Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-916/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-752/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixə mövcud olan icarə haqqı borcu üzrə 71.100 manat məbləğdə vəsaitin onun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx" ASC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qarşılıqlı iddia qaldıraraq, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 419 nömrəli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi, iddiaçıya xx.xx.2018-ci il tarixdən dekabr 2019-cu il tarixədək icarə haqqı kimi artıq ödənilmiş 65.175 manat məbləğdə pul vəsaitinin iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-752/2021 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 419 nömrəli xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2-2(103)-1094/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-752/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsinin qismən - 12 yanvar 2018-ci il tarixli 419 nömrəli icarə müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi və qarşılıqlı iddianın eyni hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayətinin təmin edilməsi və "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-369/2022 saylı qərarı ilə cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 27 dekabr tarixli 2-2(103)-1094/2021 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə qismən - cavabdehin qarşılıqlı iddiasının 2018-ci il 12 yanvar tarixli 419 nömrəli icarə müqaviləsinin ləğv edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və cavabdeh "xxxx" ASC elektron qaydada ayrı-ayrılıqda apellyasiya şikayətlərindən imtina etmə barədə ərizələr verərək, apellyasiya şikayətlərindən imtinanın qəbul edilməsi və apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətindən imtinaları qəbul edilməli və onlara münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 369, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-691/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtinaları qəbul edilsin və onlara münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-916/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-916/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver