Məhkəmə qərarları › İş №2-2(103)-905/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-905/2025

22.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-905/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbi, birləşdirilmiş iş üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pul vəsaitinin qaytarılması, birgə fəaliyyət, ortaq iş görmə (şəriklik), pay bölgüsü, zərərin mütənasib bölüşdürülməsi) Hakim sədrliyi ilə, hakimlər X4 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Bkatibliyi, iddiaçı iddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, iddiaçılar iddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) nümayəndə1, cavabdeh Cavabdeh direktoru Qanuni nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən və birləşdirilmiş iş üzrə ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında ##.##.2022-ci il tarixli, **********29122022 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və maksimal borclanma limitinin xüsusi şərtlərinə dair ##.##.2023-cü il tarixli, **/*** saylı əlavə bağlanmışdır.

2. “xxxx” ASC ilə iddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 348/107 və ***/*** saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh MMC-nin bank qarşısında yaranmış öhdəliyinin icra edilməsi üçün iddiaçı2 MMC və “xxxx” MMC zamin qismində birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər.

3. Cavabdeh MMC-nin bank hesabına ödəniş tapşırıqlarında borc müqaviləsinə istinad edilməklə “xxxx” MMC tərəfindən ##.##.2022-##.##.2023-cü il tarixləri aralığında 10 ədəd ödəniş tapşırığı üzrə ümumilikdə 167 500 manat, iddiaçı2 MMC tərəfindən isə ##.##.2023, ##.##.2023 və ##.##.2023-cü il tarixli ödəniş tapşırıqları üzrə ümumilikdə 56 180 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

4. Cavabdeh MMC-nin hesabına təyinatı gecikmiş faiz borcunun ödənilməsi göstərilməklə iddiaçı2 MMC tərəfindən ##.##.2023, ##.##.2024 və ##.##.2024-cü il tarixli ödəniş tapşırıqları üzrə ümumilikdə 982,39 manat, “xxxx” MMC tərəfindən isə ##.##.2023, ##.##.2024 və ##.##.2024-cü il tarixli ödəniş tapşırıqları üzrə ümumilikdə 3 106,88 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat:

5. Iddiaçı iddiaçı2 MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 56 180 manat borc, 4 859 manat faiz borcu, həmçinin zamindən tutulmuş pul vəsaitinin əvəzi qismində 1 353 manat olmaqla ümumilikdə 62 393 manat məbləğində pul vəsaiti və ödənilmiş 278 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Vüqar Səfərov iddiaçı şirkətin, Qanuni nümayəndə isə cavabdeh şirkətin təsisçisi və qanuni təmsilçisidir. Onların şəxsi tanışlığı əsasında 2023-cü ilin aprel-iyul aylarında tərəflər arasında maliyyə münasibətləri yaranmışdır. Iddiaçı əvvəlcə cavabdehin öhdəliyinə zamin durmuş, daha sonra cavabdehə kommersiya fəaliyyəti üçün ümumilikdə 56 180 manat (5 000 manat, 50 000 manat və 1 180 manat) borc vermişdir. Bundan əlavə, zaminlik müqaviləsinə əsasən cavabdehin kredit borcu ödənilmədiyi üçün iddiaçının hesabından 1 353 manat silinmişdir. Borcun qaytarılması dəfələrlə tələb olunsa da, cavabdeh öhdəliyini yerinə yetirməmiş, nəticədə iddiaçının əmlakı hesabına əsassız varlanmışdır.

7. Cavabdeh yazılı etirazında bildirmişdir ki, Qanuni nümayəndə, E.Baliyev və V.Səfərov cavabdeh MMC-də faktiki ortaq kimi fəaliyyət göstərmişlər. Şirkət 2022-ci ildə Italiyadan idxal məqsədilə yaradılmış, “xxxx” MMC-nin təsisçisi E.Baliyev isə 300 000 manat kredit müqabilində 20% pay almağa razılaşmışdır. Bu çərçivədə iddiaçı və “xxxx” MMC zamin olmuşdur. Kredit gecikdiyindən mallar vaxtında alınmamış, gömrük ödənişləri üçün lazım olan vəsait iddiaçı tərəfindən təmin edilmişdir. Bu vəsaitləri borc deyil, ortaq fəaliyyətin tərkib hissəsidir. Yazılı borc müqaviləsinin olmaması, tərəflər arasında yazışmaların və “Whatsapp” qrupunun mövcudluğu, həmçinin V.Səfərovun tədbirlərdə təsisçi kimi təqdim olunması münasibətlərin ortaqlıq xarakterli olduğunu göstərir. Eyni zamanda, borc münasibəti iddia edilirsə, yazılı müqavilə olmalı idi və iddiaçının ardıcıl ödənişləri bunu təkzib edir. Bundan əlavə, iddiaçının həm borc, həm də əsassız varlanma iddiası irəli sürməsi hüquqi baxımdan ziddiyyətlidir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 56 180 manat borc və zaminlik müqaviləsinə əsasən gecikmiş borca görə ödənilmiş 1 353 manat pul, həmçinin ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 56 180 manat vəsait köçürülmüş və bu hal təsdiqini tapmışdır. Yazılı borc müqaviləsi olmasa da, cavabdeh vəsaitlərin borc kimi verilməsinə etiraz etməmiş və onların şirkətin ehtiyaclarına sərf olunduğunu qəbul etmişdir. Buna görə məhkəmə 56 180 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini əsaslı saymışdır. Həmçinin, cavabdehin “xxxx” ASC ilə bağladığı kredit müqaviləsi üzrə 1 353 manat faiz borcu iddiaçı tərəfindən zamin kimi ödənildiyindən, məhkəmə həmin məbləğin reqres qaydasında cavabdehdən tutulmasını da qanuni hesab etmişdir. Lakin 4 859 manat məbləğində bank uçot dərəcəsinə uyğun faiz tələbi məhkəmə tərəfindən əsassız sayılaraq rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, tətbiq edilməməli hüquq normalarını tətbiq etdiyini, tərəflər arasında borc münasibəti olmadığı halda, mübahisəni borc müqaviləsindən irəli gələn mübahisə kimi qiymətləndirdiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini və gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi “Cavabdeh MMC-dən 56 180 manat məbləğində borcun tutularaq iddiaçı2 MMC-yə ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla tələb təmin edilmiş, Cavabdeh MMC-dən 56 180 manat məbləğində pulun tutularaq iddiaçı2 MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 56 180 manatın borc kimi tutulması hissəsində tərəflər arasındakı münasibətlərin mahiyyətini düzgün qiymətləndirməmişdir. Belə ki, tərəflər arasında borc deyil, şərikli biznes (ortaq fəaliyyət) münasibətləri mövcud olmuş, iddiaçı bu məbləği həmin fəaliyyət üçün cavabdehə vermişdir. Sonradan yaranmış mübahisə nəticəsində iddiaçı verdiyi vəsaiti geri tələb etmiş və bu hal cavabdeh tərəfindən də etiraf olunmuşdur. Cavabdeh fəaliyyətin zərərlə nəticələndiyini və ya mənfəətin bölüşdürüldüyünü sübut etməli idi. Cavabdeh bu halları sübuta yetirə bilmədiyindən, 56 180 manatın iddiaçının xeyrinə tutulması əsaslı hesab edilmişdir. Qətnamənin 1 353 manatın tutulması hissəsi isə düzgün sayılmış və bu tələb Mülki Məcəllənin 475.1-ci maddəsinə uyğun olaraq təmin edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat:

14. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni təmsilçisi V.Səfərovun cavabdeh MMC-də ortaq olması təsdiq edildiyi üçün onun digər şirkətin krediti üzrə zamin durması adi hal kimi qiymətləndirilməlidir. Iddiaçı formal olaraq zamin olsa da, faktiki olaraq kredit üzrə birgə borclu kimi çıxış etmişdir. Apellyasiya məhkəməsi tərəflər arasında ortaq biznes münasibətlərini qəbul etsə də, 1 353 manatın tutulması hissəsini əlavə əsaslandırmadan qüvvədə saxlamışdır. Halbuki, ortaq münasibətlər mövcud olduğu halda zaminlik ayrıca öhdəlik kimi qiymətləndirilə bilməzdi və həmin məbləğ cavabdehdən tələb olunmamalı idi. Kreditin biznes məqsədilə götürüldüyü qeyd olunaraq iddiaçının sadəcə “tanışlıq münasibətinə” əsasən zamin olması inandırıcı sayılmamışdır. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş 2023-cü il üzrə vergi bəyannaməsində 200 888,66 manat zərər göstərildiyi, yəni ortaq fəaliyyətin mənfəət gətirmədiyi vurğulanmışdır. Buna görə də mənfəətin bölüşdürülməsi mümkün olmamış, bütün vəsaitlər biznes məqsədlərinə sərf edilmişdir. Apellyasiya məhkəməsi bu sübutları lazımi qaydada qiymətləndirməmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsinin tam ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

17. Ali Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında şərikli birgə fəaliyyət (ortaq biznes) münasibətlərinin mövcudluğu mübahisəsiz olduğundan, şərikin zərərin bölüşdürülməsindən kənarda saxlanılması yolverilməzdir. Cavabdehin zərərlə işləməsi iddiaçının da şərik kimi həmin zərəri bölüşməsi prezumpsiyasını yaradır. Bu səbəbdən, cavabdehin zərərlə işləməsi faktı işdəki digər sübutlarla birlikdə araşdırılmalı və tərəflərin ortaq fəaliyyətindən irəli gələn münasibətlər çərçivəsində düzgün hüquqi qiymət verilməlidir. Birləşdirilmiş iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat:

18. Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 167 500 manat borc, 22 450 manat faiz borcu, həmçinin zamindən tutulmuş pul vəsaitinin əvəzi qismində 3 106 manat olmaqla ümumilikdə 193 056 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Emil Balıyev iddiaçı şirkətin, Qanuni nümayəndə isə cavabdeh şirkətin təsisçisidir. Aralarında maliyyə münasibətləri 2022-ci ilin oktyabrından yaranmışdır. Cavabdeh kommersiya fəaliyyəti üçün iddiaçıdan vəsait istəmiş, borcları sonradan qaytaracağını bildirmişdir. Tərəflər borc müqaviləsi bağlamağa razılaşsalar da, müqavilə imzalanmamış, buna baxmayaraq qarşılıqlı inama əsasən ödənişlər davam etdirilmişdir. Iddiaçı tərəfindən ## ####### 2022-ci ildən # ###### 2023-cü ilədək cavabdehə ümumilikdə 167 500 manat ödənilmişdir. Bundan əlavə, iddiaçı cavabdehin “xxxx” ASC-dən götürdüyü 100 000 manat kredit üzrə zamin olmuş, kredit gecikdirildiyinə görə onun hesabından 3 106 manat tutulmuşdur. Borcun və həmin məbləğin geri qaytarılması dəfələrlə tələb olunsa da, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Buna görə iddiaçı cavabdehin onun vəsaiti hesabına əsassız varlandığını bildirərək həm əsas borcun, həm də Mərkəzi Bankın uçot dərəcələrinə uyğun hesablanmış faiz məbləğinin tutulmasını tələb etmişdir.

