyə vəsaitlərinin artırılması; təminatın növü – zaminlik; zəmanətin kreditə nisbəti – 60%; birdəfəlik zəmanət haqqının məbləği, manatla – 997,01.

3. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 18 iyun 2021-ci il tarixli ZM-1178/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 99 701 manat məbləğində kredit verilmişdir.

4. Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər.

5. Borcalanın iddiaçı qarşısında olan DCS00341235-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DGS**********05 saylı zaminlik müqaviləsi bağlanmışdır.

6. Ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 155 272 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

7. DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********149 saylı zaminlik müqaviləsi bağlanmışdır.

8. Üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə 31759,73 manat zəmanət məbləği ödənilmiş, həmin məbləğ üzrə borcalanın ödənişləri hesabına 23819 manat məbləğində vəsait fonda qaytarılmış, zəmanət məbləğindən 7940,73 manat qaytarılmamış qalmışdır.

9. xx.xx.2023-cü il tarixli 22 nömrəli tələbin güzəşti müqaviləsinin 1-ci hissəsindən görünür ki, müvəkkil kredit təşkilatı 25 iyun 2021-ci il tarixli DCS00341235-01 nömrəli kredit müqaviləsinə əsasən Borclu olan Cavabdeh1 MMC-yə verilmiş kredit üzrə və 25 iyun 2021-ci il tarixli DGS**********05 nömrəli zaminlik müqaviləsi üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir.

10. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən cavabdehin xeyrinə ödənilmiş məbləğin cavabdehdən tələb edilməsi hüququ xx.xx.2023-cü il tarixli 3- 21-8/2-957/2023 saylı məktubla iddiaçıya həvalə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə 13234,51 manat əsas bоrc, 917,59 manat cərimə borcu оlmaqla ümumilikdə 14152,1 manat borcun, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə 109 602,84 manat əsas borc, 18172,9 manat faiz borcu, 12722,27 manat cərimə borcu olmaqla cəmi 140 498,01 manat borcun və 400 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 saylı versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-04654LE/2019 saylı razılaşma imzalanmışdır. Bundan başqa, iddiaçı ilə borcalan arasında xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 18 iyun 2021-ci il tarixli ZM-1178/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 99 701 manat məbləğində kredit verilmişdir. Borcalanın iddiaçı qarşısında olan DCS00341235-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DGS**********05 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 155 272 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa, DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********149 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan müqavilə üzrə öhdəliklərini DC00341235-03 saylı kredit müqaviləsi üzrə 422 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə iddiaçı qarşısında öhdəlikləri aşağıdakı kimidir: DCS00341235-01 saylı kredit müqaviləsinə əsasən 24129,28 manat əsas borc, 40,95 manat faiz borcu olmaqla cəmi 24170,23 manat; DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 109 602,84 manat əsas borc, 8343,03 manat faiz borcu, 981,07 manat cərimə borcu olmaqla cəmi 118 926,94 manat təşkil edir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 34 manat dövlət rüsumu ödəmişdir. DCS00341235-01 saylı kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Ümumi şərtlər toplusuna 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 443, 445-ci və s. maddələri göstərilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.

14. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edirək göstərmişdir ki, iddia ərizəsində hər iki kredit müqaviləsi üzrə hesablanmış əsas borc, faiz və dəbbə pulu tam olaraq əsassız olaraq şişirdilib. Belə ki, hər ay vaxtında qrafikə uyğun olaraq kredit ödənişləri edilmiş, lakin iddiaçı tərəfindən ödənilən pul vəsaitlərinin böyük əksəriyyəti dəbbə və faizlərə çıxıldığı üçün bu günə olan əsas borcun məbləği şişirdilmiş sayılır. Bununla əlaqədar olaraq dəfələrlə iddiaçı tərəfə şikayət və iradlar bildirilsə də, heç bir nəticə əldə edilməmişdir. İddiaçı əlində olan inzibatı resurslardan istifadə edərək hesabda olan vəsaitləri öz şəxsi maraqlarının təmin olunması üçün dəbbə puluna yönəltməklə borcalanın müflis olmasına, iddiaçının əməkdaşlarının isə bonuslar qazanmasına səbəb olur. Belə ki, cavabdehlərdə olan məlumata görə hesablara daxil olan vəsaitin dəbbə puluna silinməsinin əsas səbəbi odur ki, dəbbə pulu hesabına bank əməkdaşlarına yüksək məbləğlərdə bonuslar və əmək haqqı hesablanır. Yəni bank və onun əməkdaşları cavabdehlərin hesabına əsassız və qanunsuz olaraq varlanırlar. Bütün ödənişlər bank əməkdaşlarının bonus almalarını təmin etmək üçün dəbbə puluna silinir. Hesablara görə bu günə qədər ödənilən vəsaitin təxminən 30-40 faiz hissəsi məhz dəbbə puluna silinib. Bu səbəbdən əsas borcun və faizlərin dəqiq məbləğinin hesablanması, həmçinin ödənilən pulların hansı hissəsinin dəbbə puluna silinməsini öyrənmək üçün mütləq qaydada mühasibatlıq və maliyyə ekspertizalarının aparılmasına zərurət yaranmışdır. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 467, 1092.1, 1092.2-ci maddələri göstərilmişdir.

15. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yazılı mülahizə təqdim edərək göstərmişdir ki:

– işlə əlaqədar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəy məhkəməyə təqdim edilmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə bir neçə dəfə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. Son dəfə xx.xx.2025-ci il tarixində məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli rəy məhkəməyə təqdim edilmişdir. – Ekspert tərəfindən ödənişlərin silinməsi doğru yerinə yetirilməmişdir. Hazırda ekspertiza təhqiqatı zamanı bəzi ödənişlər üzrə silinmələr və müvafiq hesablamalar ekspert tərəfindən düzgün nəzərə alınmamışdır. Ekspert rəyində qeyd edilmişdir ki, cavabdehin DCS00341235-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 25.006.2023-cü il tarixinə 3971,66 manat əsas borc, DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə xx.xx.2023-cü il tarixinə 108 847,73 manat əsas borc, 10 753,80 manat faiz borcu mövcuddur. Ekspertiza təhqiqatı zamanı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən edilmiş, bəzi digər ödənişlər üzrə silinmələr və müvafiq hesablamalar ekspert tərəfindən düzgün nəzərə alınmadığından ekspert rəyi mötəbər hesab edilə bilməz. – Müvafiq iş üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanmış və həmin tarixə cavabdehin 52 932,89 manat əsas borc müəyyən edilmişdir. Müqavilə bağlanması ilə birgə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən cavabdehin xeyrinə ödənilmiş məbləğin cavabdehdən tələb edilməsi hüququ xx.xx.2023-cü il tarixli 3-21- 8/2-957/2023 saylı məktubla iddiaçıya həvalə edilmişdir. Müvafiq razılaşmaya uyğun olaraq köçürülməli olan məbləğ 31 759,73 manat olaraq müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh də ödənişlər etmiş və müvafiq məbləğ iddiaçıya xx.xx.2023-cü il tarixində köçürülərkən tərəfin əsas borcu 40215,47 manat qaldığına görə dərhal 7 630,45 manat geri qaytarılmış və yerdə qalan 24 129,28 manat məbləğ cavabdehin borcuna silinmişdir. – Daha sonra tərəf xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində ümumilikdə 26 980,92 manat ödəniş etmişdir. Bu ödənişin də 16188,55 manat hissəsi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna geri qaytarılmış və yerdə qalan məbləğ cavabdehin borcuna silinmişdir. Bu əsasla cavabdehin üşüncü şəxs qarşısında qalan öhdəliyi 7 940,73 manat, iddiaçı qarşısında öhdəliyi isə 5 293,82 manatdır. Ekspert isə müvafiq tarixə əsas borcu 3 971,66 manat hesablamışdır. Hesabdan çıxarışa və tərəfin ödənişlərinə də nəzər yetirdikdə ekspert tərəfindən qeyri-müəyyən hesablamaların aparılması öz əksini tapır. Məzmun hissəsində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna köçürülməli olan 7940,73 manat öz əksini tapır, lakin tərəfin iddiaçıya olan öhdəliyi doğru hesablanmayıb. – Mütləq qeyd edilməli olan hal budur ki, xx.xx.2023-cü il tarixində 50 843,35 manat ödəniş həyata keçirilməmişdir. Əlavə nəzərə alınmalı olan hallar budur ki, ekspert xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində aparılmış ödənişləri doğru nəzərə almayıb. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehin cərimə öhdəliyinə silinmiş 602,22 manat məbləğ ekspert tərəfindən əsas borca yönləndirilmişdir. Silinmələrin qeyri-dəqiq aparılması yekun rəyin qeyri-real olması ilə nəticələnmişdir.

16. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək cavabdehin cəmi 6000 manat borcu olduğunu, həmin məbləği ödəməyə hazır olduğunu və 19 iyul 2024-cü il tarixli 9/3235 nömrəli ekspert rəyi ilə razı olduqlarını qeyd etmişdir.

17. Birinci instansiya məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-2(113)-119/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 10639,85 manat əsas borc, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 108847,87 manat əsas borc, 10753,8 manat faiz borcu, 5500 manat cərimə olmaqla ümumilikdə 135741,52 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvvəzi olaraq 400 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərci olaraq 300 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

- iş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli ZM-1178/2021 nömrəli zəmanət məktubundan görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na, habelə Fondun daxili qaydalarına və Fondla İddiaçı ASC arasında bağlanılmış 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Müvəkkil kredit təşkilatına aşağıdakı şərtlərlə zəmanətin verilməsini öhdəsinə götürür: sahibkarlıq subyekti – Cavabdeh1 MMC; kreditin məbləği, manatla – 99701; kreditin müddəti (aylarla) – 24; güzəşt müddəti (aylarla) – 6; kreditin illik faiz dərəcəsi, %-lə – 15; kreditin təyinatı – dövriyyə vəsaitlərinin artırılması; təminatın növü – zaminlik; zəmanətin kreditə nisbəti – 60%; birdəfəlik zəmanət haqqının məbləği, manatla – 997,01. - İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli 22 nömrəli tələbin güzəşti müqaviləsinin 1-ci hissəsindən görünür ki, müvəkkil kredit təşkilatı 25 iyun 2021-ci il tarixli DCS00341235-01 nömrəli kredit müqaviləsinə əsasən Borclu olan Cavabdeh1 MMC-yə verilmiş kredit üzrə və 25 iyun 2021-ci il tarixli DGS**********05 nömrəli zaminlik müqaviləsi üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir. Tərəflər kredit müqaviləsi üzrə kreditin əsas məbləğinin 52932,89 manat, faiz məbləğinin 3067,09 manat, dəbbə pulunun 571,95 manat, cəmi məbləğin 56571,92 manat təşkil etdiyini qəbul edirlər. - Məhkəməyə təqdim edilən üçüncü şəxs tərəfindən iddiaçıya ünvanlanan 3-21- 8/2-957/2023 nömrəli 16 mart 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi İddiaçı ASC-yə həvalə edilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 8.1-ci bəndinə əsasən, zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbi irəli sürmədikdə zəmanət qüvvəsini itirir. - Həmin Qaydanın 8.4-cü bəndinə əsasən, Fond bu Qaydanın 8.1-ci, 8.2-ci, 8.3cü və 10.3-cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir. - Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətlərini, müvəkkil kredit təşkilatının rekvizitləri və Fonda rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinə müraciət edir. Maliyyə Nazirliyi Fondun müraciəti əsasında 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir. - Həmin Qaydanın 12.7-ci bəndinə əsasən, zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X3 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər. - Göründüyü kimi, Qaydaya əsasən zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Qeyd edilən tələb icra edildikdən sonra sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqları tam həcmdə Fonda güzəşt. edilir. Daha sonra zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir, eyni zamanda zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X3 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər. - Hazırkı halda iddiaçı xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə tələb hüquqlarını Qaydaya və tərəflər arasında bağlanmış müqaviləyə müvafiq olaraq bütünlüklə üçüncü şəxsə ötürmüş, üçüncü şəxs 3- 21-8/2-957/2023 nömrəli 16 mart 2023-cü il tarixli məktubla Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsini İddiaçı ASC-yə həvalə etmişdir. Belə olan halda iddiaçı həmin kredit müqaviləsi üzrə də iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. - Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış, həmin tarixədək müqavilədən birtərəfli imtina və ya müqavilənin ləğv olunması əsası ilə müqavilə xitam olunmamışdır. Lakin xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı müqavilənin qüvvəsi xx.xx.2024-cü il tarixədək olmuş, həmin tarixədək iddiaçı müqavilədən birtərəfli imtina etmişdir. Ona görə də məhkəmə həmin müqavilənin qüvvədə olma məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri hesab edir. - İş materiallarından görünür ki, iddiaçı 24 oktyabr 2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif ilə Cavabdeh1 MMC-yə (borcalana) müraciət edərək, borcun tam ödənilməsini tələb etmiş, həmin məktub xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən qəbul edilmişdir. - Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə təklif məktubu yollayaraq xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə borcun tam ödənilməsini tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun cavabdehə çatdırıldığı həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. - Belə olan halda, iddiaçı xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı müqavilə üzrə xx.xx.2023-cü il (müqavilə müddətinin sonunadək) tarixədək, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixədək (müqavilədən birtərəfli imtina edilələrək xitam olunduğu) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. - Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı isə qeyd edir ki, bu ödənişlərin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. - Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1764/2024 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2024-cü il tarixli 9/3235 nömrəli ekspert rəyində xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə faiz hesablanan dövr düzgün müəyyən edilmədiyindən, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə üçüncü şəxs tərəfindən ödənilən və üçüncü şəxsə qaytarılan zəmanət məbləğləri nəzərə alınmadığından, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1764/2024 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2024-cü il tarixli 9/8263 nömrəli ekspert rəyində isə xx.xx.2021ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə zəmanət məbləği düzgün məyyən edilmədiyindən həmin rəylər borc məbləği ilə bağlı mötəbər sübut qismində çıxış edə bilməz. - Belə olan halda məhkəmə xx.xx.2025-ci il tarixli e-2-2(113)-119/2025 nömrəli qərardad əsasında aparılmış xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli ekspert rəyini əsaslı hesab edir. Həmin rəyə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə hal-hazıra kimi aparılmış bütün (Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ödənilmiş ümumi zəmanət məbləği də daxil olmaqla) ödənişlər nəzərə alınmaqla və faiz borcu 25 iyun 2023-cü il tarixədək hesablanmaqla Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 3971,66 manat; faiz borcu üzrə 0,00 manat. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə 18 iyun 2021-ci il tarixli ZM1178/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ödənilmiş ümumi Zəmanət məbləğinin 31759,73 manat olduğu müəyyən edilmişdir ki, həmin Zəmanət məbləğindən Azərbaycan Respublikası X1ytarılmış məbləğin cəmi 23819 manat məbləğində müəyyən edilir. Bununla yanaşı, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) borc aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 108 847,87 manat; faiz borcu üzrə 10 753,80 manat. - Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə əsas borc 108 847,87 manat, faiz borcu isə 10 753,80 manat müəyyən edilməlidir. - xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə isə göstərilməlidir ki, ekspert rəyinə əsasən həmin müqavilə üzrə zəmanət məbləği nəzərə alınmaqla əsas borc 3971,66 manatdır. Həmçinin üçüncü şəxs tərəfindən iddiaçıya ödənilmiş zəmanət məbləği 31759,73 manat təşkil edir və həmin məbləğ kredit üzrə əsas borca silinmişdir. Bununla yanaşı, zəmanət məbləğindən 23819 manat iddiaçı tərəfindən üçüncü şəxsə qaytarılmış, qaytarılmayan ümumi məbləğ 7940,73 manat təşkil etmişdir. İddiaçının isə həmin məbləği üçüncü şəxsin adından tələb etməsi üçün subyektiv hüququ mövcuddur. - Belə olan halda, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə cəmi borc ödənilmiş, lakin qaytarılmayan 7940,73 manat zəmanət məbləği də daxil olmaqla 11912,39 manat təşkil edir. Lakin xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə müqavilə üzrə faiz borcu 0 manat təşkil etdiyi halda, həmin tarixdən sonra 1272,54 manat faiz borcuna silinmişdir. Kredit müddətindən sonra kreditidən istifadə üzrə faizlərin hesablanması mümkün olmadığından hazırda həmin məbləğ əsas borca silinməlidir. - Göstərilənlərə əsasən, yekun olaraq xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə əsas borc 10639,85 (11912,39 – 1272,54) manat, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə əsas borc 108 847,87 manat, faiz borcu 10753,8 manat olaraq müəyyən edilməlidir. - Mülki Məcəllənin qeyd edilən tələblərinə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 10639,85 manat əsas borc, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 108847,87 manat əsas borc, 10753,8 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. - Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsindən görünür ki, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 32% razılaşdırılmışdır. - xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsinin 4.2-ci bəndindən görünür ki, borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. - xx.xx.2021-ci il tarixli DGS**********05 nömrəli və xx.xx.2022-ci il tarixli DG**********149 nömrəli zaminlik müqavilələrinin müvafiq olaraq 1.2.2-ci bəndi və 2.2-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyə o cümlədən illik 15 faiz dərəcəsinə əsasən hesablanan cərimə/illik 32%, gündəlik 0,0889% olmaqla cərimə faizi də daxildir. - Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). - Göründüyü kimi, Konstitusiya Məhkəməsi mülki qanunvericiliyin normalarından çıxış edərək göstərmişdir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Başqa sözlə, müqavilənin qüvvədə olduğu müddət ərzində yol verilmiş pozuntuya görə məsuliyyət müqavilənin müddətinin başa çatmasına görə aradan qalxmır. Lakin müqavilə xitam olunduqdan (müddətin başa çatması, ləğvi və ya müqavilədən bir tərəfli imtina olunması) sonra qüvvədə olmayan müqavilə şərtinə istinad edilməklə dəbbə pulunun hesablanmasının hüquqi əsası yoxdur. Təsadüf deyildir ki, Konstitusiya Məhkəməsi adıçəkilən Qərarda qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. - İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən (xx.xx.2024-cü il) xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə cərimə məbləği tələb etməmiş, cəriməni yalnız xx.xx.2024-cü il tarixə hesablamışdır. Başqa sözlə, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cərimə müqavilə müddətindən sonrakı dövr üçün hesablanmışdır ki, bunun da hüquqi əsası mövcud deyildir. - Mülki Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). - İş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehlər öhdəliyi hissəvi icra etməmişdir. - Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, xx.xx.2022ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə cərimə məbləğinin 5500 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. - Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə 5500 manat pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. - İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-02411 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödənmişdir. - Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. - “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2). - Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin oktyabr – dekabr ayı) MPM-in 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. - Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 9/3235 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, xx.xx.2024-cü il tarixli 9/8263 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir. - İş materiallarında olan ********** nömrəli qəbzlə 34 manat, ********** nömrəli qəbzlə 11 manat iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmişdir. - İş materialları ilə müəyyən olunur ki, kredit müqavilələri üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsində asılı olmayaraq bölüşdürülməlidir. - Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, ekspertiza xərci olaraq 300 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 115.0,115.0.9, 462.1,467, 739, 739.2, 741, 421.2, 447.1, 447.2.1, 447.2, 447.2.3, 470.1, 471, 472.1,472.2,-ci maddələrini, “Mediasiya haqqında” Qanununun 36.1, 36.1.1, 36.1.2 -ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-2(113)-119/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək mübahisələndirilən məhkəmə qətnaməsinin cavabdehlərdən 5.500 manat cərimə məbləğinin hesablanması hissəsində ləğv edilməsini xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 5500 manat məbləğində cərimə faizi tam olaraq qanunsuz,əsassız və ədalətsiz olaraq hesablanmışdır. 5500 manat dəbbə pulunun hesablanması nə müqavilə üzrə öhdəliklər, nədəki qanunun tələbindən irəli gələrək hesablanmışdır. Həmçinin hazırda qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisnad edilir. Göstərilənləri nəzərə alaraq hesablanmış 5500 manat məbləğində cərimə faizi silinməlidir. Beləki, qeyd olunan məbləğ həqiqətən çox yüksək olmaqla yanaşı tənasübsüzsurətdə yüksək məbləğdir.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-2(113)-119/2025 nömrəli qətnaməsindən İddiaçı ASC apellyasiya şikayəti verərək mübahisələndirilən məhkəmə qətnaməsinin iddianın rədd edildiyi hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən də göründüyü kimi məhkəmə qanunvericiliyin normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə ekspertizanın rəyi ilə kifayətlənmiş və ekspertin rəyini əsas götürərək, müqavilə şərtlərinə uyğun olaraq düzgün hesablanmayan ekspert rəyini iş üzrə sübut kimi qiymətləndirmiş, ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Bundan başqa, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan ekspertin rəyi mötəbər hesab edilmiş və əsas, faiz və cərimə borcu məbləğləri əsassız surətdə azaldılaraq düzgün göstərilməmişdir. Cavabdehin DCS00341235-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixinə 3 971.66 manat əsas borc, DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə xx.xx.2023-cü il tarixinə 108 847.73 manat əsas borc, 10 753.80 manat faiz borcu mövcuddur. Ekspertiza tədqiqatı zamanı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu” X6 tərəfindən edilmiş bəzi digər ödənişlər üzrə silinmələr və müvafiq hesablamalar ekspert tərəfindən düzgün nəzərə alınmadığından ekspert rəyi mötəbər hesab edilə bilməz. Müvafiq iş üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu” X6 ilə Bank arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanmış və həmin tarixə cavabdehin 52 932.89 manat əsas borcu müəyyən edilmişdir. Müqavilə bağlanması ilə birgə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu” X6 tərəfindən cavabdehin xeyrinə ödənilmiş məbləğin cavabdehdən tələb edilməsi hüququ xx.xx.2023- cü il tarixli 3-21-8/2-957/2023 saylıməktubla İddiaçı ASC-yə həvalə edilmişdir. Müvafiq razılaşmaya uyğun olaraq köçürülməli olan məbləğ 31759.73 olaraq müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh də ödənişlər etmiş və müvafiq məbləğ Banka xx.xx.2023-cü il tarixində köçürülərkən tərəfin əsas borcu 40,215.47 manat qaldığına görə dərhal 7630,45 manat geri qaytarılmış və yerdə qalan 24 129.28 manat məbləğ cavabdehin borcuna silinmişdir. Daha sonra tərəf xx.xx.2023, 3.7.2023, 4.09.2023 tarixlərində ümumilikdə 26 980.92 manat ödəniş edilmişdir. Bu ödənişin də 16188.55 manat hissəsi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu” X5 geri qaytarılmış və yerdə qalan məbləğ cavabdehin borcuna silinmişdir. Bu əsasla Cavabdehin SİF qarşısında qalan öhdəliyi 7 940.73 manat, Bank qarşısında öhdəliyi isə 5 293.82 manatdır. Ekspert isə müvafiq tarixə əsas borc 3 971.66 manat əsas borc hesablamışdır. Hesabdan çıxarışa və tərəfin ödənişlərinə də nəzər yetirdikdə ekspert tərəfindən qeyri-müəyyən hesablamaların aparılması öz əksini tapır. Məzmun hissəsində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu” X5 köçürülməli olan 7940.73 manat öz əksini tapır, lakin tərəfin bizim qarşımızda olan öhdəliyi doğru hesablanmayıb. Mütləq qeyd edilməli olan hal budur ki, xx.xx.2023-cü il tarixində 50843.35 manat ödəniş həyata keçirilməmişdir. Əlavə nəzərə alınmalı olan hallar budur ki, ekspert xx.xx.2023, xx.xx.2023 tarixlərində aparılmış ödənişləri doğru nəzərə almayıb. xx.xx.2023-cü il tarixində Bank tərəfindən cavabdehin cərimə öhdəliyinə silinmiş 602.22 manat məbləğ ekspert tərəfindən əsas borca yönləndirilmişdir. Beləliklə də, məhkəmə bu uyğunsuzluqları və ekspert tərəfindən düzgün olmayan hesablamaları nəzərə almamış və düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

19. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

c) Apellyasiya baxışı, izahatlar

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayətlərini müdafiə etmiş və müvafiq qətnamənin qəbul edilməsini xahiş, Cavabdeh1 MMC isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Maddə 472. Borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

30. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda iddiaçı müvafiq qətnaməni iddiaçın təmin edilmədiyi hissədə mübahisələndirmişdir. Cavabdehlər isə birinci instansiya məhkəməsinin qətnaməsini yalnız dəbbə pulunun məbləği hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdehlər kredit müqavilələri üzrə məhkəmə tərəfindən müəyyən edilmiş əsas və faiz borcu hissəsində mübahisələndirilmədiyindən həmin hissədə yoxlanılmır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

43. Belə ki, – iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-04654LE/2019 saylı razılaşma çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizədən və xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

44. xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı 155 272 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu illik 17 faiz dərəcəsi ilə müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı 99701 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu illik 15 faiz dərəcəsi ilə müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya 24 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 MMC kredit müqavilələri üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin tələblərini pozmuşdur. Həmçinin sözügedən maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh2 xx.xx.2022-ci il tarixli DG**********149 nömrəli zaminlik müqaviləsi və xx.xx.2021-ci il tarixli DGS**********05 nömrəli zaminlik müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Elə olan halda Mülki Məcəllənin tələblərinə uyğun olaraq Cavabdeh1 MMC və Cavabdeh2 kredit müqavilələri üzrə öhdəliklərinin icra edilməməsinə görə cavabdeh hesab olunmalıdır.

45. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı iddiaçının irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, həmçinin iddiaçının vəsatətlərinə əsasən məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3235 saylı rəyinə əsasən Cavabdeh1 MMC-nin DCS00341235-01 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borcu 14316,47 manat, faiz borcu 0.00 manat, DCS00341235-03 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə əsas borc 108847,87 manat, faiz borcu üzrə 16459,24 manat müəyyən edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli DCS00341235- 01 saylı rəyinə əsasən Cavabdeh1 MMC-nin DCS00341235-01 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə faiz borcu 0.00 manat, xx.xx.2024cü il tarixə əsas borcu 30.504,12 manat müəyyən edilmişdir.

46. Daha sonra xx.xx.2025-ci il tarixli e-2-2(113)-119/2025 nömrəli məhkəmə qərardadı əsasında aparılmış xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə hal-hazıra kimi aparılmış bütün (Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ödənilmiş ümumi zəmanət məbləği də daxil olmaqla) ödənişlər nəzərə alınmaqla və faiz borcu 25 iyun 2023cü il tarixədək hesablanmaqla Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 3971,66 manat; faiz borcu üzrə 0,00 manat. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə 18 iyun 2021-ci il tarixli ZM1178/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ödənilmiş ümumi Zəmanət məbləğinin 31759,73 manat olduğu müəyyən edilmişdir ki, həmin Zəmanət məbləğindən Azərbaycan Respublikası X1ytarılmış məbləğin cəmi 23819 manat məbləğində müəyyən edilir. Bununla yanaşı, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2023-cü il tarixə (sualda souşulan tarixə) borc aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 108 847,87 manat; faiz borcu üzrə 10 753,80 manat.

47. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli 9/3235 nömrəli ekspert rəyində xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə faiz hesablanan dövr düzgün müəyyən edilmədiyindən, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə üçüncü şəxs tərəfindən ödənilən və üçüncü şəxsə qaytarılan zəmanət məbləğləri nəzərə alınmadığından, xx.xx.2024-cü il tarixli 9/8263 nömrəli ekspert rəyində isə xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə zəmanət məbləği düzgün məyyən edilmədiyindən həmin rəylər borc məbləği ilə bağlı mötəbər sübut qismində çıxış edə bilməz.

48. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə əsas borc 108 847,87 manat, faiz borcu isə 10 753,80 manat müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə cəmi borc ödənilmiş, lakin qaytarılmayan 7940,73 manat zəmanət məbləği də daxil olmaqla 11912,39 manat təşkil edir. Lakin xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə müqavilə üzrə faiz borcu 0 manat təşkil etdiyi halda, həmin tarixdən sonra 1272,54 manat faiz borcuna silinmişdir. Kredit müddətindən sonra kreditdən istifadə üzrə faizlərin hesablanması mümkün olmadığından hazırda həmin məbləğ əsas borca silinməlidir.

49. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); iş materiallarından müəyyən edilir ki, hazırkı iş üzrə verilmiş xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

50. Cərimənin tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

51. İşin hallarını, yəni tərəflər cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğlərinin əsas borc məbləğlərinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə cərimə məbləğinin 5500 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.

52. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, müqavilə xitam olunduqdan (müddətin başa çatması, ləğvi və ya müqavilədən bir tərəfli imtina olunması) sonra qüvvədə olmayan müqavilə şərtinə istinad edilməklə dəbbə pulunun hesablanmasının hüquqi əsası yoxdur. Belə olan halda xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cərimə müqavilə müddətindən sonrakı dövr üçün hesablanması əsassızdır.

53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği onların özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı ASC-nin ayrıca apellyasiya şikayəti və cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-2(113)-119/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorların özünə aid edilsin. İddiaçı ASC qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar