Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-916/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-305/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 19720,17 manat əsas borc, 1628,53 manat faiz borcu və 72,11 manat cərimə borcu olmaqla, cəmi 21420,81 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-305/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, DC00395945-01 saylı kredit müqaviləsinə əsasən 160521.26 manat əsas borc, 47995.21 manat faiz borcu, 8000 manat cərimə, cəmi 216516,47 manat məbləğində borc, dövlət rüsumuna görə 100 manat və mediasiya xərcinə görə 400 manat cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 195,38 manat məbləği cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada, qalan 4,62 manat məbləği iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
3. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-305/2024 nömrəli qətnaməsinin ləğv edilərək, verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Maddi hüquq normasının məzmunundan görünür ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Bizimlə bağlanmış zaminlik müqaviləsi, İddiaçı ASC ilə Cavabdeh4 arasında gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlanmamışdır. İlkin olaraq cavabdehə kredit xətti üzrə kredit limiti ayrılarkən 15000 manat məbləğdə kredit ayrılmışdır. Zamin olaraq biz də həmin məbləğdə kreditin alınmasına razılıq vermişdik. Sonradan bizim razılığımız olmadan cavabdehə verilmiş kredit xətti üzrə kredit limiti artırılmışdır. Razılığımız olmadan öhdəlik dəyişdirildiyindən və bu dəyişdirilmə məsuliyyətin artmasına və bizim üçün əlverişsiz nəticələrə səbəb olmasına gətirib çıxardığından zaminliyə xitam verilməlidir. Məhkəmə hazırki mübahisəyə qeyd edilən hüquq normasını tətbiq etməməklə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən işə baxılarkən qeyd edilən maddi hüquq normasının tələbləri pozulmuşdur. Belə ki, cavabdeh X3 tərəfindən müqavilə üzrə ödənişlər vaxtlı-vaxtında edilmişdir. Sonradan onun maddi vəziyyətində çətinlik yarandığı üçün Banka müraciət etmiş və aylıq ödənişlərin azaldılması xahiş edilmişdir. Bank tərəfindən ona aylıq ödənişlərin azaldılması ilə bağlı məlumat veriləcəyi bildirilmişdir. Həmin müddət ərzində cavabdeh aylıq ödənişlərdən aylar üzrə müəyyən ödənişlər etməkdə davam etmişdir. Həmin zaman ərzində Bank tərəfindən buna heç bir etiraz edilməmişdir. Cavabdeh tərəfindən kredit məbləğinin çox hissəsi ödənilmişdir. Sonradan Bank cavabdehdən süni olaraq artırılmış cərimə və faizlər tələb etmiş, cavabdeh tərəfindən edilmiş ödəmələrin çox hissəsini isə gecikdirilmiş faiz kimi hesablamaqla faizlərə və cəriməyə silmişdir. Bank məqsədli şəkildə faizlərin və cərimənin artmasına şərait yaratmış, əsas borc məbləğini isə artırmışdır. Bununla da dəyən zərərin miqdarının artmasına qəsdən şərait yaratmış, zərəri azaltmaq üçün isə ağlabatan tədbirlər görməmişdir. Eyni zamanda bununla bağlı zaminləri də məlumatlandırmamışdır. Məhkəmə tərəfindən mübahisəyə hüquq münasibətini tənzimləyən maddi hüquq norması tətbiq olunmamış, hüquq normasının pozulmasına yol verilmişdir. İşə baxan məhkəmə sadalanan prosessual hüquq normasının tələblərini pozmuşdur. Belə ki, o, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmamış, işə iştirakı olmadan baxılmaqla ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipləri pozmuşdur. Əslində məhkəmə işə tərəflərin iştirakı ilə və çəkişmə prinsipinin normalarına əməl etməklə baxmalı idi. Lakin məhkəmə işə onun iştirakı olmadan baxmış və öz dəlil və sübutlarımı təqdim etmək hüquqlarım pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
9. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
10. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
11. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
12. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
13. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
17. Belə ki, işin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli, 23-MCR-1-1419-21 nömrəli (kredit limitinin ayrılmasına dair) müqavilə bağlanmış və razılaşmaya əsasən Cavabdeh4 bankdan 120 (yüz iyirmi) ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli, 23-MCR-1-1419-21/1 nömrəli (kredit verilməsinə dair) müqavilə bağlanmış və razılaşmaya əsasən Cavabdeh4 bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə digər cavabdehlər arasında xx.xx.2021-ci il tarixdə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 23-MCR-1- 1419-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh4nun öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
18. Həmçinin qeyd olunmalıdır ki, zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqavilələrin predmetini xx.xx.2021-ci il tarixli, 23-MCR-1-1419-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra - Kredit Müqaviləsi) üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir; 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi Yelo Bank ASC tərəfindən ayrılan vəsaitdir; 1.3-cü bəndinə əsasən müqavilələrin 1.1-ci yarımbəndində nəzərdə tutulan xx.xx.2021-ci il tarixli, 23-MCR-1-1419-21 kredit müqaviləsi üzrə ayrılmış kredit limiti qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində Borcalan tərəfindən dəfələrlə istifadə oluna bilər.
19. Kredit və zaminlik müqaviləsi, eləcə də digər sənədlər tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.
20. Məhkəmə kollegiyası etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Apellyasiya şikayətində zaminlik müqaviləsi mübahisələndirilmişdir. Belə ki, apellyatorun mövqeyinə görə onların imzası və xəbəri olmadan kredit həcmi artırılmışdır.
22. Halbuki işdən olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MCR-1-1419-21/1 nömrəli (kredit verilməsinə dair) razılaşmadan görünür ki, Cavabdeh4 bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir.
23. İşdə olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MCR- 1-1419-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşmadan görünür ki, Cavabdeh4 bankdan 120 (yüz iyirmi) ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.
24. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MCR-1-1419-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
25. İşdə olan xx.xx.2021-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli, 23-MCR-1-1419-21/1 nömrəli kredit müqaviləsinə əsasən 15000 manat məbləğində pul verilmişdir.
26. Göründüyü kimi əsas borcluya 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmış, bu məbləğdən 30 000 (otuz min) manat məbləğ kredit olaraq ona verilmiş, qismən ödənişlər edilmiş, iddiaçı borcun qalan hissəsini təşkil edən 19720,17 manat əsas borc, 1628,53 faiz borcu və 288,42 manat cərimə borcunu cavabdehlərdən tələb etmişdir. Məhkəmə faiz və cərimə borcunu azaltmış, əsas borca aid hissədə iddianı tam təmin etmişdir. Faiz və cərimə borcunun azaldılması mübahisə predmeti deyil.
27. Zaminlik müqaviləsində 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılması qeyd edilmiş və zaminin birgə məsuliyyəti müəyyən edilmişdir. Sonradan 30 000 manatın kredit məbləği bankdan götürülmüş və bu məbləğ kredit limitinə daxildir. Odur ki, zaminin qeyd edilən dəlili əsassızdır. Zaminlik müqaviləsi qanuni və etibarlıdır. Qeyd edilənlərə əsasən kredit borcunun cavabdehlərdən tutulması qanunidir.
28. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iddianı qismən, əsas borc və cərimə borcunun tutulması hissəsində, faiz borcunu isə ekspert rəyində göstərilən 628,42 manat hissədə qəbul etdiyini bildirərək, iddianın qismən təmin olunmasına etiraz etməmişdir.
29. Zamin kredit borcunu apellyasiya şikayətində mübahisələndirsə də, məhkəmə mühasibatlıq ekspertizası keçirərək borcu aydınlaşdırmış, əsas borclu əsas borc və cərimə borcu ilə razılaşmışdır. Ona görə kollegiya zaminin bu dəlilini də əsassız hesab edir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, apellyatora məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məhkəmə tərəfindən məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-305/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.