20. Cavabdeh iddia ərizəsinə qarşı dəlilləri əsasən birinci iş üzrə təqdim etdiyi etirazın dəlilləri ilə eyniyyət təşkil edən etiraz ərizəsi təqdim etmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 167 500 manat borc, 11 169 manat faiz borcu və zaminlik müqaviləsinə əsasən gecikmiş borca görə ödənilmiş 3 106 manat pul, həmçinin ödənilmiş 472 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında yazılı borc müqaviləsi olmasa da, pul vəsaitləri iki il ərzində müxtəlif tarixlərdə cavabdehə bank köçürməsi ilə və təyinatı borc kimi göstərilməklə ödənilmişdir. Cavabdeh bu müddət ərzində ödənişlərin təyinatına etiraz etməmişdir. Ortaqlıq münasibətlərinə dair təqdim olunan fotoşəkillər və “Whatsapp” yazışmaları isə məhkəmə tərəfindən yetərli sübut kimi qəbul edilməmişdir. Buna görə məhkəmə 167 500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Faiz tələbi qismən təmin edilmiş, verilmiş məbləğlərinmüddəti nəzərə alınaraq illik 5% hesablanmaqla 11 169 manat faiz borcunun tutulması qərara alınmışdır. Həmçinin, iddiaçının cavabdehin kredit öhdəliyinə görə zamin kimi ödədiyi 3 106 manat məbləğin də cavabdehdən tutulması əsaslı hesab edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

23. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa və birinci iş üzrə verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-2(103)-137/2025 qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin edilməsi, cavabdehdən 167 500 manat pul, zaminlik müqaviləsinə əsasən gecikmiş borca görə ödənilmiş 3 106 manat pul və ödənilmiş 472 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi olmadığından münasibətlər borc deyil, ortaq fəaliyyət (şəriklik) xarakteri daşıyır. Bu münasibətlər çərçivəsində cavabdeh iddiaçının verdiyi 167 500 manat sərmayə hesabına biznes fəaliyyəti apararaq əldə ediləcək mənfəətdən ona pay verməyi öhdəsinə götürmüşdür. Kollegiya qeyd etmişdir ki, vəsaitin ortaq fəaliyyət üçün verildiyini sübut etmək yükü iddiaçının, fəaliyyətin nəticələri (mənfəət və ya zərər) ilə bağlı halları sübut etmək isə cavabdehin üzərinə düşür. Cavabdeh vəsaitin verildiyini etiraf etdiyindən iddiaçı bu hissədə sübutetmə yükündən azad olunmuş, lakin cavabdeh fəaliyyətin nəticələri və ya vəsaitin qaytarılması barədə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən 167 500 manatın cavabdehdən tutulması əsaslı hesab edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin 11 169 manat faiz tutulması ilə bağlı nəticəsi səhv sayılmış, iddiaçı bu tələbi sübut edə bilmədiyindən faizlərin tutulması yolverilməz hesab edilmişdir. Qətnamənin 3 106 manatın tutulması hissəsi isə Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat:

27. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdeh kassasiya şikayətini birinci iş üzrə verdiyi kassasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsinin tam ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

30. Ali Məhkəmə birinci iş üzrə gəldiyi nəticəyə uyğun olaraq eyni qənaətə gəlmişdir.

Təkrar apellyasiya baxışı:

31. Iddiaçıların nümayəndəsi (vəkili) nümayəndə1 etiraz ərizələri təqdim edərək apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda göstərmişdir ki, ödəniş sənədləri qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş, bank tərəfindən yoxlanılmış və borc kimi qarşı tərəfə köçürülmüşdür. Əgər bank müqavilənin mövcudluğuna əmin olmasa idi, əməliyyatı icra etməzdi. Həmçinin, ödəniş təyinatı səhv göstərilmiş olsa idi, cavabdeh bunu dərhal bildirməli, vəsaiti geri qaytarmalı və düzgün təyinatla yenidən ödəniş tələb etməli idi. Borc müqaviləsinin fiziki formada mövcud olmadığı iddiasına münasibətdə qeyd olunmuşdur ki, müqavilənin bir nüsxəsi cavabdehdədir. Cavabdeh sonradan bankdan kredit almaq məqsədilə müqavilənin yenidən tərtib olunmasını istəmiş, yeni tarixlə hazırlanmış müqaviləni imzalamaqdan yayınmış və təqdim etməmişdir. Bununla yanaşı, “WhatsApp” yazışmaları və səs qeydləri cavabdehin borcu qəbul etdiyini vəqaytarılması ilə bağlı müzakirələr apardığını təsdiq edir. Eyni zamanda, tərəflər arasında ortaqlıq və ya pay alqı-satqısı barədə hər hansı hüquqi sənəd mövcud deyil və belə bir proses baş tutmamışdır. Son olaraq, zaminlik müqaviləsinə əsasən iddiaçıların cavabdehin bank qarşısında öhdəliklərini ödədikdən sonra həmin vəsaiti reqres qaydasında tələb etməsi tam qanunidir.

32. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə sözügedən kommersiya işləri eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduğu üçün onların bir icraatda birləşdirilməsi məqsədəuyğun hesab edilmiş və “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair *-*(***)-***/**** saylı kommersiya işinin iddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair *-*(***)-***/**** saylı kommersiya işi ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

33. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə Cavabdeh MMC-nin maliyyə vəziyyətinin yoxlanılması, ortaq fəaliyyətə qoyulmuş vəsaitin həcminin, fəaliyyətin zərərlə nəticələnib-nəticələnməməsinin və zərər olduğu halda onun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

34. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, GMAS-***/*** nömrəli auditor rəyinə əsasən, iddiaçı2 MMC və “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 223 680 manat məbləğində vəsaitin borc təyinatı ilə köçürüldüyü, lakin həmin məbləğlərin geri qaytarılmadığı, Cavabdeh MMC-nin 2022-2025-ci illər ərzində ardıcıl olaraq zərərlə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Belə ki, auditor rəyinə əsasən zərərin məbləği 2022ci il üzrə 46 360,50 manat, 2023-cü il üzrə 102 638,13 manat, 2024-cü il üzrə 76 225,28 manat və 2025-ci il üzrə isə 19 903,70 manat təşkil edir.

35. “xxxx” MMC tərəfindən iddiaçı2 MMC-yə hər biri 2 500 manat dəyərində olmaqla, MT2512 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli və MT2602 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli elektron qaimə-fakturalar göndərilmişdir.

36. ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, iddiaçı2 MMC tərəfindən “xxxx” MMC-nin bank hesabına ##.##.2025-ci il tarixli, MT2512 seriyalı, ******** nömrəli elektron qaimə-faktura üzrə 2 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

37. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin direktoru Qanuni nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh MMC 2022-ci ilin aprel ayında yaradılmış, fəaliyyəti Italiyadan qida məhsullarının distribusiyası ilə bağlı olmuş və biznes planına əsasən 300 000 manat vəsait tələb olunmuşdur.

38. Maliyyə çatışmazlığı səbəbindən Emil Baliyevin tərəfdaş kimi qoşulması razılaşdırılmış, 20 faiz pay müqabilində 70 000 manat qoyuluş nəzərdə tutulmuş, həmçinin kredit üçün iddiaçı şirkətlərin zaminliyi və onun atasına məxsus evin girov qoyulması planlaşdırılmışdır. O bildirmişdir ki, 2022-ci ilin iyul ayında Emillə ortaq olmuş, sonradan Emil öz payının bir hissəsini Vüqar Səfərova vermiş və nəticədə pay bölgüsü 80 faiz onun, 20 faiz isə iddiaçıların olmuşdur.

39. Iddiaçıların birlikdə 223 680 manat, onun isə təxminən 300 000 manat vəsait qoyduğunu, əlavə olaraq digər şirkəti (“xxxx” MMC) və şəxsi vəsaitləri hesabına maliyyə dəstəyi göstərdiyini qeyd etmişdir. Razılaşmaya əsasən Emil 300 000 manat kreditin təşkilinə kömək etməli olsa da bu, vaxtında baş tutmamışdır. Kredit cavabdeh şirkətin adına rəsmiləşdirilmiş, o, Emil, Vüqar və iddiaçı şirkətlər zamin olmuş, həmçinin valideyninə məxsus 700 000 manat dəyərində əmlak girov qoyulmuşdur. Iddiaçıların zaminliyinə baxmayaraq, evi girova məhz o qoymuşdur və Emilin öhdəliyi yalnız öz şirkətlərini zamin göstərməklə vasitəçilik etməkdən ibarət olmuşdur. Kredit xətti 300 000 manat olsa da, yalnız 100 000 manat istifadə edilmiş və bu vəsait kifayət etməmişdir.

40. Cavabdeh həmçinin bildirmişdir ki, şirkətin idarəetməsi əsasən onun tərəfindən həyata keçirilmiş, Emil Baliyev maliyyə məsələləri ilə məşğul olmuş, gəlirin 20/80 nisbətində bölünməsi razılaşdırılmışdır. Zərər isə bu qaydada bölünməli deyil.

41. Maliyyə çatışmazlığı səbəbindən əlavə vəsaitlər onun digər şirkətindən (“xxxx” MMC), həmçinin “xxxx” MMC-dən və qızılının və avtomobilinin girov qoyulması hesabına təmin edilmişdir. Bank borclarını isə əsasən özü ödəmişdir. Təsisçi borcları və bankdan əldə edilmiş kreditlər hesabına onun tərəfindən birgə fəaliyyətə qoyulan kifayət qədər məbləğ var. 2023-cü ilin sonunda tərəflər arasında münasibətlər pozulduğundan ortaqlığın dayandırılması qərara alınmışdır.

42. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin direktoru Qanuni nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Sonuncu məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 MMC-nin nümayəndəsi X2 və iddiaçılar iddiaçı2 MMC-nin və “xxxx” MMC-nin nümayəndəsi (vəkili) nümayəndə1 (ayrı-ayrılıqda) apellyasiya şikayətlərinə etiraz edərək, tərəflər arasında sırf borc münasibətlərinin olduğunu, auditorun da öz rəyində tərəflərin birgə fəaliyyətinə dair heç bir rəsmi sənədin olmadığını göstərdiyini bildirmişlər. Apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq:

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. ... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. ... Maddə 329. Əqdlərin formaları ... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. ... Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. ... Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. ... Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ... Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. ...

45. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 137. Birgə fəaliyyətdən mənfəətin (gəlirin) bölüşdürülməsi Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə mənfəəti (xərclər çıxılmaqla gəliri) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən mənfəəti (xərclər çıxılmaqla gəliri) bu fəaliyyətin iştirakçıları arasında bölürlər.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 116. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli məbləğlər ... 116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. ... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması

Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Birinci instansiya məhkəməsinin qətnamələri ilə hər iki iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətlərində qətnamələrin tam ləğv edilməsini tələb etsə də, mahiyyət etibarilə qətnamələr cavabdeh tərəfindən iddiaların təmin edilən hissələrində mübahisələndirilmişdir. Iddiaçılar tərəfindən qətnamələr mübahisələndirilməmişdir. MPM-in 372.6-cı maddəsinin tələblərini və Ali Məhkəmənin ##.##.2025-ci il tarixli, 2-2(102)-328/2025 və *-*(***)-***/**** nömrəli qərarlarındakı hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası hər iki qətnamənin əsaslılığını apellyasiya şikayətlərinə müvafiq olaraq tələbin təmin edilən hissələrində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, hər iki qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi isə mübahisələndirilən hissədə qismən – “cavabdeh Cavabdeh MMC-dən 167 500 manat məbləğində pulun tutulması” – hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalıdır.

51. Iş materialları ilə müəyyən olunur ki, iddiaçılar tərəfindən 2022-2023-cü illər ərzində cavabdeh Cavabdeh MMC-nin bank hesabına ümumilikdə 223 680 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Iddiaçılar həmin vəsaitin borc münasibətləri çərçivəsində təqdim edildiyini iddia etsələr də, cavabdeh tərəflər arasında 2022-ci ildən etibarən birgə sahibkarlıq fəaliyyətinə əsaslanan şəriklik münasibətlərinin mövcud olduğunu bildirmişdir.

52. Həmçinin cavabdehin bank qarşısında öhdəliyinin icrasının təmini məqsədilə iddiaçılarla bağlanmış zaminlik müqavilələri üzrə gecikmiş faiz borcu olaraq iddiaçı2 MMC tərəfindən 982,39 manat, “xxxx” MMC tərəfindən isə 3 106,88 manat pul ödənilmişdir.

53. Iş materiallarına əlavə edilmiş “WhatsApp” yazışmalarının məzmunu, keçirilmiş tədbirlərdə iddiaçıların təsisçi qismində təqdim olunması, eləcə də tərəflər arasında yazılı borc müqaviləsinin mövcud olmaması birlikdə qiymətləndirildikdə, tərəflər arasında şəriklik (ortaqlıq) münasibətlərinin olduğu təsdiq edilir.

54. Tərəflər arasında yaranmış münasibətlərin hüquqi təbiətinə dair məsələ üzrə Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarları ilə müvafiq hüquqi mövqe ifadə olunmuş, mübahisənin borc münasibətlərindən deyil, ortaq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış şəriklik münasibətlərindən irəli gəldiyi təsdiq edilmişdir. Bu səbəbdən, qeyd olunan halın yenidən araşdırılmasına ehtiyac yoxdur.

55. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə birgə fəaliyyət (şəriklik) müqaviləsi ayrıca müqavilə növü kimi nəzərdə tutulmasa da, bu cür müqavilələrin bağlanması və tərəflər arasında hüquqi şəxs yaratmadan birgə fəaliyyət çərçivəsində ortaqlıq münasibətlərinin mövcudluğu qanunvericilikdə tanınmışdır (§ 41, Vergi Məcəlləsinin 137-ci maddəsi).

56. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən şəxslər bu Məcəlləyə zidd olmayan istənilən müqaviləni bağlamaqda sərbəstdirlər. Bu müqavilə ilə bağlı münasibətlər Məcəllənin xüsusi hissəsində ayrıca tənzimlənmədikdə, tərəflər arasındakı münasibətlərə 389.3-cü maddəyə uyğun olaraq öhdəlik hüququ haqqında ümumi müddəalar tətbiq olunur.

57. Həmçinin Mülki Məcəllənin 329.2-ci və 406.1-ci maddələrinə uyğun olaraq müqavilələrin istənilən formada, o cümlədən şifahi qaydada bağlanmasının mümkünlüyü nəzərə alınaraq, şəriklik müqaviləsinin şifahi bağlanması da mümkündür.

58. Kollegiya qeyd edir ki, iddiaçılar şəriklik münasibətlərini tam şəkildə inkar etsələr də məhkəmə kollegiyası bu mövqeni əsaslı hesab etməmişdir. Cavabdeh tərəf məhkəmə iclasında bildirmişdir ki, cavabdeh şirkət 2022-ci ilin aprel ayında yaradılmış, iyul ayında “xxxx” MMC-nin 20 faiz pay haqqı ilə tərəfdaş kimi qoşulması razılaşdırılmış, sonradan sonuncu öz tərəfindən iddiaçı2 MMC-nin qoşulmasını istəmiş, cavabdeh də buna etiraz etməmişdir. Nəticədə birgə fəaliyyətdə pay bölgüsü 80 faiz cavabdehin, 20 faiz isə iddiaçıların olmaqla müəyyən edilmişdir.

59. Kollegiya nəzərə alır ki, tərəflər arasında şəriklik münasibətlərinin mövcudluğu müəyyən edilsə də, pay bölgüsünün dəqiq nisbətini təsdiq edən yazılı razılaşma və ya digər birbaşa sübut iş materiallarında mövcud deyildir.

60. Belə hallarda şəriklikdə pay bölgüsü, ümumi qayda olaraq, ya tərəflərin qoyduqları vəsaitin həcminə, ya da onların birgə fəaliyyət çərçivəsində həyata keçirdikləri funksional rol və iqtisadi iştirak səviyyəsinə uyğun olaraq müəyyən edilməlidir.

61. Iş materiallarından və cavabdehin məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, cavabdeh şəriklik münasibətlərində əsas idarəedici və təşkilati funksiyaları həyata keçirmiş, biznes onun adına qurulmuş, kredit öhdəliyi onun adına rəsmiləşdirilmiş, əməli fəaliyyət və kommersiya əlaqələri onun vasitəsilə həyata keçirilmişdir. Cavabdeh eyni zamanda öz izahatında şəriklikdə pay bölgüsünün 80 faiz onun, 20 faiz isə iddiaçıların payına düşdüyünü bildirmişdir.

62. Kollegiya hesab edir ki, cavabdehin bu izahatı yalnız formal bəyanat kimi qiymətləndirilə bilməz. Bu izahat iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Belə ki, biznes fəaliyyətinin cavabdeh hüquqi şəxsin üzərində qurulması, maliyyələşdirmə mənbələrinin əsasən onun təşəbbüsü ilə cəlb edilməsi və iqtisadi idarəetmə funksiyasının onun tərəfindən həyata keçirilməsi cavabdehin şəriklikdə üstün paya malik olmasını təsdiq edir.

63. Cavabdeh tərəfindən şəriklik münasibətlərində üstün iqtisadi paya malik olduğunu göstərən izahat verildiyi halda, həmin izahatın əksinə olaraq zərərin iddiaçılar arasında daha geniş həcmdə bölüşdürülməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bu baxımdan, kollegiya hesab edir ki, zərərin tərəflər arasında bərabər bölünməsi və ya iddiaçıların daha yüksək payla iştirakının qəbul edilməsi tərəflərin faktiki münasibətlərinə və iş materialları ilə müəyyən olunmuş hallara uyğun olmazdı.

64. Eyni zamanda, qəbul edilən 20/80 pay bölgüsü iddiaçıların şəriklik münasibətlərindən irəli gələn riskdə iştirakını onların faktiki iqtisadi roluna uyğun həddə məhdudlaşdırır və mövcud sübutların məcmusu ilə ziddiyyət təşkil etmir. Bu səbəbdən kollegiya hesab edir ki, tərəflər arasında pay bölgüsü iddiaçıların birlikdə 20 faiz, cavabdehin isə 80 faiz paya malik olması kimi qəbul edilməlidir.

65. Şəriklik münasibətlərində tərəflər mənfəətdə iştirak etdikləri kimi, yaranmış zərərdə də eyni nisbətdə iştirak etməlidirlər. Zərərdəki payın mənfəətdəki paydan fərqli müəyyən edilməsi yalnız tərəflər arasında bu barədə xüsusi razılaşma olduqda mümkündür. Belə bir razılaşma isə iş materialları ilə sübuta yetirilmədiyindən zərər də eyni 20/80 nisbəti üzrə bölüşdürülməlidir.

66. Məhkəmə kollegiyasının qərardadına əsasən “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli auditor rəyində göstərilir ki, Cavabdeh MMC-nin 2022-2025-ci illər ərzində maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələnmişdir. Göstərilən auditor rəyi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilərək cavabdeh hüquqi şəxsin fəaliyyətinin davamlı olaraq zərərlə müşayiət olunduğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilir.

67. Iş materialları ilə tərəflər arasında şəriklik münasibətlərinin 2022-ci ilin oktyabr ayından etibarən formalaşdığı, 2023-cü ilin sonundan etibarən isə iddiaçılar tərəfindən qoyulmuş vəsaitlərin geri tələb edilməsi, cavabdehin isə pulu geri qaytaracağını bildirməsi ilə tərəflər arasında birgə fəaliyyətə faktiki son qoyulduğu müəyyən olunur.

68. Bu baxımdan, mübahisənin predmeti və tərəflər arasındakı hüquq münasibətlərinin faktiki davametmə müddəti nəzərə alınmaqla, Cavabdeh MMC-nin fəaliyyətinin yalnız 2022- 2023-cü illər üzrə maliyyə nəticələri hüquqi qiymətləndirmə üçün əhəmiyyətli hesab edilir.

69. Iş materiallarından müəyyən olunur ki, cavabdeh hüquqi şəxs 2022-ci ilin aprel ayında təsis edilmişdir. Lakin təqdim olunmuş sənədlərdən, o cümlədən audit materiallarından görünür ki, cavabdeh tərəfindən ilk kommersiya müqaviləsi 2022-ci ilin avqust ayında bağlanmış, malların ilk partiyası isə 2022-ci ilin sentyabr ayında ölkəyə daxil olmuşdur.

70. Kollegiya hesab edir ki, bu hallar cavabdehin real təsərrüfat fəaliyyətinin məhz 2022ci ilin ikinci yarısından etibarən başlandığını göstərir. Bu səbəbdən 2022-ci il üzrə auditdə göstərilən gəlir və xərclərin faktiki olaraq həmin dövrdə formalaşdığı və şəriklik münasibətlərinin mövcud olduğu dövrə aid olduğu qənaətinə gəlinir.

71. Bu baxımdan, 2022-ci il üzrə müəyyən edilmiş zərərin ayrıca dövrlər üzrə bölünməsinə ehtiyac görülmür və həmin zərər bütövlükdə şəriklik fəaliyyətinin nəticəsi kimi qəbul edilir. Audit rəyinə əsasən 2022-ci il üzrə 46 360,50 manat və 2023-cü il üzrə 102 638,13 manat olmaqla, qeyd olunan dövr üzrə ümumi zərər 148 998,63 manat təşkil edir və həmin məbləğ tərəflər arasında şəriklik münasibətlərinin mövcud olduğu dövr üzrə birgə fəaliyyətin maliyyə nəticəsi kimi qəbul edilməlidir.

72. Kollegiya qeyd edir ki, 2022-2023-cü illər üzrə müəyyən edilmiş 148 998,63 manat məbləğində zərər tərəflərin paylarına mütənasib şəkildə bölüşdürülməli, bu zaman ilk növbədə iddiaçıların birgə 20 faiz payı nəzərə alınmaqla, zərərin həmin nisbətdə iddiaçılara aid hissəsi müəyyən edilməlidir.

73. Hesablama nəticəsində 148 998,63 manat ümumi zərərin 20 faizi olan 29 800 manat iddiaçıların üzərinə düşən birgə zərər payı kimi müəyyən edilir. Həmin zərər məbləği iddiaçıların qoyduqları vəsaitlərə mütənasib qaydada bölüşdürüldükdə müəyyən olunur ki, iddiaçı2 MMC-nin ümumi məbləğ üzrə payı 25,12 faiz, “xxxx” MMC-nin payı isə 74,88 faiz təşkil edir. Bu nisbətə uyğun olaraq 29 800 manat zərərin 7 485 manatı iddiaçı2 MMC-nin, 22 315 manatı isə “xxxx” MMC-nin payına düşür.

74. Belə olan halda, iddiaçılar tərəfindən birgə fəaliyyətə qoyulmuş vəsaitlərin zərər payı çıxıldıqdan sonra qalan hissəsi cavabdeh tərəfindən iddiaçılara ödənilməli olan məbləğ kimi çıxış edir. Əks yanaşma, yəni həmin məbləğin cavabdehdən tutulmaması, cavabdehin üzərinə düşən zərər payının faktiki olaraq iddiaçıların vəsaiti hesabına qarşılanmasına gətirib çıxarardı ki, bu da şəriklik münasibətlərinin mahiyyətinə və zərərin pay bölgüsü prinsiplərinə zidd olardı.

75. Nəticə etibarilə, iddiaçı2 MMC tərəfindən qoyulmuş 56 180 (əlli altı min yüz səksən) manatdan onun payına düşən zərər çıxıldıqdan sonra qalan 48 695 (qırx səkkiz min altı yüz doxsan beş) manat, “xxxx” MMC tərəfindən qoyulmuş 167 500 (yüz altmış yeddi min beş yüz) manatdan isə müvafiq zərər çıxıldıqdan sonra qalan 145 185 (yüz qırx beş min yüz səksən beş) manat məbləğin cavabdehdən iddiaçıların xeyrinə tutulması hüquqi cəhətdən əsaslıdır.

76. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni səhv olaraq borc münasibəti kimi qiymətləndirmiş, nəticədə şəriklik münasibətlərinin hüquqi təbiətini düzgün müəyyən etməmişdir. Bunun nəticəsi olaraq, iddia tələbləri 56 180 manat və 167 500 manat hissələrində tam təmin edilmişdir. Göstərilən hal isə MPM-in 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən məhkəmə aktlarının həmin hissədə ləğv edilməsi üçün əsas yaradır.

77. Buna baxmayaraq, kollegiya iddiaların zaminlər tərəfindən ödənilmiş pul vəsaitlərinin iddiaçılara qaytarılmasına dair hissələrini iddiaçı2 MMC-nin tələbinə münasibətdə qismən, “xxxx” MMC-nin tələbinə münasibətdə isə tam əsaslı hesab edir.

78. Ali Məhkəmənin müvafiq qərarları ilə sözügedən pul vəsaitlərinə dair tələblərin şəriklik münasibətlərinə dair hüquqi mövqe baxımından qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Kollegiya zaminlər tərəfindən cavabdehin kredit öhdəliyinə görə ödənilmiş pul vəsaitlərinin hüquqi mahiyyətini təhlil edərək hesab edir ki, həmin ödənişlər şəriklik münasibətləri çərçivəsində iddiaçılar tərəfindən əlavə kapital qoyuluşu kimi qiymətləndirilə bilməz.

79. Iş materiallarından müəyyən olunur ki, kredit müqaviləsi cavabdeh hüquqi şəxsin adına bağlanmış, əsas borcun icrası üzrə öhdəlik məhz cavabdehin üzərinə düşmüş, kreditin təminatı kimi daşınmaz əmlak girov qoyulmuşdur. Iddiaçıların zamin qismində çıxış etməsi isə həmin kredit öhdəliyinin icrasının təmin edilməsinə yönəlmiş əlavə təminat xarakteri daşımışdır.

80. Cavabdeh izahatında birgə fəaliyyətə qoyduğu kapitalın tərkibində təsisçi kimi özünün qoyduğu şəxsi pul vəsaiti ilə yanaşı, banklardan cəlb edilmiş kredit vəsaitlərini də qeyd etmişdir. Eyni zamanda, Emil Baliyevin funksiyasının kreditin alınmasında vasitəçilik etmək və iddiaçı şirkətləri zamin kimi təqdim etməkdən ibarət olduğu, şəriklik çərçivəsində birbaşa kapital qoyuluşu funksiyası daşımadığı müəyyən edilir.

81. Kollegiya hesab edir ki, kredit vəsaiti tərəflərin birgə fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə cəlb edilmiş olsa da, həmin vəsait şəriklik üzrə iddiaçıların pay kapitalının tərkib hissəsi kimi qiymətləndirilə bilməz. Bu vəsait cavabdeh tərəfindən ayrıca maliyyə mənbəyi kimi cəlb edilmiş və onun bank qarşısında öhdəliyi kimi çıxış etmişdir.

82. Kollegiya əlavə olaraq qeyd edir ki, zamin tərəfindən ödənilmiş vəsaitlərin şəriklik üzrə zərərin tərkib hissəsi kimi qiymətləndirilməsi yalnız tərəflər arasında bu barədə xüsusi razılaşma olduqda mümkündür. Belə bir razılaşma iş materialları ilə təsdiq olunmadığından həmin vəsaitlərin ayrıca qaydada cavabdehdən tutulması hüquqi cəhətdən əsaslıdır.

83. Bu səbəbdən, iddiaçıların zamin qismində banka ödədikləri məbləğlərə münasibətdə onların tələbləri şəriklik münasibətlərindən deyil, cavabdehin kredit öhdəliyindən və iddiaçıların zaminlik öhdəliyindən irəli gəlir və həmin tələblər Mülki Məcəllənin 475.1-ci maddəsinə uyğun olaraq reqres tələbi kimi qiymətləndirilməlidir. Bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə əsaslıdır.

84. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı2 MMC tərəfindən ödənilmiş vəsaitlər üzrə tələbin həcmini müəyyən edərkən sübutlara düzgün hüquqi qiymət verməmişdir.

85. Belə ki, iş materiallarında iddiaçı2 MMC tərəfindən zamin qismində 982,39 manat pul məbləğinin ödənilməsinə dair sübutlar mövcuddur. Bu səbəbdən kollegiya hesab edir ki, tələb həmin hissədə yalnız 982,39 manat həcmində təmin edilməlidir. Birinci instansiya məhkəməsi qalan hissədə ödənişin sübuta yetirilməməsinə baxmayaraq reqres tələbi tam təmin etmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 385.1.3-cü maddəsinə əsasən qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsasdır.

86. “xxxx” MMC tərəfindən isə zamin qismində ödənilmiş məbləğin 3106,88 manat olması iş materialları ilə öz təsdiqini tapdığından kollegiya hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

87. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla cavabdeh Cavabdeh MMCdən 48 695 manat və zamindən tutulmuş pul vəsaitinin əvəzi qismində 982,39 manat məbləğində pul tutularaq iddiaçı iddiaçı2 MMC-yə ödənilməlidir.

88. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi isə mübahisələndirilən hissədə qismən – “cavabdeh Cavabdeh MMC-dən 167 500 manat məbləğində pulun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla cavabdeh Cavabdeh MMC-dən 145 185 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməli, “cavabdeh Cavabdehxxxx” MMC-nin xeyrinə zamindən tutulmuş pul vəsaitinin əvəzi qismində 3 106 manat məbləğində pulun tutulması” hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

89. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə tam, ##.##.2024-cü il tarixli qətnaməsi isə qismən ləğv edildiyindən məhkəmə xərcləri yenidən bölüşdürülməlidir.

90. Iş materiallarından göründüyü kimi iddianın verilməsi üçün iddiaçı2 MMC tərəfindən 278 manat, “xxxx” MMC tərəfindən 484 manat, cavabdeh tərəfindən apellyasiya şikayətlərinin verilməsi üçün isə müvafiq olaraq 139 manat və 242 manat dövlət rüsumu ödənilmişdir.

91. Tələblərin qismən təmin edildiyi nəzərə alınaraq dövlət rüsumları təmin edilmiş hissəyə mütənasib olaraq tərəflər arasında bölüşdürülür.

92. Təmin edilmiş tələblərə mütənasib olaraq cavabdehdən iddiaçı2 MMC-nin xeyrinə dövlət rüsumunun əvəzi qismində tutulmalı məbləğ 223 manat, “xxxx” MMC-nin xeyrinə tutulmalı məbləğ isə 371,71 manat təşkil edir.

93. Eyni zamanda apellyasiya şikayətləri də qismən təmin edildiyindən iddiaların apellyasiya instansiyasında rədd edilmiş hissələrinə mütənasib olaraq iddiaçı2 MMC-dən 27,50 manat, “xxxx” MMC-dən isə 56,14 manat cavabdehin xeyrinə tutulmalı məbləğ kimi müəyyən edilir.

94. Qarşılıqlı hesablaşma aparılaraq apellyasiya şikayətləri üzrə cavabdehin xeyrinə tutulmalı məbləğlər müvafiq olaraq iddiaçılara ödənilməli olan məbləğlərdən çıxılır. Bu qaydada iddiaçı2 MMC üçün 195,50 manat, “xxxx” MMC üçün isə 315,57 manat pul dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçıların xeyrinə tutulmalı yekun məbləğ kimi müəyyən edilir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə qarşılıqlı hesablaşma nəticəsində apellyatorun özünə aid edilir.

95. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Auditorlar Palatası vasitəsilə audit təşkilatı olan “xxxx” MMC-yə həvalə edilmişdir. Mülki Prosessual Məcəllənin 116.2-ci maddəsinə uyğun olaraq, tərəflərin mövqeyini nəzərə almaqla məhkəmə kollegiyası ekspertiza tədqiqatı üçün haqqın məbləğinin 5 000 manat müəyyən edilməsini məntiqli hesab edir. Tələbin təmin edilmiş hissələrinə mütənasib olaraq həmin məbləğin 4 335 manat hissəsi Cavabdeh MMC-yə, 167 manat hissəsi iddiaçı2 MMC-yə, 498 manat hissəsi isə “xxxx” MMC-yə aid edilməlidir.

96. Iş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən iddiaçı2 MMC-yə ödənilməsi üçün hər biri 2 500 manat məbləğ olmaqla ##.##.2025 və ##.##.2026-cı il tarixli elektron qaimə-fakturalar göndərilmişdir. iddiaçı2 MMC tərəfindən ##.##.2025-ci il tarixli ödəniş tapşırığı əsasında 2 500 manat “xxxx” MMC-nin bank hesabına ödənilmişdir.

97. Yuxarıda aparılmış bölgüyə uyğun olaraq ekspertiza tədqiqatının dəyəri kimi iddiaçı2 MMC tərəfindən qabaqcadan ödənilmiş 2 500 manat pul vəsaitinin 2 333 manat hissəsi Cavabdeh MMC-dən tutularaq iddiaçı2 MMC-yə ödənilməlidir. Ekspertiza tədqiqatının qalan dəyəri üzrə 2 002 manat pul Cavabdeh MMC-dən, 498 manat pul “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-yə ödənilməlidir.

98. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

99. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh Cavabdeh 48 695 (qırx səkkiz min altı yüz doxsan beş) manat və zamindən tutulmuş pul vəsaitinin əvəzi qismində 982,39 manat (doqquz yüz səksən iki manat, otuz doqquz qəpik) məbləğində pul tutularaq iddiaçı iddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Iddianın verilməsi üçün ödənilmiş 278 manat dövlət rüsumunun 195,50 manat (yüz doxsan beş manat, əlli qəpik) hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Bakı Kommersiya Məhkəməsinin birləşdirilmiş iş üzrə ##.##.2024-cü il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə qismən – “cavabdeh Cavabdeh 167 500 manat məbləğində pulun tutulması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh Cavabdeh 145 185 (yüz qırx beş min yüz səksən beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. “Cavabdeh Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə zamindən tutulmuş pul vəsaitinin əvəzi qismində 3 106 (üç min yüz altı) manat məbləğində pulun tutulması” hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Iddianın verilməsi üçün ödənilmiş 484 manat dövlət rüsumunun 315,57 manat (üç yüz on beş manat, əlli yeddi qəpik) hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Iş üzrə apellyasiya instansiyası məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri 5 000 (beş min) manat müəyyən edilsin və həmin məbləğin 4 335 (dörd min üç yüz otuz beş) manat hissəsi Cavabdeh MMC-yə, 167 (yüz altmış yeddi) manat hissəsi iddiaçı2 MMC-yə, 498 (dörd yüz doxsan səkkiz) manat hissəsi isə “xxxx” MMC-yə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri kimi iddiaçı2 MMC tərəfindən qabaqcadan ödənilmiş 2 500 (iki min beş yüz) manat pul vəsaitinin 2 333 (iki min üç yüz otuz üç) manat hissəsi Cavabdeh MMC-dən tutularaq iddiaçı2 MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının qalan dəyəri üzrə 2 002 (iki min iki) manat pul Cavabdeh MMCdən, 498 (dörd yüz doxsan səkkiz) manat pul “xxxx” MMC-dən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bank: “xxxx” ASC, Qara Qarayev filialı, kodu: 200145, VÖEN: 9900003611, müxbir hesab: AZ37NABZ01350100000000001944, S.W.İ.F.T. BIK: AIIBAZ2XXXX) ödənilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar