Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-926/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1127/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022 ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 01 nömrəli Əlavəyə əsasən cavabdeh bu razılaşmanı imzalamaqla təsdiq edir ki, iddiaçının İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razılaşmış və bu razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etməmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022 ci il tarixli 23- MCR-1-1364-22/1 saylı kredit müqaviləsinə 1 saylı Əlavə ödəniş cədvəlində cavabdeh tərəfindən ödənilməli əsas, faiz borclarının məbləğləri və ödənilməli tarixləri öz əksini tapmışdır.
3. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022 ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 04 nömrəli Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə 100000 manat, 120 ay müddətinə, aylıq 2.50 % faiz dərəcəsi ilə kredit limiti ayırmışdır.
4. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022 ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 05 nömrəli Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, aylıq 1,83 % dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir.
5. Kredit limitinin ayrılmasına dair xx.xx.2022 ci il tarixli müqavilə üzrə Cavabdeh3 öhdəlilərinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022 ci il tarixli zaminlik Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
6. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 16637,28 manat, faiz borcu 1775,26 manat, cərimə borcu 766,33 manat olmaqla, ümumilikdə borcu 19178,87 manat təşkil edir.
7. Cavabdeh3 bank hesabından xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, 25.000 manat kredit məbləği tərəfindən Cavabdeh3 bank hesabına köçürülmüşdür.
8. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən bank tərəfindən Cavabdeh3 verilmiş kreditin 15000 manat hissəsi nağdlaşdırılmışdır.
9. Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı ASC cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16637,28 manat əsas borc, 1775,26 manat faiz borcu və 191,58 manat cərimə borcu olmaqla cəmi 18604,12 manat borcun, 145,81 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 iddiaçının “11 saylı” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 22% olmaqla 24 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin fevralın 16-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16637.28 manat əsas borc, 1775.26 manat faiz borcu və 766.33 manat cərimə borcu olmaqla cəmi 19178.87 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 766.33 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 191.58 manat məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2227/2024 saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 müştərək (birgə) qaydada 13137,28 manat əsas borc, 1775,26 manat faiz borcu, 191,58 manat cərimə, 120 manat dövlət rüsumu, ümumilikdə 15224,12 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat ödənilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən ödənilən vəsait əsas borca silinmiş, hazırda tələb edilən əsas borcun məbləği 13137,28 manat təşkil edir. 31. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehlərdən tutulacaq əsas borc 13137,28 manat (16637,28 manat– 3500 manat), faiz borcu 1775,26 manat müəyyən edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 191,58 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı cavabdehlərin öz öhdəliklərini pozması müəyyən edildiyindən, ödənişlərin gecikdirilməsi faktı cavabdehlər tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.
14. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli e-2-2(113)-2227/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 73 manat pulun tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya məhkəməsinin xx.xx.2024 tarixli e-2-2(113)-2227/2024 nömrəli qətnaməsinin qanunsuz hesab edir. Bakı Kommersiya məhkəməsi ona aid olan hissədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməli idi. Belə ki, iddiaçı ərizəsində xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qacırdığını qeyd etmişdir. Bildirir ki, həmin iddia ərizəsinə əlavə edilmiş xəbərdarlıq ona ünvan 1 ünvanına göndərildiyi qeyd edilmişdir. Bildirmək istəyir ki, ünvan 2 ünvanında yaşamır. Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 143 A ünvanında yerləşən “İntercar” firmasına məxsus binada 2-ci giriş 31 nömrəli mənzildə yaşayıram. Onun həmin ünvanda yaşadığı Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 143 A ünvanında yerləşən “İntercar” firmansından aldığım xx.xx.2024 nömrəli arayışla təsdiq olunur. Digər tərəfdən istifadəsində olan həmin nömrəyə bankın nümayəndəsi 1 dəfədə olsa zəng etməmiş, mübahisənin nizama salınmasını, kredit borcunun gecikdirildiyi barədə bildirilməmiş, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti internet vergi idarəsinə məlumat yerləşdirilməmişdir. Göründüyü kimi iddiaçı mənə olan münasibətdə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün tədbir görməmiş, pretenziya qaydasına əməl etməmişdir. Bakı Kommersiya Məhkəməsi işi icraata qəbul etməklə MPM-nin 259-cu maddəsinin tələblərini pozmuşdur. Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin etibarlı olub-olmadığını, müqavilənin formal olub olmadığını yoxlamamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. -337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
18. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayətini verməmişdir, Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ona aid hissədə tamamilə ləğv edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı Cavabdeh2 aid hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmaldır.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə cavabdehə 100000 manat, 120 ay müddətinə, aylıq 2.50 % faiz dərəcəsi ilə kredit limiti ayırmış və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022 ci il tarixli kreditin verilməsinə dair razılşamaya əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, aylıq 1,83 % dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022 ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh3 kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərinə zamin durmuşdur. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən onun banka 16637,28 manat əsas borc, 1775,26 manat faiz borcu yaranmışdır. Eyni zamanda Cavabdeh3 kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etmədiyindən və müqavilənin şərtlərinə əsasən borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı tərəfindən gecikdirilmiş borca 191,58 manat məbləğində dəbbə pulu hesablanmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 3000 manat məbləğində pul vəsaiti ödənilmiş və bank tərəfindən həmin məbləğ əsas borca silindiyindən Cavabdeh3 banka əsas borcu 13637,28 manat təşkil etmişdir.
24. Odur ki, iddiaçı "xxxx" ASC Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 743-cü maddələrinin, eləcə də Mülki Məcəllənin 472.2-ci maddəsinin tələblərinə əsasən kredit müqaviləsi üzrə 13637,28 manat əsas və 1775,26 manat faiz borcunun, Mülki Məcəllənin 462-ci maddəsnə əsasən hesablanmış 191,58 manat məbləğində dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlı olmuşdur.
25. Cavabdeh2 apellyasiya şikayətində istinad etdiyi birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən kredit müqaviləsinin etibarsız olub-olmaması, o cümlədən formal olub-olmamasının yoxlanılmaması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh şikayətində mübahisəli kredit müqaviləsinin etibarsız əqd olmasına dəlalət edən konkret faktiki hallara istinad etməmişdir.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli kredit limitinin ayrılmasına dair müqavilənin, eləcə də kreditin verilməsinə dair razılaşmanın Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması iş materiallarına əsasən müəyyən edilmir.
27. Müqavilənin formal olub-olmaması məsələsinə gəldikdə iş materiallarından görünür ki, həmin müqavilə çərçivəsində bağlanmış kredit müqaviləsi üzrə 25.000 manat məbləğində kredit məbləği müqavilə bağlandığı gün borc alan Cavabdeh3 bank hesabına köçürülmüş, həmin məbləğin 15.000 manat hissəsi elə həmin gün borc alan tərəfindən nağdlaşdırılmış, eləcə də borc alan tərəfindən vaxtaşırı ödənişlər edilməklə kredit məbləğinin bir hissəsi qaytarılmışdır. Odur ki, həmin müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd hesab edilməsi üçün Mülki Məcəllənin 340.1-ci maddəsinin nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilmir.
28. Xəbərdarlıq məktubunun səhv ünvana göndərilməsi, eləcə də Dövlət Vergi Xidmətinin elektron sistemi vasitəsilə göndərilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən xəbərdarlıq məktubu cavabbeh Cavabdeh2 hazırda da qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. Cavabdeh2 faktiki yaşayış yerinin dəyişməsi barədə iddiaçıya məlumat verməsi isə iş materiallarına əsasən müəyyən edilmir.
29. Dövlət Vergi Xidmətinin elektron sistemi vasitəsilə xəbərdarlıq göndərilməməsinə gəldikdə EMİS-dən çıxarışa əsasən Cavabdeh2 fərdi sahibkar kimi qeydiyyata alınması müəyyən edilmir. Belə olan halda isə Cavabdeh2 Dövlət Vergi Xidmətinin elektron sistemində elektron kabinetinin olmaması və belə olan halda xəbərdarlıq məktubunun həmin kabinetə göndərilməsinin qeyri-mümkün olması açıqaşkardır.
30. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
31. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə özünə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2227/2024 saylı qətnaməsi, mübahisələndirilən hissədə, yəni Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov