Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-916/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı müqavilənin ləğv edilməsi, ziyanın ödənilməsi, qeyriyaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, 21.05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, iddiaçıya vurulmuş 480000 manat maddi ziyanın, 30,40 manat dövlət rüsumunun, 10000 manat məbləğində mənəvi ziyanın, cəmi 490030,40 manat həcmində məbləğin iddiaçıya ödənilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması barədə iddia ərizəsi ilə Lerik rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(048)-281/2021 saylı qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Lerik Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(048)-281/2021 saylı qərardadı ilə təmin edilməmiş, ərazi aidiyyəti məsələsinin müzakirə edilməsi üçün şikayətin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(102)- 3339/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli 2-2(121)-1004/2021 saylı qərardadı ilə iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli 2-2(113)-3575/2021 saylı qərardadı ilə iddia ərizəsinin ərazi aidiyyətinin müəyyən olunması üçün 2-2(113)- 3575/2021 saylı kommersiya işinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin Şirvan Kommersiya Məhkəməsi tərəfindən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinə göndərilməsi üçün əsaslar mövcud olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından da görünür ki, cavabdeh X1 şəhəri, E.Qasımov küçəsi, ev 22 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 23.13-cü bəndinə əsasən Lerik rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Şirvan Kommersiya Məhkəməsinin dəlillərinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində üç növ iddia nəzərdə tutulmuşdur: birincisi – tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması; ikincisi – tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası); üçüncüsü – mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (neqator iddialar). Yalnız bu növ iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Lakin hazırkı iddianın predmeti icarə müqaviləsinin ləğv edilməsi, müqavilənin ləğvindən irəli gələn qeyri-yaşayış sahəsindən çıxarılma, habelə zərərin ödənilməsindən ibarətdir və qeyd olunan iddialara aid deyildir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə Şirvan Kommersiya Məhkəməsində baxılmalı və ona görə də, iş materialları baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdeh X2 qarşı müqavilənin ləğv edilməsi, ziyanın ödənilməsi, qeyriyaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair kommersiya mübahisəsi üzrə iş materialları ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-916/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-916/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver