Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-92/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3082/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 120.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 4-5 il bundan əvvəl dostluq etdiyi Azər Məmmədov vasitəsilə tanış olmuş və münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin mart-aprel aylarında İlkinin zəngi əsasında onunla görüşərkən ona birgə ticarətlə məşğul olmağı təklif etdi və o razılaşdı. Bir müddət su filtri işini öyrənmək üçün Cavabdeh təsisçisi olduğu şirkətdə çalışdı. 2021-ci ilin yanvar ayının əvvəlində İlkinin təklifi ilə Zaqatala-Balakən bölgəsində su filtrlərinin regional satışını və servis xidmətini həyata keçirmək üçün "xxxx" MMC-nin Zaqatala filialını şərikli açmaqdan ötrü lazım olan 200.000 manat vəsaitin 50 faizini, yəni 100.000 manatı 2021-ci ilin yanvar-mart ayları ərzində İlkinə verdi. Sonuncu məbləği verərkən İlkindən söz verdiyi şəriklilik müqaviləsini hazırlamağı xahiş etdi. İlkin isə bunun mümkün olmadığını, şirkətin filialına rəsmi şəriklik müqaviləsinin hazırlanmasına qanunla yol verilmədiyini, ona etibar etməyini, istəsə şərikli biznesə qoyduğu 100.000 manat investisiya əvəzində 100.000-lik borc müqaviləsi bağlaya biləcəyini dedi. O, Cavabdeh özünə məxsus obyekti satıb əldə etdiyi 100.000 manat pulu ona borc yox, "xxxx" MMC-nin Zaqatala filialına şərik olmaq üçün verdiyini bildirdi. İlkin onun vəsaitinin etibarlı əldə olduğunu, filialın faktiki şəriki kimi filialın gəlirinin 50%-nin hər ay ona veriləcəyini, filalın idarə olunmasında birbaşa iştirak edəcəyini bildirdi. O da əlacsız qalıb razılaşdı. 2021-ci ilin may ayında təftiş apararkən məlum oldu ki, Cavabdeh filialın fəaliyyəti üçün heç bir vəsait qoymayıb, yalnız onun qoyduğu 100.000 manat vəsait hesabına filial fəaliyyət göstərib. İlkin həmin vaxt bəhanə etdi ki, guya qalan 100.000 pulu alınacaq filtrlərlə bağlı o ödəyəcək, yaxın aylarda o onun qoyacağı vəsaiti görəcəkdir. 2021-ci iyul ayının əvvəlində yenidən filialın fəaliyyətini İlkin öz aralarında təftiş edərkən məlum oldu ki, Cavabdeh filialın fəaliyyəti ilə bağlı cəmi 24.000 manat vəsait qoyub. O İlkinə bununla bağlı iradını bildirəndə İlkin ona dedi ki, guya 11.000 manat qeyri-rəsmi, 15.000 manat isə hər aparata görə 50 manat olmaqla vergiyə ödəyib. O, İlkinə belə olan halda cəmi 50.000 manat vəsait qoyduğunu onun isə 100.000 manat vəsait qoyduğu halda gəliri necə 50% şəklində bölə biləcəklərini soruşdu. İlkin ona bildirdi ki, 25.000 manat pulu ona verəcək və bundan sonra filialın gəliri aralarında yarı-yarıya bölünəcək. O da bunun ədalətli olduğunu dedi. İlkin söz verdiyi 25.000 manat pulu ona vaxtında vermədi, hər dəfə müxtəlif bəhanələr gətirdi. Onun bu hərəkətlərindən bezdiyi üçün, filialda şərikliyini bitirəcəyini, hesablaşmalı olduqlarını dedi. 2021-ci il iyul ayının sonunda İlkinlə Zaqatala filialın fəaliyyətini yenidən təftiş edərkən bütün xərclər çıxılandan sonra 240.000 manat gəlir olduğunu müəyyən etdilər. Amma İlkin ona çatası 50% gəliri, yəni 120.000 manatı, eləcə də şərikliklə bağlı qoymuş olduğu 100.000 manat əsas vəsaitdən 25.000 manatını 1 ay ərzində, qalan 195.000 manat məbləği isə 18 ay ərzində ona bərabər hissələrə bölməklə qaytaracağına söz verdi. O da ondan bu dediklərini rəsmiləşdirməsini, ona rəsmi sənəd verməsini tələb etdi. Çünki artıq İlkinin yalanlarından bezmişdi və ona etibar etmirdi. İlkin ona Zaqatala filialının 1 ay ərzində bağlanacağına, yalnız servis xidməti və kredit şöbəsinin fəaliyyət göstərəcəyinə söz verib, pulları aybaay yığılan kreditlər əsasında ona özü ödəyəcəyini bildirdi. Amma növbəti aylarda kifayət qədər kreditlərin yığılmasına baxmayaraq Cavabdeh ona verməli olduğu pulu ödəmədi. Qoymuş olduğu əsas vəsaitdən 25.000 manatı hissə-hissə ona qaytardı və beləliklə İlkinin ona 75.000 manat əsas vəsaitdən və 120.000 manat gəlirdən borcu qaldı. Cavabdeh daha sonra 2021-ci ilin noyabr ayında guya ki, bankdan kredit götürüb ona 75.000 manat pul verdi və qalan pulları verməyəcəyini bildirdi. O isə Cavabdeh razılaşmalarının bu cür olmadığını xatırlatdı. İlkin isə heç kimdən qorxmadığını, hara istəsə şikayət edə biləcəyini deyib, telefonu üzünə bağladı və daha sonra zənglərinə cavab verməkdən və onunla görüşməkdən imtina etdi. Beləliklə, Cavabdeh onun 75.000 manat əsas vəsaitini və həmin vəsaitlə bağlı əldə olunmuş payına düşən 45.000 gəlirini ələ keçirmişdir. Cavabdeh ona 120.000 manat borcunun olması ilə bağlı əlində kifayət qədər sübutları- səs yazıları və şahidləri var. Cavabdeh ona olan pul borcunu xeyli vaxtdır ki, ödəmədiyi üçün mülki qaydada pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il e-2(005)-1617/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3082/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü iltarixli, e-2-2(113)-3082/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini yalnız cavabdeh tərəfin nümayəndəsinin səsləndirdiyi fikirlərə əsaslanmaqla qəbul etmiş, iş materiallarında olan digər sənədlərə-"xxxx" MMC-nin adından Şəki-Zaqatala bölgəsində yaşayan sakinlərlə bağlanmış “su filtrlərinin satışı ilə bağlı müqavilə”lərə istinad edilməmiş, həmin müqavilələrə heç bir qiymət verməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əlavə olunmuş səs yazısı təhrif olunmuş şəkildə qətnamədə qeyd edilmişdir. Belə ki, həmin səs yazısının 12-ci dəqiqəsində Cavabdeh tərəfindən faktiki olaraq 240000 (iki yüz qırx min manat) qazancın olmasının təsdiq edilməsi, həmin gəlirdən İddiaçı payına 120000 (yüziyirmi min) manatın düşməsi, hər ay İddiaçı 10000 (on min) manat ödəməklə bağlı aralarında razılıq əldə olunması, hətta son iki ayda Sahibin yığdığı (Zaqatala filialında kredit pullarını yığan şəxs) 45000 manata yaxın pulun kimə aid olması ilə bağlı İddiaçı sualına Cavabdeh “həmin pul ortağın, yəni Cavabdeh və İddiaçı pulu” olması barədə cavabı, hətta İddiaçı həmin səs yazısında cavabdehin ona satılmış müqavilələri ağzı aşağı çevirib yarısını özünə, yarısını Cavabdeh verməklə bağlı Cavabdeh təklif etdiyini bildirməsi və İlkinin də bunu təsdiqləməsi göstərilsə də məhkəmə iş üçün əhəmiyyət kəsb etdiyi halda bu xüsusatlara heç bir hüquqi qiymət verməmiş, qeyd olunan ifadələri görməzdən gəlmişdir. Bundan əlavə, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Vəkil2 səs yazısında Cavabdeh İddiaçı hər ay nəyə görə 10.000 manat ödəməyi təklif etməsi ilə bağlı sual verilərkən cavabdehin nümayəndəsi Cavabdehla İddiaçı arasında başqa hər hansı razılaşmanın, məsələnin olubolmamasından məlumatı olmadığını, bunu nəyə görə təklif etdiyini bilmədiyini bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin bu sözlərinə qətnamə qəbul edilərkən toxunulmamış, cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclaslarında ümumiyyətlə Cavabdehla İddiaçı arasında ortaqlıq, pul münasibətlərinin olmadığını, əgər belə bi hal olmuş olsaydı hansısa yazılı sənəd, müqavilənin olmalı olduğunu bildirsə də, daha sonra məhkəməyə təqdim olunmuş sübutlarla tanış olandan sonra Cavabdehla İddiaçı arasında borc məsələsini, hazırda İlkinin İddiaçı borcunun olmadığını, iddianın rədd edilməsini deməklə kifayətlənmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş X8, X3, X6 və X9 isə öz izahatında bildirdilər ki, Cavabdeh təsisçisi və faktiki rəhbəri olduğu "xxxx" MMCnin Zaqatala şəhərində qeyri-rəsmi filialının açılması üçün İddiaçı 100.000 manat vəsait qoymuşdur. Adları qeyd olunan şəxslər Zaqatala ofisində İddiaçı şərik olduğu dövrdə 240.000 manat qazanc əldə edildiyini, həmin pulun 120.000 manatının İddiaçı verilməli olduğunu bildirsələr də, birinci instansiya məhkəməsi yalnız formal olaraq tərəflər arasında yazılı müqaviənin bağlanılmamasını əsas gətirərək, faktiki olaraq Cavabdeh və İddiaçı arasındakı ortaqlıq münasibətlərini görməzdən gəlmiş və iddianın rədd edilməsi haqqında qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bakı Kommersiya Məhkəməsi iş üçün əhəmiyyətli olan hallar sübut edildiyi halda, iş üzrə şahid ifadələrinə, cavabdehin səs yazısında göstərilən hallara, cavabdehin təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin adından Şəki-Zaqatala bölgəsində yaşayan sakinlərlə bağlanmış, iddiaçı və cavabdeh tərəfindən su filtrlərinin satışı ilə bağlı fəaliyyət göstərmək üçün əmək fəaliyyətinə cəlb olunan işçilər tərəfindən satılması həyata keçirilmiş müqavilələrdən gəlirləri təsdiq edən yazışmalar, kredit müqavilələri, alqı-satqı müqavilələri, email yazılarında olan elektron hesabatlar, əllə yazılmış hesabatlar məhkəməyə təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin hallara münasibət bildirilməmiş, məhkəməyə təqdim olunmuş səs yazısının özündə ortaqlıqdan 240.000 (iki yüz qırx min) manat gəlirin olmasının təsdiqlənməsi, həmin gəliri bölmək üçün cavabdeh tərəfindən iddiaçıya Şəki- Zaqatala bölgəsində yaşayan şəxslərə satılmış müqavilələrin arxası üstə çevrilib, bərabər şəkildə bölünməsi barədə təklifin olunduğu, satılmış müqavilələrin pulunun hər kəsə düşən müqaviləyə uyğun yığılıb götürülməsinin təklif edildiyi barədə iddiaçının fikri cavabdeh tərəfindən təsdiqlənsə də, məhkəmə həmin hala da heç bir qiymət verməmişdir. Bundan əlavə həmin səs yazısında Sahib adlı şəxsin yığdığı 45000 manat pulun ortaqların pulu, yəni iddiaçı ilə cavabdehin pulunun olması, cavabdeh tərəfindən iddiaçıya hər ay 10.000 manat verilməsi barədə əvvəllər aralarında razılığın olmasına da məhkəmə tərərindən heç bir münasibət bildirilməmişdir. İş üçün əhəmiyyətli olan hallar sübut edildiyi halda, iş üzrə şahid ifadələri, cavabdehin səs yazısı, cavabdehin təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin adından Şəki-Zaqatala bölgəsində yaşayan sakinlərlə bağlanmış, iddiaçı və cavabdeh tərəfindən su filtrlərinin satışı ilə bağlı fəaliyyət göstərmək üçün əmək fəaliyyətinə cəlb olunan işçilər tərəfindən satılması həyata keçirilmiş müqavilələrdən gəlirləri təsdiq edən yazışmalar, kredit müqavilələri, elektron hessabatlar, əllə yazılmış hesabatlar məhkəməyə təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsitərəfindən həmin hallar görməzdən gəlinmiş, qeyd olunan müqavilələrə ümumiyyətlə münasibət bildirilməmiş, səs yazısını isə qətnamədə təhrif olunmuş şəkildə göstərməklə tam əsasız qətnamə qəbul edilmişdir. Məhkəməyə təqdim olunmuş səs yazısının özündə cavabdeh tərəfindən iddiaçıya satılmış müqavilələrin arxası üstə çevrilib, bərabər şəkildə bölünməsi barədə təklifin olunduğu, satılmış müqavilələrin pulunun hər kəsə düşən müqaviləyə uyğun yığılıb götürülməsinin təklif edildiyi barədə iddiaçının fikri cavabdeh tərəfindən təsdiqlənsə də, məhkəmə həmin hala da heç bir qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
16. Hazırkı işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə sonuncunun təsisçisi olduğu "xxxx" MMC-nin Zaqatala şəhərindəki filialının şərikli şəkildə açılması barədə razılığa gəldiklərini, Zaqatala filialının açılması üçün 100.000 manat məbləğində pul vəsaiti qoyduğunu, razılaşmanın şərtlərinə əsasən filialın fəaliyyətindən əldə ediləcək gəlirlərinin 50 %-nin ona ödənilməli olduğunu, sonradan cavabdeh tərəfindən ona 100.000 manat (qoyulmuş vəsaitdən 25.000 və gəlirdən 75.000 manat) məbləğində pul vəsaitinin ödənildiyini, lakin filiala qoyulmuş vəsaitinin 75.000 manat hissəsinin və 45.000 manat məbləğində gəlirin ödənilməmiş qaldığını əsas göstərərək 120.000 manat məbləğində pulun cavabdehin onun xeyrinə tutulmasını tələb edir.
17. Tərəflər verdikləri izahatlarda pul vəsaitinin fərqli məqsədlərlə verilməsini iddia etsələr belə (iddiaçı pulun şərikli sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün cavabdeh isə borc olaraq verildiyini iddia edir) iddiaçı tərəfindən cavabdehə 100.000 manat məbləğində pul vəsaitinin verilməsi və sonradan cavabdeh tərəfindən iddiaçıya həmin məbləğində pul vəsaitinin qaytarılması faktlarını təsdiq etmişlər.
18. X4 izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh rəhbəri olduğu "xxxx" MMC-də, daha sonra "xxxx" MMC-də hüquqşünas kimi işə qəbul olunub fəaliyyət göstərmişdir. Həmin ərəfələrdə İddiaçı ilə tanış olmuşdur. Ofisləri Nərimanov rayonu, N.Nərimanov 3 ünvanında yerləşirdi. Şirkət su flltrlərinin satışı və servisi ilə məşğul olurdu. Sonradan 2021-ci ilin yanvar ayında İddiaçı, daha sonra Cavabdeh dediklərindən ona məlum oldu ki. Cavabdehla Mübaruz Yusibov Zaqatala rayonunda ofis açaraq su flltrlərinin satışı ilə əlaqədar şərikli iş qurmuş, birgə fəaliyyətə başlamışlar. Bu işə İddiaçı yüz min manat pul yatırdığını da onlardan eşitmişdi. Hətta tarix dəqiq yadında deyil, bir dəfə İddiaçıla o, Zaqatala rayonundakı ofisdə də olmuşlar. Səhv etmirsə Seymur adlı şəxsi də rəhbər təyin etmişdilər. Sonradan, yəni xx.xx.2021-ci il tarixdə başqa şirkətdən təklif gəldiyindən o, "xxxx" MMC-dən ayrıldı. Bir müddət sonra İddiaçıla görüşüb söhbət edən zaman onun dediklərindən ona məlum oldu ki, Cavabdehla İddiaçı arasında sonuncunun şərikli işlə bağlı qoyduğu 100.000 manat pulun və əldə olunan gəlirin ödənməsi ilə əlaqədar mübahisə yaranmış, hətta iş Zaqatala rayon prokurorluğuna qədər gedib çıxmışdır. İddiaçı Cavabdehla şərik olduğu dövrdə "xxxx" MMC-nin Zaqatala filialının hansı miqdarda gəliri olduğunu bilmir.
19. X1 izahatından görünür ki, Cavabdeh "xxxx" MMC-nin Biləsuvar filialında işləməyə başladığı dövrdən, 2020-ci ilin yay aylarından tanıyır, İddiaçı isə "xxxx" MMC-nin Zaqatala filialının müdiri kimi işə başladığı dövrdən, 2021-ci ilin əvvəllərindən tanıyır. Onların heç biri ilə qohumluğu, ədavəti və ya düşmənçiliyi yoxdur. Cavabdeh və İddiaçı "xxxx" MMC-nin Zaqatala filialında şərik idilər. Bu barədə Cavabdeh özü onu işə götürən zaman İddiaçı yanında onun özünə bildirmişdi. Daha sonra o Zaqatala rayonu gedib, filial üçün bina axtardı. Zaqatala şəhəri ərazisində “Bayraq meydanı” adlanan ərazinin yaxınlığında yerləşən qeyri-yaşayış sahəsini fililın fəaliyyət göstərməsi üçün icarəyə götürmək məqsədilə İlkin və Mübariz müəllimə bildirdi. Təxminən 1 həftə sonra Cavabdeh və İddiaçı birlikdə həmin ünvana gəlib qeyri-yaşayış sahəsinə baxdılar və xoşlarına gəldiyi üçün binanın sahibi ilə aylıq 800 manat icarə haqqı müqabilində razılaşdılar. Binanın sahibi olan Qalib adlı şəxs qısa müddət ərzində təmir işləri görüb binanı filialın fəaliyyəti üçün onlara təqdim etdi. 15-20 gün ərzində o filalda işləmək üçün müraciət edən şəxslərin sənədlərini Cavabdeh və İddiaçı göndərdi. Onlar həmin şəxslərdən təxminən 15 nəfərin uyğun olduğunu bildirdikləri üçün həmin şəxsləri də filialın açılışı günü oraya dəvət etdi. Zaqatala-Balakən bölgəsində su filtrlərinin regional satışını və servis xidmətini həyata keçirmək üçün "xxxx" MMC-nin Zaqatala filialının açılışına Cavabdeh və onun şəriki İddiaçı birlikdə gəlmişdilər. Rəsmi açılış olandan sonra İlkin və Mübariz müəllim işə götürüləcək şəxslərlə söhbət etdilər, işləmək istəyənlərdən səhv etmirsə 10 nəfəri işə götürüldü. Həmin vaxt Cavabdeh özünü "xxxx" MMC-nin prezident, İddiaçı isə şirkətin vitse-prezidenti kimi təqdim etdi. İddiaçı 2021-ci ilin əvvəllərindən həmin ilin oktyabr ayınadək Zaqatala-Balakən bölgəsində su filtrlərinin regional satışını və servis xidmətini həyata keçirmək üçün "xxxx" MMC-nin Zaqatala filialının fəaliyyətinə Cavabdehla birlikdə birbaşa rəhbərlik etmişdi. İşçilərə əmək haqqları paylananda, su filtrirləri kreditlə satılanda, hər hansı kredit müqaviləsi pozulanda bu barədə İddiaçı birbaşa məlumat verirdilər. Su filtrlərinin satışı ilə bağlı bütün müqavilələr "xxxx" MMC-nin adından bağlansa da, İşçilərin əmək haqqı, ofisin icarə haqqı və digər xərclər 2021-ci ilin iyun ayınadək İddiaçı tərəfindən nağd qaydada ödənilmişdir. X7 müəllim arasında hər hansı söz-söhbət olduğunu görməsələr də, 2021-ci ilin səhv etmirsə iyul ayında bir dəfə Zaqatala filialında olduğu vaxt İddiaçı telefonda ona bildirdi ki, şirkətdə şərikliyə və fəaliyyətinə son qoyur. Səbəb kimi şəriki olan Cavabdeh ona qarşı hörmətsizlik etməsini, işçisi olan Ləman xanımın İlkinin sözü ilə İddiaçı göstərişlərinə əks göstərişlər verməsini, daha sonra İlkinin onun telefon zənglərinə cavab verməməsini bildirdi. O İddiaçı orada çox əziyyət çəkdiyini, şirkətdən ayrılmamasını xahiş etdi. İddiaçı əslində şirkətdən getmək istəmədiyini, amma məcburən getməli olduğunu dedi. Daha sonra Cavabdeh və onun işçisi Ləman xanım zəng vurub ona bildirdilər ki, satılmış su filtrlərinə görə yığılan pullardan işçilərin əmək haqqı veriləndən sonra qalan hissəni İddiaçı verməlidilər. Çünki İddiaçı filialın açılması üçün 100.000 manat pul vəsaiti qoymuşdur, həmin vəsaiti və əldə edilən gəlirdən Mübarizin payına düşən hissəni ona qaytarmalıdırlar. Ona görə də 2021-ci ilin səhv etmirsə iyun ayından etibarən servis və satışdan əldə olunan gəlirdən işçilərin əmək haqqı və ofis xərcləri çıxılandan sonra qalan pulların hamısını Cavabdeh adına olan Bank of Baku ASCnin bank kartına atılırdı. Bir müddət sonra İddiaçı İlkindən pullarını ala bilmədiyi üçün onun barəsində Zaqatala rayon Prokurorluğuna şikayət etdi. Həmin şikayət araşdırılarkən o Zaqatala rayon prokurorluğuna izahat və ifadə verib, bildiklərini göstərmişdi. Cavabdeh və Ləman xanım İsmayilzadənin deməsinə görə İddiaçı Zaqatala filialının açılması üçün 100.000 (yüz min) manat vəsait qoymuşdu. İddiaçı Cavabdehla şərik olduğu dövrdə "xxxx" MMC-nin Zaqatala filialının gəliri hər satılan su filtri aparatına görə ***-**** manat təşkil edirdi. Həmin dövrdə zaqatala filialında 350 su filtri aparatı satılmışdı. İddiaçı həmin gəlirdən payına düşən hissə və qoyduğu əsas vəsaitin bir hissəsi verilmədiyi üçün İddiaçı məcbur qalıb Zaqatala Rayon prokurorluğuna şkayət etmişdi.
20. X2 isə izahatından görünür ki, Cavabdeh "xxxx" MMC-də ərazi üzrə satış meneceri vəzifəsində işə başladığı dövrdən, yəni 2020-ci ildən tanıyır. Onunla münasibəti həmişə yaxşı olub, aralarında hər hansı ədavət, düşmənçilik münasibətləri olmamışdır. İddiaçı isə Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-də direktor müavini kimi işə başladığı dövrdən, 2020-ci ilin iyun ayından tanıyır. Onunla da münasibəti həmişə yaxşı olmuşdur. 2021-ci ilin mart ayında eşitdi ki, Cavabdeh və İddiaçı birlikdə Zaqatala Balakən bölgəsində su filtrlərinin regional satışını və servis xidmətini həyata keçirmək üçün İlkinin təsisçisi və direktoru olduğu “Kazımoff Group'’ MMC-nin Zaqatala filialını açmaq qərarına gəliblər. Zaqatala filialında əhali satılan su filtri aparatlarından müqavilə üzrə pulların hissə-hissə yığılmasını 2021-ci ilin avqust ayından o təşkil etməyə başladı. O, hər ay müştərilərlə mobil telefon vasitəsilə əlaqə saxlayıb pulların ödənilməsini təşkil edirdi. 2021ci ilin avqust ayına kimi artıq müştərilərə 400-dən artıq su filtri aparatı satılmışdı. Hər ay həmin aparatlara görə Zaqatala filialından təxminən 30-40 min manat pul yığılırdı. Bununla bağlı hər ay hesabat hazırlayıb Cavabdeh təqdim edirdi. Bundan əlavə Zaqatala filialının hesabatını hər ay İddiaçı da təqdim edirdi. Çünki İddiaçı həmin filalda Cavabdehla şərik idi. Qazanılan pulun 50 faizi İddiaçı çatası idi. Əvvəllər Cavabdehla İddiaçı arasında hər hansı söz-söhbət olduğunu görməsələr də, 2021-ci ilin səhv etmirsə avqust ayında İddiaçıla telefonda danışıb ona yığılan pullarla bağlı məlumat verəndə Mübariz müəllim ona bildirdi ki, artıq şirkətdə işini dayandırıb. Daha sonra eşitdi ki, İddiaçı Zaqatala filialın açılması üçün 100.000 manat pul vəsaiti qoymuşdur, həmin vəsaiti və əldə edilən gəlirdən Mübarizin payına düşən hissəni Cavabdeh ona qaytarmadığı üçün Mübariz müəllim Cavabdeh barəsində Zaqatala rayon Prokurorluğuna şikayət etmişdir. Cavabdeh, İddiaçı, Ləman İsmayilzadə və Lalə Əliyevadan eşitmişdim ki, İddiaçı Zaqatala filialının açılması üçün 100.000 (yüz min) manat vəsait qoymuşdur. İddiaçı Cavabdehla şərik olduğu dövrdə "xxxx" MMC- nin Zaqatala filialının gəliri hər satılan su filtri aparatına görə səhv etmirsə ***-**** manat təşkil edirdi. Həmin dövrdə Zaqatala filialında 350-400 su filtri aparatı satılmışdı. Belə olan halda İddiaçı payına düşən gəlir 120-140 min manat təşkil etməli idi.
21. X5 isə izahatından görünür ki, Cavabdeh və İddiaçı "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov 5c ünvanında yerləşən ikinci ofisində Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin direktoru vəzifəsində işə başladığı dövrdən, 2020-ci ilin iyun ayının 01-dən tanıyır. Onların heç biri ilə qohumluğu, ədavəti və ya düşmənçiliyi yoxdur. İddiaçı daha əvvəl onun rəsmi direktor olduğu "xxxx" MMC-nin direktor müavini kimi fəaliyyət göstərirdi. Həmin şirkətə Cavabdeh göstərişi ilə İddiaçı faktiki olaraq rəhbərlik edirdi. Daha sonra Cavabdeh və İddiaçı birlikdə Zaqatala-Balakən bölgəsində su filtrlərinin regional satışını və servis xidmətini həyata keçirmək üçün İlkinin təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin Zaqatala filialını açmaq qərarına gəldilər. İlkinlə Mübariz müəllim arasında bu barədə olan söhbətin bir neçə dəfə ofisdə olduğu müddətdə şahidi olmuşdu. Həmin söhbətlər zamanı filialın aşılışı üçün 200.000 manat vəsait tələb olduğunu eşitmişdi. Həmin ərərfələrdə İddiaçı özünə məxsus olan Şəki şəhərində yerləşən obyekti satıb 100.000 manat vəsaiti filialın açılması üçün xərclədi. Bu barədə o daha sonra İlkinlə İddiaçı arasında mübahisə düşəndə də onlardan eşitmişdi. İlk aylar Zaqatala filialında hər şey yolunda getsə də, daha sonra İddiaçıla Cavabdeh arasında mübahisə yarandı. Hətta o özü də, bir neçə dəfə bu mübahisəyə son qoyulması üçün həm Cavabdeh, həm də İddiaçı xahiş etmişdi. Amma 2021-ci ilin səhv etmirsə sentyabr ayında şərikliyə son qoymaq istədiyini, İlkinin hərəkətlərinin onu bezdirdiyini Mübariz müəllimdən eşitmişdi. Həmin ərəfədə ona məlum olmuşdu ki, "xxxx" MMC-nin Zaqatala filialının gəliri 2021-ci ilin iyun ayının sonunadək 240.000 manat təşkil edib, bunun 50 faizi, yəni 120.000 manatı İddiaçı hər ay 10.000 manat olmaqla 12 ay ərzində ödənilməli idi. Bundan əlavə, İddiaçı qoyduğu 100.000 manat vəsaitin 25.000 manatı ona 2021-ci ilin avqust ayında ödənilməli olsa da, yalnız sentyabr ayında ödənilmişdi və qalan 75.000 manat vəsait isə gəlirlər ödəniləndən sonra hər ay 6 ay ərzində ödənilməli idi. Lakin 2021-ci ilin oktyabr ayında Cavabdeh ofisdə onun yanında İddiaçı 65.000 manat vəsait verib həmin pulu kredit götürdüyünü bildirdi və İddiaçı əlavə 10.000 manat da pul verəndən sonra heç bir məbləğdə pul verməyəcəyini bildirdi. O həmin söhbətin səhəri günü Cavabdeh Mübariz müəllimə çatdırmaq üçün verdiyi 10.000 manat pulu restoranda M. Yusibovla görüşüb ona verdi. Görüş zamanı o, Cavabdeh ona dediyi kimi bir ədəd ağ vərəqi İddiaçı verdi ki, o, həmin kağıza öz xətti ilə yazsın ki, guya İlkinin ona heç bir borcu qalmayıb. İddiaçı həmin vaxt bundan imtina etdi və ona bildirdi ki, "xxxx" MMC-nin Zaqatala filialının gəliri 2021-ci ilin iyun ayının sonunadək 240.000 manat təşkil edib, bunun 50 faizi, yəni 120.000 manatı onun payına düşür. Həmin paydan 45.000 manat, bundan əlavə əsas vəsaitdən də 75.000 manat pulu Cavabdeh ona borcludur, həmin 120.000 manat pulu Cavabdeh ona verəndən sonra istənilən formada ərizə yaza bilər. O da bu sözləri eşidəndən sonra İddiaçıla sağollaşıb ayrıldı və ofisə gələndən sonra İlkin müəllimə bu barədə məlumat verdi. Daha sonra eşitdi ki, İddiaçı Cavabdeh pullarını tələb etmək üçün Zaqatala Rayon Prokurorluğuna şikayət edib. Cavabdeh və İddiaçı sonradan onun yanında etdikləri söhbət zamanı ona məlum oldu ki, İddiaçı Şəkidəki obyektini satıb Zaqatala filialının açılması üçün 100.000 manat vəsait qoymuşdur. İddiaçı Cavabdehla şərik olduğu dövrdə "xxxx" MMC-nin Zaqatala filialının gəliri barədə onların arasında olan söhbət zamanı eşitmişdi ki, 240.000 manat gəlir olub. Bu gəlir hər satılan su filtri aparatına görə ***-**** manat təşkil etmişdir.
22. Birinci instansiya məhkəməsində icraat zamanı şahid X8 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, 2020-ci ildə “Aura” şirkətində çalışmışdır. Tərəflər onun yanında dəfələrlə Zaqatala rayonunda birgə fəaliyyət göstərmələri barədə danışıqlar aparıblar. Şahid H.Səfərov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının hansı məbləğdə xərc çəkməsi barədə məlumatsızdır. O, işdən ayrılanda bildi ki, iddiaçı 100.000 manat məbləğində xərc çəkib. Bu barədə ona Mübariz müəllim məlumat verib. Tərəflər birgə çalışırdılar, belə ki, ona Zaqatala ofisinin müştərilərinin razılığı barədə məlumat eldə etmək, Zaqatala ofisində müqavilə bağlamaq tapşırılırdı. “Aura” şirkəti "xxxx" şirkətinə tabe idi. Bir ay ərzində 50-100 arası müqavilə bağlanırdı. Tərəflərin birgə fəaliyyət göstərdikləri hiss olunurdu. İlkin müəllimdən bu barədə heç nə eşitməmişdir.
23. Birinci instansiya məhkəməsində icraat zamanı şahid X3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, "xxxx" şirkətində çalışırdı. Şirkətin Zaqatala rayonunda olan ofisinin müdiri idi. O əvvəldən İlkin müəllimi tanıyırdı. Tərəflər ofisin icarəyə götürülməsi ilə bağlı danışıqlar aparırdılar. Daha sonra obyekt təmir edildi və həmin vaxt da tərəflər birgə fəaliyyət göstərirdilər. İlkin müəllim ofisin açılışında qeyd etdi ki, o rəhbərdir, Mübariz müəllim isə vitse-prezidentidir. 1 il müddətində birgə çalışdıqdan sonra tərəflər arasında mübahisə yarandı və Mübariz müəllim şirkətdən ayrıldı. Şahid S.Ağayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o bildiyinə görə mübahisə Mübariz müəllimə pul vəsaitinin ödənilməməsi ilə bağlı idi. Həmin pul vəsaitinə ofis qurulub, təmir edilib, aparatlar alınıb, işçilərin əmək haqqı ödənilib. Ofis bir mərtəbə idi, lakin böyük bir otaq idi. Zaqatala rayonunda cinayət işi açılmışdı. Mübariz müəllimin müraciəti ilə məsələ araşdırılırdı və bu mübahisə ilə bağlı o təqsirli bilinirdi. Lakin sonradan məsələ onun xeyrinə yekunlaşdı.Zaqatalada 600 ədəd aparat satılmışdır. Aparatlar 200 manat məbləğə alınırdı, 1.690 manat məbləğə satılırdı. Müştərilər ödənişi çek vasitəsilə edirdilər. Pərvanə xanım pulu yığırdı və Mübariz müəllimə verirdi. Mübariz müəllim ofisdə olduğu vaxt ödənişləri ona verirdilər. Eyni zamanda ödənişlərin əsas hissəsini Ləman xanım yığırdı və pul vəsaiti İlkin müəllimin bank hesabına köçürülürdü. İlkin müəllimlə ədavəti yoxdur. Cavabdeh şirkətin bir hissəsinin iddiaçıya məxsus olduğunu bildirmişdi. Ona Ləman xanım İlkin müəllim ilə birlikdə bildirib ki, Mübariz müəllim tərəflərin şərikli qurduğu şirkətə 100.000 manat məbləğində pul vəsaiti qoyub.
24. Birinci instansiya məhkəməsində icraat zamanı şahid X6 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o "xxxx" şirkətində kredit şöbəsində çalışırdı. Kredit ilə malları əldə edən müştərilərdən ödənişləri o qəbul edirdi və kassaya təhvil verirdi. Yığdığı pul vəsaitini Mübariz müəllimə təhvil verirdi. Şahid A.Həsənzadə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Mübariz müəllim şirkətin şəriki idi. Bütün rayonlardan pul vəsaitini yığırdı. Sadəcə Zaqatala rayonu üzrə əldə edilən pul vəsaitini iddiaçıya verirdi. Digər rayonlar üzrə yığılan pul vəsaitini İlkin müəllimə verirdi. Mübariz müəllim həm şirkətin açılışında iştirak edib həm də əmək haqqlarını onlara, o ödəyirdi. Tərəflər yarı-yarıya şərik idilər. İlkin müəllim Mübariz müəllimə hesabat verməyi barədə məlumatlı idi. Şirkət Biləsuvar və Masallı rayonunda da fəaliyyət göstərirdi. Mübariz müəllimə sadəcə Zaqatala rayonu üzrə hesabat verirdi. İlkin müəllimi 2019-cu il, Mübariz müəllimi isə 2021-ci ildən tanıyır. Tərəflər arasında münasibətlər yaxşı idi. 1 ədəd su filterinin satışından 600-700 manat məbləğ əldə edilirdi. Mübariz müəllimin payı 100.000 manat təşkil edirdi. Yığdığı pul vəsaitini kassaya təhvil verirdi və gündəlik hesabat verirdi. Hamı Mübariz müəllimin payının dəyəri barədə məlumatlı idi. İlkin müəllim demişdi ki, Mübariz müəllim onun şərikidir. Onun məlumatlı olmağı uzun müddət şirkətdə çalışmağı ilə bağlıdır. Mübariz müəllimin payının dəyəri barədə şirkətdə gedən ümumi danışıqlardan və ümumi büdcədən məlumatlı olmuşlar.
25. Birinci instansiya məhkəməsində icraat zamanı şahid X9 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, hazırda turizm şirkətində çalışır. Daha əvvəl Aura şirkətinin direktoru vəzifəsində çalışırdı. Zaqatala filialının şəriki olmamışdan əvvəl iddiaçı direktor müavini idi. Şirkətin təsisçisi İlkin müəllim idi. L.Əliyeva məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Mübariz müəllimin şərik olduğunu açılışdan sonra cavabdeh onlara dedi. İlkin müəllim işin hansı məbləğdə pul vəsaitinə qurulması barədə onlara məlumat verməyib. Mübariz müəllimin payının dəyəri 100.000 manat təşkil edirdi. Eyni zamanda Mübariz müəllim obyektini satıb filialın açılışına pul vəsaiti qoymuşdu. Onlar Mübariz müəllim ilə bir otaqda çalışırdılar və bu səbəblə o, onların arasında olan danışıqlardan məlumatlı idi. Hər iki tərəf ona güvənirdi. O hətta tərəflərin barışması üçün çalışırdı. Mübariz müəllim ilk əvvəl hər ay 10.000 manat ödəniş edilməsi ilə razılaşdı. İlkin müəllim 25.000 manat məbləğində ödəniş etdi, lakin sonradan 10.000 manat məbləğin ödənişini gecikdirdi və tərəflər arasında münasibətlər yenidən pozuldu. Mübariz müəllimin payının dəyəri 100.000 manat təşkil edirdi. Şirkətin gəliri isə 240.000 manat məbləğində idi. Tərəflər həmin məbləği böləcəkdi. Sonuncu dəfə İlkin müəllim 10.000 manat məbləğində pul vəsaitini ona verdi, o da onu Mübariz müəllimə verdi. Məbləği tərəflər hesablamışdı.
26. Kollegiya ilk növbədə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
27. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
28. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
29. İddiaçı cavabdeh tərəfindən 100.000 manat məbləğində pul vəsaitinin bir hissəsinin ona birgə sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir olaraq ödənildiyini qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir.
30. İş materiallarında olan sübutlara əsasən İddiaçı "xxxx" MMC-nin payçısı olması, eləcə də "xxxx" MMC-nin Zaqatala filialı adında ayrıca bölməsinin olması öz təsdiqini tapmır.
31. Birinci instansiya məhkəməsi şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanılmış razılaşmanın şərtləri, eləcə də "xxxx" MMC-nin Zaqatalada həyata keçirilən sahibkarlıq fəaliyyətindən cavabdehin əldə etdiyi gəlirin məbləğini müəyyən etmək üçün kifayət etmir.
32. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin Zaqatala ofisində 2021-ci ilin yanvar-mart aylarında ödəniş edən şəxslərin adını, mədaxil (təyinatları qeyd edilməklə) və qalıq məbləğlərini əks etdirən cədvəl şəklində, satıcı "xxxx" MMC ilə müxtəlif alıcılar arasında bağlanmış alqı-satqı müqaviləsinin 1 nömrəli əlavəsi olan satılan məhsulun adı, tarixi, qiyməti, ilkin ödənişi, qalıq məbləği, müddəti və qalıq məbləğin ödəniş müddətini və məbləğini əks etdirən imzasız möhürsüz ödəniş cədvəlləri; müxtəlif şəxslərin adı qeyd edilməklə həmin şəxslərdən alınan məbləğlərin (o cümlədən kassa əməliyyatları ilə bağlı məlumatların), eləcə də məxariclərin (rasxodların) əks olunduğu və müştərilərin adı, soyadı və ata adı, kreditin əsas məbləği, kreditin ödəniş məbləği, mobil telefonları, ünvanları, alınan malı və kreditin bitmə tarixini əks etdirən cədvəl şəklində sənədlərə münasibətdə kollegiya qeyd edir ki, həmin sənədləri tərtib edən şəxslərin adı, soyadı, vəzifəsi göstərilmədiyindən, səlahiyyətli şəxs tərəfindən imzalanıb, möhür vurulmadığından həmin sənədlər “mötəbərlik” meyarına cavab verməmiş, odur ki, həmin sənədlər sübut qismində qəbul edilə bilməz.
33. Kollegiya qeyd edir ki, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Səs yazısı 75.000 manat əsas vəsaitin və həmin vəsaitlə bağlı əldə olunmuş payına düşən 45.000 manat gəlirin cavabdeh tərəfindən əldə edilməsi barədə nəticəyə gəlmək üçün yetərli deyildir.
35. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3082/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova