Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-921/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə” iddiasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2020-ci il tarixli qətnamədən (İş № 2-2(113)- 501/2020) cavabdehlərin birgə verdikləri apelyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndələri Nümayəndə2 və (vəkil) X1, cavabdehlərin birgə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi cavabdeh MMC və cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək aşağıdakı tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - İddiaçı Bankın Müştəri Xidmətləri Departamenti ilə cavabdeh MMC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 479/H-09 saylı "xxxx" üzrə yaranmış 500.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə bağlanmış 227/H-09 saylı "xxxx" üzrə yaranmış 986.800 ABŞ dolları məbləğində borcun MMC-dən Bankın xeyrinə tutulması; - Həmin Departament ilə cavabdeh QSC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 152/H-09 saylı "xxxx" üzrə yaranmış 271.436 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə bağlanmış 480/H-09 saylı "xxxx" üzrə yaranmış 587.000 ABŞ dolları məbləğində borcun cavabdeh QSC-dən və qeyd edilən “Kredit müqavilələri üzrə QSC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş MMC-dən Bankın xeyrinə birgə qaydada tutulması; - xx.xx.2009-cu il tarixli, 227/H-09 saylı "xxxx" üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı Bankla cavabdeh (girovqoyan) MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 227/H-09-01 saylı "xxxx" əsasən MMC-yə məxsus olan ("xxxx" tərkib hissəsi olan cədvəldə göstərilən) girov qoyulmuş avadanlıqlara yönəldilməsi, həmin avadanlıqların açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul məbləği hesabına xx.xx.2009-cu il tarixli, 227/H-09 saylı "xxxx" üzrə yaranmış borcun ödənilməsi; - xx.xx.2009-cu il tarixli, № 480/H-09 saylı "xxxx" üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı Bankla (girovqoyan) MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 480/H- G-09-01 saylı "xxxx" əsasən MMC-yə məxsus olan ("xxxx" tərkib hissəsi olan cədvəldə göstərilən) girov qoyulmuş avadanlıqlara yönəldilməsi, həmin avadanlıqların açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul məbləği hesabına xx.xx.2009-cu il tarixli, № 480/H-09 saylı "xxxx" üzrə yaranmış borcun ödənilməsi; - “Girova tutma yönəldilməsi barədə bildirişin” qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq Banka ödənilməsi.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC, iddiaçı Bank ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinə” əsasən illik 22 faiz dərəcəsi ilə 6 ay müddətinə 500.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinə” əsasən isə illik 20 faiz dərəcəsi ilə 18 ay müddətinə 986.800 ABŞ dolları məbləğində pulu Bankdan kredit götürmüşdür. MMC, qeyd edilən “Kredit müqavilələri” üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit məbləğlərini, onlara hesablanmış faizlər ilə birlikdə aybaay, hissə-hissə Banka qaytaracaq. MMC, xx.xx.2009-cu il tarixli "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus avadanlıqları Banka girov vermiş və bununla bağlı olaraq onların arasında xx.xx.2009-cu il tarixdə “Girov müqaviləsi” bağlanmış, girovun predmeti olan avadanlıqlar "xxxx" tərkib hissəsi olan cədvəl ilə siyahıya alınmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən girov qoyulan əmlak tərəflərin razılığı ilə 1.108.807 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh QSC, iddiaçı Bank ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinə” illik 22 faiz dərəcəsi ilə 12 ay müddətinə 625.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinə” əsasən isə illik 22 faiz dərəcəsi ilə 6 ay müddətinə 587.000 ABŞ dolları məbləğində pulu Bankdan kredit götürmüşdür. QSC, qeyd edilən “Kredit müqavilələri” üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit məbləğlərini, onlara hesablanmış faizlər ilə birlikdə aybaay, hissə-hissə Banka qaytaracaq. MMC, QSC-nin xx.xx.2009-cu il tarixli "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək QSC-yə zamin durmuş və bununla bağlı olaraq MMC və QSC ilə Bank arasında xx.xx.2009-cu il tarixdə 152/H-09-01 saylı "xxxx" bağlanmışdır. Bundan başqa, MMC, QSC-nin xx.xx.2009-cu il tarixli "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək özünə məxsus avadanlıqları Banka girov vermiş və bununla bağlı olaraq MMC və QSC ilə Bank arasında xx.xx.2009cu il tarixdə “Girov müqaviləsi” bağlanmış, girovun predmeti olan avadanlıqlar "xxxx" tərkib hissəsi olan cədvəl ilə siyahıya alınmışdır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən girov qoyulan əmlak tərəflərin razılığı ilə 1.077.680,06 manat məbləğində qiymətləndirilmişdir. Qeyd edilən müqavilələrin bağlanmasına və qüvvədə olmasına baxmayaraq iş üzrə cavabdehlər həmin müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borclarını vaxtında ödəməmişlər. Nəticədə, MMC-nin, Bank ilə bağladığı xx.xx.2009-cu il tarixli "xxxx" üzrə 500.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə bağladığı "xxxx" üzrə 986.800 ABŞ dolları, QSC-nin isə Bank ilə bağladığı xx.xx.2009-cu il tarixli "xxxx" üzrə 271.436 ABŞ dolları, xx.xx.2009-cu il tarixli "xxxx" üzrə 587.000 ABŞ dolları məbləğində borcları yaranmış və Bank tərəfindən onlara dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Bankın cavabdehlərə göndərdiyi pretenziya məktubları da cavabsız qalmışdır. Göstərilənlərə əsasən Bank hesab edir ki, qeyd edilən borc məbləğləri cavabdehlərdən onun xeyrinə məhkəmə qaydasında tutulmalıdır. Bundan başqa, Bank, onunla cavabdeh MMC arasında bağlanmış “Girov müqavilələrinə” istinadən hesab edir ki, xx.xx.2009-cu il tarixli "xxxx" üzrə yaranmış borcun tutulması xx.xx.2009-cu il tarixli “Girov müqaviləsində” və "xxxx" tərkib hissəsi olan cədvəldə göstərilən və MMC-yə məxsus olan girov qoyulmuş avadanlıqlara yönəldilmə ilə həyata keçirilməli, həmin avadanlıqların açıq hərracdan satılmalı, satışdan əldə oluna biləcək pul məbləği hesabına xx.xx.2009-cu il tarixli "xxxx" üzrə yaranmış borc ödənilməlidir. xx.xx.2009-cu il tarixli "xxxx" üzrə yaranmış borcun tutulması isə xx.xx.2009-cu il tarixli “Girov müqaviləsində” və "xxxx" tərkib hissəsi olan cədvəldə göstərilən və MMC-yə məxsus olan girov qoyulmuş avadanlıqlara yönəldilmə ilə həyata keçirilməli, həmin avadanlıqların açıq hərracdan satılmalı, satışdan əldə oluna biləcək pul məbləği hesabına xx.xx.2009-cu il tarixli "xxxx" üzrə yaranmış borc ödənilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın tam həcmdə (yəni yuxarıda qeyd edilən tələblər üzrə) təmin edilməsini qət etmişdir.
4. Bakı Kommersiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 470.1, 470.2, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 218.3, 216-220, 227, 233cü maddələrinə istinadən iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış “Kredit müqavilələri”, habelə həmin müqavilələr üzrə təminat müqavilələri – “Girov müqavilələri” qanunun tələblərinə uyğun olaraq bağlanmışlar. İddiaçı Bank “Kredit müqavilələri” üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdehlər həmin müqavilələrə əsasən üzərilərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bu səbəbdən də cavabdehlərin iddiaçı Banka iddia ərizəsində qeyd edilən məbləğlərdə kredit borcları yaranmışdır. xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsi və "xxxx" üzrə, MMC, zamin qismində borclu QSC ilə bərabər məsuliyyət daşıyır. xx.xx.2009-cu il tarixli "xxxx" təminatı kimi MMC-nin 1.077.680,06 manat dəyərində, xx.xx.2009-cu il tarixli "xxxx" üzrə öhdəliklərin təminatı kimi MMC-nin 1,108.807 manat dəyərində qiymətləndirilən avadanlıqları girov ilə yüklü edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi tam həcmdə əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsi məhkəmə baxışı iclasları barədə cavabdehlərə lazımi qaydada məlumat verməmişdir. Belə ki, cavabdehlərin qanuni təmsilçisi R.Hacıyev 2018-ci ildən 2020-ci ilin sentyabrınadək Türkiyə Respublikasında olmuşdur. Kredit müqavilələri üzrə öhdəliyin icra müddəti bitdiyi tarixdən iddia müddəti keçmişdir. İddia müddəti keçdiyindən Bakı Apellyasiya Məhkəməsi iddianın rədd etməli idi. Bundan əlavə, "xxxx" MMC-nin İddiaçı ASC, Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə qarşı qaldırdığı iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bakı Kommersiya Məhkəməsi isə həmin qətnamənin hazırkı iş üzrə preyudisial xarakter daşıdığını nəzərə almamışdır. d) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat
7. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2-2(103)- 1250/2021) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanmasını qət etmişdir. e) kassasiya instansiyasında icraat barədə məlumat
8. Cavabdehlərin həmin qətnamədən birgə verdikləri kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2-2(102)-275/2022) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni kredit borcun "xxxx" üzrə zamindən tutulması və tələblərin “Girov müqavilələri” üzrə yüklü edilmiş əmlaklara yönədilməsi hissəsində ləğv edilməsini, həmin hissədə işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
9. Kassasiya instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, işə baxmış apellyasiya instansiya məhkəməsi iş üzrə tərəflər və "xxxx" MMC, "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Razılaşmanın” 3.1-ci bəndində nəzərdə tutulmuş şərti nəzərə almamışlar. Halbuki, həmin şərtə görə, borclular – Cavabdeh2 MMC və "xxxx" QSC-nin İddiaçı ASC-yə olan borcun restrukturizasiyasının təmin edilməsi üçün borcluların rəhbərliyi tərəfindən verilmiş təminatlar və zaminliklər qüvvədən düşür. f) hazırki apellyasiya baxışının həddi barədə məlumat
10. Göstərilən səbəbdən cavabdehlərin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən kassasiya instansiya məhkəməsinin qərarında göstərilən həddə, yəni Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin kredit borcun "xxxx" üzrə zamindən tutulması və tələblərin “Girov müqavilələri” üzrə yüklü edilmiş əmlaklara yönədilməsi hissəsinə yenidən baxılır. g) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
11. Təkrar apellyasiya baxışı iclasında iştirak edən cavabdehlərin birgə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
12. İddiaçı Bankın nümayəndəsi Nümayəndə2 və nümayəndə (vəkil) M.Mirzəzadə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. h) hazırki işdə olan (apellyasiya baxışının predmetinə aid olan) sübutlar barədə məlumat
13. İddiaçı Bank ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli "xxxx" və işdə olan digər sənədlərdən görünür ki, MMC, həmin müqaviləyə əsasən isə illik 20 faiz dərəcəsi ilə 18 ay müddətinə 986.800 ABŞ dolları məbləğində pulu Bankdan kredit almışdır. MMC, qeyd edilən "xxxx" üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit məbləğini, əsas kredit borcuna hesablanmış faizlər ilə birlikdə aybaay, hissəhissə Banka qaytaracaq.
14. Bank ilə MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixdə "xxxx" görünür ki, MMC, xx.xx.2009-cu il tarixli "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus avadanlıqları Banka girov vermişdir. Girov qoyulan əmlak tərəflərin razılığı ilə 1.108.807 manat məbləğində qiymətləndirilmişdir.
15. İddiaçı Bank ilə cavabdeh QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli "xxxx" və işdə olan digər sənədlərdən görünür ki, QSC, həmin müqaviləyə əsasən illik 22 faiz dərəcəsi ilə 12 ay müddətinə 625.000 ABŞ dolları məbləğində pulu Bankdan kredit almışdır. QSC, qeyd edilən "xxxx" üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu, əsas kredit borcuna hesablanmış faizlər ilə birlikdə aybaay, hissəhissə Banka qaytaracaq.
16. Bank ilə cavabdehlər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış "xxxx" görünür ki, MMC, borclu QSC-nin xx.xx.2009-cu il tarixli "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək QSC-yə zamin durmuşdur.
17. İddiaçı Bank ilə cavabdeh QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli "xxxx" və işdə olan digər sənədlərdən görünür ki, QSC, həmin müqaviləyə əsasən illik 22 faiz dərəcəsi ilə 6 ay müddətinə 587.000 ABŞ dolları məbləğində pulu Bankdan kredit almışdır. QSC, qeyd edilən "xxxx" üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu, əsas kredit borcuna hesablanmış faizlər ilə birlikdə aybaay, hissəhissə Banka qaytaracaq.
18. Bank ilə cavabdehlər arasında bağlanmış xx.xx.2009-cu il tarixdə "xxxx" görünür ki, MMC, xx.xx.2009-cu il tarixli "xxxx" üzrə QSC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus avadanlıqları Banka girov vermişdir. Girov qoyulan əmlak tərəflərin razılığı ilə 1.077.680,06 manat məbləğində qiymətləndirilmişdir.
19. İşdə olan sənədlərdən, o cümlədən Bank tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 3820 nömrəli “Maliyyə arayışından” görünür ki, cavabdehlər həmin müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borclarını vaxtında ödəməmişlər. Nəticədə, MMC-nin, Bank ilə bağladığı xx.xx.2009-cu il tarixdə bağladığı "xxxx" üzrə 986.800 ABŞ dolları, QSC-nin isə Bank ilə bağladığı xx.xx.2009-cu il tarixli "xxxx" üzrə 271.436 ABŞ dolları, xx.xx.2009-cu il tarixli "xxxx" üzrə 587.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehlərə yazılı xəbərdarlıqlar göndərilmiş, lakin borc ödənilməmişdir. i) apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Hazırki apellyasiya baxışının predmeti olan hissədə Ali Məhkəmənin Kommersiya Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, tərəflər xx.xx.2011-ci il tarixli razılaşma ilə sözügedən kredit öhdəliklərini restrukturizasiya etməklə yanaşı, həmin restrukturizasiyanın predmeti olan borcu təmin etmək üçün borclunun rəhbərliyi tərəfindən verilmiş və ya buraxılmış bütün təminatlar və zaminliklər qüvvədən düşməsinə dair razılığa gəlmişlər. Borcun həm də zamindən tutulması, eləcə də borcun müvafiq kredit müqavilələrinin təminatı üçün bağlanmış girov müqavilələri üzrə əmlaka yönədilməsi tələbi üzrə qiymətləndirmə aparılarkən həmin razılaşmanın şərtləri nəzərə alınmalıdır.
21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 420-ci maddəsinin tələbinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
22. Qeyd edilən normanın tələbini, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit edilmiş mövqeyi nəzərə alan Məhkəmə bildirir ki, iddianın hazırki apellyasiya baxışının predmeti olan hissəsi, yəni kredit borcun "xxxx" üzrə zamindən tutulması və tələblərin “Girov müqavilələri” üzrə yüklü edilmiş əmlaklara yönədilməsi barədə hissəsi əsassızdır.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (maddə 390.4.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (maddə 390.7.). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır (maddə 404.3.). Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4.). Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (maddə 404.5.). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1.). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər(maddə 470.2.). Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (maddə 527.1.) .
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilən və iş materiallarına əlavə edilmiş, hazırki iş üzrə tərəflər və "xxxx" MMC, "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Razılaşmadan” görünür ki, razılaşmanın imzalanması zamanı borclular (müqavilənin 2-ci bəndinə əsasən “ADA GROUP” Şirkətlər qrupuna daxil olan Cavabdeh2 MMC, "xxxx" QSC, "xxxx" MMC) İddiaçı ASC-yə 2.366.000 manat məbləğində iddianı ödəmək öhdəliyi daşıyırlar. Şirkət ("xxxx" MMC) əsas tələblərə xidmət göstərmək öhdəliyini, Bank isə əsas tələbin yenidən qurulmasını və ona xidmət göstərilməsi qaydalarını müəyyən etməyi öhdəsinə götürdüyünü nəzərə alaraq, Şirkət borcluların köməyi ilə Azərbaycan Respublikası ərazisində öz biznesini inkişaf etdirmək qərarına gəldiyinə və Bankın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş maliyyə xidmətləri göstərmək niyyətinə malik olduğuna görə, tərəflər həmin razılaşmada göstərilmiş öhdəlikləri öz üzərlərinə götürmüşlər.
25. Razılaşmanın 3.1-ci bəndinə əsasən, hazırkı razılaşma bağlandığı andan razılaşmanın restrukturizasiyanın predmeti olan borcu təmin etmək üçün borclunun rəhbərliyi tərəfindən verilmiş və ya buraxılmış bütün təminatlar və zaminliklər qüvvədən düşür.
26. Məhkəmə qeyd edir ki, Bank ilə cavabdehlər yuxarıda qeyd olunan müqavilələr üzrə kreditin restrukturizasiyasını həyata keçirmişlər. Həmçinin müqavilə restrukturizasiya olunarkən zaminlik və girov müqavilələrinə də dəyişiklik olunmuş, verilmiş və ya buraxılmış bütün təminatların və zaminliklərin qüvvədən düşməsi razılığına gəlinmişdir.
27. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi təmin edilə bilməz. Çünki artıq yuxarıda qeyd edildiyi kimi iş üzrə tərəflər razılığa gəlmişlər ki, “Razılaşma” bağlandığı andan razılaşmanın restrukturizasiyanın predmeti olan borcu təmin etmək üçün borclunun rəhbərliyi tərəfindən verilmiş və ya buraxılmış bütün təminatlar və zaminliklər qüvvədən düşür.
28. Bundan başqa nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən “Razılaşmanın” bağlandığı xx.xx.2011-ci il tarixdən sonra zaminlik və girov müqavilələri üzrə öhdəliklərin icrasının davam etdirilməsi təsdiq edilmir. j) apellyasiya baxışının nəticəsi
29. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Bakı Kommersiya Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi səhvdir və işin hallarına uyğun deyil. Bakı Kommersiya Məhkəməsi həmin hissədə işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayətinin hazırki apellyasiya baxışının predmetini təşkil edən hissəsi əsaslıdır.
30. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
31. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdehlər Cavabdeh2 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin birgə verdikləri apellyasiya şikayəti hazırki apellyasiya baxışının predmeti olan hissədə təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi (İş № 2- 2(113)-501/2020) apellyasiya baxışının predmeti olan hissədə, yəni xx.xx.2009-cu il tarixli, 152/H-09 nömrəli "xxxx" üzrə 271.436 ABŞ dolları əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq həm də cavabdeh (zamin) Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı ASCnin həmin tələbi təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, yəni xx.xx.2009-cu il tarixli, 227/H-09 nömrəli "xxxx" üzrə tutulmalı olan kredit borcunun İddiaçı ASC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 227/H-09-01 saylı "xxxx" predmeti olan və Cavabdeh2 MMC-yə məxsus avadanlıqlara yönəldilməsi, həmin avadanlıqların açıq hərracda satılması və satışdan əldə edilən məbləğin hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı ASCnin həmin tələbi təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, yəni xx.xx.2009-cu il tarixli, 480/H-09 nömrəli "xxxx" üzrə tutulmalı olan kredit borcunun İddiaçı ASC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 480/H-09-01 saylı "xxxx" predmeti olan və Cavabdeh2 MMC-yə məxsus avadanlıqlara yönəldilməsi, həmin avadanlıqların açıq hərracda satılması və satışdan əldə edilən məbləğin hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı ASCnin həmin tələbi təmin edilməsin. Müəyyən edilsin ki, Bakı Kommersiya Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamənin aşağıda qeyd edilən qalan hissəsi hazırki (təkrar) apellyasiya baxışının predmeti olmamışdır: - İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 479/H-09 saylı "xxxx" üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 500.000 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin; - İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 227/H-09 saylı "xxxx" üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 986.800 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin; - İddiaçı ASC ilə cavabdeh "xxxx" QSC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 152/H-09 saylı "xxxx" üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 271.436 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin; - İddiaçı ASC ilə cavabdeh "xxxx" QSC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 480/H-09 saylı "xxxx" üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 587.000 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin; - “Girova tutmanın yönəldilməsi barədə bildirişin” qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 MMC və "xxxx" ASC-dən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.