Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-92/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh X48 Cəmiyyətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcunun tutulması, ipotekanın dövlət qeydiyyatı, ipoteka predmetinə tutma yönəldilməsi, əmlakın ipoteka yüklülüyündən azad olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X11 və X25 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı – İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X9, qətnamənin maraqlarına toxunduğu şəxs kimi tanınmış X10 və onun nümayəndəsi (vəkili) Vəkil1, apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanınmış X20 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh X48 Cəmiyyətinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsindən, qətnamənin maraqlarına toxunduğu şəxs kimi tanınmış X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ilkin olaraq MH seriyalı ******* saylı, xx.xx.2008-ci il tarixdə verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən mülkiyyət hüququ əsasında Cavabdeh X48 Cəmiyyətinin adına qeydiyyata alınmışdır.
2. "xxxx" ASC (hazırda İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC) və Cavabdeh X48 Cəmiyyəti (ASC) arasında xx.xx.2008-ci il tarixdə 185/08/PB saylı, xx.xx.2008-ci il tarixdə 237/08/PB saylı kredit müqavilələri bağlanmış, ASC-nə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətinə, 33 faizlə 100 000 manat və 12 ay müddətinə, 33 faizlə 5000 manat məbləğində plastik kart krediti, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 60 ay müddətinə, illik 7 faiz olmaqla 300 000 manat məbləğində kredit verilmişdir.
3. "xxxx" ASC (hazırda İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC - BOKT) və Cavabdeh X48 Cəmiyyəti (ASC) arasında xx.xx.2008-ci il tarixli 185/08/PB saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2008-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, daha sonra xx.xx.2008-ci il tarixli 237/08/PB saylı kredit müqaviləsinin təminatı kimi, həmin ipoteka müqaviləsinə xx.xx.2008-ci il tarixli 1 saylı əlavə imzalanmış, ASC-nə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567,8 kv.m ümumi (1056,8 kv.m əsas, 511 kv.m köməkçi) sahədən ibarət qeyri-yaşayış sahəsi BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. İpoteka müqaviləsi və ona edilən əlavə notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.
5. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 20,7 kv.m ümumi, 20,7 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi BOKT-un razılığı ilə X2, adı çəkilən şəxsin əmlakın müvafiq hissəsi üzərində mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Cavabdeh ATSC ilə X21 arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmış, ATSC, ünvan 1 ünvanındakı binanın “A” tikilisində yerləşən 28,8 m2 yeməkxananı (20 saylı), 8,6 m2 ticarət sahəsini (21 saylı), 27,4 m2 ticarət sahəsini (22 saylı), 7,6 m2 ticarət sahəsini (50 saylı), 8,5 m2 ticarət sahəsini (51 saylı) və 258,4 m2 (52 saylı) ticarət talvarından 62,0 m2 sahəni "xxxx" ASC-nin razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə 40 000 manata Ağca Mustafayevaya satmış, həmin məbləğ tam şəkildə satıcıya ödənilmişdir.
7. Sözügedən əmlakın “A” tikilisində yerləşən 9,6 kv.m hissəsi Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-5/688 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3.
8. Əmlakın “B” tikilisində yerləşən 4,5 kv.m iş otağı (№1), 11 kv.m iş otağı (№2), 2.8 kv.m sanitar qovşağı (№3) Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4-Ə-5/713 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixdə X31 adına qeydiyyatdan keçmişdir.
9. Əmlakın X36 məxsus hissəsi Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə1/27 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23 adına qeydiyyatdan keçmişdir.
10. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın “A” tikilisində 9,6 kv.m. ticarət sahəsi (23 saylı sahə) xx.xx.2009-cu il tarixdə X17, “A” tikilsindən 28,8 m2 yeməkxana (20 saylı), 52,1 m2 ticarət sahəsi (21, 22, 50, 51 saylı), 62,0 m2 ticarət talvarı (52 saylı sahənin bir hissəsi) xx.xx.2009-cu il tarixdə X16 adına qeydiyyata alınmış, bundan sonra Cavabdeh ATSC-nin mülkiyyətində qalmış sahə (hissə) 1307,8 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) təşkil etmiş, bununla əlaqədar xx.xx.2010-cu il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmış, yüklülük müddəti 36 ay müəyyənləşdirilmişdir.
11. 16 avqust 2011-ci il tarixdə "xxxx" ATSC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş, yığıncaqda ticarət sahəsinin bir hissəsinin satılması qərara alınmışdır.
12. 12 sentyabr 2011-ci il tarixdə "xxxx" ASC-nin İdarə heyətinin sədrinin 1-ci müavini notariusa ərizə ünvanlayaraq, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində Cavabdeh ASC-nin mülkiyyətindəki, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü 1307,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 350 m2 hissəsinin yüklülüyün saxlanılması şərtilə satılmasına etiraz etmədiklərini bildirmiş, satışdan əldə olunan məbləğdən 80 000 manat vəsaitin "xxxx" ASC-nin işçisi X29 ödənilməsini xahiş etmişdir.
13. 13 sentyabr 2011-ci il tarixdə X16 nümayəndəsi qismində onu etibarnamə əsasında təmsil edən X14 notariusa ərizə ünvanlayaraq, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh ASC və "xxxx" ASC arasında ipoteka müqaviləsi rəsmiləşdirildiyinin Ağca Mustafayevaya məlum olduğunu, Ağca Mustafayevanın Cavabdeh ASC-dən "xxxx" ASC-də ipotekada qalmaq şərtilə 80 200 manata əmlakı almaq istədiyini bildirmiş, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişdir.
14. 20 sentyabr 2011-ci il tarixdə Cavabdeh ASC (satıcı) ilə X21 arasında Bakı şəhəri 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh ASC-nin mülkiyyətində qalmış 1460,3 kv.m sahəsi olan qeyri yaşayış sahəsində “A” tikilisində yerləşən 196,4 kv.m sahəsi olan 52 nömrəli talvar, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvar, 28 kv.m sahəsi olan 42 nömrəli sahə, 9,7 kv.m sahəsi olan 45 nömrəli anbar, 8,7 kv.m sahəsi olan 43 nömrəli anbar, 7,4 kv.m sahəsi olan 19 nömrəli ticarət sahəsi, 8,4 kv.m sahəsi olan 46 nömrəli ticarət sahəsi, 9,2 kv.m sahəsi olan 47 nömrəli ticarət sahəsi, 9,7 kv.m sahəsi olan 17 nömrəli ticarət sahəsi və 18 nömrəli ticarət sahəsi "xxxx" ASC-nin razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaq şərti ilə 80 200 manata X4, bu məbləğin 80 000 manatı banka, 200 manatı Cavabdeh ASC-yə ödənilmişdir.
15. Həmin alqı-satqı müqaviləsini X16 adından etibarnamə əsasında oğlu Fəxrəddin Mustafayev imzalamışdır.
16. X21 Bakı şəhəri 32 nömrəli notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinin “A” tikilisində 258,4 kv.m 52 nömrəli ticarət talvarını, 28,8 kv.m sahəsi olan 20 nömrəli yeməkxananı, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvarı, 28 kv.m sahəsi olan 42 nömrəli sahəni, 18,4 kv.m sahəsi olan anbarı, 95,3 kv.m ticarət sahəsini (№ 17, 18, 19, 21, 22, 46, 47, 50, 51) oğlu Fəxrəddin Mustafayevə bağışlamışdır (ümumilikdə 491 m2).
17. X21 Bakı şəhəri 32 nömrəli notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli digər bağışlama müqaviləsi əsasında ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 200,8 m2 hissəsini oğlu Fəxrəddin Mustafayevə bağışlamış, həmin qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə Fəxrəddin Mustafayevin verdiyi etibarnamə əsasında Vüsal Əhmədov tərəfindən 70 000 manata X6, əmlak xx.xx.2021-ci tarixdə mülkiyyət hüququ üzrə X26 adına dövlət qeydiyyatına alınmışdır.
18. X37 Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, X43 küçəsi 6 ünvanında yerləşən 200,8 m2 qeyri-yaşayış sahəsini 338 000 manata X12, əmlak xx.xx.2021-ci il tarixdə Elçin Rzayevin adına dövlət qeydiyyatına alınmışdır.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanda yerləşən qeyri yaşayış sahəsinin “A” tikilisində sahəsi 9,6 kv.m olan 23 nömrəli qeyri-yaşayış sahəsi X17; ümumi sahəsi 740,2 kv.m olan hissəsi "xxxx" ASC-nin; “A” tikilisində 258,4 kv.m 52 nömrəli ticarət talvarı, 28,8 kv.m sahəsi olan 20 nömrəli yeməkxana, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvar, 28 kv.m sahəsi olan 42 nömrəli sahə, 18,4 kv.m sahəsi olan anbar, 95,3 kv.m ticarət sahəsi (17, 18, 19, 21, 22, 46, 47, 50, 51) Bakı şəhəri 32 nömrəli notariat kontoru tərəfindən təsdiq olunmuş 15 dekabr 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Fəxrəddin Mustafayevin mülkiyyətindədir (ümumilikdə 491 m2).
20. 19 noyabr 2019-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh ASC-nin BOKT-a xx.xx.2008-ci il tarixli 237/08/PB saylı kredit müqaviləsi üzrə 299 703,91 manat əsas, 62 136,68 manat faiz, 4178,61 manat dəbbə pulu olmaqla cəmi 366 019,20 manat borcu vardır.
21. 19 noyabr 2019-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh ASC-nin BOKT-a xx.xx.2008-ci il tarixli 185/08/PB saylı kredit müqaviləsi üzrə 58 780,79 manat əsas, 35 812,71 manat faiz, 3348,04 hesablanmış dəbbə pulu olmaqla cəmi 97 941,54 manat borcu vardır.
22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 oktyabr 2020-ci il tarixli M230/20 saylı qiymətləndirmə hesabatında göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyəri 320 000 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
23. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC (iddiaçı) Cavabdeh X48 Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırda Bakı Kommersiya Məhkəməsi, məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2018-ci il tarixli 185/08/PB saylı kredit müqaviləsi üzrə 58 780,79 manat əsas, 35 812,71 manat faiz, 3348,04 manat dəbbə pulu olmaqla, cəmi 97 941,54 manatın, xx.xx.2008-ci il tarixli 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299 703,91 manat əsas, 62 136,68 manat faiz, 4178,61 manat dəbbə pulu olmaqla, cəmi 366 019,20 manatın, 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması, tələbin cavabdehə məxsus, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin 100 000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında xx.xx.2008-ci il tarixdə 185/08/PB saylı, xx.xx.2008-ci il tarixdə 237/08/PB saylı kredit müqavilələri bağlanmış, cavabdehə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətinə, 33 faizlə 100 000 manat və 12 ay müddətinə, 33 faizlə 5000 manat məbləğində plastik kart krediti, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 60 ay müddətinə, illik 7 faiz olmaqla 300 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2008-ci il tarixli 185/08/PB saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, daha sonra xx.xx.2008-ci il tarixli 237/08/PB saylı kredit müqaviləsinin təminatı kimi, həmin ipoteka müqaviləsinə xx.xx.2008-ci il tarixli 1 saylı əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka (girov) müqavilələri və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli 185/08/PB saylı kredit müqaviləsi üzrə 58 780,79 manat əsas, 35 812,71 manat faiz, 3348,04 manat dəbbə pulu olmaqla, cəmi 97 941,54 manat, xx.xx.2008-ci il tarixli 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299 703,91 manat əsas, 62 136,68 manat faiz, 4178,61 manat dəbbə pulu olmaqla cəmi 366 019,20 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəblə, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. İpoteka müqaviləsində girov qoyulmuş cavabdehə məxsus olan əmlak 100 000 manat dəyərində qiymətləndirilmişdir.
25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.
26. Birinci instansiya məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, "xxxx" X48 cəmiyyətindən İddiaçı Bank Olmayan Kredit X40 Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli 185/08/PB saylı kredit müqaviləsi üzrə 58 780,79 manat əsas, 35 812,71 manat faiz, 3348,04 dəbbə pulu olmaqla cəmi 97 941,54 manatın, xx.xx.2008-ci il tarixli 237/08/PB saylı kredit müqaviləsi üzrə 299 703,91 manat əsas, 62 136,68 manat faiz, 4178,61 manat dəbbə pulu olmaqla, cəmi 366 019,20 manatın, 30 manat dövlət rüsumunun tutulması, tələbin likvid qiyməti 320 000 manat müəyyən edilməklə "xxxx" X48 cəmiyyətinə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567,8 kv.metr ümumi, 1056,8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
27. Məhkəmə işin faktiki hallarına istinadən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıya olan borcunun ödənildiyinə dair sübutlar təqdim edə bilmədiyindən iddia borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qanuni və əsaslıdır. İpoteka predmetinin likvid qiyməti müstəqil qiymətləndirici tərəfindən 320 000 manat müəyyən olunduğundan, ipoteka predmetinin ilkin satış qiyməti iddia ərizəsində qeyd edildiyi kimi 100 000 manat deyil, həmin məbləğdə müəyyən edilməlidir.
28. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 317.1-ci, 319.1-ci, 421.1-ci, 421.2-ci, 423.2-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 739.1-ci, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddələrinə istinad etmişdir.
Qətnamənin icrası ilə bağlı icraat
29. Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə icraya yönəldilmiş, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin 8 fevral 2021-ci il tarixli sifariş məktubu ilə qeyri-yaşayış binasının açıq hərracda satılması “X7 Mərkəzi” MMC-yə sifariş olunmuş, hərrac mərkəzi tərəfindən hərracın keçirilmə vaxtı 3 mart 2021-ci il tarixə, saat 11:00-a təyin edilərək, İcra şöbəsinə, ipoteka saxlayana və ipoteka qoyana məlumat verilməsi barədə 2021-ci il 12 fevral tarixli 409 nömrəli bildiriş tərtib olunmuş, xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracda qeyri-yaşayış sahəsi X27 464 000 manata satılmış və bu barədə sonuncu ilə hərrac mərkəzi arasında həmin tarixli “Hərracın nəticələrinə dair yekun protokol” və “Hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilə” imzalanmışdır.
30. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X20 “hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə” ərizəsinə münasibətdə 16 aprel 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “mübahisəli əmlak 740,2 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh ASC-nin adına (paylı) qeydiyyata alınmışdır. Lakin hərrac mərkəzinin 3 mart 2021-ci il tarixli YP-85 nömrəli hərracın nəticələrinə dair yekun protokolunda qeyd olunan əmlakın ümumi sahəsi 1567,8 kv.m olaraq göstərilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, ərizənin icrasından imtina olunmuşdur”.
31. X33 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı Bank Olmayan Kredit Təşkilatı və Bakı şəhəri Səbail rayon İcra şöbəsi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi əsasında keçirilmiş açıq hərracdan satın aldığı Bakı şəhəri, Səbail rayonu, X43 küçəsi ünvanında yerləşən 2 mərtəbəli 1567,8 kv.m olan qeyriyaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin olunaraq, Bakı şəhəri, Səbail rayonu, X43 küçəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 740.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə X20 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
32. Həmin qərarın ləğv olunmasına dair Cavabdeh ATSC-nin və X13 ərizələri Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmuş, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, Cavabdeh ATSC-nin və X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələri qərara alınmışdır.
33. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qırardadı ilə, həmin inzibati iş üzrə icraat Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)- 4462/2023 saylı iş üzrə (Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsinin icrası üzrə keçirilən hərracla bağlı yaranmış mübahisə) yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
34. Qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin maraqlarına toxunduğunu irəli sürən X19 apellyasiya şikayəti verərək onun qismən - mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında 1 və 2-ci mərtəbədə yerləşən 20,7 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Məmməd Fərzəliyev apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia tələbini "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında 1ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi hissəsində tam olaraq təmin etmiş, onun mülkiyyət hüququ bu hissədə pozulmuşdur. ünvan 1 ünvanında 1-ci və 2-ci mərtəbədə yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının bütün sahəsi "xxxx" ATSC-yə məxsus deyildir. Həmin qeyri-yaşayəş sahəsinin 1-ci mərtəbəsində yerləşən 20,7 kv.m ümumi, 20,7 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindədir. Ancaq buna baxmayaraq məhkəmənin qətnaməsi ilə onun mülkiyyətində olan 20,7 kv.m ümümi, 20,7 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə də tutma yönəldilərək açıq hərracda satılması barədə qərar qəbul edilmiş, daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra olunması üçün Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Səbail rayon İcra və probasiya şöbəsi “X8 Mərkəzi” MMC-yə sifariş məktubu ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilmiş borcun tutulması üçün likvid qiyməti 320 000 (üç yüz iyirmi min) manat müəyyən edilməklə ünvan 1 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satılmasını təşkil etməsini xahiş etmişdir. Hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, ipoteka predmeti olan "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi “X8 Mərkəzi” MMC tərəfindən keçirilmiş 03 mart 2021-ci il tarixli açıq hərracda X33 tərəfindən alınmışdır. Beləliklə, tam mülkiyyət hüququ üzrə ona məxsus olan qeyriyaşayış sahəsi də hərracda X5 onun mülkiyyətinə verilmişdir. Əslində isə "xxxx" ATSCnin mülkiyyət hüququ Daşınmaz Əmalakın Dövlət Reyestri İdarəsinin 1 saylı Bakı Ərazi İdarəsində 740 kv.m olaraq qeydə alınmışdır. Belə ki, qeyri-yaşayış sahəsini açıq hərracda əldə edən X33 Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, X43 küçəsi 6 ünvanında 1-ci və 2ci mərtəbədə yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, Daşınmaz Əmalakın Dövlət Reyestri İdarəsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun müraciəti təmin edilməyərək cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X43 küçəsi 6 ünvanında yerləşən əmlak 740,2 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ATSC-nin adına qeydiyyata alınmışdır. Bu cavaba uyğun olaraq X33 Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, X41 küçəsi 6 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin olunaraq Bakı şəhəri, Səbail rayonu, X41 küçəsi 6 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 740.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Beləliklə, Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçının iddia tələbi "xxxx" ATSC-nin mülkiyyətində həmin an mövcud olan 740,2 kv.m qeyri-yaşayış sahəsinə görə təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsindən təsadüfən xəbərdar olan kimi ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, özünün üçüncü şəxs kimi işə cəlb edilməyi və inzibati işin mahiyyəti üzrə yenilənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 25 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilərək tutma yönəldilmiş qeyriyaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1567,8 kv.m olsa da, sonradan həmin sahənin bir hissəsi ipoteka saxlayanın razılığı ilə özgəninkiləşdirilmiş, cavabdehin mülkiyyətində qalmış hissə 1460,3 kv.m təşkil etmiş, bununla əlaqədar olaraq ipotekanın xx.xx.2010-cu il tarixdə əlavə qeydiyyatı aparılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işdəki sübutu nəzərə almadan qətnamədə tutma yönəldilmiş və cavabdehin mülkiyyətində olan ipoteka predmetinin ümumi sahəsini 1567,8 kv.m göstərmiş, nəticədə qətnamə icra edilərkən, cavabdehin mülkiyyətində olmayan, digər şəxslərə, o cümlədən X15 məxsus əmlaka da cavabdehin kredit borcuna görə tutma yönəldilmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.
Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsinin icrası üzrə keçirilən hərracla bağlı yaranmış məhkəmə mübahisəsi
39. Cavabdeh ASC 27 aprel 2021-ci il tarixdə “X7 Mərkəzi” MMC-yə, İddiaçı BOKT ASC-yə, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinə və X27 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin 8 fevral 2021-ci il tarixli sifariş məktubu əsasında “ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə 3 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında YP seriyalı 85 nömrəli yekun protokolun, qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
40. İddia onunla əsaslandırılmışdır ki, hərrac mərkəzi “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinin tələbini pozmuş, hərrac keçirərkən ipoteka qoyan tərəfə hərracın keçirilməsinə dair bildiriş göndərməmiş, hərracın keçirilməsindən 30 gün qabaq mülkiyyət sahibi olan "xxxx" ASC-yə xəbər verməməklə qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bununla yanaşı, hərrac mərkəzi hərracın keçirilməsinin vaxtını, yerini müəyyən edən bildirişi MPS Meqa Post Service kuryer xidməti ilə göndərməklə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli 0001 nömrəli qərarı ilə təsdiq olunmuş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” qaydalarını pozmuşdur. Belə ki, həmin qaydaların 9.21-ci bəndində göstərilir ki, hüquqi şəxsə ünvanlanmış qeydiyyatlı poçt göndərişləri (sifarişli poçt göndərişləri istisna olmaqla) etibarnamə əsasında poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə verilir. Lakin kuryer xidməti sənədi 2021-ci il 12 fevral tarixində qəbul etməsinə baxmayaraq, 2021-ci il 16 fevral tarixində “imtina olundu” yazısı ilə geriyə gətirmişdir. Kuryer sənədin qəbulundan 4 gün sonra göndərilən ünvana gəlmiş və guya həmin ünvanda sənədin qəbul edilməsindən imtina olunmuşdur. Bundan başqa, kuryer xidmətinə aid 026898 qəbzdən görünür ki, həmin qəbzi qəbul edən kuryerin imzası həmin qəbzin üzərində yer almamaqdadır. İmzası olmayan kuryer xidməti işçisinin gətirmiş olduğu məktubun hüquqi-nöqteyi nəzərdən hüquqi qüvvəsi yoxdur. Təhvil verilən qəbzdə öz imzası olmayan kuryer xidməti işçisinin həmin məktubu göndərilən ünvana çatdırılması təbii olaraq şübhə doğurur. Müqayisə üçün bildirilir ki, hərracı barədə bildirişin İddiaçı BOKT ASC-yə çatdırılması barədə 026894 saylı xəbərnamədə xidmət göstərən kuryerin imzası vardır. Digər tərəfdən, məktubun geri qaytarılma tarixi ilə hərracın keçirildiyi 2021-ci il 3 mart tarixi arasında cəmi 18 gün vaxtın olduğu müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 415.2-ci maddəsinə əsasən təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir.
41. Həmçinin, X33 Cavabdeh ASC-yə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 6 ünvanında 1 və 2-ci mərtəbədə yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasının ASC-dən alınaraq ona təhvil verilməsini xahiş etmişdir.
42. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hərrac mərkəzi tərəfindən qüvvədə olan qanunvericiliyə əsasən mətbuatda elan dərc olunmuş, həmin elana görə göstərilən obyektin ilkin satış qiyməti 320 000 manat qeyd edilməklə hərrac mərkəzi tərəfindən 2021-ci il 3 mart tarixli açıq hərrac keçirilməsi təyin olunmuş, hərracın sifarişçisi, borclu şəxs və tələbkara hərracın keçirilməsi yeri və vaxtı barədə bildiriş göndərilmiş, o, hərracda iştirak etmək üçün sifariş vermiş, 2021-ci il 3 mart tarixində keçirilmiş hərracda ipoteka predmeti 464 000 manata ona satılmış, bu barədə həmin tarixdə hərracın nəticələrinə dair yekun protokol tərtib edilmiş, həmin protokol hərracın sifarişçisi, hərrac mərkəzinin direktoru və qalib kimi onun tərəfindən imzalanmışdır. Hərracın keçirilməsi yeri və vaxtı, o cümlədən qanunla tələb olunan digər məsələlər barədə ilk iddiaçıya bildiriş göndərilmiş, lakin o, 2021-ci il 16 fevral tarixində bildirişi almaqdan imtina etmişdir. Bu fakt iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərlə tam sübut olunur. Həmin qəbzlərdən görünür ki, hərrac mərkəzi 026898 nömrəli qəbzdə göndərən qrafasında öz ştampını vurmuş, ştampda mərkəzin tam adı və ünvanı göstərilmişdir. Məktubun iddiaçı tərəfindən qəsdən alınmamasına və almaqdan imtina edilməsinə görə hərrac etibarsız hesab edilə bilməz. Bundan başqa, İpoteka haqqında Qanunun 42.1-ci maddəsinə müvafiq olaraq bildiriş hərracın keçirilməsinə ən geci 20 gün qalmış verilmişdir. Digər tərəfdən iddiaçı bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.21-ci maddəsinin tələbləri pozulmuşdur. Qaydadan məlum olur ki, sifarişli poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilmir. Ümumiyyətlə yalnız qeydiyyatlı poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilə bilər ki, bu da göndərişin poçt obyektində verilməsinə aiddir. Hazırki mübahisədə isə kuryer xidməti bildirişi poçt obyektində deyil, ilk iddiaçının ünvanında ona təqdim etməsinə baxmayaraq, sonuncu bildirişi almaqdan imtina etmişdir. Təcrübədə kuryer xidmətinin işçisinin həftənin beşinci günləri məktubu alarkən növbəti günlər şənbə və bazar günlərinə düşdükdə, növbəti iş günlərində məktubların çatdırılmasına təsadüf olunur. 2021-ci il 12 fevral tarixində - həftənin beşinci günündə məktub qəbul edilmiş, 16 fevral 2021-ci il tarixində həftənin ikinci günü məktub ilk iddiaçının ünvanına aparılmışdır. Göstərilənlərdən aydın olur ki, hərrac qanuni keçirilmiş və hər hansı qayda pozuntusuna yol verilməmişdir.
43. Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın yekunları üzrə 2021-ci il 3 mart tarixli alqı-satqı müqaviləsi və hərracın nəticələri haqqında yekun protokol qeyri-yaşayış sahəsinin 1 və 2-ci mərtəbəsində yerləşən Cavabdeh ASC-nin mülkiyyətində olmayan 107,5 kv.m hissədə etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq, həmin ünvanda 1 və 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 1460,3 kv.m, 834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" ASC-dən alınaraq, N.Dadaşova təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd olunmuşdur.
44. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd olunduğu hissədə ləğv edilməsini, həmin hissədə ilk iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın isə tam rədd olunmasını xahiş etmişdir.
45. Nəsimi Dadaşov apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir.
46. Apellyasiya şikayəti vermək hüququ tanınmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 da apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və hərracın nəticələri haqqında yekun protokolun qeyri-yaşayış sahəsinin 1 və 2-ci mərtəbəsində yerləşən Cavabdeh ASC-nin mülkiyyətində olmayıb, onun mülkiyyətində olan hissədə etibarsız hesab olunmasını xahiş etmişdir.
47. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
48. Apellyasiya instansiyası məhkəməsi Nəsimi Dadaşovun apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia X2 hissə çıxılmaqla hərracda əldə etdiyi qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m-dən ibarət sahənin "xxxx" ASC-dən alınaraq təhvil verilməsi hissəsində təmin edilə bilər. Hərrac zamanı N. Dadaşov başqa şəxsin mülkiyyətində olan, ipoteka ilə yüklü olmadığı halda səhvən tutma yönəldilmiş 107,5 kv.m sahəyə görə ödədiyi vəsaitin ona qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi barədə ərizə ilə MPM-in 236-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməli olduğundan, bu məsələ hazırkı icraat çərçivəsində həll oluna bilməz.
49. Məhkəmə üçüncü şəxs F.Mustafayevin apellyasiya şikayətinə münasibətdə isə belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası mərhələsində müstəqil tələb irəli sürülməklə prosesə qoşulmaq qanunla istisna edildiyindən üçüncü şəxsin apellyasiya şikayətində qeyd olunmuş bu tələbin baxılmaq üçün qəbul edilməsi və hüquqi qiymət verilməsi yolverilməzdir. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, X21 "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlayarkən əldə etdiyi qeyri-yaşayış sahələri üzərində bankın ipoteka hüququ saxlanılmış, 15 dekabr 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən A.Mustafayeva mülkiyyətində olan qeyri-yaşayış sahələrini F.Mustafayevə bağışlamış, 19 dekabr 2018-ci il tarixində verilmiş çıxarışa əsasən Ə.Yaqubov küçəsi 6 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 200,8 kv.m sahəsi üzərində F.Mustafayevin mülkiyyət hüququ qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən yeni mülkiyyətçi ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıdığından üçüncü şəxsin mülkiyyətində olan əmlaka tutma yönəldilərək hərrac vasitəsi ilə satışa çıxarılması qanunun tələblərinə zidd olmamışdır. Digər tərəfdən, Ə.Yaqubov küçəsi, 6 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətində olan hissəsinə tutma Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi əsasında yönəldilmiş, həmin qətnamə iş materiallarına əlavə edilmiş, üçüncü şəxs qeyd olunan qətnaməni hal-hazıradək mübahisələndirməmişdir.
50. Cavabdeh ASC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
51. Nəsimi Dadaşov kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Fəxrəddin Mustafayev də kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və X33 tərəfindən verilmiş kassasiya şikayəti qismən, üçüncü şəxs X14 tərəfindən verilmiş kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
54. Kassasiya instansiyası məhkəməsi üçüncü şəxs Fəxrəddin Mustafayevin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətində olan hissəsinə tutmanın Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi əsasında yönəldilməsi, həmin qətnamənin sonuncu tərəfindən mübahisələndirməməsinə dair mövqeyi əsaslı olsa da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi digər kassatorların şikayətləri əsasında tam ləğv edildiyindən və üçüncü şəxs də kassasiya şikayətində qətnamənin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etdiyindən, onun şikayəti də məhz eyni prosessual nəticə baxımından təmin edilməlidir.
55. Sözügedən kommersiya mübahisəsinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır.
Apellyasiya instansiyası məhkəməsində hazırkı icraatın başlanmasına əsas verən apellyasiya şikayəti
56. X14 birinci instansiya məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ona məxsus ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 691,8 m2 olan qeyri-yaşayış sahələrinə tutmanın yönəldilməsi hissəsində ləğv olunmasını və ona məxsus əmlaka aid hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
57. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, obyektiv araşdırma aparmadan, qeyri-yaşayış sahəsinin 691,8 kv.m hissəsinin üzərində onun mülkiyyət hüququnun olmasını müəyyən edib, ən azından onu hüquqlarına toxunulan üçüncü şəxs qismində işə cəlb etmədən 4 dekabr 2020-ci il tarixli qətnamə ilə ona məxsus ümumi sahəsi 691,8 kv.m olan qeyri-yaşayış sahələrini də "xxxx" ASC-yə məxsus əmlak hesab edərək tutma yönəltmişdir. Belə qətnamənin qəbulundan məlumatı olmamış, qətnamə ünvanına göndərilməmiş, bununla da ona məxsus mülkiyyətin qorunmasına dövlət tərəfindən verilmiş müdafiə təminatı pozulmuşdur. X42 Cavabdeh ASC ilə alqı-satqı müqaviləsi bağlayarkən əldə etdiyi qeyriyaşayış sahələrinin (691,8 kv.m - ümumi əmlakın təxminən yarısı) dəyərini tam ödədiyi üçün həmin əmlakın ipoteka hüququ saxlanılması şərti ilə özgəninkiləşdirilməsinə əsla razılıq verə bilməzdi. Əgər işin materiallarında belə razılıq ərizəsi varsa, onda həmin ərizə alıcının iradə ifadəsi hesab oluna bilməz və aldadılma yolu ilə imzaladılmışdır, ona görə də məhkəmə tərəfindən əhəmiyyətsiz hesab olunmalıdır. Belə ki, satıcı Cavabdeh ASC normaların tələblərini pozaraq alqı-satqı müqaviləsi bağlayarkən, satdığı qeyriyaşayış sahələrinin dəyərini tam almasına baxmayaraq, anasının mülkiyyətinə hər hansı məhdudiyyəti, yüklülüyü olmayan əmlak verməli olduğu halda bunu etməmiş, həmin əmlakın ipoteka ilə yüklü olmasını sonuncudan gizlətmişdir. Halbuki, alqı-satqı müqaviləsi bağlananadək anasının satıcı ilə hər hansı işbirliyi olmamışdır.
58. Birinci instansiya məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qərardadı ilə Fəxrəddin Mustafayev qətnamənin maraqlarına toxunduğu şəxs kimi tanınmış, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
59. Apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X33 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
60. Məhkəmə iclaslarında iştirak edən Fəxrəddin Mustafayev və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi, habelə apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş Nəsimi Dadaşov və onun nümayəndəsi (vəkili) əmlakın apellyatorun mülkiyyətinə ipoteka ilə yüklü vəziyyətdə keçdiyini vurğulayaraq şikayətin əsassız olduğunu bildirmiş, Cavabdeh X48 Cəmiyyəti isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
61. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
62. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
63. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
64. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
65. Maddə 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.
66. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
67. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
68. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
69. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
70. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
71. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
72. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)
73. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əmlakın ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
74. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
75. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
76. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
77. Maddə 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.
78. Maddə 14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə.
79. Maddə 14.2. İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir.
80. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
81. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır.
82. Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
83. Maddə 30.2. Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.
84. Maddə 30.3. İpoteka predmeti bu Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə bir neçə şəxsə keçdikdə ipoteka qoyanın vərəsələrindən (hüquqi varislərindən) hər biri əsas öhdəliyin icra olunmamasına görə ipoteka predmetinin ona keçmiş hissəsi həcmində öhdəlik daşıyır.
85. Maddə 30.4. İpoteka predmeti bölünməz əşyadırsa, yaxud başqa əsaslara görə ipoteka qoyanın vərəsələrinin ümumi mülkiyyətinə daxildirsə, vərəsələr birgə ipoteka qoyanlar olurlar.
86. Maddə 30.5. Bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur.
87. Maddə 31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılar-dan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini.
88. Maddə 31.2. İpoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.
89. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli Qərarı
90. İpoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir. İpoteka saxlayanın ipoteka predmetinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın verilməsindən imtina barədə qərarı əsaslandırılmış olmalı və imtinanın səbəbləri göstərilməlidir. İpoteka qoyan öz növbəsində həmin qərarı məhkəmədə mübahisələndirə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
91. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
93. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
94. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
95. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
96. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
97. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
98. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
99. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
100. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
101. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, MPM-in 372.6-cı maddəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun həm düzünə, həm də dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur”.
102. Məhkəmə kollegiyası göstərilənləri nəzərə almaqla qeyd edir ki, hazırkı işin müəyyən olunmuş halları baxımından apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının “Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567,8 kv.metr ümumi, 1056,8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsi” hissəsində tam yoxlanılması təşkil etməlidir. Belə ki, hazırkı apellyasiya icraatı Fəxrəddin Mustafayevin şikayəti əsasında başlasa da, işin hallarından aydın olur ki, mübahisələndirilən qətnamənin çıxarılmasına əsas təşkil edən iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına daxil olarkən ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 1567,8 m2 deyil, 1240,8 m2 təşkil etmiş, onun 9,6 kv.m hissəsi X17, ümumi sahəsi 740,2 kv.m olan hissəsi "xxxx" ASC-nin, 491 m2 hissəsi Fəxrəddin Mustafayevin mülkiyyətində olmuş, beləliklə adı çəkilən şəxslərə məxsus əmlaklara da tutma yönəldilmişdir. Fəxrəddin Mustafayev qətnaməni həm maddi, həm də prosessual hüquq normalarının pozulduğunu irəli sürməklə mübahisələndirdiyindən, həmçinin yalnız onun şikayətinin həddində işə baxılacağı və şikayəti təmin olunacağı təqdirdə çıxarılacaq məhkəmə aktının icraediləbilənliyi problemi ortaya çıxacağından (ipoteka qoyanın mülkiyyətində olan sahənin 740,2 m2 olması səbəbilə), eləcə də hüquqi müəyyənliyi və prosessual qənaət prinsiplərini təmin etmək üçün kollegiya hesab edir ki, qətnamə X17 mülkiyyətində olan 9,6 kv.m qeyri-yaşayış sahəsinə tutma yönəldilməsinin qanuniliyi hissəsində də yoxlanılmalıdır.
103. Kollegiya onu da qeyd edir ki, qətnamənin bir hissəsinin əvvəllər Məmməd Fərzəliyevin şikayəti əsasında yoxlanılaraq tutma yönəldilmiş əmlakın ümumi sahəsinin 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilməsi, hazırkı şikayətə (Fəxrəddin Mustafayevin şikayətinə) baxılmasına və tutma yönəldilməli predmetin sahəsinin yenidən müəyyənləşdirilməsinə maneə törətmir. Belə ki, birincisi, Fəxrəddin Mustafayev həmin icraatda iştirak etməmiş və onun dəlillərinə qiymət verilməmiş, mülkiyyətində olan əmlakın hüquqi müqəddəratına aydınlıq gətirilməmişdir; ikincisi, həmin apellyasiya icraatı zamanı Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 6 nömrəli binanın xx.xx.2010-cu il tarixdəki ölçüləri əsas götürülərək müvafiq nəticəyə gəlinmiş, lakin həmin tarixdə əmlakın Cavabdeh ATSC-nin mülkiyyətində qalmış hissəsinin əslində 1307,8 kv.m təşkil etməsinə qiymət verilməmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsində tutma yönəldilmiş əmlakın ümumi sahəsinin 1460,3 kv.m müəyyən edilməli olduğu qət olunsa da, mötərizə içərisində həmin hissənin 834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə (cəmi 1307,8 m2) olduğu göstərilmişdir ki, bu zaman müvafiq sahənin əslində 1307,8 m2 olduğu anlaşılır); üçüncüsü və əsası isə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icra olunması faktiki olaraq mümkün deyildir – çünkü Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 6 nömrəli binanın ümumi sahəsi həm həmin qətnamə çıxarılarkən, həm də hazırda cəmi 1240,8 m2-dir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
104. İşin hallarından göründüyü kimi, "xxxx" ASC (hazırda İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC - BOKT) və Cavabdeh X48 Cəmiyyəti (ASC) arasında xx.xx.2008-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin ümumi sahəsi 1567,8 kv.m olsa da, sonradan əmlakın müəyyən hissələri başqa şəxslərə, o cümlədən 142,9 m2 hissəsi xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə 40 000 manata Ağca Mustafayevaya satılmış, həmin məbləğ tam şəkildə satıcıya (Cavabdeh X48 Cəmiyyətinə) ödənilmiş, bundan sonra BOKT-un mülkiyyətində qalmış sahə (hissə) 1307,8 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) təşkil etmiş, xx.xx.2010-cu il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmış, yüklülük müddəti 36 ay müəyyənləşdirilmişdir.
105. Yuxarıda qeyd olunduğu kimi, "xxxx" ASC-nin İdarə heyətinin sədrinin 1-ci müavini 12 sentyabr 2011-ci il tarixdə notariusa ərizə ünvanlayaraq, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində Cavabdeh ASC-nin mülkiyyətindəki, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü 1307,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 350 m2 hissəsinin yüklülüyün saxlanılması şərtilə satılmasına etiraz etmədiklərini bildirmiş, 20 sentyabr 2011-ci il tarixdə Cavabdeh ASC (satıcı) ilə X21 arasında Bakı şəhəri 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən əmlakın 348,1 m2 hissəsi "xxxx" ASC-nin razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaq şərti ilə 80 200 manata X4, bu məbləğin 80 000 manatı banka, 200 manatı Cavabdeh ASC-yə ödənilmişdir.
106. Beləliklə, ipoteka predmeti olmuş əmlakın ümumilikdə 491 m2 hissəsi (digər hissə nəzərə alınmadan) ipotekasaxlayanın razılığı əsasında Ağca Mustafayevaya satılmış, müvafiq müqavilələrdə “ipoteka hüququnun qüvvədə qaldığı” şərti nəzərdə tutulsa da, satılan əmlakın dəyəri bir müqavilə üzrə satıcıya (Cavabdeh X48 Cəmiyyətinə), digər müqavilə üzrə isə bilavasitə ipotekasaxlayan banka ödənilmişdir.
107. Yuxarıda qeyd olunduğu kimi, Ağca Mustafayeva mülkiyyətinə keçmiş həmin 491 m2 əmlakı oğlu Fəxrəddin Mustafayevə bağışlamış, əmlak xx.xx.2018-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.
108. İşin hallarından müəyyən olunur ki, ipoteka predmeti olmuş əmlakın nə 348,1 m2 hissəsinin X1, nə də əmlakın ümumilikdə 491 m2 hissəsinin Fəxrəddin Mustafayevə özgəninkiləşdirilməsindən sonra ipotekanın əlavə qeydiyyatı aparılmamışdır.
109. Əmlak üzərində ipoteka yüklülüyünün əlavə qeydiyyatının sonuncu dəfə xx.xx.2010-cu il tarixdə həyata keçirildiyini və yüklülük müddətinin 36 ay müəyyənləşdirildiyini nəzərə alan kollegiya hesab edir ki, iddiaçının müvafiq iddia tələbinin əsasında dayanan xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə xx.xx.2008-ci il tarixli 1 saylı Əlavə əmlakın hazırda Fəxrəddin Mustafayevin mülkiyyətində olan 491 m2 və Solmaz Heydərovanın mülkiyyətindəki 9,6 m2 hissəsinə münasibətdə heç bir hüquqi nəticə doğura və həmin sənədə istinadən irəli sürülən iddia əmlakın 500,6 m2 hissəsinə münasibətdə təmin oluna bilməz (§ 64, 65, 74, 75, 76, 77, 78, 79).
110. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, "xxxx" ASC-nin İdarə heyətinin sədrinin 1-ci müavini də 12 sentyabr 2011-ci il tarixdə notariusa ərizə ünvanlayarkən ipoteka ilə yüklü olan əmlakı “1307,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi” olaraq göstərmiş, həmin 1307,8 m2 sahənin 348,1 m2 hissəsi Ağca Mustafayevaya satıldıqdan sonra ipotekanın əlavə qeydiyyatı aparılmamış, əmlakın yüklülük müddəti isə xx.xx.2013-cü il tarixdə başa çatmışdır.
111. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, hazırda cəmi 1240,8 m2 sahəsi olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisində sahəsi 9,6 kv.m olan 23 nömrəli qeyri-yaşayış sahəsinə (X17 mülkiyyətində olan sahə) və Fəxrəddin Mustafayevin mülkiyyətindəki “A” tikilisində 258,4 kv.m 52 nömrəli ticarət talvarına, 28,8 kv.m sahəsi olan 20 nömrəli yeməkxanaya, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvara, 28 kv.m sahəsi olan 42 nömrəli sahəyə, 18,4 kv.m sahəsi olan anbara, 95,3 kv.m ticarət sahəsinə (№ 17, 18, 19, 21, 22, 46, 47, 50, 51, ümumilikdə 491 m2) tutma yönəldilməli olduğu nəticəsinə gələrkən birinci instansiya məhkəməsi səhvə yol vermişdir.
112. Kollegiya xüsusi olaraq nəzərə alır ki, ipoteka predmeti olmuş əmlakın 9,6 m2 hissəsi ipoteka saxlayanın razılığı ilə Solmaz Heydərovaya satılarkən satılan hissə üzərində ipoteka yüklülüyünün qalması barədə qeyd-şərt nəzərdə tutulmamış (belə qeyd-şərtin aparıldığı hazırkı işə baxılarkən müəyyən olunmamışdır), əmlakın müəyyən hissəsinin Ağca Mustafayevaya satılmasından sonra isə Cavabdeh ATSC-nin mülkiyyətində qalmış sahə (hissə) 1307,8 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) təşkil etmiş və ipotekanın əlavə qeydiyyatı da məhz bu zaman (xx.xx.2010-cu il tarixdə) 1307,8 m2-ə münasibətdə aparılmış, beləliklə də bankla adı çəkilən şəxslər arasında ipoteka münasibətləri və öhdəliklər yaranmamışdır.
113. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı icraatın başlanmasına əsas verən iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına daxil olarkən ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 1567,8 m2 deyil, 1240,8 m2 təşkil etmişdir; bu isə o deməkdir ki, tutmanın 1567,8 m2 ölçülü əmlaka yönəldilməsi faktiki olaraq ümumiyyətlə mümkün deyildir.
114. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
X10 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-298/2020 saylı iş üzrə 10 dekabr 2020-ci il tarixli qətnaməsi "xxxx" X48 cəmiyyətinə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567,8 kv.metr ümumi, 1056,8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsi” hissəsində dəyişdirilsin. ünvan 9 ünvanında yerləşən binanın 1-ci və 2-ci mərtəbələrindəki qeyri-yaşayış sahəsinin Cavabdeh X48 cəmiyyətinin İddiaçı Bank Olmayan Kredit X40 Cəmiyyəti qarşısında yaranmış kredit öhdəliyinə görə tutma yönəldilməli olan ümumi hissəsi Cavabdeh X48 cəmiyyətinin mülkiyyətində qalmış hissə olaraq 740,2 kv.m müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva