Məhkəmə qərarları › İş №2-2(103)-93/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-93/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-93/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı xx.xx.2022-ci il tarixli, 999L**********72 saylı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetlərinə tutma yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit, zaminlik müqaviləsi, mediasiya xərci. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı xx.xx.2022-ci il tarixli, 999L**********72 saylı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetlərinə tutma yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 633/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" QSC (kredit verən) ilə "xxxx" MMC (kredit alan) arasında 21 dekabr 2022ci il tarixli, 999L**********72 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 2.000.000 ABŞ dolları məbləğində 120 ay müddətinə xx.xx.2032-ci il tarixədək uzunmüddətli kredit xəttini açmışdır. Müqaviləyə əsasən uzunmüddətli kredit xətti həmin müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi və girov barədə qarışıq razılaşma”, “Kart krediti və girov barədə qarışıq razılaşma” ayrıca Razılaşmalar, habelə zaman-zaman bank tərəfindən təklif olunan kredit məhsulları üzrə tərəflər arasında razılaşdırılmış formada bağlanacaq razılaşmalar əsasında veriləcəkdir. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 29 yanvar 2032-ci il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. "xxxx" QSC ilə Cavabdeh4 MMC, Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli, 999S**********5, 999S**********3 və 999S0**********4 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu "xxxx" MMC arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, müddətli kredit müqaviləsinin məbləğinin ******* ABŞ dolları məbləğində, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28%, ödənişlərin dövriliyinin hər təqvim ayında bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir. 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilələr bankın və zamin Cavabdeh4 MMC-nin imzası və möhürü, digər zaminlərin isə imzası ilə təsdiq edilmişdir.

3. "xxxx" QSC-nin (kredit verən) ilə "xxxx" MMC (kredit alan) arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 999K**********11 saylı bank hesabının kreditləşdirilməsi və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1.1-ci bəndinə əsasən cari hesabda pul vəsaiti hesab sahibinin ödəniş tapşırıqlarını yerinə yetirməyə kifayət etmədikdə yaxud cari hesabda pul vəsaiti olmadıqda bank hazırki razılaşmada müəyyən olunan şərtlərlə hesab sahibinin ödəniş tapşırıqlarını icra etməyi öz öhdəsinə götürür və həmin ödəniş tapşırıqlarını icra etdiyi hallarda bank bu razılaşmanın şərtlərinə uyğun olaraq hesab sahibinə kredit vermiş sayılır. 1.2-ci bəndinə əsasən bank bu razılaşma üzrə hesab sahibinə 01 iyun 2023-cü il tarixədək illik faiz dərəcəsi 6.5% olmaqla 250 000 ABŞ Dolları məbləğində Overdraft açır. Overdraft limiti overdraft müddətində istənilən ana hesab sahibinin bank qarşısında hesablanmış faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Hesab sahibi bu razılaşma üzrə borcunu ödədikdə overdraft müddətində overdraft limiti bərpa olunur. 1.3-cü bəndinə əsasən hesab sahibi overdraft müddətində overdraftdan istifadə etməyi overdraft borclarını overdraftdan istifadə etdiyi üçün hesablanmış faizləri bu razılaşmaya uyğun olaraq banka ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən cari hesab üzrə mənfi qalıq (overdraft borcu) yarandığı tarixdə bank hesab sahibinə bu razılaşma üzrə kredit vermiş hesab olunur. Overdraft limiti çərçivəsində bir və ya bir neçə overdraft borcu ola bilər. 2.3-cü bəndinə əsasən overdraft faizləri hər bir overdraft borcu üçün ayrılıqda hesablanır. 2.4-cü bəndinə əsasən faizlər overdraft borcu yarandığı tarixdən başlayaraq overdraft borcunun banka tam qaytarılması tarixinədək hesablanır. 2.5-ci bəndinə əsasən bir gün üçün overdraft faizi illik faiz dərəcəsinin 1/360 hissəsi kimi müəyyən olunur. 2.6-cı bəndinə əsasən hər təqvim ayının ilk günündən sonuncu gününədək hesabat dövrü hesab olunur və hesabat dövründən sonrakı təqvim ayının ilk günü hesabat dövrü üçün bron haqqı və overdraft faizləri hesablanır. 2.7-ci bəndinə əsasən hesab sahibi bu razılaşmanın şərtlərinə əməletmədikdə və ya hesabat dövrü üçün hesablanmış bron haqqı və overdraft faizlərini möhlət dövründə banka ödəmədikdə möhlət dövründən sonra gələn ilk gündən etibarən overdraft borcuna illik 28% dərəcəsi (yüksəldilmiş faiz dərəcəsi) tətbiq olunur və overdraft faizi yüksəldilmiş faiz dərəcəsinə əsasən hesablanır. Bu halda bir gün üçün faiz dərəcəsi yüksəldilmiş faiz dərəcəsinin 1/360 hissəsi kimi müəyyən olunur. 2.8-ci bəndinə əsasən hesab sahibi overdraft müddəti bitdikdən sonra overdraft borcunu ödəmədikdə overdraft müddəti bitdikdən sonra da yüksəldilmiş faiz dərəcəsi tətbiq olunur və overdraft borcu banka tam ödənilənə qədər hesablanır. 4.1.3-cü bəndinə əsasən razılaşmaya uyğun olaraq overdraft faizləri və overdraft borcunu banka ödəmək hesab sahibin öhdəliyidir. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. xx.xx.2022-ci il tarixli 999K**********11 saylı bank hesabının kreditləşdirilməsi və girov barədə qarışıq razılaşmasının ödəniş tarixləri cədvəlinə əsasən "xxxx" MMC tərəfindən kredit razılaşması üzrə 2023-cü ilin 05 yanvar, 01 fevral, 01 mart, 03 aprel, 01 may, 01 iyun tarixlərində ödənişlər edilməli idi. Ödəniş tarixləri cədvəli zaminlər Cavabdeh3, Cavabdeh1 imzası, "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. "xxxx" QSC-nin (kredit verən) ilə "xxxx" MMC (kredit alan) arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 999K**********24 saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən bank məbləği 100.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 0,5417% olmaqla 1 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: 1.4-cü bəndinə əsasən kredit alan krediti tam və ya hissə-hissə istifadə etməyi, bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə krediti ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. 1.5-ci bəndinə əsasən kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verilmişdir 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ88ACAB**********001202201 cari hesabına köçürür. 2.2-ci bəndinə əsasən bank 0 faiz manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. 2.6-cı bəndinə əsasən kreditdən istifadə üçün faizlərin hesablanması borc yarandığı tarixdən başlayaraq kredit qalığı məbləği üzrə borcun olduğu hər gün üçün borcun banka tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.7-ci bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 11.52 % təşkil edir. 3.6.2-ci bəndinə uyğun оlaraq kredit alan bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikdə müvafiq olaraq kreditin qalıq məbləği üzrə aylıq 1.75% məbləğində cərimə hesablanır. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. 999K**********24 saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşmasının ödəniş tarixləri cədvəlinə əsasən "xxxx" MMC tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixdə ödəniş etməli idi. Ödəniş planı zaminlər Cavabdeh3, Cavabdeh1 imzası "xxxx" MMCnin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin (ipoteka saxlayan), "xxxx" MMC (borc alan) və Cavabdeh1 (ipoteka verən) arasında xx.xx.2022-ci il tarixli, 999L**********72 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı Uzunmüddətli Kredit Xətti Müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasınnı təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus: Abşeron rayonu Saray qəsəbəsində 0.06 ha torpaq sahəsidir. 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 31.500 manat məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti Bank ilə "xxxx" MMC arasında 21 dekabr 2022-cı il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 999L**********72 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə». «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşməsi barədə razılaşma» formasında bağlanan ayrıca Razılaşmalardır. 3.2-ci bəndinə əsasən uzunmüddətli kredit məbləği 2000000.00 ABŞ dolları uzunmüddətli kredit müqavilə uzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Uzunmüddətli kredit müqaviləsi əsasında verilən bütün kreditlərin toplam məbləği uzunmüddətli kredit müqaviləsinin məbləğim bir və ya bır neçə dəfə aşa bilər, amma uzunmüddətli kredit müqavilə üzrə kreditlərin istənilən ana olan ümumi məbləği heç bır halda uzunmüddətli kredit müqaviləsinin məbləğini aşa bilməz. 3.3-cü bəndinə əsasən uzunmüddətli kredit müqaviləsinin müddəti 120 ay təşkil edir. Uzunmüddətli kredil müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi 28 %, ödənişlərin dövriliyi; hər təqvim ayında bir dəfə olmaqla. 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxıl edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödəmlməsi; ipoteka predmetinə tutmanın yönədilməsı ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. 9.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud onun bır hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsı və ya ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayana tələbin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmaması ipoteka saxlayana ipoteka predmelinə tutma yönəltmək hüququ verən şərtlərdir. 12.1-ci bəndinə əsasən müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir. Müqavilə ipoteka qoyan, borc alan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir.

7. . Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********69 reyestr nömrəli Çıxarışla təsdiq edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC qarşısında xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci ilədək) ipoteka ilə yüklü edilmişdir.

8. "xxxx" QSC tərəfindən ipoteka qoyan Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün başladıqları xəbərdarlıq edilmişdir.

9. "xxxx" QSC-nin (ipoteka saxlayan), "xxxx" MMC (borc alan) və Cavabdeh3 (ipoteka verən) arasında xx.xx.2022-ci il tarixli, 999L**********72 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı Uzunmüddətli Kredit Xətti Müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasınnı təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 Əbüfəz oğluna məxsus: ünvan 2n 54 saylı mənzilidir. 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 116.000 manat məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti Bank ilə "xxxx" MMC arasında 21 dekabr 2022-cı il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 999L**********72 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə». «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşməsi barədə razılaşma» formasında bağlanan ayrıca Razılaşmalardır. 3.2-ci bəndinə əsasən uzunmüddətli kredit məbləği 2000000.00 ABŞ dolları uzunmüddətli kredit müqavilə uzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Uzunmüddətli kredit müqaviləsi əsasında verilən bütün kreditlərin toplam məbləği uzunmüddətli kredit müqaviləsinin məbləğim bir və ya bır neçə dəfə aşa bilər, amma uzunmüddətli kredit müqavilə üzrə kreditlərin istənilən ana olan ümumi məbləği heç bır halda uzunmüddətli kredit müqaviləsinin məbləğini aşa bilməz. 3.3-cü bəndinə əsasən uzunmüddətli kredit müqaviləsinin müddəti 120 ay təşkil edir. Uzunmüddətli kredil müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi 28 %, ödənişlərin dövriliyi; hər təqvim ayında bir dəfə olmaqla. 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxıl edilməklə tam həcmdə təmin edilir: əsas borc: faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödəmlməsi; ipoteka predmetinə tutmanın yönədilməsı ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. 9.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud onun bır hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsı və ya ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayana tələbin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmaması ipoteka saxlayana ipoteka predmelinə tutma yönəltmək hüququ verən şərtlərdir. 12.1-ci bəndinə əsasən müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir. Müqavilə ipoteka qoyan, borc alan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir.

10. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********09-05101-093101 reyestr nömrəli Çıxarışla təsdiq edilir ki, ünvan 2n 54 saylı mənzili üzərində Cavabdeh3 Əbüfəz oğlunun mülkiyyət hüququ 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC qarşısında xx.xx.2022-ci il tarixdə (120 ay müddətinə) ipoteka ilə yüklü edilmişdir.

11. "xxxx" QSC tərəfindən ipoteka qoyan Cavabdeh3 Əbüfəz oğluna ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 2n 54 saylı mənzilin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün başladıqları xəbərdarlıq edilmişdir.

12. . "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 250.000 ABŞ dolları kredit "xxxx" MMC-nin **********202201 nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və müştərinin imzası ilə təsdiq edilmişdir.

13. Hesabdan çıxarışdan isə görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022xx.xx.2023-cü il tarixləri (sonuncu ödəniş tarixi xx.xx.2023-cü il) aralığında müxtəlif vaxtlarda ödəniş edilmişdir.

14. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli 999K**********11 saylı bank hesabının və girov barədə qarışıq razılaşma üzrə əsas borcu xx.xx.2023-cü il tarixə 247.762,01 ABŞ dolları, faiz borcu 18.837,22 ABŞ dolları olmaqla, cəmi borcu 266.599,30 ABŞ dolları təşkil edir.

15. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixli 999K**********24 saylı kredit razılaşması üzrə əsas borc üzrə xx.xx.2023-cü il tarixə 999.999,08 ABŞ dolları, faiz borcu 1.949,42 ABŞ dolları, cərimə borcu 5.249,95 ABŞ dolları (97 gün gecikmə) olmaqla cəmi borcu 107.198,50 ABŞ dolları təşkil edir.

16. "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə, Cavabdeh4 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 xəbərdarlıq məktubları ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1109 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasında qeyd olunan şərtlərini nəzərə alınaraq cavabdeh ”AZ-Lead” MMCnin iddiaçı "xxxx" QSC-yə olan borcu xx.xx.2023-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 100.000 ABŞ dolları, faiz borcu 540,75 ABŞ dolları olmaqla, cəmi borc 100.540,75 ABŞ dolları məbləğində müəyyən olunur. Hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 999K**********11 qarışıq razılaşmasında qeyd olunan şərtlərini nəzərə alınaraq cavabdeh ”AZ-Lead” MMC-nin iddiaçı "xxxx" QSC-yə olan borcu xx.xx.2023-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 250.000 ABŞ dolları, faiz borcu 1402,23 ABŞ dolları olmaqla, cəmi borc 251.402,23 ABŞ dolları məbləğində müəyyən olunur.

18. "xxxx" MMC-nin 01 aprel 2024-cü il tarixli, LP-035/2024 saylı və LP034/2024 saylı mütəxəssis rəylərinə əsasən ünvan 2n 54 saylı mənzilin hazırki bazar dəyəri 166.000 manat, likvid qiyməti 149.000 manat dəyərində, Abşeron rayonu Saray qəsəbəsində 0.06 ha torpaq sahəsinin hazırki bazar dəyəri 36.000 manat, likvid qiyməti 32.000 manat dəyərində müəyyən edilmişdir.

19. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/88 nömrəli ekspert rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha boş torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 33.000,0 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 29.700,00 manat müəyyən edilmişdir. Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, məhəllə 1921 ünvanında yerləşən 54 saylı mənzil tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmamışdır.

20. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB/04-2436/2025 nömrəli ekspert rəyi ilə ünvan 2n 54 saylı mənzilin real bazar dəyəri 164.000 manat, likvid qiyməti isə 143.000 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

21. İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər "xxxx" MMC-dən, Cavabdeh4 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə xx.xx.2022-ci il tarixli 999L**********72 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 999K**********11 saylı bank hesabının kreditləşdirilməsi müqaviləsi üzrə 247.762,01 ABŞ dolları kredit borcu, 18.837,22 ABŞ dolları faiz borcu olmaqla cəmi 266.599,30 ABŞ dolları, - xx.xx.2023-cü il tarixli 999K**********24 saylı krеdit müqaviləsi üzrə 99.999,08 ABŞ dolları krеdit bоrcu, 1.949,42 ABŞ dolları faiz bоrcu, 5.249,95 ABŞ dolları cərimə olmaqla, cəmi 107.198,50 ABŞ dolları, 2 müqavilə üzrə ümumilikdə cəmi 373.797,80 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 516 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 156 manat xidmət haqlarının tutulması, tələbin Cavabdeh3 Əbüfəz oğluna məxsus ünvan 2n 54 saylı mənzilinə və Cavabdeh1 məxsus Abşeron rayonu Saray qəsəbəsində 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 373.797,80 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 516 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 156 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən, Cavabdeh4 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirxahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzunmüddətli kredit müqaviləsi çərçivəsində "xxxx" MMC ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixli 999K**********11 saylı bank hesabının kreditləşdirilməsi və girov barədə qarışıq razılaşma bağlanmışdır. Razılaşmanın 1.1-ci bəndinə əsasən cari hesabda pul vəsaiti hesab sahibinin ödəniş tapşırıqlarını yerinə yetirməyə kifayət etmədikdə yaxud cari hesabda pul vəsaiti olmadıqda bank hazırki razılaşmada müəyyən olunan şərtlərlə hesab sahibinin ödəniş tapşırıqlarını icra etməyi öz öhdəsinə götürür və həmin ödəniş tapşırıqlarını icra etdiyi hallarda bank bu razılaşmanın şərtlərinə uyğun olaraq hesab sahibinə kredit vermiş sayılır. Razılaşmanın 1.2-ci bəndinə əsasən bank bu razılaşma üzrə hesab sahibinə 01 iyun 2023-cü il tarixədək illik faiz dərəcəsi 6.5% olmaqla 250 000 ABŞ Dolları məbləğində Overdraft açır. Overdraft limiti overdraft müddətində istənilən ana hesab sahibinin bank qarşısında hesablanmış faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Hesab sahibi bu razılaşma üzrə borcunu ödədikdə overdraft müddətində overdraft limiti bərpa olunur. Razılaşmanın 1.3-cü bəndinə əsasən hesab sahibi overdraft müddətində overdraftdan istifadə etməyi overdraft borclarını overdraftdan istifadə etdiyi üçün hesablanmış faizləri bu razılaşmaya uyğun olaraq banka ödəməyi öhdəsinə götürür. Razılaşmanın 2.2-ci bəndinə əsasən cari hesab üzrə mənfi qalıq (overdraft borcu) yarandığı tarixdə bank hesab sahibinə bu razılaşma üzrə kredit vermiş hesab olunur. Overdraft limiti çərçivəsində bir və ya bir neçə overdraft borcu ola bilər. Razılaşmanın 2.3-cü bəndinə əsasən overdraft faizləri hər bir overdraft borcu üçün ayrılıqda hesablanır. Razılaşmanın 2.4-cü bəndinə əsasən faizlər overdraft borcu yarandığı tarixdən başlayaraq overdraft borcunun banka tam qaytarılması tarixinədək hesablanır. Razılaşmanın 2.5-ci bəndinə əsasən bir gün üçün overdraft faizi illik faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Razılaşmanın 2.6-cı bəndinə əsasən hər təqvim ayının ilk günündən sonuncu gününədək hesabat dövrü hesab olunur və hesabat dövründən sonrakı təqvim ayının ilk günü hesabat dövrü üçün bron haqqı və overdraft faizləri hesablanır. Razılaşmanın 2.7-ci bəndinə əsasən hesab sahibi bu razılaşmanın şərtlərinə əməletmədikdə və ya hesabat dövrü üçün hesablanmış bron haqqı və overdraft faizlərini möhlət dövründə banka ödəmədikdə möhlət dövründən sonra gələn ilk gündən etibarən overdraft borcuna illik 28% dərəcəsi (yüksəldilmiş faiz dərəcəsi) tətbiq olunur və overdraft faizi yüksəldilmiş faiz dərəcəsinə əsasən hesablanır. Bu halda bir gün üçün faiz dərəcəsi yüksəldilmiş faiz dərəcəsinin 1/360 hissəsi kimi müəyyən olunur. Razılaşmanın 2.8-ci bəndinə əsasən hesab sahibi overdraft müddəti bitdikdən sonra overdraft borcunu ödəmədikdə overdraft müddəti bitdikdən sonra da yüksəldilmiş faiz dərəcəsi tətbiq olunur və overdraft borcu banka tam ödənilənə qədər hesablanır. "xxxx" MMC müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixinə 247762,01 ABŞ Dolları məbləğində əsas kredit borcu və 18837,22 ABŞ Dolları məbləğində faiz borcu möcvuddur. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə "xxxx" MMC "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 999K**********24 saylı krеdit razılaşması əsasında 1 ay müddətinə, aylıq faiz dərəcəsi 0.5417 % оlmaqla, 100.000 ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Kredit razılaşmasının 1.4-cü bəndinə əsasən kredit alan krediti tam və ya hissə-hissə istifadə etməyi, bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə krediti ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC krеdit razılaşmasının 1.4-cü bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka qaytarmamışdır. "xxxx" MMC götürdüyü krеdit bоrcundan 0.92 ABŞ Dolları ödəmiş, onun 99.999,08 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.6-cı bəndinə əsasən kreditdən istifadə üçün faizlərin hesablanması borc yarandığı tarixdən başlayaraq kredit qalığı məbləği üzrə borcun olduğu hər gün üçün borcun banka tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu 1949.42 ABŞ Dolları təşkil edir. Krеdit razılaşmasının 3.6.2-ci bəndinə uyğun оlaraq kredit alan bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikdə müvafiq olaraq kreditin qalıq məbləği üzrə aylıq 1.75% məbləğində cərimə hesablanır. xx.xx.2023-cü il tarixə hеsablanmış cərimə 5249.95 ABŞ Dolları təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4 MMC, Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh "xxxx" MMC ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 999M0**********1 saylı ipoteka müqaviləsi əsasında ünvan 4 ünvanda yerləşən 90.40 kv.m. ümumi sahədən ibarət 54 nömrəli mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 4030 nömrəli reyestr kitabının 376404 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli elektron çıxarışa əsasən ünvan 2n 90.40 m ümumi sahədən ibarət 54 nömrəli mənzilinin "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatı aparılmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1- ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. ünvan 2n 90.40 kv.m ümumi sahədən ibarət 54 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan X2, X5 və ipoteka qoyanın həyat yoldaşı X3 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razılıqlarını bildirmişdir. Bundan başqa uzunmüddətli kredit müqaviləsiüzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 999M0**********2 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 720 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli elektron çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatı aparılmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 oğluna “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Abşeron rayonu Saray qəsəbəsində Cavabdeh1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X4 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişdir. Tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 410 manat ödənilmişdir.

23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-633/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh4 MMC-dən, Cavabdeh1dan və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 999K**********24 saylı kredit razılaşması üzrə 99.999,08 ABŞ dolları əsas, 540,75 ABŞ dolları məbləğində faiz borcu, 5000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 105.539,83 ABŞ dolları məbləğində pul vəsaiti; xx.xx.2022-ci il tarixli 999K**********11 qarışıq razılaşma üzrə 247.762,01 ABŞ dolları əsas, 1402,23 ABŞ dolları faiz borcu, cəmi 249.164,24 ABŞ dolları, ümumilikdə 354.704,07 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, mediasiya xərclərinin əvəzi olaraq 395 manat və dövlət rüsumun əvəzi olaraq 485 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, torpaq sahəsinin ilkin satış qiymətinin 32.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 2n 54 saylı mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, torpaq sahəsinin ilkin satış qiymətinin 149.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ "xxxx" MMC, İndart Holding” MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 190 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsinin isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC arasında 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 999K**********11 saylı bank hesabının kreditləşdirilməsi və girov barədə qarışıq razılaşma və 999K**********24 saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli 999K**********11 saylı bank hesabının kreditləşdirilməsi və girov barədə qarışıq razılaşmaya əsasən 01 iyun 2023-cü il tarixədək illik faiz dərəcəsi 6.5% olmaqla 250 000 ABŞ dolları məbləğində overdraft açmış, 999K**********24 saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən isə aylıq 0,5417% dərəcəsi ilə 1 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit vermiş, bununla da həmin razılaşmalar üzrə öhdəliklərini lazımi qaydada icra etmişdir. Lakin cavabdeh "xxxx" MMC, lakin cavabdeh "xxxx" MMC razılaşmalar üzrə kredit məbləğləri üzrə borclarını ödəniş planlarına uyğun ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin razılaşmalar üzrə cavabdehin iddiaçıya əsas və faiz borcları yaranmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə cavabdeh ”AZ-Lead” MMC-nin iddiaçı "xxxx" QSC-yə 999K**********24 saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 100.000 ABŞ dolları, faiz borcu 540,75 ABŞ dolları olmaqla, cəmi borc 100.540,75 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 999K**********11 qarışıq razılaşması üzrə cavabdeh ”AZ-Lead” MMC-nin iddiaçı "xxxx" QSC-yə xx.xx.2023cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 250.000 ABŞ dolları, faiz borcu 1402,23 ABŞ dolları olmaqla, cəmi borcu 251.402,23 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Odur ki, məhkəmə iddia tələbi həddində işə baxılması barədə MPM-in tələbini nəzərə alaraq hesab etmişdir ki, "xxxx" MMC-dən razılaşmalar üzrə əsas borcların tutulması hissəsində iddia tam, faiz tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli, 999K**********24 saylı kredit razılaşması üzrə 99.999,08 ABŞ dolları əsas, 540,75 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2022-ci il tarixli 999K**********11 qarışıq razılaşma üzrə 247.762,01 ABŞ dolları əsas, 1402,23 ABŞ dolları faiz borcu tutulmalıdır. Bundan əlavə iddiaçı 999K**********24 saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə "xxxx" MMC-yə hesablanmış 5249,95 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İş materiallarından həmçinin görünür ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə Cavabdeh4 MMC, Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli, 999S**********5 saylı, 999S**********3 və 999S0**********4 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh4 MMC, Cavabdeh1 və Cavabdeh3 borc alan "xxxx" MMC-nin sözügedən kredit müqaviləsindən, o cümlədən həmin uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 999K**********24 saylı kredit razılaşması və xx.xx.2022-ci il tarixli 999K**********11 qarışıq razılaşmadan irəli gələn öhdəliklərinə zamin durmuşlar. Məhkəmə Cavabdeh4 MMC, Cavabdeh1 və Cavabdeh3 29 yanvar 2018-ci il tarixli, 027L**********56 saylı uzunmüddətli kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 999K**********24 saylı kredit razılaşması və xx.xx.2022-ci il tarixli 999K**********11 arışıq razılaşma üzrə borc alan "xxxx" MMC-nin bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab etmişdir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı "xxxx" QSC tələb üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 21 dekabr 2022-ci il tarixli, 999L**********72 saylı uzunmüddətli kredit xətti müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış razılaşmalar üzrə borc alanın öhdəliklərinin təminatı olaraq "xxxx" QSC-nin (ipoteka saxlayan), "xxxx" MMC (borc alan) və Cavabdeh1 (ipoteka verən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 999L**********72 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində 0.06 ha torpaq sahəsi, "xxxx" QSC-nin (ipoteka saxlayan), "xxxx" MMC (borc alan) və Cavabdeh3 (ipoteka verən) arasında xx.xx.2022-ci il tarixli, 999L**********72 saylı ipoteka müqaviləsinə əsasən isə Cavabdeh3 mülkiyyətində olan ünvan 2n 54 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh "xxxx" MMC mübahisəli razılaşmalara əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsi və Cavabdeh3 mülkiyyətində olan ünvan 2n 54 saylı mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSCnin borc tələbi ödənilməli, torpaq sahəsinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, mənzilin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ "xxxx" MMC, İndart Holding” MMC, Cavabdeh1 və Cavabdeh3ndn müştərək qaydada tutulmalıdır. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin rəyləri alınmış və həmin rəylərə əsasən ünvan 2n 54 saylı mənzilin hazırki bazar dəyəri 166.000 manat, likvid qiyməti 149.000 manat dəyərində, Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsinin hazırki bazar dəyəri 36.000 manat, likvid qiyməti 32.000 manat dəyərində müəyyən edilmişdir. Qiymətləndirici şirkətin rəyi ilə razılaşmamaq üçün əsas olmadığından məhkəmə hesab edir ki, ipoteka predmetin ilkin satış dəyəri "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən müəyyənləşdirilməlidir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 410 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 516 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 925,45 manat təşkil edir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu məbləği mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı həmin xərclər həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. Odur ki, məhkəmə hesab etmişdir ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 395 və dövlət rüsumun əvəzi olaraq 485 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 190 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

25. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739, 743-ci maddələrini, “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.3, 47.5 maddələrini, AR MPM-in 103.1, 107, 115.0.9, 119.1, 206.1 maddələrini, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-633/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələbetmək hüququ vardır. AR MPM-nin 386cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilirki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin,yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə görə, 103cü maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən "xxxx" MMC ilə iddiaçı bank arasında imzalanmış müaviləyə nəzər yetirildikdə müəyyən etmək mükün olur ki, "xxxx" MMC tərəfindən müəyyən əmlaklar müqavilənin təminatı olması üçün nəzərdə tutulmuşdur. Həmin əmlakların birinci instansiya məkhəməsində icraat davam edən dövr ərzində qiymətləndirilməsi aparılmışdır. Qeyd edilən qiymətlər ilə "xxxx" MMC razı deyildir. Belə ki, məhkəmə tərəfindən "xxxx" MMC-nin 01 aprel 2024-cü il tarixli, LP-035/2024saylı və LP- 034/2024 saylı mütəxəssis rəylərinə istinad edilmişdir. Həmin MMC-nin ekspert rəyləri "xxxx" MMC razı deyildir. Çünki həmin mənzil hazırda tam təmirli formada istifadə edilməkdədir. Likvid qiyməti 149000 manat qeyd edilməsinə baxmayaraq hər kəsə məlum olduğu kimi qeyd edilən ünvanda yerləşən mənzillərin dəyəri 149000 manat deyil 180000 manatdan etibarən başlamaqdadır. "xxxx" MMC tərəfindən əmlak saytlarından alınan çıxarışlar məkhəməyə təqdim edilmişdir. Bu kimi hallardan əlavə Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi 32000 manat olaraq dəyərləndirilmişdir. Lakin hazırda Saray qəsəbəsində mövciud olan torpaqların ər 0.01 ha üçün nəzərdə tutulan məbləğ minimum 8000 azn-dən etibarən başlayır. Bu isə həmin torpağın minimum dəyərinin 48000 manat olaraq müəyyən edilməsinə əsas verir. Qeyd edilənlərdən aydın olur ki, məkhəmə tərəfindən Legal Prime MMC tərəfindən təqdim edilmiş rəy əsaslı sübut olaraq qəbul edilmişdir.Lakin məhkəmə həmin rəyi əsaslı hesab edilməsi ilə bağlı hər hansı məlumat qətnamədə nəzərə almamışdır. Yalnızca həmin rəyin əsassız hesab edilməsi üçün hər hansı səbəb olmadığını bildirmişdir. Lakin yuxarıda qeyd edilnlərdən də aydın olur ki, müqaviləni zəmanət predmeti olaraq qeyd edilən əmlaklar bazar qiymətindən çox aşağı dəyərdə qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübut edilmiş hall olaraq mənzil və torpaq sahəsinin dəyəri qeyd edilməsinə baxmayaraq həmin dəyərlər tam şəkildə bazar qiymətini əks etdirmir. Nəzərə aldıqda ki 0.06 ha torpaq sahəsinin hal-hazırda bazar dəyəri 48000 manatdır, qətnamədə qeyd edildiyi təqdirdə həmin topraq sahəsinin likvid dəyəri isə minimum 44000 manat olaraq müəyyən edilməli idi. Bu səbəbdən birinci instansiya məhkəməsi tam şəkildə işin hallarını faktiki olaraq araşdırmamışdır. Ekspert və ya mütəxəssis tərəfindən təqdim edilən rəy məhkəmə tərəfindən əsaslı sübut kimi hesab edilmir. Lakin məhkəmə əlavə araşdırma aparmadan yalnızca həmin qeyd eidlən rəyi əsas olaraq nəzərə almışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

28. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

30. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

32. “İpoteka haqqında” Qanunun:

1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

103.1-cü maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin tələb hissəsində “Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilsin, iddia tələbi rədd edilsin” qeyd etsə də, şikayətin məzmunundan görünür ki, tərəf qətnaməni ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirir.

37. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-633/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

40. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

41. İpoteka predmetinin dəyərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha boş torpaq sahəsinin qiyməti 31.500 manat, ünvan 2n 54 saylı mənzilin qiyməti isə 116.000 manat müəyyən edilmişdir.

42. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, LP-035/2024 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ünvan 2n 54 saylı mənzilin hazırki bazar dəyəri 166.000 manat, likvid qiyməti 149.000 manat, Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsinin hazırki bazar dəyəri 36.000 manat, likvid qiyməti 32.000 manat təşkil edir.

43. Məhkəmə kollegiyası apellyatorun dəlilinə münasibətdə iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul etmiş və iş üzrə ekspert rəyləri əldə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/88 nömrəli ekspert rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha boş torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 33.000,0 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 29.700,00 manat müəyyən edilmişdir. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB/04- 2436/2025 nömrəli ekspert rəyi ilə ünvan 2n 54 saylı mənzilin real bazar dəyəri 164.000 manat, likvid qiyməti isə 143.000 manat müəyyən edilmişdir.

44. Qeyd olunmalıdır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir, məhkəmə tərəfindən rəy digər sübutlarla araşdırılıb qiymət veririlir, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyasında əldə olunmuş ekspert rəylərinə münasibətdə qeyd edir ki, rəylərlə ipoteka predmetinin qiyməti daha aşağı müəyyən edilmiş və apellyatorun vəziyyətini daha da ağırlaşdırmışdır.

45. Belə ki, ipoteka müqaviləsinin bağlandığı tarixdən 3 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəyini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetinin ilkin satış qiyməti kimi "xxxx" MMC -nin qiymətləndirmə rəyini əsas götürərək, müəyyən etmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələdirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

47. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-633/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar