Məhkəmə qərarları › İş №2-2(103)-908/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-908/2023

22.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-908/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, məsuliyyətin yaranması faktı araşdırılması üçün iddiaçıya şərait yaradılması” tələbinə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-2819/2023 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi ilə sığortalıya istifadə hüququ verən “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” Şəhadətnaməsinə əsasən, 04 iyul 2020-ci il tarixində sonuncuya məxsus boya fabrikində baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən xitam edilmiş cinayət işi üzrə istintaqda zərərçəkmiş şəxslərin əmlakına dəymiş zərər üçün ödənilmiş 45381,00 (qırx beş min üç yüz səksən bir manat) sığorta ödənişi və 27047,08 (iyirmi yeddi min qırx yeddi manat, səkkiz qəpik) dəbbə pulu olmaqla, ümumilikdə 72428,08 manat (yetmiş iki min dörd yüz iyirmi səkkiz manat, səkkiz qəpik) məbləğin "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, CA seriyalı, 112356 nömrəli sığorta şəhadətnaməsi blankı ilə təsdiq edilmiş sığorta müqaviləsinin etibarsız sayılması, 04 iyul 2020-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, 7-ci mkr 3126 məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" boya fabrikində baş vermiş yanğın hadisəsinin səbəblərini və MMC-nin mülki məsuliyyətinin yaranması faktını araşdırmaq üçün cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" ASC-yə şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 avqsut 2023-cü il tarixli, e-2-2(113)-2819/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə yanğın-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Həmin qərardadla razılaşmayan "xxxx" MMC qərarddan şikayət vermiş, e-2- 2(113)- 2819/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31 avqsut 2023-cü il tarixli, e-2-2(113)-2819/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 2 saylı Əlavədə göstərilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətdən görünür ki, şikayət 2 saylı Əlavəyə uyğun tərtib edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1.5-ci maddəsinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2 maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 2 saylı Əlavədə göstərilmişdir. 2 Salı Əlavəyə əsasən şikayətin birinci instansiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqe izah olunmalıdır. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət isə 2 saylı Əlavəyə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normanın tələbinə əsasən birinci instansiya məhkəməsi şikayəti qaytarmalı olduğu halda baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-2819/2023 nömrəli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-2819/2023 nömrəli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar