Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-91/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1742/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, Korporativ müştərilərə verilən kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2019-cu il tarixli 01 saylı əlavəsinə əsasən 999.980 manat məbləğində əsas, 213.398,39 manat məbləğində faiz, 84.277,06 manat məbləğində cərimə, ümumilikdə 1.297.655,45 manat məbləğində borc, məhkəməyə müraciət üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 94,50 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 1 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 48B (yeni qaydalarla ünvan 2 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakların açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1742/2021 saylı 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması hissəsində təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə iclasında iddiaçının nümayəndə və cavabdehin nümayəndə və vəkili təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakların tam boşaldılması hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. xx.xx.2018-ci il tarixdə isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir. Həmin qaydaya görə bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur. Çünki qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bu baxımdan kollegiya hesab edir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, iddiaçı tərəfindən irəli sürülmüş ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakların tam boşaldılması barədə tələblərə ayrıca məhkəmə icraatında baxılmadığını nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, həmin tələblərə aid hissədə iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, bu səbəbə görə apellyasiya şikayəti qismən təmin edilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1742/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakların tam boşaldılması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin iddiaya aid hissədə iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunur ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-91/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-91/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver